08:49
9°C
Bakı
Azərbaycanın yunan-Roma güləşçiləri Qazaxıstanda keçirilən II Türk Dövlətləri Universiadasında altı medal qazanıblar.
Milli üzvləri iki qızıl, bir gümüş, üç bürünc medala yiyələniblər.
Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) Universiadanın qalibi olublar. Fərid Xəlilov (67 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Pərviz Dadaşov (60 kq), Fərid Baxışlı (63 kq) və Davud Məmmədli (77 kq) isə üçüncü yeri tutublar.