"Bakıya qoşun yeritmək əmrini verənlər məsuliyyətdən kənarda qalıb"- VİDEO
Oxunub: 5811
20 Jan 2015 | 12:24
Bu gün 20 Yanvar faciəsinin 25 illiyidir. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakıya daxil oldu. Hadisə nəticəsində 131 nəfər şəhid oldu, kütləvi həbslər başladı. Həbs olunanlar sırasında Xalq Hərəkatının öncüllərindən, AMİP lideri Etibar Məmmədov da var idi. Etibar Məmmədovun Meydan TV-yə müsahibəsində həmin hadisələrinə ekskurs etdik.

 
- Etibar bəy, ötən 25 ildə 20 Yanvar faciəsinə müxtəlif yanaşmalar olub. Amma ilk sualımı iki baxış üzərində quracam: Birincisi, sovet ordusu ona görə Bakıya yeridildi ki, 13 yanvar hadisələrinin qarşısını alsın və prosesin davam etməsinə imkan verməsin. İkincisi, 1990-cı ilin aprelində keçiriləcək parlament seçkilərində Xalq Hərəkatının gözlənilən qələbəsinin qarşısını almaq. Sizin bu barədə fikirləriniz necədir?

- 1990-cı ilin hadisələrindən əvvəl, 1989-cu ilin dekabrında bir çox hadisələr baş verdi, iyunun sonunda başlayan yeni mitinq hərəkatı yüksək səviyyəyə çatdı, nəticəsi sentyabrın 16-da Azərbaycanın dövlət suverenliyi haqqında Konstitusiya qanununun qəbulu oldu. Ardınca hakimiyyət geri çəkilməyə məcbur olub, bir sıra qanunlar qəbul etdi və faktiki olaraq AXC-nin gözlənilən parlament seçkilərində qansız, dinc yolla qalib gəlmək imkanı yarandı. Seçkinin keçirilməsi üçün dekabrın 30-da qanun qəbul olunmalıydı, əgər seçki qanunu qəbul olunsaydı, mart ayına  seçkilər təyin ediləcəkdi. Ancaq hakimiyyətdə olanlar qanunun qəbul olunacağı təqdirdə seçkini uduzacaqlarını gördüklərindən seçkini pozmaq taktikasını yritməyə başladılar. Nəticədə Cəlilabadda milislə nümayişçilər arasında qarşıdurma yaradıldı və katib rayondan qaçdı. Məsələ Ali Sovetin sessiyasına çıxarıldı və Kommunist Partiyasının birinci katibi Vəzirov bildirdi ki, hadisə araşdırıldığı üçün iclas dayandırılsın. Bunun nəticəsində sessiyanın davam etdirilməsi tələbi aksiyanın bir tələbinə çevrildi. Yanvarın əvvəlindən başlayaraq biz sessiyanın davam etməsi tələbi ilə aksiyalar keçiməyə başladıq. Amma hakimiyyətin sessiyanı keçirmək niyyəti yox idi, çünki sessiyanın keçirilməsi ilə qanun qəbul olunacaqdı və avtomatik olaraq seçkinin vaxtı müəyyənləşəcəkdi.

- Siz hakimiyyət deyəndə yerli rəhbərliyi, yoxsa Moskvanı nəzərdə tutursunuz?

- Yerli rəhbərliyi, təbii ki. Moskva da bu prosesdə iştirak edirdi. Bu baxımdan aksiyalar davam etdi, yanvarın 13-nə mitinqlər təyin olunanda tələblərdən biri və ən əsası sessiyanın davam etdirilməsi, seçkilərin təyin olunmasıydı. Həmin ərəfədə təxribatlar hazırlanmışdı, yanvarın 13-də mitinq keçirilərkən erməni əhalinin içərisində təxribatlar həyata keçirilməyə başladı.

- Bəs Xalq Hərəkatının liderlərində təxribatlar haqqında məlumatlar var idimi?

- Bəli. Yanvarın 11-də daxili işlər naziri, rəhmətlik Aydın Məmmədovun kabintində SSRİ DİN-in müavini Liseaskausla görüşdüm. Ona təxribatların gözlənildiyini dedim və istədim ki, bunun qarşısını almaq üçün bizim fəallarla milislər, o cümlədən, daxili qoşunlar birgə hərəkət etsinlər. O dedi ki, Bakıda 11 min silahlı qüvvələri var və heç bir köməyə ehtiyacları yoxdur, təxribatların qarşısını alacaqlar. Yəni yerli rəhbərlik və Moskva təxribatların olacağını bilirdilər. 13 yanvar hadisələrindən sonra həmin bəhanə yarandı və məqsəd seçkilərin qarşısını almaq idi. Deməli, 13 yanvara qədər İranla sərhədlər sökülmüşdü, yanvarın əvvəlində sosial-demokratlar Əlikram Hümbətov başda olmaqla Lənkəranda hakimiyyəti ələ keçirdilər.

- O zaman Əlikram Hümbətov AXC üzvü deyildi?

- AXC-dən çıxsa da, hərəkata ASDP üzvü kimi gəlirdi. Həmin ASDP üzvü Hümbətov Lənkəranda hakimiyyəti ələ keçirdiyini elan etdi. Yəni “raykom”u qovdu, şəhər sovetini buraxdığını elan edib, öz hakimiyyətini elan etdi.

- SSRİ-nin birinci və sonuncu prezidenti Qorbaçov öz memuarlarında yazıb ki, o zaman Azərbaycanda 18 rayonda hakimiyyətlər devrilmişdi...

- Bəli, düzdür.

- Bəs AXC-in məsuliyyəti var idimi?

- Baş verənlər təxribat idi. Xalq Cəbhəsi yeni yaranan qurum olduğundan çoxu hərəkatın adından hərəkət edirdi. Bir çox rayonda katiblərin özü hakimiyyəti təhvil verirdi. Məqsəd hakimiyyətin qeyri-qanuni şəkildə zəbt olunması görüntüsünü yaratmaq idi. Beləliklə, hakimiyyət istədiyi bəhanəyə nail oldu. Adi bir misal, jurnalist Elmira Axundova Rusiyanın "Obşaya qazeta" adlı qəzetində haqqımda oçerk yazmışdı, keçmiş SSRİ-nin sabiq daxili işlər naziri Bakatin də ona cavab vermişdi. Nazir cavabında bildirmişdi ki, Bakıya daxil olmaları qurbanlar bahasına başa gəlsə də, sovet hakimiyyətini, konstitusiya qayda-qanunu bərpa edə bildilər. Onlar artıq hakimiyyətin əllərində olmadığını bilirdilər.

- Deməli, AXC yerlərdə sovet hakimiyyətini artıq sıradan çıxarmışdı?

- Yox, biz real olaraq seçki qanunvericiliyinin qəbul olunmasına və seçki vasitəsilə hakimiyyətin ələ keçirilməsinə hazırlaşırdıq. DTK-nın hazırladığı təxribatlar ondan ibarət idi ki, insanlar qanunsuzluğa təhrik edilsin və silahlı qüvvələrin hərəkətə keçməsinə bir bəhanə yaransın.

- Siz müsahibələrinizdə məsuliyyət məsələsini daim vurğulayırsınız. Rəsmi şəxslərin məsuliyyəti aydındır, xalq da AXC liderlərinə inanırdı və bunun özü də məsuliyyət yaradırdı. Kommunist Partiyasının birinci katibi Vəzirov deyirdi ki, o, aprel seçkilərini nəzərdə tutub, hərəkat liderlərinə tələsməməyi məsləhət görür və onsuz da tezliklə hakimiyyətə gələcəklərini bildirirdi...

- Yox, Vəzirov yalan danışır. Əksinə, o, mənə deyirdi ki, parlamentdə sənə neçə yer lazımdırsa, dostlarını orda yerləşdirəcəm. Bu təklifi verirdi, mən isə onunla alverə gedə bilməzdim. Həmin təxribatları yaradanlardan biri elə Vəzirovun özü idi. Məsuliyyət məsələsinə gəldikdə, heç zaman məsuliyyətdən qaçmamışam və etdiyimi də inkar etməmişəm. Həbs olunanda da dedim ki, bunları mən etmişəm, əgər cinayət varsa, sübut edin ki, əməllərimdə cinayət tərkibi var.

- Mən yenidən Qorbaçovun 20 Yanvar hadisələri barədə söylədiklərinə toxunmaq istərdim. O bildirmişdi ki, hadisələr ərəfəsində sabiq prezident, o zaman Moskvada yaşayan Heydər Əliyevə zəng edib adamlarını meydanlardan yığışdırmağı tələb edib. Bu barədə nə deyə bilərsiniz? 

- Bilirsiniz, o zaman kim nəyisə düzgün görmürdüsə, filan hadisəni Heydər Əliyevin adamlarının etdiyini söyləyirdi. Mən Heydər Əliyevi birinci dəfə Moskvada mətbuat konfransı keçirən gün görmüşəm. O vaxta qədər şəxsən tanışlığım yox idi, əlaqəm də olmayıb. Həbs olunanda da müstəntiq zorla boynuma qoymaq istəyirdi ki, sizin Əliyevlə əlaqəniz olub, onun vasitəsilə bu işləri görmüsünüz.

- Bəs ortaya faktlar qoyurdumu?

- Yox, sözdən başqa bir şey deyildi.

- Etibar bəy, yanvarın 22-də Bakını tərk edib Tiflis vasitəsilə Moskvaya uçdunuz. Bakıdan çıxanda heç problemlə qarşılaşmadınız ki?

- Şəhər o zaman mühasirədəydi, komendant saatı olduğundan hər yerdə hərbi postlar var idi. Məni Bakıdan Təcili Yardım Maşınında çıxardılar.

- Moskvaya çatanda Azərbaycan nümayəndəliyində gələcəyinizi bilirdilərmi?  

- Yox, heç kəs bilmirdi. Yanvarın 24-də Moskvaya çatanda bizimlə gedən şəxslərdən biri nümayəndəliyi məlumatlandırdı ki, Etibar Məmmədov artıq gəlib, mətbuat konfransına hazırlıq görsünlər. Tədbirdə Moskvada akkreditasiya olunan xarici ölkələrin jurnalistlərinin hamısı iştirak edirdi.

- Konfrans keçirdiyiniz vaxt sabiq prezident Heydər Əliyev və yazıçı-dramaturq Rüstəm İbrahimbəyov də nümayəndəliyə gəlib. Rüstəm İbrahimbəyov sizinlə onunla getmənizi istəyib, amma getməmisiniz. Nə üçün getmədiniz, bəlkə həbsinizin qarşısını almaq olardı?

-  Əvvəla, həbs olunmaqdan qorxmurdum. İkincisi, orda bir hadisə baş vermişdi, gənclərdən biri mənim paltomu və şarfımı geyinib maşına oturanda ona atəş açmışdılar. Oğlana heç nə olmadı, sadəcə, saxlayıb aparanda görmüşdülər ki, Etibar Məmmədov deyil. Ona görə Rüstəm müəllimə dedim ki, sizin toxunulmazlığınız kağız üzərindədir, birgə çıxsaq, sizi vura bilərlər. Niyə mənə görə sizin kimi tanınmış adamı vursunlar?! Hava da qaralmışdı, o zaman kiməsə nəsə edəndə, baxmırlar ki, üzərində deputat nişanı var, ya yox. Təhlükəli vəziyyət olduğundan dedim ki, burda qalmağım yaxşıdır, nə olacaqsa, burda olacaq. Gecə saat 2 radələrində nümayəndəliyə hücum oldu və həbslər başladı. Mən nümayəndəliyin sədr müavinin kabinetindəydim, 3-cü mərtəbədə.

- Mətbuat konfransından sonra AXC üzvü Hikmət Hacızadə bəyanat yaymışdı ki, siz cəbhəni təmsil etmirsiniz...

- Bəli, Hikmət Hacızadə AXC-in Moskvadakı təmsilçisi Zöhrab Şamxalova zəng edib bu sözləri demişdi. Amma o, AXC-nin yox, bir adamın sözü idi.

- Etibar bəy, həbs səhnəsi necə oldu, sizi birbaşa Lefortovo həbsxanasına apardılar, yoxsa DİN-nə?

- Birincisi, mühasirə edən adamların hansı qurumu təmsil etdikləri bilinmirdi.

- ALFA deyildimi?

- Onlar heç özlərini bildirmirdi və cinayət işinin materiallarında da mənim həbs olunmağım prosesi göstərilməyib. Dediyim kimi, mən nümayəndiliyin 3-cü mərtəbəsindəydim, kabinetə daxil olub sənədlərimi istədilər, təbii ki, sənəd yox idi.

- Siz Bakıdan çıxanda pasport götürməmişdiniz?

- Yox, Tiflisdə məni gürcü yoldaşlar yola saldılar.

- Gürcü soyadı ilə...?

- Hə, özləri sənədləşdirib verdilər. Nümayəndəlikdən məni aparanda olduğum maşının sağ və solunda maşın vardı. Yolda meşənin kənarında saxlayıb dedilər düş get, amma arxaya baxma. O anda ağlıma çox fikirlər gəldi. Bir neçə addım getdim, dedilər: “Qayıt”. Soruşdum: “Niyə?” Həmin adam cavab verdi ki, telefonla danışırdı, istəmirdi eşidəm. Nəhayət, maşına mindirib Lefortovaya gətirdilər, orda dedim ki, mənimlə birgə saxlanılanları buraxın. Çünki axtardığınız Etibar Məmmədov mənəm. Axı mənə oxşayan bir neçə nəfər də gətirmişdilər. O zaman mənə SSRİ baş prokurorunun müavini Abramovun şübhəli şəxs qismində saxlanmağım haqqında həbs qərarını göstərdilər.

- İstintaq zamanı ilk sual nə oldu?

- Sual vermədilər, eləcə şəxsiyyəti müəyyənləşdirdilər, sənədləşmə apardılar, səhəri istintaq başladı. İlk sual Bakıda baş verən hadisələr haqqındaydı, mən də nə düşündümsə, o cavabı verdim. Mövqeyimin düzgün olduğunu söylədim, bildirdilər ki, sən sovet ordusuna qarşı müqavimət təşkil etmisən. Cavab verdim ki, ordunun Bakıya daxil olmasının qanuniliyini mənə sübut edin, ondan sonra niyə müqavimət təşkil etməyimi soruşa bilərsiniz.

- Siz 1994-cü ildə bəraət aldınız, bəs Azərbaycan dövləti necə, hadisənin günahkarlarını cəzalandırdımı?

- Bakıya qoşun yeritmək əmrini verənlərin hamısı məsuliyyətdən kənarda qalıblar. Onlar SSRİ rəhbərliyidir və bu rəhbərliyə daxildə kömək edənlər olub. Yəni daxildə qərarı əvvəlcədən bilənlər də məsuliyyətdən kənar qalıblar. Ümumiyyətlə, böyük bir cinayət olub, amma sona qədər də açılmayıb və cinayət işi də yarımçıqdır.

- Nə zamansa açılacaqmı?

- 20 Yanvar insanlığa qarşı cinayətdir. Onların da müddəti olmur ki, nə vaxtsa desinlər ki, vaxt qurtardı, bitib.

- Deməli, tarixin öhdəsinə buraxmaq lazımdır?

- Bəli.
Oxşar xəbərlər
08:59, Bu gün
Bu yol bizi Naxçıvana, daha sonra Türkiyəyə aparacaq - EKSKLÜZİV GÖRÜNTÜLƏR
08:44, Bu gün
Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT
08:30, Bu gün
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
08:12, Bu gün
"Mançeser Yunayted"dən antirekord
08:00, Bu gün
İlk baxanda nə gördünüz? - Şəxsiyyət testi
07:45, Bu gün
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
07:30, Bu gün
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07:11, Bu gün
Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı  daha böyükdür
06:33, Bu gün
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
GÜNLÜK
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 09:30
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
06 May 2024 | 09:10
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
06 May 2024 | 10:40
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
06 May 2024 | 10:55
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
06 May 2024 | 10:59
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
06 May 2024 | 09:45
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
06 May 2024 | 09:56
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
06 May 2024 | 10:50
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
06 May 2024 | 10:30
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 09:30
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
06 May 2024 | 09:10
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
06 May 2024 | 10:40
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
06 May 2024 | 10:55
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
06 May 2024 | 10:59
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
06 May 2024 | 09:45
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
06 May 2024 | 09:56
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
06 May 2024 | 10:50
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
06 May 2024 | 10:30
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır