Könüllərə təsir edən sehrli iksir nədir?..
Ekskluziv
Oxunub: 3756
01 Jun 2023 | 06:46
Könüllərə təsir edən sehrli iksir nədir?..
"İslamın insana qazandırdığı üstün əxlaqi keyfiyyətləri, imanın həqiqətini özümüz inanaraq yaşasaq İslam dini hər kəs üçün rəğbət ediləcək həyat sistemi halına gələcək..."
 
"Sərt çıxışlar, kobud rəftar, mərhəmətli olmama insanların ətrafımızdan dağılmasına gətirib çıxaracaqdır..."
 
"Bununla birlikdə utanmadan, sıxılmadan bir adam, eyni xətanı, nöqsanı təkrarlayar, yanlışında israr edər, nəsihət də fayda verməz, inadından dönməzsə haqqın xətrini ali tutmalı, həddi bildirilməlidir..."
 
Sual:
 
“Allahın mərhəməti sayəsində onlarla yumşaq rəftar etdin. Əgər kobud və daş ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər.”(Ali İmran, 3/159) İnsanlarla münasibətdə möminlərin mülayim rəftar etməsini necə anlamalıyıq?
 
Cavab:
 
Sualda qeyd olunan ayə Uhud müharibəsi münasibətilə nazil olmuşdur. Uhudda müsəlmanlar müvəqqəti məğlubiyyət yaşadılar. Fətanət sahibi Allah Rəsulu (s.ə.s), müharibənin sonrakı günü həyata keçirdiyi taktika ilə məğlubiyyəti zəfərlə çevirdi.
 
Ayədə, Allah Təala, فَبِمَا رَحْمَةٍ مِنَ اللهِ لِنْتَ لَهُمْ  [1] فَبِمَا   ifadəsindəki “bə” hərfi-cəri (ədat) yaxınlıq bildirir. O zaman ayəni bu şəkildə tərcümə etmək olar: “Sən, Allahın rəhməti, inayəti, nəzarəti, qoruması sayəsində onlara qarşı yumşaq davrandın.” İlkin olaraq bilmək lazımdır ki, Rəsulullah (s.ə.s) Uca Allahın (cəllə cəlaluhu) himayəsi, qoruması altındadır və onun xəta etməsi mümkün deyil.
 
Allah Təala, Həzrət Musa (ə.s) və Həzrət Harunu (ə.s) Fironla görüşməyə göndərir. Onlara, Fironla görüşərkən   فَقُولاَ لَهُ قَوْلاً لَيِّنًا  “Ona yumşaq söz söyləyin.”( Ali İmran 3/159) – mülayim danışın deyir. Peyğəmbərimizə xitabda isə لِنْتَ لَهُمْ  “Onlara yumşaq davrandın.” – buyuraraq, Onun fitrətən zatən belə olduğunu vurğulayır.
 
Ayənin davamında Allah Rəsulunun (s.ə.s) sahib olduğu Quran əxlaqının üstünlüyü göstərilir. وَلَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لاَنْفَضُّوا مِنْ حَوْلِكَ  “Əgər Sən, – haşa – kobud və daş ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər.” – buyurularaq yüksək əxlaqi səciyyə nəzərə verilir. فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الأَمْرِ  
 
“Elə isə onları əfv et və onların bağışlanmaları üçün dua et. Görəcəyin işlərdə onlarla məsləhətləş.”
 
Ayənin davamında Allah Rəsuluna (s.ə.s)  əshabəni xətalarına görə əfv etməsi, Allahdan onlar üçün bağışlanma tələb etməsi və görəcək işlərində onlarla məşvərət etməsi üçün üst-üstə göstərişlər verilir.
 
Məğlubiyyət necə zəfərə çevrildi?..
 
Allah Rəsulu (s.ə.s), Uhuda çıxmadan öncə əshabə ilə məşvərət etmişdi. Məşvərət prinsipinin təsis olunması üçün səs çoxluğunu əsas alaraq onların görüşünə görə qərar vermişdi. Yaşana biləcək problemləri nəzərə alaraq müəyyən bir strategiya ortaya qoymuşdu. Müharibə başladıqdan sonra ilkin mərhələdə üstünlük yenə müsəlmanların əlində idi. Səhabə əmrə itaətdəki incəliyi tam qavraya bilmədiyi üçün daha sonra müharibənin gedişi dəyişdi. Çox sayda itki verdilər, məğlubiyyət yaşandı. Bu tablo qarşısında Allah Rəsulunun (s.ə.s) qəlbində inciklik yaranmasın deyə onları əfv etməyi, onlar adına Allahdan məğfirət diləməyi, həmçinin görüləcək işlərdə onlarla məşvərət etməsi istənilir.
 
Sonrakı gün…
 
Müşriklər, qələbə sevinci ilə Məkkəyə qayıdırdı. Allah Rəsulu (s.ə.s) səhabəni topladı və düşmən ordusunu təqib etmənin əhəmiyyəti vurğuladı. Onlar da hamı bir ağızdan qəbul etdilər. Əvvəlki gün Uhuda iştirak edən sahabə arasından bir nəfər də geridə qalmadı.[2] Halbuki aralarında öncəki gün çox ağır yara alan, hətta yürümə qabiliyyəti olmayan şəxslər də vardı. Bu səfərin adı Hamraul-Əsəd adlanır.  Qeyd etmək yerinə düşərdi ki, öncəki gün baş verən müharibəyə iştirak etməyən Cabir ibn Abdullah (r.a) da onlarla çıxmışdır. Onun  xaricində müharibədə iştirak etməyən heç kimsə gəlməmiş, bəlkə də gəlməsi istənilməmişdi. Aldıqları ağır yaralara baxmayaraq hamının bir nəfər kimi iştirak etməsində məşvərətin böyük təsiri var. Onlar artıq müharibə öncəsində məşvərət zamanı öz fikirlərində israr etmənin qarşılığını canları bahasına öyrənmişlərdi. Məkkəlilər, müsəlmanların arxadan onları təqib etdiklərini xəbər alınca at və dəvələrini  mahmızladılar. Sevincləri bir anda qursaqlarında qaldı. Bir an öncə Məkkəyə çatmağa tələsirdilər. Öz-özlərinə “qələbəmizi məğlubiyyətə çevirməyək” deyirdilər. Hamraul-Əsədə qədər müsəlmanlar gedib çatdılar. Müşriklərin qorxaraq uzaqlaşdığı xəbərini də alınca öncəki gün yaşanan həzimət, məyusluq bir anda qələbəyə, sevincə çevrildi.
 
Həyatımızda elə zamanlar ola bilər ki, hər şeyimizi belə itirə bilərik. Lider olan şəxslər belə hallarda əsla ümidini itirməməli, Allaha təvəkkül etməli, “olanda xeyir var” deyə bilməlidir. Əsla təqsirkar axtarmamalı, hamı bir araya gəlməli, olan-oldu, keçən-keçdi deyib, gələcəyə, görüləcək işlərə baxılmalıdır...
 
Digər yandan, əgər, olduğumuz yerdə insanlara rəhbər olma, cazibə mərkəzi olma tələbimiz varsa, yumşaq sözlü, mülayim, xoşrəftar olmalıyıq.  Ayədə qeyd edildiyi kimi, sərt çıxışlar, kobud rəftar, mərhəmətli olmama insanların ətrafımızdan dağılmasına gətirib çıxaracaqdır...
 
İnsanları baş verən xətalar, nöqsanlar yönü ilə təhqir və tənqid etmək, yerdən-yerə vurmaq, arxasına çönüb getmək hər biri fərqli sərtlik tərzləri olub, qırıcı, dağıdıcı davranışlardır. Bu şəkildə rəftarın nə ailədə, nə iş yerində, nə də cəmiyyətə faydası olmaz, əksinə var olanı yıxar-dağıdar...
 
İlahi əxlaqı, peyğəmbərlərin yolunu  özümüzə rəhbər götürməliyik. İlahi əxlaq, tanrı olduğunu iddia edən Firona belə yumşaq, mülayim danışmağı əmr edir, Peyğəmbərimizin (s.ə.s) mülayim davranışı təqdir edilir. Bizə düşən də buna əməl etməkdir.
 
Quranı Kərimdə, bu prizmadan yolumuza işıq tutacaq bir neçə ayəni də qeyd etməkdə yarar vardır. “onlar … qəzəblərini udar və insanları bağışlayarlar.” (Ali İmran 3/134)
 
Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz çevir!” (Əraf, 7/199)
 
“Yaxşılıq və pislik eyni deyildir. Pisliyi daha yaxşı olanla dəf et! Bu zaman səninlə arasında düşmənçilik olan kimsə sanki yaxın bir dost olar.” (Fussilət, 41/34)
 
Mülayimliyin də sərhədi olmalıdır...
 
Bununla birlikdə utanmadan, sıxılmadan bir adam, eyni xətanı, nöqsanı təkrarlayar, yanlışında israr edər, nəsihət də fayda verməz, inadından dönməzsə haqqın xətrini ali tutmalı, həddi bildirilməlidir. Yəni, halal-haram demədən hər şeyə əlini uzadan, şüursuzca gününü keçirən, başqalarına zərər vuran şəxsə öncə üslubuna uyğun doğru olanı başa salmaq lazımdır. Əgər bunu da anlamırsa ona cəbhə alınmalı, reaksiya bildirilməlidir.
 
وَعَلَى الثَّلاَثَةِ الَّذِينَ خُلِّفُوا حَتَّى إِذَا ضَاقَتْ عَلَيْهِمُ الأَرْضُ بِمَا رَحُبَتْ وَضَاقَتْ عَلَيْهِمْ أَنْفُسُهُمْ وَظَنُّوا أَنْ لاَ مَلْجَأَ مِنَ اللهِ إِلاَّ إِلَيْهِ
 
(Döyüşə qatılmayıb) arxada qalan üç nəfəri də (Allah bağışladı). Nəhayət, yer üzü genişliyinə rəğmən onlara dar gəlib qəlbləri sıxıldığı zaman Allahdan (Allahın əzabından) qorunmaq üçün yalnız Onun Özünə sığınmalı olduqlarını anladılar. Sonra Allah onları tövbə etməyə müvəffəq etdi. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir.” (Tövbə 9/118)
 
ayəsi Təbuk Səfərinə iştirak etməyən üç nəfər haqqında nazil olmuşdur.[3]
 
Təbuk səfəri İslam tarixində həll edici rol oynamışdır. Yeni qurulmuş müsəlman dövlətini gözləyən təhlükə vardı. Yayın istisi, məsafənin uzaq olması, ərzağın qıtlığı, məhsul yığım dövrünə az zaman qaldığı bir dövrdə səfərə çıxılmışdı. Bu ciddi bir imtahan idi. Hər kim bu hərbi çağırışdan boyun qaçırarsa böyük günah işləmiş olacaqdı. Üç səhabi heç bir üzrlü səbəbi olmadan səfərə iştirak etmədi. Təbuk səfərində Allahın rəhmət əsəri olaraq savaş baş vermədi. Hər kəs sağ-salamat evinə qayıtdı. Bu səfərə münafiqlər iştirak etməmişdi. Ayədə bəhçi keçən üç səhabi gəlib Allah Rəsulundan (s.ə.s) bağışlanma tələb etdilər. Mömin olsalar da, etdikləri səhv ümumun hüququna təcavüz olduğu üçün Allah Rəsulu (s.ə.s) onları bağışlamadı. Hər kəsin onlarla əlaqəni kəsməsini tələb etdi. Əlli gün, onlar bir növ cəmiyyətdən təcrid həyatı yaşadılar. Əllinci gün sonsuz mərhəmət sahibi Rəbbimiz onları əfv etdiyini fərman buyurdu.
 
 Əslində mömin əxlaqı mülayimlik, yumşaqlıqdır. Hər kəsə durduğu yerə görə də dəyər vermək lazımdır. Möminin könlü geniş olmalı, hamı orada özünə oturacaq yer tapmalıdır. Ancaq yaxında olanla, uzaq durana münasibət həmişə eyni olmur, olmaz da. Yaxın olan da yaxınlığın haqqını verməlidir...
 
Könül körpüləri...
 
Mömin, imanın, inandığı dəyərlərin gözəlliyini başqalarına çatdırmaq üçün könüllərə gedən yollar açlmalı, körpülər qurmalıdır. Zatən onun könlü hər kəsə açıqdır. İnsanlarla münasibət qurarkən rifq və mülayimlə yanaşmalı, şirin söz, yumşaq dildən istifadə olunmalıdır. Bu şəkildə münasibət qurulmazsa nə qədər dəyərləri ülvi olsa da, qarşı tərəfdə rəğbət hissi yaranmayacaqdır. İnandığı dəyərlərdən, ən azından qismən nəsiblənmək, olmasa belə ‘bu insan xoş insandır, zərər vurmaz, zərər gəlməz’ deməsi üçün yumşaq rəftardan daha gözəl üslub, yol yoxdur.
 
Bəli, “aləmlərə rəhmət olaraq göndərilən”[4] Rəsulullah (s.ə.s) söz, rəftar və felləri ilə bütün həyatı boyu necə mərhəmətli insan olmaq olar, onu yaşayaraq göstərmişdir. Məsələn, Məkkəyə daxil olduqdan sonra insanlar bir az qorxu, bir az tərəddüd keçirsələr də, Onun hər kəsi bağışlayacağı ümidi ilə ətrafında toplandılar. Keçən dövr ərzində etmədikləri zülm-cəfa harada isə qalmamışdı. Bunun qisasını almağa da haqqı var idi. Rəhmət Peyğəmbəri (s.ə.s) üzünü onlara tutub:  Həzrət Yusufun (ə.s) qardaşlarına dediyi kimi لاَ تَثْرِيبَ عَلَيْكُمُ الْيَوْمَ يَغْفِرُ اللهُ لَكُمْ وَهُوَ أَرْحَمُ الرَّاحِمِينَ  “Bu gün siz töhmətlənməyəcəksiniz. Allah sizi bağışlasın! O, mərhəmətlilərin ən mərhəmətlisidir.”[5] – deyərək qorxu dolu qəlblərə su sərpmiş, bağışlamağın, mülayimliyin və tolerantlığın zirvəsini göstərmişdi.[6]
 
Bir zamanlar məkkəlilər Onun amansız düşməni idi. Bütün qəbilələri Mədinəyə qarşı ayağa qaldırmışdılar. ( xatırlayın Xəndək müharibəsi) Mücəssəm Rəhmətin (s.ə.s)  məkkəliləri əfv etməsi  xəbəri ətrafa qısa zaman ərzində sürətlə yayıldı. Allah Rəsulunun (s.ə.s) rifq və mülayimliyi nəticə vermişdi. İnsanlar dəstə-dəstə, qəbilə-qəbilə bir-bir Mədinəyə gəlib Allahın dininə girirdilər. (Nəsr 110/2)
 
Tarix xətti deyil, dövrü təkrarlar ilə inkişaf edir. Baş verən hadisələrdə zaman, məkan, insan dəyişsə də, hadisənin mahiyyəti eyni olaraq qalır. Tarix təkrar edir. Bu gün bizlər də, insanların İslamı din kimi seçib, həyatını onun əmirləri istiqamətində formalaşdırmasını istəyiriksə, seçəcəyimiz yol rifq, mülayimlik və yumşaqlıdır. İslamın insana qazandırdığı üstün əxlaqi keyfiyyətləri, imanın həqiqətini özümüz inanaraq yaşasaq İslam dini hər kəs üçün rəğbət ediləcək həyat sistemi halına gələcək...
 
Əgər belə bir yola girərsək, Allahın da rızasını qazanmış olarıq. Gözlər riza üfüqündə olarsa, əllər də dua tələbində xəsis olmamalıdır. Allah Rəsulu (s.ə.s):  مَنْ لَا يَرْحَمُ النَّاسَ لَا يَرْحَمْهُ اللهُ “İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz!”[7] , اِرْحَمُوا مَنْ فِي الأرْضِ يَرْحَمُكُمْ مَنْ فِي السَّمَاء  “Siz yerdə olanlara mərhəmətli olun ki, səma əhli də sizə mərhəmət eləsin!”[8] buyurur.
 
Günümüzdə möminlər Allah Rəsulunun (s.ə.s) həyatını, sirəsini özünə rəhbər təyin etməli və bu yolda yürüməlidir. Hər kəs qabiliyyətinə görə bir üfüqə yaxınlaşa bilər. Könüllərə təsir edən iksir rifq və mülayimlik, şirin dil, yumşaq rəftardır. 
 
Mənbələr:
 
1. Ali İmran 3/159.
 
2. İbn Hişam, Sirə  4/52, İbn Kəsir, əl-Bidayə 4/49.
 
3. Buxari, Məğazi 79; Müslim, Tövbə 53.
 
4. Ənbiya, 21/107
 
5. Yusuf suresi, 12/92.
 
6. Nəsəi, Sunənul-kübra 6/382; Beyhaqi, es-Sünənül-kübra 9/118.
 
7. Buxari, Ədəb 18; Müslim, Fəzail 65.
 
8. Tirmizi, Birr 16; Əbu Davud, Ədəb 58.
 
Meneviyyat.az
Oxşar xəbərlər
06:33, Bu gün
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
06 May 2024 | 07:29
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
06 May 2024 | 09:30
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
06 May 2024 | 07:29
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
06 May 2024 | 09:30
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ