"Zeynəb zəng edib, dedi "qeyrətiniz, kişiliyiniz olsun!" - FOTOLAR
Oxunub: 2406
15 Nov 2014 | 14:24
Moderator.az xəbər veriki, modern.az-da “Məşhur tələbə yoldaşım” rubrikasının budəfəki müsahibi “Dədə Süleyman” ləqəbi ilə tanınan əməkdar artist, xanəndə Süleyman Abdullayevdir. 

Süleyman Abdullayev tələbə yoldaşı, xalq artisti, Azərbaycanı dünyada tanıdan, sevilən müğənni Zeynəb Xanlarova haqqında danışır:

“Baxarsınız, bu qız dünyada tanınacaq”

“1960-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna qəbul olunmuşam. Müəllimimiz böyük xanəndə Seyid Şuşinski idi. Seyid Şuşinskinin özünün dərs demək metodu var idi. Belə ki, o birinci, ikinci, üçüncü, dördüncü kursları bir yerə yığıb dərs deyərdi. Zeynəb Xanlarova ilə orada tanış olmuşuq. Zeynəl xanımla yanaşı, bizdə İslam Rzayev, Əlibaba Məmmədov, Qulu Əsgərov, Nəriman Əliyev, Sabir Mirzəyev, Şahmalı Kürdoğlu və başqaları oxuyurdu. Nəriman Əliyev sonra Seyid Şuşinskinin yerinə dərs dedi, böyük xanəndələr yetişdirdi.

Tələbəlik dövründə Zeynəb xanımla münasibətimiz çox yaxşı olub. O vaxtı da Zeynəb xanımın çox gözəl xasiyyəti var idi. Məktəbin kiçiyi Sabir Mirzəyevlə mən idim. Zeynəb xanım həmişə başıma sığal çəkib bacı kimi, doğma bir insan kimi mənə öyüd-nəsihət verirdi ki, “Sülü, o mahnıları da öyrən, sənin səsin yaxşıdır”. O, çox sadə idi. İndi də sadədir. Heç ömründə eşitmisiniz ki, Zeynəb xanım bəzi xanəndələr kimi çıxıb desin ki, “getdim xaricdə konsert verdim gəldim”. Zeynəb dünyanı gəzib, bircə Şimal Buzlu Okeanına getməyib, ora da gedecək. Gələn il bəlkə ora da getdi. Qitələrin hamısını gəzib. Buna baxmayaraq çox sadə, təvazökardır. Heç bir dəfə Zeynəb xanımın özünü təriflədiyini eşitmisiniz, yox, ona xalq qiymət verir, dövlətimiz qiymət verir.

Yadımdadır, müəllimimiz Seyid Şuşinski Zeynəb Xanlarovanın oxumağı haqqında demişdi: “Bu gözəl qız böyük oxuyan olacaq, dünyada tanınacaq, baxarsınız”. Elə də oldu. Böyük sənətkarımız Müslüm Maqomayev da bizimlə paralel oxuyurdu. O vokal sinfində oxuyub. Seyid Şuşinski Müslüm Maqomayev haqqında da deyirdi ki, o, dünyada tanınacaq. Xanəndələrdə görmə qabiliyyəti var axı. Seyid Şuşinski də bu uzaqgörənlik var idi, verdiyi qiymət düz çıxdı.

Zeynəb xanım çalışqan idi. O vaxtkı 16 respublikanın hamısında həmin ölkənin dilində də mahnılar oxuyub, onun elə çalışmaları vardı.

Çox tanınmış xanımlarımız olub, amma xarici ölkələrdə Azərbaycanı tanıtmaqda ən məşhuru Zeynəb xanımdır. O, keçən il Amerikada bir konsert verdi. Deməli, bütün qəzetlər, radio, televiziyalar Zeynəb xanımın konsertindən elə danışırdılar, adamın ürəyi açılırdı”.

“Zeynəb xanım Milli Məclisdə deyəndən sonra mənə “əməkdar artist” adını verdilər”

“Zeynəb xanım xeyirxah bir insandır. Bu tələbəlik vaxtından da görünürdü. Heç kimə bir ağır söz deməzdi. Biri qeyri-adi bir sual verəndə ona gülə-gülə cavab verirdi ki, sən bunu düz bilmirsən, daha Zeynəbdə hirslənmək, filan yox idi. Allah ona gözəl səs, gözəl xasiyyət, gözəl də yaddaş verib. Nə oxuyub, nə edib- hamısı yadındadır.

Qadın xanəndələri arasında birinci Zeynəb Xanlarova “Çahargah” muğamını oxumuşdu. Ona qədər qadın xanəndələr ritmik muğamlar da oxuyub, “Segah” da oxuyub, amma “Çahargah” çətindir. Ondan sonra “Şur” muğamını da Sara Qədimova, Şövkət Ələkbərova oxudu. Deməli, Zeynəb bir dəfə gəldi Seyid Şuşinskiyə dedi ki, “ağa, mən bu “Çahargah”ı oxuyub səsyazısı etdirmək istəyirəm”. Seyid dedi: “onda məşq edək”. Onlar bir neçə ay məşq etdilər. Zeynəb bir də gəldi dedi ki, “ağa, mən “Çahargah”ı “zapis” etdirdim”. Dedi, “qulaq asaq”. Seyid qulaq asandan sonra dedi ki, əladan da əladır. Zeynəb xanım muğamları dərk edir, yollarını bilir deyə, mahnıları yaxşı oxuyur. Həm də Allah-təala ondan heç bir şeyi əsirgəməyib. Hər şeyi verib, yəni xasiyyəti gözəl, özü gözəl, mahnıları, mahnı seçimi, muğamatı gözəl...

Tələbəlikdən sonra da Zeynəb xanımla görüşürük. Aramızda həmişə mehribançılıq olub. Xasiyyəti necə var elə də qalıb. Daha da sadələşib. Getdikcə də gözəlləşir. Zeynəbin yaşını bilmirəm, mən ona 21yaş verirəm. Həmişə deyirəm 21 yaşlı Zeynəb. Çünki indi də elə oxuyur. O səhnəni, xaqlı görür. Zeynəb xanım oxumaqdan qorxmur, oxumaq Zeynəb xanımdan qorxur. Əsl xanəndə oxumaqdan qorxmamalıdır. O Zeynəbdə var. Bəlkə bizlər də ondan götürmüşük. Zeynəbin konsertlərinə getmişəm. Deyərdim ki, Azərbaycanda anşlaqla konsert verən qadınlarımız olub, amma Zeynəb kimisi olmayıb.

Mən ömrümdə vəzifəli adamların qapısını döyməmişəm. Bir dəfə Milli Məclisdə fəxri adlar məsələsi müzakirə olunanda Zeynəb xanım dedi ki, “Seyidin yaxşı tələbələri vardı. Amma ən sevimlisi birinci mən idim, ikincisi Süleyman. Bəs ona niyə ad vermirlər?”. Ondan sonra mənə 74 yaşımda “əməkdar artist” adı verdilər. Sağ olsun ki, o, yada saldı. Zəng etdim, minnətdarlığımı bildirdim. Bax, Zeynəbin qeyrəti ordadır.

Zeynəbin oxuduğu mahnıları bəyənməmək nadanlıq olar. Mən onun mahnılarının hamısını bəyənirəm. Zeynəb nə oxuyursa, möhürünü vurur ki, bu, Zeynəbin oxuduğu mahnıdır. Və başqası onu nəcə oxusa da, heç vaxt Zeynəb ola bilməz. Mahnının böyüklüyünə, kiçikliyinə baxmayaraq, kimsə onu oxuyur, yamsılıyırsa, deyirlər, bu Zeynəbin mahnısıdır”.

“Zeynəb Xanlarova yeganə xanəndəmizdir ki, toy məclisinə getmədi”

“İndi də xanəndələrimiz var, azadlıqdı, bizi dünyada tanıdırlar. Amma Sovet höküməti vaxtında Azərbaycanı tanıtmaq hər oğulun işi deyildi. Zeynəb xanım kişi xasiyyətli, kişidən də cürətli bir xanəndə idi ki, SSRİ vaxtında Azərbaycanı tanıtdı. Bütün xarici ölkələrdə birinci “dinlə məni, gözəl vətən, Azərbaycan, Azərbaycan” deyib konsertlərə başlayırdı. Bu həm də vətənə böyük sevgisindən irəli gəlir. Çox qeyrətlidir. Mən daxil olmaqla bütün xanəndələrimiz-hamısı onu çox istəyir. İndi onu istəməyən də olur. Ancaq o heç kimi vecinə də almır. Məni görəndə hal-əhval tutur ki, “Sülü, nətərisən?”. O gün bir məclidəydik, dedi ki, “gördün də, sənə adı verdik”. Dedim, “çox sağ ol, ailəmin adından sənə minnətdarlığımı bildirirəm. Qeyrətlisən, namuslusan, Azərbaycan xalqının yeganə xanəndəsisən ki, dünyada Azərbaycanı xanəndəliklə tanıtdırırsan.

Bir dəfə dərsdə idik. Zeynəb xanım da çalışırdı, mahnı oxuyurdu, gəlirdi ağanın yanında otururdu, ağa da onunla farsca danışırdı, gülürdülər. Şahmalı Kürdoğlu “Rast” oxuyurdu. Tarçalanımız da Kamil müəllim idi. Müəllim Şahmalıya dedi ki, “sənin səsin düz deyil, xaric oxuyursan. Yəqin toyda olmusan, səsin düz deyil”. Şahmalı dedi, “düzdür”. Nə isə, Şahmalı hirsləndi, durdu çıxdı çölə. Ağa mənə dedi ki, “get o sıpanı çağır”. Zeynəb orada bir qəhqəhə çəkdi, bir güldü ki... Mən də sinifin sonbeşiyi idim. Çıxdım, bilə-bilə dedim “ə, Şahmalı, ağa deyir ki, get, o sıpanı çağır”.

”“ Nə?! Sıpa?! Elə dedi?!

O məclisimiz gülməklə keçdi. Zeynəb xanımın böyüklüyü ondadır ki, ömründə toy məclisinə getmədi. Zeynəb xanım yeganə xanəndəmizdir ki, o, toyla dolanmadı, konsertlərlə dolandı.

Bəzi xanəndələr gedir Biləcəridən o yana gəlir, deyir ki, “mən Türkiyədə konsert verdim, belə etdim, elə etdim”. Zeynəb bir dəfə deməyib ki, “mən getdim Çində konsert verdim, ora dağıldı”. Zeynəb getdi, qitələri gəzdi, bir dəfə demədi ki, konsertim yaxşı keçdi. Başqaları dedilər ki, “zalımqızı dağıtdı oraları”. Bu Seyidin tərbiyəsidi. Seyid Şuşinski də elə təvazökar olub”.

“Eldəniz Məmmədov oxuyanda zəng vurub dedi ki, qeyrətiniz olsun, birinci bu səsdir”

“Zeynəbin Amerikadakı konsertində oralar bomba kimi partlamışdı ki, bu qadın nə edir, nə demək istəyir. Bu demək istəyir ki, dünyada mən birinciyəm. Mən belə hesab edirəm ki, elə dünyada birinci xanım bizim gözəl xanənədəmiz Zeynəb Xanlarovadır. Zeynəb möhürü elə vurub ki, onu bir də təkrar etmək qeyri-mümkündür. Bir dənə Zeynəbimiz var. Allah ona ömür versin, nəvə-nəticə toyu görsün, ona layiqdir.

Opera və Balet teatrında Zeynəbin rollarına baxmışam. “Leyli və Məcnun”da, “Əsli və Kərəm”də yaddaqalan rolları yaradıb.

Zeynəbin ürəyindən yoxdu. Bir mahnı onun xoşuna gələndə gözlərindən yaş tökülür. Bu adam necə pis adam ola bilər? Musiqini sevən vəzifəli adamlar həmişə yaxşı adamlar olur. Heydər Əliyev musiqini sevirdi. Zeynəb oxuyanda onun gözündən yaş gəlirdi. O pis adam ola bilməz. Musiqini dərk etməyən insanlar həmişə pis olur. Gözəl musiqi eşidəndə həmişə Zeynəbin gözləri dolar, ona bir qiymət verər ki, necə qəşəng oxudu. Məsələn, “Xalq ulduzu” yarışmasında Eldəniz Məmmədov müsabiqədə “Sən, sən”i oxuyanda Zeynəbin o qədər xoşuna gəlmişdi, dura bilmədi, zəng etdi verilişə, dedi “qeyrətiniz, kişiliyiniz olsun, bu səs gözəl səsdir, budur elə birinci”. Çünki onu tərpətmişdi. Zeynəb çox ədalətlidir. Zeynəbə heç kim sataşa bilməz, heç kim onda irad tuta bilməz. Amma o birilərində nə bilim, Allah bilir, xalq da görür. Xalqın gözü tərəzidir. Xalq hər şeyi seçir, bilir kim kimdir, kim necə oxuyur, kim necə hərəkət edir. Xalqdan gizlətmək qeyri-mümkündür. Zeynəb ancaq oxumağıyla məşğul olub. Ancaq səhnələrdə olub. Həyatını gözəl qurub. İki oğlu, nəvələri var.

Zeynəb bir dənədir, o Azərbaycan xalqı üçün gərəklidir, Azərbaycanı tanıdan xanımlardan birincisidir. Bu adam SSR xalq artistidir. Düşmənlərimiz Ermənistanda gedib konsert verib, oranın “xalq artisti” adını alıb. Özbəkistanın xalq artistidir. Zeynəbin almadığı mükafat yoxdur. Xalq həmişə Zeynəbi sevib, sevəcək...”. 

    
Oxşar xəbərlər
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
GÜNLÜK
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”