“Unutqanlıq alışqanığa yol açır...”
Oxunub: 5764
27 Jan 2015 | 11:56
“Unutqanlıq alışqanığa yol açır...”
Təhsil eksperti Nadir İsrafilov Moderator.az-a aşağıdakı məzmunda müəllif yazısı göndərib:

"Təhsilimiz öz tarixinin növbəti, keyfiyyətcə yeni mərhələsinə - təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi mərhələsinə qədəm qoyub. Strategiya ilə bağlı Fəaliyyət Planı ətrafında geniş və qızğın müzakirələr gedir.Nə olacaq, necə olacaq bunu zaman göstərəcək. Əsas olanı odur ki, “Proqram” “Plan”a uyğun reallaşacaqmı, gerçəyə çevriləcəkmi, bu zaman yaxın keçmişin dərslərindən ibrət götürüləcəkmi, nətıcə çıxarılcaqmı?

Nədənsə, heç yadımdan çıxmır.1979-cu ilin əvvəlləri olardı.Xidməti işlə əlaqədar BŞBTI-nin (Bakı Şəhər Baş Təhsil İdarəsi) o vaxtkı rəisi Ağalar Axundovun kabinetində idim. Bu ara telefon zəng çaldı.Zəng edən nazir Mehdizadə idi. Qısa telefon danışığından belə bəlli oldu ki, Mehdi müəllim Bakı məktəblərinin birindən nazirliyə daxil olan şikayət ərizəsinin araşdırılması prosedurunu Ağalar müəllimlə razılaşdırmaq istəyir. Diqqət edin, akademik titulu olan bir nazir tabeçiliyində olan bir şəxsi nazirliyə daxil olan məktub barədə məlumatlandırır. Daha doğrusu, onun başı üzərindən tabeçiliyində olan məktəblə bağlı ölçü götürülməsini qeyri-məqbul hesab edir. Bu, o dövr nazirinın yerli idarəetmə orqanlarına hansı statusda baxmasının bariz göstəricisi, totalitar hesab etdiyimiz rejimin demokratik bir nümunəsi idi.

Təəssüf ki, qısa bir zaman kəsiyində vəziyyət tamamilə əks istiqamətə yönəldi. Demokratik təhsilimiz, sanki sıçrayış edərək totalitar rejimə keçid etdi. Məhz, bu ziyanlı və təhlükəli tendesiyanın artıq reallığa çevrilməsi 1999- cu ildə qəbul edilən “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nda da etiraf olundu və bunun getdikcə genişlənməsinin qarşısının alınması üçün “Proqram”da bir sıra qabaqlayıcı tədbirlər nəzərdə tutuldu:

“Ölkənin təhsil sisteminin real vəziyyəti araşdırılıb və bəlli olub ki, indiyədək təhsil sisteminin idarə edilməsində inzibati-amirlik prinsipləri üstünlük təşkil edib; idarəetmənin dövlət-ictimai xarakterinin gücləndirilməsi, inhisarsızlaşdırma, səlahiyyətlərin bölüşdürülməsi, funksiyaların yuxarıdan aşağıya paylanması, əsas hədəfin təhsil verənə və alana yönəldilməsi istiqamətində məqsədyönlü işlər görülməyib. Ona görə də, təhsil sistemində idarəetmə ictimai-siyasi həyatımızda aparılan demokratikləşmə prosesinə uyğun qurulmalı, təhsil müəssisələrinin inkişaf strategiyası və məqsədlərinin müəyyən edilməsində, müvafiq qərarların çıxarılmasında və s. müstəqillik verən yeni idarəetmə mexanizmi yaradılmalıdır.”Sən demə, bütün bunlar gəlişi xoş sözlər imiş. Bir də ki, sözlərdə nə günah, əgər sözü əməlləri ilə digər məcraya yönəldənlər olacaqsa.

Bəzən istər-istəməz, öz-özünə düşünürsən. Niyə əsrlərdən bəri bütün adətlərimizı, ənənələrimizi, vərdişlərimizi qoruyub saxlayıriq, onlara hörmətlə yanaşırıq, təhsil ənənələrimizə, vərdişlərimizə sayğısızlıq göstəririk, onu ildən-ilə, aydan-aya bayağılaşdıraraq, deformasiyaya uğradırıq? Axı, etibar etmək, etibar qazanmaq, etimad göstərmək, etimadı doğrultmaq xalqımızın ən dəyər verdiyi,digərləri ilə müqayisədə fərqləndirici xüsusiyyətlərindən biri olub.

Təhsilə dair qəbul olunan proqram xarakterli rəsmi sənədlərdə etibardan, etimaddan, qarşılıqlı əlaqələrdən, isti münasibətlərdən danışırıq, təhsilin dinamik inkişafını və yüksək keyfiyyətini, şəxsiyyətin və cəmiyyətin tələbatını təmin edən, dövlət və ictimaiyyətin birgə fəaliyyətinin səmərəli əlaqələndirilməsini tənzimləyən idarəetmə sisteminin yaradılacağını, təhsil sistemində dövlət-ictimai və ictmai-dövlət xarakterli yeni idarəetmə modelinin tətbiq olunacağını, yaxın perspektivdə ictimai-dövlət idarəetmə sisteminə keçiləcəyini vəd edirik, pedaqoji prosesin bütün iştirakçılarını bərabərhüquqlu subyektlər kimi dəyərləndiririk, bir aradan sonra isə heç bir şey olmamış kimi fəaliyyətimizi başqa istiqamətə yönləndiririk.

Necə başa düşmək olar ki,ümumtəhsil məktəbinin idarə olunması ilə əlaqədar məktəbin dövlət və ictimai özünüidarəsinin prinsipləri əsasında idarə edilməsi barədə Əsasnaməyə“Məktəbin ictimai özünüidarəsinin ali orqanı məktəbin ümumi yığıncağıdır (konfransdır). Konfrans: birbaşa gizli səsvermə, adi səs çoxluğu ilə məktəb şurasını, onun sədrini və məktəb direktorunu seçir” kimi demokratik ruhlu müddəa daxil edilir. (2009-cu il Əsasnaməsi, maddə 4 3 ) Cəmi-cümlətani iki il keçdikdən, daha doğrusunu desək, ara sakitləşdikdən sonra isə Mövcud Əsasnəmə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” adı ilə “yenilənərək”, “konfrans...məktəb direktorunu seçir” ifadəsi “Ümumtəhsil məktəbinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təyin olunan direktor rəhbərlik edir” kimi qeyri- demokratik bəndlə əvəz olunur.(bax: 2011-ci il Nizamnaməsi, maddə 5.4).

”Yenilik” təkcə bununla bitmir. Nizamnamənin1.6 bəndinə əsasən “Dövlət ümumtəhsil məktəblərində təhsil pulsuzdur”.Elə həmin Nizamnamənin 10.1 bəndinə görə isə “Ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişlı müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir“ Bu, əgər dolayısı yolla repetitorluğu leqallaşdırmaq və gündən-günə çiçəklənməkdə olan bu qeyri-qanuni fəaliyyət sahəsini inhisara almaq deyilsə, bəs onda bunun başqa adı nədir?

Əlbəttə məktəbə kiminsə, hansı formadasa “yardım əlini” uzatması qəbahət sayila bilməz və bu kimi hallar az da deyil. Lakin, buna hüquqi status verib, rəsmiləşdirmək məktəbin, müəllimin, bütövlikdə pedaqoji kollektivin aşağılanması, olan-qalan nüfuzunun sarsılması kimi qəbul olunub, ələbaxımlıq psixologiyası yarada biləcək hal kimi də qiymətləndirilə bilər.

Nəsə, çox da xırdalıqlara ketməyək, keçək təyinat məsələsinə.Deyəsən, “ümumtəhsil məktəbinə nazirlik tərəfindən təyin olunan direktor rəhbərlik edir” redaktəsi bir az anti-demokratik, anti-humanist səslənib. Hələlik,son variant kimi məktəb direktorlarının müsabiqə yolu ilə seçilməsi variantı üzərində durmuşuq. Yəqin ki, başqa versiyalar üzərində də iş getməmiş deyil.Amma, kompensasiya kimi direktor müavinlərini də bu müsabiqəyə cəlb etməyi qazanc bilmişık. Diqqət çəkən və maraqlı olanı isə odur ki, gündəmə gətirilən çoxpilləli və mərhələli bu yeni təyinetmə “mexanızmi” son zamanlar az qala Təhsil Nazirliyi tərəfindən analoqu olmayan böyük bir ilkə imza atılması kimi təqdim edilir.

Yeri gəlmişkən, onu da qeyd etmək yerinə düşərdi ki, 2000-cı ildən üzü bu yana, təkcə məktəb direktorlarınun vəzifəyə təyin olunması ilə bağlı 10-dan artıq nomenklatur dəyişikliyi edilib. Təhsildə qaydalar dəyişilə bilər, cəmiyyət daim inkişafdadır. Problemə baxış və tendensiyalar yeniləşir. Bunu danmaq ədalətsizlik olardı. Təhsilimizinn məqsəd və vəzfələri dəyişməyibsə, onda mənasız dəyişikliklər görəsən hansı məqsədlərə xidmət edir? Nə edirik sualından qabaq nə üçün edirik barədə düşünməyi nəzərə almamaq problemin həlli yolu ola bilərmi?. Məktəb kollektivinin ümumi yığıncağının rəyi, təhsil şurasının təqdimatı əsasında yerli şəhər və rayon təhsili idarəetmə orqanları tərəfindən məktəb direktorlarının müəyyənləşdirilməsi və Nazirliklə razılaşdırılmasının hansı əksiklıklərini görmüşük ? Axı, elə bu yaxınlara qədər məktəblər nömrələri ilə deyil, onlara rəhbərlik edən direktorların, orada dərs deyən müəllimlərin adı ilə tanınardı. Sona Tağıyevanın məktəbi, Zahid Şöyübovun məktəbi, Zərbəli Səmədov işləyən məktəb, Məhər Quliyevin dərs dediyi məktəb və s .Niyə əvvəl elə idi, indi belə oldu, buna bir əsaslı səbəb var idimi?

Niyə yerli idarəetmə orqanları olan şəhər və rayon təhsil şöbələrinə öz məktəblərinə rəhbər seçmək, məktəb direktorlarına rəhbərlik etdikləri təhsil müəssisələrinə müəllim qəbul etmək, müəllimlərə 11 il dərs dedikləri, hər bir cəfasını və səfasını çəkdikləri, nazı ilə oynadıqları şagirdlərindən imtahan götürməkdə etibar etmirik? Onları ki, yadplanetlilər deyil, özümüz bu vəzifələrə təyin edib, iş vermişik. Etibar edib, etimad göstərməyəcəkdiksə, onda onlari işə götürəndə hansı meyarları əsas götürmüşdük. Əgər bütün bu səlahiyyətləri özümüz mənimsəyib, digərlərinin hüquq və vəzifələrinə barmaqarası baxacaqdıqsa, 10-dan artıq şəhər, 60-dan artıq rayon təhsil idarə və şöbələrinin müdirlərinə və onların çoxsaylı apparatına nə ehtiyac var idi?

Heç bir səlahiyətə malik olmayan, formal vəzifə daşıyıcısı olan təhsil şöbə müdirinin məktəb direktorunun, məktəbə laborant götürməkdə belə problem yaşayan məktəb direktorunun müəlliminin, öz ailə və məişət qayğıları ilə baş-başa qalan müəllimin şagirdinin yanında hansı hörmət və nüfuzundan söhbət gedə bilər?

Yerli şəhər, rayon, məktəb şuralarının fəaliyyətini dondurub, professor Əjdər Ağayevin sədri olduğu Respublika Təhsil Şurasını gözmuncuğu kimi təhsil ıctimaiyyətinə təqdim edirik. Şəxsiyyətinə böyük hörmət bəslədiyim tanınmış pedaqoqumuz görəsən yerli orqanları olmayan hansı quruma rəhbərlik edir? Bəlkə bu barədə də düşünək?

Məktəb direktoru, onun müavinlərinin hər hansı bir müsabiqə olsun və ya imtahan vasitəsi ilə, kurs və təlim keçmək yolu ilə müəyyənləşməsi heç bir reallığa və adi məntiqə söykənə bilməz. Məktəb rəhbərlərinı məktəb mühiti yetişdirməlidir, kollektiv formalaşdırmalı, öz liderini müəyyənləşdirməlidir,ona etimad göstərməlidir, ona etibar etməlidir, onunla qayğılarını bölüşməlidir. Məktəb direktoru kimi mühüm bir postda bir gün belə işləməyənlərin müsabiqə keçirməsi,imtahan götürməsi absurddan başqa bir şey deyil. İnsan qanı yad mikroorqanizmləri qəbul etməyib reaksiya verdiyi kimi, kollektivə yad olan gəlmə kadrların aqibətinin də nə ilə nəticələndiyinin dəfələrlə şahidi olmuşuq və təəsüf ki, hələ də bir nəticə çıxarmamışıq.

Dərslikləri, məktəbli kitabçalarını, iş dəftərlərini bir para işbazların biznes maraqlarına qurban verərək, kommersiya məzmunlu reklamlarla doldururuq, bir müddət sonra isə ictimai qınağ və sərt təpkilərlə üzləşib, “səhfimizi” başa düşür, bunların çıxarılması qərarına gəlirik.

Aralıq imtahanlrını ləğv edib,rüblük qiymətləndirmənı yarımillik qiymətləndirmə ilə əvəzləyirik. Şagirdləri imtahan məsuliyyətindən arxayınlaşdırıb, birdən- birə buraxılış imtahanlarına 8 fənn salırıq, sonra isə 8 fənni birdən birə endirib, iki fənnlə kifayətlənirik Yenidən xarici dili də əlavə etməklə 3 fənnə keçid etmək fikrinə düşmüşük. Xarici dil keçməyənlər kimyadan imtahan verəcək. Niyə məhz kimyadan? Necə deyərlər, açması TQDK- dan.

Birdən-birə kütləvi şəkildə test sisteminə keçirik, açıq və qapalı test üsulu tətbiq edirik.Uzun illər şagird və tələbələri testə alışdırıb,qəfildən tədris ilinin ortasında yazılı sessiya imtahanı keçirərək tələbələrə əlavə problem yaşadırıq, narahatçılığa və narazılıqlara şərait yaradırıq.

Müəlimin illərdən bəri stabilləşmiş18 saatlıq dərs yükünə məhdudiyəti aradan qaldırıb, norma həddini aşırıq, bir müddət keçdikdən sonra bunu 12 saata endirib, maksimal dərs yükünü 24, sonra 36 dərs saatı həcmində müəyyənləşdiririk. İndi də yenidən stavkanı 18-ə qaldırıb, dərs bölgüsünün optimallaşdirilmasını direktorların üzərinə yıxmışıq. Digər dəyişiklıklərimiz də o cümlədən. Hansı birini deyək? Bir sözlə özümüz bir yana, milləti çaş-baş salmışıq.

Islahat görüntüsü yaratmaq kimi bir məqsədə xidmət edən direktor və direktor müavinləri müsabiqələri , müəllimlərin sonradan diaqnostika adlandırılan sınaq imtahanları, icrası təxirə salınan regional təhsil şöbələri və s. bu kimi dərindən düşünülməyən, ciddi təhlillərə,təcrübəyə əsaslanmayan və mövcud reallığı əks etdirməyən bu kimi dəyişikliklər təhsilimizə heç də baş ucalığı gətirmir və şübhəsiz ki birmənalı da qarşılana bilməz.

Bir də qraf Lev Tolstoyun sərrast deyilmiş bir kəlamı bu məqamda təəssüf doğurmaya bilməz: “Şagirdlər müəllimlərinin səhvləri kimi heç bir şeyi möhkəm yadda saxlamırlar” Nə yazıq ki, kiçik şagirdlərimizdən fərqli olaraq “boyük müəllimlərimiz” belə səhvləri tez unudurlar. Unutqanlıq isə alışqanığa yol açır."
Oxşar xəbərlər
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər