Prezidentin son əfv fərmanı əsasında 87 insanın azadlığa çıxması ictimaiyyət, eləcə də əksər ictimai-siyasi xadimlər, QHT rəhbərləri tərəfindən məmnunluqla qarşılanmaqdadır. Lakin bununla belə bu fərmanın yarımçıq xarakter daşıdığı, bütün siyasi məhbusları əhatə etmədiyini iddia edənlər də yox deyil.
Bununla
bağlı Moderator.az-a açıqlama verən Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı əfv
fərmanını təqdir etdiyini, fəqət 2015-ci illə bağlı daha böyük gözləntilərə
sahib olduğunu vurğuladı:
"Yaradılan işçi qrupu insan hüquqları ilə əlaqədar
idi. 87 nəfər insan əfv olunub. 87 nəfər bu ili ailəsi ilə birlikdə
qarşılayacaq. Bu, təqdirəlayiqdir. İnsanlar arasında ayrı-seçkilik salmaq
olmaz. Ancaq çox təssüf ki, siyasi məhbuslar bu insanların arasında azlıq təşkil
edir. Əfv olunan insanların sayı 87 yox,187 olsaydı və burada siyasi məhbuslar
çoxluq təşkil etsəydi, ictimaiyyət üçün böyük bayram təbriki olardı. İşçi qrupu
öz işini davam etdirəcək. Düşünürəm ki, 2015-ci il daha uğurlu il olacaq. Daha
böyük əfvlər gözləyirəm. Arzum isə, ölkədə "qızıl aministiyanın" olması,
bütün siyasi məhbusların azadlığa buraxılmasıdır".
Seymur
Əliyev