Bizi sosial şəbəkələrdən izləyin:
UEFA Çempionlar Liqasında 1/2 final mərhələsinə start verilib.
Moderator.az xəbər verir ki, isveçrəli baş hakim Sandro Şererin idarə etdiyi yarımfinalın ilk matçında Fransa təmsilçisi PSJ Almaniyanın "Bavariya" komandasını qəbul edib.
"Park de Prens" stadionunda keçirilən qarşılaşmada doqquz qol vurulub. Paris klubunun heyətində Xviça Kvaratsxeliya (24, 56), Xuan Neves (33) və Usman Dembele (45+5, pen., 58) fərqləniblər.
Almaniya təmsilçisinin qollarını isə Harri Keyn (17, pen.), Maykl Olise (41), Dayo Upamekano (65) və Luis Fernando Dias (68) vurublar.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü mayın 6-da baş tutacaq.
Yarımfinalın digər matçında bu gün "Atletiko Madrid" İspaniyada İngiltərə təmsilçisi "Arsenal”ı qəbul edəcək.