Putinin sözü: Əliyev hücum edir, Sərkisyan geri çəkilir...
Oxunub: 2457
04 Dec 2014 | 23:38
Putinin sözü: Əliyev hücum edir, Sərkisyan geri çəkilir...
Vladimir Putinin fikir və ideyalarını müntəzəm olaraq dilə gətirən Vladimir Jirinovskinin müavini, rusiyalı deputat Dmitri Savelyevin sensasion müsahibəsi Azərbaycan hakimiyyəti nümayəndələrinin diqqətindən nədənsə kənarda qaldı. Elə erməni isteblişmenti də bu səs-küylü bəyanata nümayişkaranə şəkildə məhəl qoymadı.


Doğrudur, müxalifətçi erməni jurnalistlər Savelyevin sözlərinin həqiqətə nə qədər uyğun olduğunu Kremlin digər adamı Markovdan soruşmağa çalışdılar. Savelyev isə bizim Avrasiya sammitindən və üç prezidentin Soçi görüşündən dərhal sonra yazdıqlarımızı təkrarlamışdı: “İlham Əliyev Qarabağı bircə güllə də atmadan qaytarır!”

Diqqət edin, Savelyev kimi Markov da Soçidə üç prezident arasında şifahi razılaşmanın olduğunu təsdiqləyib. Onların ikisi də Rusiyanın mövqeyini dilə gətirir: Rusiya isə bu əsas və labüd kompromisdə israr edir - Ermənistanın blokadadan çıxmasının əvəzində işğala son qoyulmalıdır!


Bu da elə Azərbaycanın hələ 1997-ci ildən israrla dediyi məsələdir. O zaman mərhum Heydər Əliyevlə həmkarı Ter-Petrosyan “Böyük siyasi saziş”in imzalanmasının demək olar ki, bir addımlığında idilər. Lakin sülh prosesi o vaxt Rusiya tərəfindən pozuldu.

Bu, sonralar - Köçəryan hakimiyyəti dövründə də baş verdi. Kreml tərəflərin ilk razılaşmasını onda da Köçəryanın əli ilə pozdu.

Rusiya “Böyük sülh sazişi”nin imzalanması planını yalnız ona görə pozurdu ki, bu iki Cənubi Qafqaz ölkəsi, habelə Ermənistan və Azərbaycandan fərqli olaraq Kremllə birbaşa açıq münaqişədə olan Gürcüstan sülh və dinclik əldə edən kimi Qərbin nüfuz dairəsinə daxil olacaqdılar.

1999-cu ilin həmin o payız günü Stroub Telbott qoltuğunda Qarabağa dair “Böyük sülh sazişi” layihəsi İrəvanın Zvartnots aeroportunu tərk edərkən heç ağlına da gətirə bilməzdi ki, bir neçə dəqiqədən sonra Ermənistan paytaxtında yenidən silahlar danışacaq. Axı siyasətçilər susanda silahlar danışmağa başlayır, elə deyilmi?!

Unutmayaq ki, 90-cı illərin sonlarında regiondakı mənzərə bir qədər fərqli idi. Türkiyə onda qərbpərəstliyin önündə gedirdi, bu ideyanın bayraqdarı idi. Rusiya isə Qərblə hesablaşmamağı ağıllarının ucundan da keçirməyən ölkələrlə əhatələnmişdi. Belə bir şəraitdə Qarabağda sülh Rusiya təsiri anlayışının uyuduğu tabuta vurulacaq son mismar demək olardı. Kreml Qərbin sülh planını buna görə iki dəfə pozdu...

Bu gün isə Qərb bu regionda yoxdur. Əlbəttə, sabah nələrin olacağını heç kim deyə bilməz. İllah da Qərbin Kremlə tətbiq etdiyi sanksiyaların fonunda bunu demək çətindir. Lakin bu gün bunu əminliklə söyləmək olar ki, Qərb artıq bu regionda deyil. Hələlik belədir. Əlbəttə, Gürcüstanın siyasi sistemində Amerika tərəfdarı olan qüvvələr hələ də az deyil, amma bu ölkənin yeni sahibinin siyasi yönü artıq aydın şəkildə müəyyən edilib. Gürcüstan Qərbin təsirini öz canından damla-damla, qram-qram sıxıb çıxarır. Gürcüstanın baş nazirinin birbaşa Lyubyanka və Kremldən təlimatlar almağa başlayacağı gün o qədər də uzaqda deyil...

Beləliklə, Rusiya Cənubi Qafqaza nəzarəti arxayın şəkildə öz əlinə aldı. İndi Rusiyanın burada öz mövqeyini möhkəmləndirməsi üçün ona Qarabağ münaqişəsini lokallaşdırmaq və tərəfləri “Böyük siyasi saziş”i imzalamaq üçün danışıqlar masası arxasına oturtmaq çox vacibdir.

Postsovet məkanında yeni inteqrasiya birliyinin yaradılmasına hər yolla can atan Vladimir Putinin maksimum proqramı ilə bağlı artıq heç kimdə şübhə yoxdur. Amma Rusiyanın Azərbaycanı yeni geosiyasi konstruksiyaya sürükləməsi heç cür alınmır. Bir-birinə düşmən olan iki ölkə eyni vaxtda Rusiyanın vahid geosiyasi nüfuz məkanının elementləri ola bilməzlər.


Bundan əlavə, Qarabağ münaqişəsi hər an partlamağa hazır olan amildir. Rusiya ilə anlaşan elitaları dəyişmək, bununla da Rusiyanın nüfuzunu sarsıtmaq və xaos yaratmaq məqsədilə o amildən bu dəfə də Qərb istifadə edə bilər. İdarəolunan xaos nəzəriyyəsi məhz bu ssenarini nəzərdə tutur. Yeri gəlmişkən, amerikalılar bunu yaxşı bacarırlar. Yaxın Şərqdə qalanmış böyük geosiyasi tonqala baxın...

Beləliklə, əgər son 20 ildə Rusiya Qarabağ münaqişəsinin dondurulmasına daha isti baxırdısa, indi ona Azərbaycana daha yaxın olmağa imkan verən açar lazımdır.

Düzdür, Rusiyanın Azərbaycanda siyasi nüfuzunun artmasında ilk növbədə Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çalışan Qərbin özü günahkardır. Vaşinqton əsas məqsədinin İlham Əliyevi devirmək olduğunu artıq heç gizlətmir də. Belə olan halda Azərbaycan prezidenti etibarlı müttəfiqlərinin - Rusiyanın, Türkiyənin, İranın və s. yardımına arxalanmayıb nə etməli idi ki?! Amma bu, artıq başqa söhbətin mövzusudur.

Bu gün isə İ.Əliyev qapıları Rusiyanın üzünə taybatay açıb. Prezident bunu Putinin nəzarətindəki telekanala müsahibəsində də açıq və səmimi şəkildə söylədi. Rusiyanın siyasi təsiri amili Bakıda beyinlərə və ictimai ovqata heç vaxt olmadığı qədər hakim kəsilib. Çünki hamı Qarabağ məsələsi ətrafında yenilik və dəyişikliklərin intizarındadır.

Belə görünür ki, Sərkisyanın ətrafı da siyasi cəhətdən ayılmağa başlayır. Onlar da seçdikləri yolun tam perspektivsizliyini anlayır. Başa düşürlər ki, bu siyasətlə nə hakimiyyəti saxlamaq, nə də ölkəni inkişaf etdirmək mümkün deyil.

Ermənistan prezidentləri öz xalqını qonşu ölkələrin torpaqlarını ələ keçirmək kimi çürük və axmaq arzudan əl çəkməyin vacibliyinə inandırmağa çalışmışdılar. Qarabağ alovunun içindən çıxmış Ter-Petrosyanın sülh bağlamaq niyyəti xoşməramlı idi. O, öz ölkəsini hazırkı rəzalət və kasıblıqdan, təcrid olunmaqdan xilas etmək istəyirdi. Köçəryan isə əksinə, erməni dövlətində hakimiyyəti uzun onilliklər üçün ələ keçirmiş Qarabağ klanının iqtidarını mütləq hakimiyyətə çevirməyə cəhd edirdi. Nəticəsi nə oldu? Qarabağ klanı ermənilərin olmayan, onlara yad olan bir parça torpağı xilas etmək üçün rəsmi Bakının edə bilmədiyini etdi - Ermənistan öz dövlət müstəqilliyini itirdi. Ermənistan Köçəryandan sonra, Sərkisyanın dövründə tamamilə marionet dövlətciyə çevrildi.


Sərkisyan özü də gözəl bilir ki, əgər Kremlə etiraz etməyə qalxsa, onu bir andaca devirərlər. Heç Sergey İvanovla şəxsi dostluğuna da baxmazlar. Özü də Kremlin öz yeni vəzifəsini həyata keçirməsi üçün Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) İrəvandakı etibarlı rıçaqlarını hərəkətə gətirməsinə də ehtiyac qalmaz. Parlamentdə yeni gülləboran nəyə lazımdır axı?! Moskvanın İrəvandakı ən yaxşı köməkçisi narazı xalqdır, daha dəqiq desək, erməni xalqının Ermənistanda qalan azsaylı hissəsi... Pis günə salınan ac ölkəni tərk etməyə macal tapmamış narazı erməni xalqı yeganə dayağı Kreml olan Sərkisyanı və Qarabağ klanını bir göz qırpımındaca devirər. Buna hazır və qadirdir.

Əliyevdən fərqli olaraq Sərkisyanın manevr imkanları yoxdur. Ermənistanın Vaşinqtonla körpüləri yanıb. Onun bir böyründə düşmənçilik etdiyi Türkiyədir, digər böyründə isə qəfildən nəyə görəsə yeni rolda - Qərbin potensial enerji qaynağı rolunda çıxış edən İran...

Sərkisyan Ermənistan prezidenti yox, “DQR” və ya “Novorossiya” prezidenti rolundadır. O, artıq Girkinin və ya dnepropetrovsklu Motorolanın rolunu icra edir. Kreml nəyi diqtə edirsə, o da onu deyir.

Sərkisyanın Soçi görüşündən dərhal sonra azərbaycanlıların ünvanına dostyana bəyanatlarının, onları Sevan gölünün sahillərinə dəvət etməsinin səbəbi bax, elə bu idi. Vassal öz Sahibinin ovqatındakı dəyişikliyi Soçidə o dəqiqə hiss etmişdi.

İlham Əliyev isə tamamilə başqa mövqedədir. O və dövlət aparatı öz ölkəsindəki vəziyyətə tam şəkildə nəzarət edirlər. Əliyev xarici oyunçuların maliyyə tranşlarından qətiyyən asılı deyil. O, öz üzərinə vassal öhdəlikləri götürməyib. Yan-yörəsində nə MKİ var, nə də deputat və nazirlərə paralel hakimiyyət mərkəzlərindən atəş açmağa qadir QRU... Çünki ölkədə bu paralel hakimiyyət mərkəzlərinin heç özləri də yerli-dibli yoxdur.

Bundan əlavə, əyalət səviyyəli qarabağlı siyasətçidən (Sərkisyandan) fərqli olaraq Əliyev çoxvektorlu və düşünülmüş xarici siyasət yürüdür. Azərbaycan Türkiyə və İran da daxil olmaqla bütün regional oyunçularla müttəfiqlik münasibətlərindədir. Üstəlik, Azərbaycan çox qüdrətli və dünya miqyaslı oyunçu olan İsraillə möhkəm və sıx əlaqələr qurub. Özü də bunu müsəlman dünyası ilə də müttəfiqlik münasibətlərini qoruyub saxlaya-saxlaya edib...

Sərkisyanın geri çəkilməyə yeri yoxdur. Arxada divardır. Əliyevin isə xeyli dayaq nöqtələri var. O, Qərblə körpüləri də yandırmayıb.

Əliyev hələlik yalnız bloklara qoşulmamaq platformasında dayanıb. Bəs nəyə görə “hələlik”? Ona görə ki, Azərbaycanın xarici siyasət seçiminin taleyi Qarabağ münaqişəsinin taleyindən asılıdır. İlham Əliyev sərt praqmatik və hakimiyyət ustasıdır. O görür ki, Qərb regiondakı mövqelərindən tam geri çəkilir. Özü də könüllü şəkildə, müqavimət göstərmədən çəkilir. Görür ki, Qərb regiondakı öz “Azadlıq adası”nı az qala bir yerindən asılacaq yerli Fidellə birgə “bədheybət”in ağzına atdı. Və o, Rusiyanın Azərbaycana verdiyi siyasi dəyərin miqyasını tam şəkildə anlayır.

Özü də əgər Kreml Sərkisyanı bir andaca ağrısız devirə bilərsə, Azərbaycanda Əliyev hakimiyyətinin süqutu bütün region üçün faciəvi nəticələrə gətirib çıxara bilər - Qafqaz dərhal Suriyaya çevrilər.


Əliyev öz xalqı tərəfindən tam şəkildə dəstəklənən iradəli və xarizmatik siyasətçidir. Bundan əlavə, axı Kremlin özünün də Azərbaycanın özündə seçə biləcəyi başqa heç kəs yoxdur. Azərbaycanın öz sıralarında rusdilli bomondu da birləşdirən yeganə mütəşəkkil sosial-siyasi qüvvəsi indiki hakim partiyadır. Qalanları isə zavallı marginallar və Rusiyaya münasibətdə aqressiv ovqata köklənmiş, sosial simasını itirmiş dağınıq ünsürlərdir. Bu mənada Azərbaycana qarşı istənilən aqressiv siyasət burada ikinci Ukrayna ssenarisi demək olardı. Bu isə heç kimə lazım deyil, heç kimi qane etmir.

Suveren demokratiya sistemi Azərbaycanın siyasi sistemində İvanişvili kimi siyasətçilərin peyda olmasını istisna edir. Kreml bunu “Milyarderlər ittifaqı”nın 2013-cü ilin avqustunda “böyük oyun” ərəfəsində oynadığı siyasi komediyadan sonra dərk etdi. Bildiyimiz kimi, bu “böyük oyun” Putinin Bakıda təntənəli şəkildə qəbul edilməsi ilə başa çatdı. Bundan sonra yeni tarixi dövr başladı...

Yeni geosiyasi kataklizmlər sayəsində küncə sıxılan Ermənistan bax, belə mürəkkəb situasiyaya düşüb. Azərbaycan isə Soçi danışıqları ilə bitən lokal avqust müharibəsindən sonra böyük üstünlük qazanıb. Bu barədə də elə Kremlə yaxın siyasətçilər ilk dəfə danışdılar.

Sərkisyanın seçim imkanları heç də böyük deyil. O, ya ağıllı kompromislərə gedib öz hakimiyyətini, eyni zamanda öz ölkəsini xilas etməlidir, ya da devrilməlidir. Axı bu gün heç kəs Qarabağın dağlıq hissəsinin taleyini müəyyən etmək haqda heç düşünmür də. Gündəlikdə duran məsələ Azərbaycan rayonlarının işğaldan azad edilməsi məsələsidir. Bu ərazilərə İrəvanda özünəməxsus ad da fikirləşib tapıblar - “Qarabağın təhlükəsizliyi üçün bufer zona”.

İrəvanda bunu hələ də başa düşmürlər ki, artıq Azərbaycanın özü Rusiyanın təhlükəsizliyindən ötrü bufer zonaya çevrilib. Vaşinqtonun təsirinin bu zonada heç qalıqları da qalmayıb. Əgər tərəzinin bir gözünə Qarabağ buferini, digərinə Azərbaycan buferini qoysalar, onda Kremlin seçiminin nə və necə olması barədə heç bir təhlil aparmağa da ehtiyac qalmaz. Kreml analitikləri də elə bundan danışır...
Oxşar xəbərlər
19:36, Bu gün
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
19:22, Bu gün
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
19:20, Bu gün
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
19:20, Bu gün
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
19:09, Bu gün
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
19:06, Bu gün
Dördüncü kurs tələbəsi vəfat etdi
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
GÜNLÜK
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı