Ölmüş uşaq yuxuda mənə deyirdi ki, Aslan baba, axı sən bilirdin...
Oxunub: 2646
24 Nov 2014 | 10:50
Ölmüş uşaq yuxuda mənə deyirdi ki, Aslan baba, axı sən bilirdin...
İki qutu siqaret, bir çörək, bir pomidor və bir kəsmik aldı.
 
- Mənə araq da ver. Yaxşısından olsun, keçən dəfə verdiyin xoşuma gəlmədi. Ucuz olsun...
 
Satıcı ona araq da verdi. Alıb qurşağına qoydu. Burnunu çəkdi. Satıcı xanım onun uzatdığı pulu iyrənirmiş kimi aldı və daxılda qalaqlanmış pulların üstünə atdı:
- Tez çıx bayıra, iyindən burnum tutuldu.
 
Beş kişidən biri...
 
Satıcı qadının boyalı dodaqları büzüldü, sarı rəngə boyanmış saçlarına əl gəzdirdi. Əlini arxasına çəkdi: sanki əlinə dəymiş çirki silirdi. Mənə tərəf döndü:
 
- Buyurun, nə istəyirsiz? ”“ nimdaş, çirkin içində olan adama baxdığımı görüb əlavə etdi: - Başına daş düşsün, vaxtı ilə 5 kişidən biri idi, qurşandı içkiyə, ailəsi də üz döndərdi ondan....
 
Siqaret alıb “vaxtı ilə 5 kişidən biri olan” səfilin ardınca çıxdım. Dükanın qarşısındakı ağaca söykənib siqaretini yandırmaq istəyirdi. Külək də onun qəsdinə durmuşdu, kibriti sönürürdü. Küləyə kürəyini çevirdi ki, ovcunun içində saxladığı kibritini odlaya bilsin. Qarşısında məni gördü, siqaretini yandırdı və əli ilə burnundan sapsarı saralmış bığına qarışan seliyi sildi:
 
- “Adamuşkası” gələcək deyə, məni içəridən qovdu. Yoxsa həmişə məni söhbətə tuturdu...
 
Aldığı ərzaq selafon paketdə idi. Paketi ağacın budağına keçirmişdi. Əlinin üstü yara, elə sifəti də cızıq-cızıqdı. Yazıq və miskin görünüşü vardı. Satıcı qadının dediyi kimi üfunət qoxuyurdu.
 
- Sən niyə bu gündəsən?
 
Sualımın köntöy səslənməsini özüm də hiss etdim, amma artıq gec idi. Həm də inanmadım ki, sualın bu cür qoyuluşu onu incik salsın.
- Nə gündəyəm ki? ”“ sualıma sualla cavab verdi. ”“ Sən özündən danış, özün gör nə gündəsən...
 
Öz var yoxundan xəbəri yoxdur
 
Qəzəbi aşkar hiss olundu. Qeyri-ixtiyari üst başıma nəzər saldım və gülümsədim:
 
- A kişi, sözüm xətrinə dəyməsin e, vaxtı ilə sayılıb-seçilən adam olubsan, indi isə küçələrdəsən.
- Ehhh, - ah çəkdi, paketini götürdü, yolun əks tərəfinə keçmək istədi. Sürətlə keçən maşının sürücüsü yağlı söyüşü ilə onu diksindirdi. Qoca sürətlə gedən maşının ardınca xeyli baxdı. Təpiklə maşını arxadan vururmuş kimi ayağını boşluğa “tulladı”:
 - Elə sənin...
 
Mənə tərəf döndü:
- Bu məni söyən var ha, bəlkə də öz var-yoxundan xəbəri yoxdu e...
 
Adamı dilə tutdum, “gəl, oturaq söhbət edək, mən də dostumu gözləyirəm, gəlincə vaxtımızı öldürək”, - dedim.
- Mən nahar edəcəm, dostum məni gözləyir.
- Eybi yoxdur, istəyirsən, birlikdə gedək dostunun yanına.
 
Deyəsən dediklərimi eşitmədi, ya da heç fikir vermədi, yolun əks tərəfinə keçdi. Qarşı tərəfdəki alçaq evlərin, gecəqonduların arasındakı dar yola keçdi. Ardınca getdim. Geri boylananda məni gördü. Dayandı.
 
Aslan kimi oğlanam
 
Yaxınlaşdım:
- Adın nədir?
- Adım Aslandı, özüm də aslan kimi oğlanam, nə istəyirsən?
- Heç, mənə maraqlı gəldi, dedim, görüm dostun necə adamdır, ona görə ardınca gəldim, O ki qaldı aslan kimi oğlan olmağına, inanıram, amma əldən düşmüş, ora-burasına milçək qonan aslansan...
 
Zarafatım xoşuna gəldi. Qoca, gövdəsi düyünlü tut ağacının altındakı skamyada oturdu. Hərəmiz öz siqaretimizi yandırdıq. Xeyli söhbət etdik. Mənasız söhbətlər idi, amma onun qılığına girmək lazım idi. Axır ki, məqam çatdı:
- Aslan, danış həyat hekayətini qulaq asım. Kimin var, kimin yoxdur, niyə bu günə düşübsən, kim idin, nəçi idin?
 
Qorbaçov gözüynən görmüş
 
Artıq dostlaşdıq deyə, məni üzməyəcəyinə əmin idim. O mənə ürək qızdırırdı. Zəmanədən şikayətlənir, bu gününü söyür, dünənini danışıb hənirindən isinirdi.
 
- Mənim doğurdan da hörmətim çox olub. Maşın ustası idim. “Pervi taksi-motornı”da “uçenik” də olmuşam, usta da işləmişəm. Sonra özüm üçün yer tutdum, “boks” açdım ustalıq etdim.
 
- Yəqin obyekt açmağa xərcin çox çıxdı.
- Yox, onda belə deyildi. Qorbaçov gözüynəngörmüş “sayuzu” dağıtmışdı. Burda da mitinq-zad, hamı başını itirmişdi. Məhləmizdə iri bir tut ağacı vardı, əlimdə “otverka”, açar-uçar dururdum ağacın altında. “Maşın təmiri” yazıb yapışdırmışdım  ağaca. Tanışların, qonşuların maşınlarına “barmaq edirdim”, düzəldirdim, gedirdilər. Bir də onda ayıldım ki, maşınlar növbəyə durur, sürücülər vaxtımı, vədəmi alıb gedirlər. Bir də o vaxt özümə gəldim ki, artıq burda ağıllı-başlı təmir dükanım var, “uçastkovı”ya, kənd sovetinə, “sanepid”ə haqq verirəm. Əlimin altında “uçenik”lərim işləyir. Pulum çox idi. Uşaqlarımın da tay-tuş arasında hörməti vardı. Sonra da...
 
Dinmədi. Əlinin arxası ilə ağzının cünclərindəki tüpürcəyi sildi.  Sağ əlinin baş barmağını burnuna dirəyib, fınxırdı. Sonra sol əlinin baş barmağını əziyyətə saldı. Əli əsə-əsə siqaret yandırdı. Gözlərinin nuru da öləzimişdi, baxışlarından heç nə oxuya bilmədim. Deyəsən özü də ötənlərini yada salmaqda, danışmaqda maraqlı idi. Susurdu amma. Yenidən söhbətə çəkdim:
 
- Aslan, sonra nə oldu?
- Sonra çox şeylər oldu. ”“ Çox yazıq səslə dedi.
- Məsələn...
- Mən axı bilmirəm nə danışım.
- Bax, sən yaxşı usta idin, uşaqların vardı, hamı hörmət edirdi, bəs sonra nə oldu axı?
- Mən yaxşı adam idim. Dostlarım da var idi. Onlar da yaxşı adam idi. Sonra dostlarım da yox oldu...
 
Oğlumu öldürdülər, qızımı qaçırtdılar
 
Dodaqları titrədi. Az qala bir birinə dəyən çirkli, qanı qaçmış dodaqların səsini eşitdim. Eynən soyuqdan bir-birinə dəyən diş səsləri kimi. Gözlərindən dumduru su axdı, sifətində lehmələndi, çığır saldı çənəsinə qədər o göz yaşları. Və sifətindəcə qurudu. Üzünün toz-torpağı gözünün suyunu canına çəkdi.
 
- Oğlumu öldürdülər, qanını batırdılar. Qızımı qaçırtdılar. Sonra gətirib atdılar üstümüzə, qarnında da uşağı. Qızımın oğlu oldu, oğlumun adını qoymaq istədim, arvadım qoymadı, itin belindən gələnə oğlumun adını qoymaram dedi.
 
Aslanın ürəyinin qaysağını qopartmışdım. Onu tanıyanlar, tanımayanlar vücuduna, görünüşünə baxıb lağ edənlər ürəyinə, dərdinə, çəkdiyi iztiraba bələd olsa idilər, bəlkə də onu təhqir etməz, yanlarından qovmazdılar.
Əlini selafon paketinə, qurşağındakı arağa çəkir. Deyəsən əmin olmaq istəyir ki, araq yerindədir, düşməyib; o özünü içki ilə ovudur, dərdlərini unutmaq, ona olan etinasızlığa tab gətirmək istəyir. Xəyallarından ayırdım:
- Aslan, bəs sonra..
- Sonra çox şeylər oldu...
 
Yenə də həmənki titrək səs və həmin ifadə. Bir qədər fikrə gedib danışmağa başladı:
 - Sonra arvadım mənə dedi ki, adını kişi qoyubsan, oğlunu öldürdülər, qızını qaytardılar, adımızı xar etdilər, sən isə dəmir-dümürlə eşələndin. Mən dağlı balasıyam, dözmədim. Əvvəlcə oğlumu öldürənlərlə haqq hesab çəkdim. Sonra da qızımı aldadanlarla...
- Necə haqq-hesab çəkdin, öldürdün?
- Hə, öldürdüm. Oğlumu öldürən başqası idi, onu tutmuşdular. Amma onun ölümünə fitva verənlər qonşuluqda yaşayırdı. Hamı bilirdi ki, onlar edib bu işi. Qız söhbəti olubmuş. Amma oğlumun heç xəbəri yox imiş bu söhbətdən.
 
Oğlumun qisasını almaq haqda fikirləşirdim
 
Sözünə ara verir. Yaddaşını vərəqləyir, nəyi isə dəqiqləşdirir, sanki.
 
- Bir dəfə dedim onlara, dedilər ki, bilsəydik belə olacaq, oğlunu qoymazdıq söhbətə getsin. Amma yalan deyirdilər. Uşaq gedib, söz-söhbət böyüyüb, bıçaqla ürəyindən vurublar. Hə, onların “Qaz-24””“ü vardı. Maşınlarına mən baxırdım. Hər dəfə də görəndə imkan tapıb oğlumun qisasını almaq haqda fikirləşirdim. Çox illər keçmişdi. Artıq unudulmuşdu. Bir dəfə gəldilər ki, bəs maşına bax, bəs filan şeyləri dəyiş. Rayona gedəcəkdilər. Girdim “yama”ya, Nəyi dedilər, onu da düzəltdim. Gördüm ki, tormoz şlanqı cırılmaq üzrədir. 1-2 dəfə güclü sıxılsa şlanqı partlaya, mayesi dağıla və tormoz tutmaya bilər. Bu maşınların tormoz sistemi hava ilədir. Əl vurmadım. Demədim də. Nəyi dedilərsə, onu da dəyişdim. Gediblər rayona, dağ yolunda “tormoz” tutmayıb, maşın aşıb dərəyə. Hamısı ölmüşdü. Bir uşaq da vardı içərilərində. O da ölmüşdü.
 
“Aslan baba, sən axı bilirdin...”
 
Aslanın səsi titrədi. Hülqumu aşağı-yuxarı dartıldı. Üstünü yara basmış əlinin arxası ilə gözünü, ağzını sildi.
- Həmişə yanıma gələrdi. Körpə idi. Sap-sarı saçları vardı. Mənimlə söhbət edərdi. Axı qonşu idik. Oğlumu o uşağın atasının sözü ilə qonşu məhlədəki oğlan öldürmüşdü, qız üstündə, bilirdim. Hər ikisi eyni qızı istəmişdi. Həmin oğlan oğlum öləndən sonra o qıza evlənmişdi. Bu uşaq mənim gəlinim olacaq qızın oğlu idi, həm də... Həmin uşaq yuxuma girirdi: “Aslan baba, sən axı bilirdin, niyə düzəltmədin maşını”, - deyirdi mənə. Havalanırdım. Ağlayırdım. Onların meyiti çıxanda arvadım başına, əlinə xına qoydu, həyətdə qol açıb oynadı:
- Bir balam ölmüşdü, ailələrini apardı qurban olduğum,- dedi. Arvadım mənə dedi ki, sən kişi olsaydın, qisasını alardın. Allah mənim naləmi eşitdi, deyirdi, arvadım. Mən ona deyə bilmədim ki, onları mən öldürmüşəm...
 
Aslan danışırdı. Səsi titrəyirdi. Soyuqdan idi, yoxsa həyat hekayətinin yaddaşında ilişib qalan xatiratları idi onu əsim-əsim əsdirən, bilmədim.
 
- Bəs qızın necə oldu? Dedin axı sonra da onun qisasını aldım...
- Nəvəm böyüdü, anasını aldadan kişinin bacısı qızını, bibisi qızını qaçırtdı, 3 ay saxladı, qarnında uşaq qaytardı geri... Amma mən onda evdən çıxmışdım, zirzəmilərdə qalırdım, arvadım uşağı məcbur etmişdi ki, belə etsin... 
 
axar.az
Oxşar xəbərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı