Ədalətə çağırış
Köşə
Oxunub: 2407
09 Dec 2014 | 11:05
Ədalətə çağırış

DİPM İB ”“in həmsədri Elçin Qurbanov radikal islamçı qruplaşmalara ərəb, türk və Azərbaycan dilində məktub göndərib. 

Moderator.az bu məktubun bir hissəsini təqdim edir:


Şərh


Şübhəsiz ki, zamanımızda da bütün bəşəriyyət üçün əlçatmaz yeganə məfhum HƏQİQƏTDİR. O, hər kəs üçün tam mənasıyla fəhm olunmaz və qapalıdır. Heç kəs, heç bir zaman, heç cür həqiqəti bilmədən kamil olmayıb, ola da bilməz. Təəssüflər olsun ki, insanlıq elə malik olma ehtirası üzündən onun tam əksi olaraq şəri (şeytan) məfhuma itaət və ibadət edir. Çünki onların istəyi ALLAH iradəsindən tam kənardır.

Elə bilgilər vardır ki, onu hər kəsin bilməsi mümkün deyil. İnsanlarda çata bilmədikləri ali məqamı alternativ yolla əldə etmək istəyi təbiidir. Hesab edilir ki, itaət etdikləri şeytan sona qədər onlarla dostluq edir. Bu isə elə qara məfhumun Əbədi olan RƏBBİ qarşısında etdiyi itaətsizliyin təbii xüsusiyyətlərinə uyğundur. Yəni, iblis yerdə fitnə-fəsad yaymaqla özünün son aqibətinin zamanını uzatmaq ardındadır. Çünki həqiqətin yerdə təntənəsi yer əhlinin daha mükəmməl varlıq mərhələsinə keçidi deməkdir. Dünya hissiyyat üzvlərinin çox zəngin olduğu bir yer olduğundan hissi həzlər hər kəsin ardında olduğu azğınlığın əsas mənbəyidir. Bu hislərlə mübarizə aparmaq mürəkkəb və çətindir. Elə bəşəriyyəti idarə etmək üçün ən mükəmməl vasitə də hissi həzlərin yaratdığı ehtirasdır.

Dünyanın bütün teokratik dövlətlərində və ən qatı dini sektalarında  ilahi mənbədən nazil olacaq kəlam gözləyirlər, amma bu kəlamı eşitmək heç kimə müəssər olmur. Çünki Əzəli və Əbədi olan varlıq insanların təxəyyüllərində yaradıqları nəsnə deyil. O, nə idrakda, nə təxəyyüldə doğmuş nə də doğulmuşdur. O, bütün varlıqların səbəbidir. Substansiya deyil. Zaman və məkan anlayışından kənardadır. Zaman və məkan anlayışı bizim üçün hadisələri düzənləyən elə hesablama sistemidir ki, biz uzun illərin içərisində yaşadığımız hadisələrə (keçmiş saydığımıza da, gələcəyə də) hansısa bir anda şahid oluruq və o anı yaşayırıq. Bütün aləmlər isə ONUN zəkasının iradi nəticəsidir. Biz ondayıq və onda olduğumuz halda ALİ və MÜTLƏQ olanı öz iradəmizə uyğunlaşdırmaq istəyirik. Bu iddia isə şübhəsiz ki, absurddur.

Şərqin dini fəlsəfi təlimləri də kamil insanı təbiətin təsirlərindən kənarda qəbul edir və insanı ALLAHIN özü kimi təqdim edirlər. (Məsələn, Kabbala təlimi insan iradəsinin ALİ və Əbədi olan ALLAHIN iradəsilə üst üstə düşdüyü halını müəyyənləşdirməyi əsas hədəf olaraq götürür). Amma bu gerçəkliyə hansı həddə nail olmağın mümkünlüyü izah edilə bilməz . Ona görə ki, insanlar ( fərdlər) idrak və iradə baxımından fərqli və müxtəlifdirlər. HƏQİQƏT ALİDİR, ƏBƏDİDİR, DƏYİŞİLMƏZDİR , MÜTLƏQDİR, onun alternativi yoxdur. Bütün xüsusiyyətləri ilə O, mahiyyət deyil, mahiyyəti yaradandır! Yəni, keyfiyyətin yarandığı (doğulduğu) səbəbdir. Bu səbəbdən bir çox dini mənbələrdə RƏBBƏ ATA deyə müraciət etmişlər. Belə dünyagörüş diskriminasiya doğuran subyektləri araşdırdı. Millətlər və dinlər arasında ayrıseçkilik və ziddiyyətlər yaratdı.

Bəli, heç şübhə yox ki, ALLAH varlığa aid bütün səbəblərin əvvəlində və sonunda dayanır. Heç bir canlı və cansız aləm MÜTLƏQ iradədən kənarda deyil. Platon və bir sıra antik filosoflar kainatdakı cisimləri passiv başlanğıc kimi qəbul etmişdirlər. Amma bir məsələni diqqətdən qaçırmaq olmaz. Tutaq ki, insan bədəninin üzvi tərkibi yer planetinin üzvi birləşmələrindən təşkil edilmişdir. Yəni deyək ki, fizioloji (bioloji) mövcudluq üçün mənbə var. Bəs şüurun yaranma mənbəyi haradandır?

Şüur materiyadan yarana bilməz. Bir halda ki, bütün canlı varlıqların həyatı proqramlaşdırılmış  (şərti və şərtsiz refleksi) və azad şüura əsaslanır, nə daş, nə də mürəkkəb tərkibli astronomik göy cismi şüurun yaranma mənbəyi ola bilməz. Nəyinsə mövcud olması üçün onu təşkil edən elementlərin eyniliyi və nəsnənin yaranma səbəbi olmalıdır. Deməli, şüur və zəkanın nəşət tapdığı ali Zəka vardır, hansı ki, şüurun törəmə mənbəyini təşkil edir. Ağıl təsbit edir; hansı ki, bizim iradəmizdən kənardır. Zəka yaranmır, yaradır!  Eyni zamanda bütün varlıqların davamlılığını və həyat tərzini idarə edir. O, ALLAHDIR! Ona görə də “O, sizə sizdən yaxın olandır” kəlamı heç də təsadüfi anlam daşımır. Hətta insanların qavraya bilmədikləri (sonsuz) həddə ciddi iradə və gücə malikdir. Bu səbəbdən də qeyri-maddi olmasına (mahiyyət olmasa da mahiyyət yaradandır) baxmayaraq maddi tərkib və forma yaradandır.

Bu gerçəkliyə insanlar öz təsərrüfat fəaliyyətlərinin mahiyyətinə diqqət yetirməklə şahid ola bilərlər. İstənilən bir işi görəndə əvvəlcə ideya yaranır, daha sonra ideya realizə edilir. Necə ki, binanı inşa etmək üçün əvvəl təxəyyülümüzdə onun layihəsini canlandırır, sonra özünü tikirik. Deməli, ilkin səbəb zəkadır . Buradan aydın olur ki, zəka əvvəlcə fikri, fikir isə sonra materiyanı yaradır. Digər tərəfdən zəka tikilən bina üçün material deyil. Yalnız və yalnız səbəbdir.Deməli dünyanı yaradan səbəb elə səbəblərin səbəbi olan Mütləq ZƏKANIN özüdür.

O ki, qaldı insaların idarə edilməsinə, bu məsələ çox zidiyyətlidir. Əgər buna ölkə və dövlət müstəvisində yanaşsaq deyə bilərik ki, insanlar dövlət tərəfindən heç vaxt idarə edilə bilməzlər. Bu heç vaxt mümkün olmamışdır. Ölkəni idarə etmək iddiasında olan dövlət əslində xalq təsərrüfatını yönəldir. Yəni, o, ölkə təsərrüfatı üzərində sərəncamverici subyektdən başqa bir şey deyil. O, tamamilə başqa söhbətin mövzusudur ki, təsərrüfat da  insanların və cəmiyyətin fəaliyyətinin əsas hissəsidir. Cəmiyyətin tərbiyə olunmasında və təfəkkürünün formalaşdırılmasında danılmaz xüsusiyyətlərə malikdir.

 Xitab

 
Yuxarıdakılardan aydın olur ki, insanların ULU YARADANI xüsusiləşdirməsi, şəxsiyyətləşdirməsi və öz təxəyyüllərinin nəticəsi kimi təqdim etməsi cəhalətdir. Təriqət və firqələrin yaranması ona görə kütləvi cəhalət yaradır ki, insanlar özləri idarə olunan həddə enirlər və onlardan mistik niyyətlərin həyata keçirilməsi üçün istifadə edirlər. Yer üzündə elə bir insan yoxdur ki, bir dəfə də olsun Rəbbini düşünmək üçün çətin vəziyyətə düşməsin. Bu TANRININ Adilliyidir.

Şübhəsiz ki, özlərini müttəqilər hesab edərək ALLAHDAN qeyrisinə qulluq edən kəslər qorxunc bir yuxudadırlar. ALLAHDAN açıq-aydın nişanə gəlməyənə qədər müharibə və qətllər üçün fətva verməkdən çəkinmək vacibdir. Şəhidlik və cənnət vəd edilərək zülmə sürüklənən zümrə necə doğru yolda ola bilər? Məgər ALLAH qan tökməyi və günahsız körpələri qətlə yetirməyi onlara öyrətdimi?

Dənizin o tayından gəlib “imdad”ınıza yetişərək sizə “qardaş” deyən şeytan qulluqçularına inanmayın! Çünki ALLAHDAN qeyrisinə qulluq edə və bunu gec anlaya bilərsiniz. İblisin ordusu sizi oyuncaq kimi oynadar, məhv edər. Sonrakı peşimanlığınız isə heç bir fayda verməz.

Missionerlərin deyil , ALLAHIN hökümlərinə tabe olun, çünki yalnız onda sizlər üçün nicat var. Əgər ALLAHDAN hökm gəlməmişdirsə bunu etməkdən çəkinin . Necə ki, ALLAHIN rəsuluna dərgahından vəhy endirilməyənə qədər müharibə nidası verilmədi.

Fitnəkarlar özlərinin yaratdıqları böhran vəziyyətindən qurtulmaq üçün nifrətdən faydalanarlar. Sizin deyil, özlərinin məqsədi üçün çalışarlar . Dahi Kofutsinin təbirincə desək “ Əgər nifrət edirisnizsə,deməli sizə qalib gəliblər!”. Daha sonra isə içərinizə məzhəb ziddiyyətlərinin toxumunu səpərək biri birinizin qanını halal buyurub vəhşiliklərinizə tamaşa edərlər. Hərdən isə başınız üzərinə od yağdıraraq ölümünüzü daha da şiddətləndirərlər. Bütün dünyaya isə törətdikləriniz vəhşiliyi yayıb adından danışdığınız İslamı aşağılayarlar. Amma ALLAH onun haq dinini aşağılayan din əhlini bağışlamaz. İslamı haqqı üzrə təbliğ etmək əvəzinə, şiddətli fitnə kimi təqdim etdiyimizə görə mərhəmət bizlərdən uzaqlaşar. Hər iki cinahın “ALLAH Böyükdür!”- deyib şeytanın əsgərləri olmaqdan daha böyük bəla ola bilməz. Odur ki, mələküzlü natiqlərin fitnələrindən uzaq durmanız gərəkdir! Əgər zalımlara və zülmkarlara qarşı mübarizənin vacib olduğunu dəlil gətirirsinizsə, əvvəlcə fikirləşin ki, ardınca getdiyiniz kəslər kimlərdir? Onlara vəyhmi edildi? Bir zalımı digər zalımla əvəz etməkdə heç bir fayda yoxdur. Çünki daha fitnəkar zalım, mələk görkəmində sizi özünə asanlıqla tabe etdirər. Məgər, ALLAH rəsulunun hələ öz missiyasını bitirmədən onların arasından çəkilib hicrət etməsini bilmirsiniz? Əgər onlar həqiqətən də öz dinlərinə və rəhbərinə sədaqətli olsaydılar xəyanət də etməzdilər. Biz istəsək də, istəməsəkdə ALLAH öz iradəsini yerə hakim edəcək! Nə xoş o kəslərin halına ki,fitnələrə uymadan ALLAHA tapınarlar.

 

Oxşar xəbərlər
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:31, Bu gün
General Elçin Quliyev III Çarlzla bir arada - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
GÜNLÜK
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA