“Məni yaxşılıq etməyə elə peşman etdilər ki...”
Ekskluziv
Oxunub: 6334
22 May 2023 | 23:55
“Məni yaxşılıq etməyə elə peşman etdilər ki...”
“Özüm efirə elə çıxdım ki, düşmənlərim sevinsin, amma sevincləri çox çəkmədi”
 
Tanınmış və sevilən müğənni Nazənin Salayeva Moderator.az-ın suallarını cavablandırıb.
 
- Nazənin xanım, çox gərgin və yorğun görünürsünüz. Olmaya rejimsiz işləyirsiniz?
- Neçə vaxtdır özümü rejimə salmışdım. 3-4 gündür gərginəm. Qonaqlarımız gəlir, gec, səhərə yaxın yatıram. Bu yorğunluq da məndə hiss olunur.
 
- Qonaqpərvər və qonaqsevər insan olduğunuzu bilirəm.
 
- Hə, qonağı sevirəm. Yeməkləri də özüm hazırlayıram, mətbəximi heç kimə etibar etmirəm. Bir də görürsən ki, mətbəxdə bir çaxnaşma var ki, gəl görəsən (gülür). Bunlar xoş yorğunluqdur. Allah bizi pis, qan qaraldıcı şeylərdən uzaq etsin. Həm evimin xanımıyam, həm də nökəri. Hətta bir ara bunu da söz etmişdilər ki, Nazənin deyir ki, adam evinin nökəri olmalıdır. Amma mən belə deməmişdim. Demişdim ki, qadın mətbəxinin xanımı, kraliçası da olmalıdır. Əvvəldə dediklərimi götürüb, nökər sözünü saxlamışdılar. Hətta “Zaurla Günaydın” verilişinə plov hazırlayıb aparmışdım. İnanmırdılar ki, mən bişirmişəm. Dedim ki, bu nə yeməkdir ki, kimsə bişirə bilməsin?! Hər xanım bişirə bilər. Hamının evində köməkçisi yoxdur ki. Mətbəximə kimsə girəndə qısqanıram. İstəyirəm ki, özüm edim. Nə qədər də vaxt tapmasam, oğluma, həyat yoldaşıma, evdəki işçilərə yeməyi özüm hazırlayıram. 
 
- Yemək yeməylə aranız necədir?
- İndi az yeyirəm. Əvvəllər çox yeyirdim. İştahım elə küsüb ki. Çox nadir hallarda yeyirəm. Ürəyim istəyən yemək olmalıdır ki, iştahla yeyim.
 
- Plastik əməliyyat etdirdiniz. Nə qədər də desək ki, ehtiyac yox idi, ehtiyacın olub-olmadığını siz bizdən daha yaxşı bilirsiniz. Əməliyyatın ilk günlərində efirə çıxanda üzünüzdə şişkinlik var idi. Buna görə də bəzi izləyicilərin tənqidlərinə tuş gəldiniz.
 
- Özüm efirə elə çıxdım ki, bir az düşmənlərim sevinsin. Təəssüf ki, onların sevinci çox çəkmədi. İndi də lap qəşəng olmağıma peşman olublar (gülür). Həkimim Dilqəm Məhərrəmov idi. Allah ona can sağlığı versin. Buxağ nahiyəmə görə çox böyük kompleklər yaşayırdım. Onu birdəfəlik aradan götürdü. İndi tam rahatam. Əvvəl çəkiliş olanda deyirdim ki, o tərəfdən çəkmə, bu tərəfdən çək. Mahnı oxuyanda buxağımı əlimlə gizlədirdim. İndi şükür Allaha o kompleskdən tamamilə azad olmuşam.
 
- Xaricən dəyişmisiniz. Bəs daxilən necə?
 
- Daxili aləmi necə dəyişmək olar? Mən düşünürəm ki, dəyişməmişəm. Bəzən deyirlər ki, “Nazənin ürəyi yumuşaqdır, filankəsi bağışladı, filankəsləri də bağışlayacaq”. Amma bir az o barədə qəddarlaşmışam. Məni yaxşılıq etməyimə elə peşman ediblər ki. Yaxşılığın “y” hərfi gələn kimi təpəmdən tüstü çıxır. Bundan sonra yaxşılıq etməyəcəm. Çünki hər zaman yaxşılıq etdim, onun ağrısını çəkdim. Ona görə də yaxşılıq söhbəti artıq bitdi. 
 
- Yəqin ki, bu zaman-zaman yığıldı, qəfildən olmadı?
 
- Əlbəttə ki, zamanla oldu. Mən zərbələrdən güclənmişəm, atılan daşlardan özümə saray tikmişəm. İnsan səhv edə-edə yaşayır. Allahdır səhv etməyən. İnsan səhv etməlidir. Dəhşətlisi orasıdır ki, səhvi etdikcə edirlər, dura bilmirlər. Artıq yaxşılıq etməkdən iyrənmişəm. Öz-özümə fikirləşirəm ki, “Ay Allah, görəsən bu dəfə mənə nə sürpriz hazırlayırlar?”. Bir müddət əvvəl mətbuatda mənim üçün qara piyar etməyə başladılar. Bu sifarişli idi. Nə edə bildilər? Nəyə nail ola bildilər? Nə xalqım sevgisini, nə toylarımı, nə efirlərimi əlimdən ala bildilər. İnsanlıq ölməyib, dostlarım zəng edib deyirdi ki, “biz bunlara inanmırıq, birdən elə bilərsiniz ki, inanmışıq”. Onların xisləti budur. Bu gün mənim üçün edən, sabah başqası üçün edər. Paxıl adam özü-özünü incidir. Allah hər kəsə bir şans verir. Bəzən də Allah təala məni cəzalandırır. Deyir ki, “Ay Nazənin, sən kimsən gedib ona kömək edirsən? Mən onu belə yaratmışam da, məsləhət olsaydı onu mən qaldırardım da”. İti bəzəyib qoyurlar xonçanın yanına ki, sən burada qalacasan. Həmin adam gəlib görür ki, it yoxdur, pəncərədən qaçıb gedib kolun dibinə. Deyir ki, mənim yerim buradır.
 
(Söhbətin bu yerində müğənninin prodüsseri Pərviz Əfqan müdaxilə edir)
 
- Bəzən fikirləşirəm ki, Nazənin xanımın xasiyyətində 10 faiz qəddarlıq olsaydı, mən bir prodüsser kimi dünyanın xoşbəxti olardım. Həqiqətən. Nazənin xanım elə bir insandır ki, o istəsə belə xasiyyətini dəyişə bilməz. Bu irsidir, ailədən gəlir. Xalq artisti Nurəddin Mehdixanlı gözəl bir söz deyib. Deyib ki, “Azərbaycan səhnəsində 3-4 müğənni var ki, çox böyük abırları var, onlardan biri də Nazənin xanımdır”. Mən heç bilmirdim ki, o Nazənin xanımın adını çəkəcək. Bu söz o qədər mənə xoş gəldi ki. Zirvəyə qalxan insana palçıq atanlar çox olur. O qara piyarları biz çox görmüşük. Bizim əsl dostlarımız Nazənin xanımı qorumağa çalışanlardır.
 
- Bu qədər yaxşılığımın qarşılığında niyə mənə pislik edə bilmədilər?!. Şər-böhtan atdılar, heç biri alınmadı. Gözəgörünməz Allah məni, ailəmi qoruyur. Həmişə məzlumların yanında olmuşam. Dostum ağlayanda ağlamışam, güləndə gülmüşəm. Ətrafımızda çox vəzifəli insanlar olur, onların ailələrinin toylarını oxuyuruq. Bir çoxları gedib onların nömrələrini götürür, istifadə edir. Mən belə şeylərdən qaçmışam. Ona görə qaçmışam ki, deməsinlər ki, getdi istifadə etdi. Bilsəm ki, sonuncu dərmanım ondadır, yenə də getmərəm. Qürurumu sındıra bilmərəm. Bir çoxlarını öz yaxşılıqlarımla utandırmışam, amma bilməyiblər, sonradan yenə yollarını azıblar. Xəyanəti bağışlayırsansa, ikinci dəfə silahı özün onun əlinə verirsən ki, vur məni. Həyatda gərək pislik etməyəsən. Həmin pislik fırlanıb yenə də özlərinə qayıdacaq. Allahımdan çox razıyam. Hər dəfə mənə pislik olunanda əlimi açıb göyə deyirəm ki, “Allahım, sən şahidsən, mən o insana qarşı necə olmuşam. Əgər mənim qəlbimdə o insana qarşı zərrə qədər pis niyyətim olubsa, cəzamı ver”. Heç vaxt qarğış etmirəm. Deyirəm ki, Allah onun başını elə qarışdırsın ki, yadına düşməyim. Xoşbəxt ola bilməyən insanlar onun-bunun ailəsini qurdalayar, ona-buna söz atarlar. Paxıldırlar da. Elə adamlar çox narahat olurlar.
 
- Meyxanaçı Ağamirzə həmişə deyir ki, “Nazənin mənim kişi qərdeşimdir”. Maşallah, dostlarınız da az deyil.
- Ağamirzə dediniz görün yadıma nə düşdü?! Allah Ağakərimə can sağlığı versin. Ağakərimlə bağlı mənim üçün böhtan, şər kompaniyası təşkil etdilər. Xaricdən artıq-əskik sözlər dedizdirdilər, şəkilimi Ağakərimin şəkili ilə yan-yana qoydular. Həmin şər, böhtan atanları Allah təala elə dənləyib ki. Görəsən peşmandırlar?! Ağakərim xəstə yatağındadır, ay vicdansızlar, ona dəymək olarmı? Ağlaya-ağlaya Ağamirzəyə zəng etdim. Mənə dedi ki, “sən bizim kişi qərdeşimizsən, səni hamımız tanıyırıq, buna kim inanar ki?”. 
 
- Sevənləriniz sizdən nələr gözləsinlər? Nə yeniliklər olacaq?
 
- “Dostlar məni unutmayın” mahnısını yeni aranjmanda izləyicilərimizin ixtiyarına vermişəm. Bu dəfə bir az fərqli tərzdə klip etmişəm. Şəhidlərimizin gülər üzlü şəkilləri ilə birgə video rolik hazırlatmışam. Bu da bizdən şəhid analarına təsəlli olsun. Onların balaları heç vaxt unudulmayacaq. Bir neçə köhnə mahnımı da yeni aranjmanda təqdim edəcəyəm. Çünki bu mahnılar heç vaxt yaddan çıxmır.
 
- Müsahibədə bir çox məsələlərə toxundunuz. Qorxmursunuz ki, bu müsahibədən sonra yenə sizə qarşı "qara piar" hazırlasınlar?
 
- Mən elə şeylərdən qorxsaydım Nazənin deyildim ki! Yel qayadan nə apara bilir? Mənə neyləyə bildilər ki, bundan sonra da nə etsinlər?! 5-6 saxta profillərdən yazmaqla deyil. Adi insanların, tamaşaçıların mənimlə nə problemi var ki?! Yazdıqları qədər yazsınlar, ondan da artığını etsinlər. Mən baxıb gülürəm. Əksinə, haqqımda yazmayanda narahat oluram (gülür).
Oxşar xəbərlər
21:25, Bu gün
Təhsil İdarəsində yeni TƏYİNATLAR
21:24, Bu gün
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
21:23, Bu gün
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
21:21, Bu gün
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
20:55, Bu gün
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
20:15, Bu gün
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
19:48, Bu gün
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
19:23, Bu gün
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
19:11, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
19:05, Bu gün
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
18:59, Bu gün
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
18:55, Bu gün
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
18:25, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
18:20, Bu gün
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
18:16, Bu gün
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
18:12, Bu gün
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
18:08, Bu gün
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
18:05, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:03, Bu gün
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
18:00, Bu gün
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
17:59, Bu gün
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
17:55, Bu gün
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
17:50, Bu gün
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
17:45, Bu gün
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
17:40, Bu gün
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
17:35, Bu gün
27 yaşlı oğlan qəfil öldü - FOTO
17:30, Bu gün
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
17:26, Bu gün
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
17:23, Bu gün
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
17:20, Bu gün
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
17:15, Bu gün
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
17:12, Bu gün
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
17:10, Bu gün
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
17:05, Bu gün
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
17:00, Bu gün
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
16:55, Bu gün
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
16:50, Bu gün
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
16:45, Bu gün
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
16:40, Bu gün
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
16:35, Bu gün
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
16:30, Bu gün
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
16:27, Bu gün
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
16:25, Bu gün
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
16:22, Bu gün
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
16:20, Bu gün
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
16:16, Bu gün
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
16:12, Bu gün
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
16:09, Bu gün
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:09, Bu gün
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
16:05, Bu gün
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
16:03, Bu gün
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:00, Bu gün
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
15:57, Bu gün
Keçmiş baş nazir vəzifəsindən azad edildi
15:56, Bu gün
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
15:50, Bu gün
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
15:45, Bu gün
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
15:41, Bu gün
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
15:40, Bu gün
4 terrorçu zərərsizləşdirilib
15:36, Bu gün
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
15:32, Bu gün
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
15:28, Bu gün
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
15:25, Bu gün
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:21, Bu gün
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
15:19, Bu gün
UNEC-in professoru vəfat etdi - FOTO
15:15, Bu gün
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
15:12, Bu gün
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
15:10, Bu gün
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
15:08, Bu gün
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
15:05, Bu gün
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
15:04, Bu gün
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
14:59, Bu gün
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
14:55, Bu gün
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
14:53, Bu gün
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
14:52, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
14:50, Bu gün
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
14:47, Bu gün
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
14:45, Bu gün
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
14:43, Bu gün
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
14:40, Bu gün
Slovakiyanın Baş naziri: “Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq”
14:38, Bu gün
Azərbaycan COP29-un timsalında dünyaya yeni əxlaqi-siyasi mədəniyyət təqdim etdi
14:37, Bu gün
İlham Əliyev: “Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir”
14:34, Bu gün
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
14:31, Bu gün
Prezident: “Slovakiya və Azərbaycan suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”
14:28, Bu gün
İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib
14:26, Bu gün
Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bəyan etdi
14:24, Bu gün
Slovakiya Qərvənd kəndinin yenidən qurulmasında iştirak edəcək
14:20, Bu gün
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin ediləcək - FOTO
14:17, Bu gün
Tarixdə bu gün: 7 May Nasist Almaniyası təslim olur
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
14:15, Bu gün
"Rusiyalılar Putinin Ukraynadakı müharibəsi ilə barışıb" - "Bloomberg"
14:11, Bu gün
Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı AÇIQLANDI
14:08, Bu gün
Xərçəng xəstəsi olan Kral Çarlzın sağlamlıq vəziyyəti ilə bağlı yeni açıqlama
14:07, Bu gün
Azay Quliyev: "Dünyadakı həqiqəti söyləyən, cəsarətli dostlarımızı müdafiə etməliyik"
14:05, Bu gün
Türkiyə Rusiyadan aldığı “S-400” raketlərini harada yerləşdirəcək?
14:03, Bu gün
Prezident Slovakiyaya səfərə dəvət olundu
13:59, Bu gün
Bakıda daha bir qəza: Mərkəz istiqamətində sıxlıq yaranıb - YENİLƏNİB + FOTO
13:51, Bu gün
Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTO
13:48, Bu gün
Ailə zəminində başlanmış münaqişə ittihamla başa çatdı - “Formula 1”də MƏNİMSƏMƏ İŞİ
13:45, Bu gün
Şəhid Rauf Əliyevin qardaşı: “Düşündüm ki, bəlkə sağdır” - FOTO
13:43, Bu gün
Cavanşir Məmmədovun özünün də görmədiyi SON MÜSAHİBƏSİ - VİDEO
GÜNLÜK
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen