Moderator.az saytında yer alan “Pakistandakı səfirimiz haqqında haqlı narazılıq” sərlövhəli yazı (//moderator.az/?xeber=66835 ) ölkəmizin Pakistandakı səfiri Daşqın Şikarovun etirazına səbəb olub. Məqalədə yer alan fikirlərin həqiqəti əks etdirmədiyini bildirən səfir, saytımıza yolladığı yazılı açıqlamada səfirliyin Pakistanın Pəncab əyalətində keçirilən tədbirlərə diqqət çəkib:
“Sizin
informasiya agentliyinin səhifəsində
12.01.2015 ”“ci il tarixində dərc edilmiş
“Pakistandakı səfirimiz haqqında haqlı narazılıq”, “Azərbaycanın
Pakistandakı Səfirliyi bu 9 ildə bir dəfə də olsun Lahorda tədbir keçirməyib”
adlı məqaləsinə cavab olaraq bildirirk
ki qeyd olunan məqalə həqiqəti əks etdirmir. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi,
həmçinin Azərbaycanın Pakistandakı səfirliyinin iştirakı ilə Pakistanın 4 əyalətinin
”“ Pəncab, Sind, Bəlucistan və Xeybər Paxtunhva əyalətlərinin hər birində
onlarla tədbirlər həyata keçirililmişdir. Məqalədə “Azərbaycanın Pakistandakı Səfirliyi
bu 9 ildə bir dəfə də olsun Lahorda tədbir keçirməyib” yazısına cavab olaraq
paytaxtı Lahor şəhəri olan Pəncab əyalətində keçirilən tədbirlərin qısa ardıcıllığını
diqqətinizə təqdim edirəm. (Məqalədə Lahor şəhəri qeyd olunduğu üçün yalnız Pəncab
əyalətində keçirilən tədbirləri diqqətinizə təqdim edirəm. Pakistanın digər əyalətlərdə
keçirilən tədbirlərlə səfirliyin www.azembassy-pakistan.com adresindən və yaxud google.az saytına axtarış verməklə tanış
olmaq olar)
30.04.2012-ci
il tarixində Heydər Əliyev Fondunun dəstəyi ilə Lahor şəhərində Hepatit B
virusuna qarşı peyvəndləşdirmə aparılmışdır.
12.08.2012-ci
tarixində Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü
və dəstəyi ilə Lahorda və Pəncab əyalətinin müxtəlif şəhərlərində fəaliyyət göstərən “Pakistan
Sweet Home”-da iftar süfrəsi təşkil olunmuşdur.
24.02.2013
Lahor şəhərində Azərbaycan ”“ Pakistan Fondu ilə birgə Xocalı soyqırımına həsr edilmiş “Xocalı Soyqırımı-BMT-yə
ünvanlanmış suallar” adlı seminar
keçirilmişdir.
23.03.2013-cü
il tarixində Pəncab Əyalətinin Ravalpindi şəhərində Novruz bayramı tədbiri keçirilmişdir.
2013-cü
il 17-18 oktyabr tarixlərində Pakistanın Pəncab əyalətinin Fayzabad,
Ravalpindi, Lahor şəhərlərində Heydər
Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın dəstəyi ilə Qurban bayramı ilə əlaqədar humanitar xarakterli tədbirlər
həyata keçirilmiş, yüzlərlə iribuynuzlu qurbanlıqlar kəsilərək əhalinin
imkansız təbəqəsinə paylanılmışdır.
09.10.2013
Lahor şəhərinin “SOS Village” (“SOS ”“ kəndi” kimsəsizlər evində 500 nəfər kimsəsiz
uşaq məskunlaşmışdır) uşaqlar evi həmçinin, ərazidə yaşayan imkansız sakinlər
üçün qurbanlıqlar kəsilərək paylanılmışdır.
12.04.2014-ci
il tarixində Pəncab Əyalətinin Lahor şəhərində fəaliyyət göstərən Ancuman
Süleymaniya məktəbində (kimsəsiz uşaqlar
evində) Heydər Əliyev Fondunun
Prezidenti xanım Mehriban Əliyevanın dəstəyi ilə humanitar aksiya
keçirilmişdir, hədiyyələr paylanılmışdır.
30.09.2014-ci
il tarixində İslamabad şəhərində və Pəncab əyalətinin Ravalpindi şəhərində yerləşən
Beyt-ul-Mal kimsəsiz uşaqlar evində Heydər Əliyev Fondunun Prezidenti,
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə Qurban
bayramı ilə əlaqədar tədbir keçirilmişdir.
2014-cü
ilin 06 və 07 oktyabr tarixlərində Qurban bayramı münasibəti ilə Pəncab əyalətinin
sel daşqınlarından zərər çəkmiş Multan və Okara şəhərləri həmçinin Ravalpindi şəhərində
yüzlərlə iribuynuzlu və xırda buynuzlu heyvanlar kəsilərək imkansız insanlara
paylanılmışdır. Eyni zamanda kimsəsiz uşaqlar evlərində bayram süfrələri və əyləncə
proqramları təşkil olunmuşdur.
30.10.2014-cü
il tarixində Pəncab əyalətinin sel daşqınlarından zərər çəkmiş Multan, Muzaffargarh, Leyyah, Chinniot,
Naroval, Sargodha, Mandi Baha-ud-Din,
Sialkot, Sarqodha, Cang və
Hafizabad şəhərlərində Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA)
adından humanitar yardım aksiyaları keçirilmişdir.
Hal-hazırda
Pəncab əyalətinin Qucurxan bölgəsində “20 Yanvar Şəhidləri” ”“nin xatirəsinə bulaq
kompleksi inşa edilir, 15.01.2015-ci ildə bulaq kompleksinin açılış mərasimi
keçiriləcəkdir.
Adı çəkilən tədbirlərin hər birində Azərbaycanın
Səfiri və səfirliyin əməkdaşları, həmçinin Pakistanın nüfuzlu senatorları,
Milli Assambleyanın üzvleri, Əyalətin nazirləri və nüfuzlu şəxsləri iştirak etmişlər.
Buna
əlavə olaraq bildirilir ki, Azərbaycan Səfirliyinin bir başa dəstəyi ilə Lahor
şəhərində fəaliyyət göstərən Azərbaycan-Pakistan fondu yaradılmışdır. Fondun
Prezidenti Azərbaycan Diplomatik Akademiyasının məzunu Naman Zəfər Çoudridir.
Bütün
bunlarla yanaşı Azərbaycanın Pakistandakı Səfiri dəfələrlə Lahor şəhərinə səfər
edərək Pəncab əyalətinin Qubernatoru, Spikeri, Əyalətin nazirləri, Ticarət və Sənaye Palatasının sədri, əyaləti təmsil
edən Milli Assambleyanın deputatları,
xarici işlər nazirliyinin əyalət üzrə təmsilçisi, digər əyalət rəsmiləri,
aparıcı siyasətçiləri, ilə görüşmüş, bir
sıra konfraslarda iştirak etmişdir.
Eyni
zamanda Heydər Əliyev Fondunun dəstəyi və Səfirliyin iştirakı ilə Pakistanın
digər əyalətlərində də bir sıra tədbirlər
həyata keçirilmişdir. Buna misal olaraq,
terrordan əziyyət çəkən və iqtisadi cəhətdən geridə qalan Xayber
Paxtunxva, Bəlucistan və Sind əyalətlərində müxtəlif humanitar layihələr, həmçinin Kəşmirdə
Qızlar məktəbinin inşası, Heydər Əliyev Su Təchizatı layihəsinin icrası, Xayber
Göz klinikasının yeni blokunun və gözləmə otaqlarının tikintisi və həmin xəstəxanada
pulsuz əməliyyatların keçirilməsi, Həmzə Fonduna laboratoriya ilə təchiz
olunmuş təcili tibbi yardım avtomobilinin və 2 min ədəd qan paketinin hədiyyə edilməsi, Peşavar, Lakki Marvat və Serebral İflic klinikalarında
pulsuz müayinə, Saif Fonduna xeyriyyə fonduna yardımların edilməsi, “Edhi
Homes” ”“da minlərlə insanlara hepatit virusuna qarşı peyvəndlərin ediməsi, Külsüm İnternational ürək klinikasında açıq
ürək əməliyyatları, Ramazan ayında iftar
süfrələrinin təşkil olunması, qurbanlıqların kəsilməsi, Pakistanın 12
Universitetində Heydər Əliyev guşəsinin
yaradılması, Milli Kitabxanada Heydər
Əliyev guşəsinin yaradılması, Pakistanın Milli Kitab Fondunda Nizami Gəncəvi
otaqlarının açılışı və digər tədbirlər qeyd oluna bilər.
Yuxarıda
qeyd olunan tədbirlər Pəncab Əyalətinin Lahor və digər şəhərlərində kecirilmiş
və keçirilən tədbirlər haqqında Pakistan və Azərbaycan mətbuatında, həmçinin, Səfirliyin (azembassy-pakistan.com) internet saytında ətrafli
məlumatlar dərc olunmuşdur. Pəncab Əyalətindən
əlavə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində
(Xeybər Paxtunhva, Sind və Bəlucistan) 30-dan çox müxtəlif humanitar tədbirlər
həyata keçirilmişdir.
Məlumat
üçün bildirirəm ki, Moderator.az saytı Pəncab Əyalətinin Lahor və digər şəhərlərində
keçirilən bir neçə tədbiri öz səhifəsində
işıqlandırmışdır.
//www.moderator.az/?xeber=39010 (27.12.2013)
//www.moderator.az/?xeber=30995 (20.07.2013)
//www.moderator.az/?xeber=44672 (18.04.2014)
//www.moderator.az/?xeber=57482 (08.10.2014)”