TİKİLƏN DİVARLAR VƏ AZƏRBAYCAN BAYRAÄžININ KÖLGƏSİ
Oxunub: 4629
10 Nov 2014 | 01:43
TİKİLƏN DİVARLAR VƏ AZƏRBAYCAN BAYRAÄžININ KÖLGƏSİ

“Avropa vahid oldumu”-“Berlin divarları”nın yıxılmasının 25 illiyinə həsr olunmuş və 8 min “yanan şar”la ağrılı keçmişini simvolizə etməyə çalışan alman xalqının bayram təntənəsini seyr edərkən hamını düşündürən sual məhz budur.İndi tarixin labirintlərində dolaşmaq çox az adama gərəkdir.Sovetlərin süqutunda həlledici zərbəni kimin vurması məsələsi imperiyaların yalnz bir amildən dağılmadığını bilənlərə yaxşı məlumdur..Ona görə Qərbi “soyuq müharibə”ni udmağın trimfunu yaşamaq əhval-ruhiyyəsindən xilas etmək lazmdır.

Lakin əksinə,hüdudsuz iqtisadi və hərbi gücünə arxalananlar eynən bolşeviklərin nümayiş etdirdiyi hegemoniya və diktat ruhu ilə dünyada azadlıq və demokratiya bayrağının bütün əsarət altında olan xalqlar tərəfindən qaldırılacağına ümid bəsləyərək kainatın dörd bir yanına yürüşlərini davam etdirirlər.
Tutaq ki,Mixail Qorbaçov hazır bir missiya ilə gəlmişdi və Stalinin tarixi qələbələrini qoruyub saxlamaq vəzifəsi onun planlarına daxil deyildi.Ancaq 40 il ərzində dünyanın üçdə birinə nəzarət imkanı qazanan kommunistlərin süqutunu kim dayandıra bilərdi ki?Ona görə yox ki,bütün totalitar quruluşlar xalqların həbsxanasına çevrilir, kazarma sistemi kimi fəaliyyət göstərir,yalnız süngünün ucunda durur və əsgərlər yemlənməyən kimi də dağılır.Yox,məsələ bunda deyildi.Heç sonuncu fikri Qızıl Orduya aid etmək də insafsızlıq olardı.
Məgər,2-ci dünya müharibəsindən sonra Lenin ideyalarını uzaq Afrikaya və ya Amerikaya aparan,Anqolanı,Madaqaskarı,yaxud Əlcəzairi qırmızı rəngə boyamağa çalışan inqilabçılar,hətta hamının əbədi mübarizə simvoluna çevirdiyi çe gevaralar yalnız ideologiyaların gücünə arxalanırdılar?Qətiyyən.Hətta “Berlin divarı”nı inşa edəndən sonra da şərqi Almaniyada bolşevizmin həyat ukladını,birlik, bərabərlik, kollektiv səadət və ədalət şüarlarını əhalinin böyük əksəriyyətinə qəbul elətdirmək mümkün olmamışdı.Ona görə yox ki,Bismarkın dəmir iradəsi ilə birləşdirdiyi milləti istənilən formasiyada öz identikliyini qoruyub saxlayırdı,yox,sadəcə almanların çox az bir qismi kommunizmin quruculuğuna inanırdı və belədə ən qalın divarlar arxasında da sovet gerçəkliyini ört-basdır etmək mümkün deyildi.
Şərqi Almaniyanın əzəmət və vahimə saçan DTK-sının-Ştazinin sonuncu rəhbəri Markus Vulf etiraf edirdi ki,bütün səylərə,açıq-gizli tərənnümlərə,əks düşünənləri qətiyyətlə cəzalandırmalarına baxmayaraq onun ölkəsində Sovet İttifaqındakı hakim rejimi dəstəkləyənlər 30-faizi aşmırdı.Onlarınsa sosial tərkibini əhalinin aşağı təbəqələri təşkil etdiyindən sistem heç vaxt sona qədər özünü stabil və möhkəm saya bilmirdi.Hətta tarixin ironiyasına görə,Xruşşov zamanında məhz hərbçilərin əli ilə qalın beton divarları çəkənlər hamını inandırmağa çalışırdılar ki,qoy dünyanın o biri tərəfində qalanlar sosializmin yüksək rifaha və sərvətlərə yiyələnmiş hissəsinin nailiyyətlərindən bəhrələnə bilməsinlər. Baxmayaraq ki,o vaxtlar sovet adamları üçün qdr-çilərin həyat standartları həqiqətən də yuxarı sayılırdı və hamı onların malik olduğu imkanlara yiyələnməyə çalışırdı.Lakin müharibəni Stalinlə birgə qazanaraq qənimətin bölgüsündə fəal iştirak edən Amerika və onun rəhbərlik etdiyi koalisiyanın sonralar azadlıq verdiyi qərbi Almaniya qısa müddət ərzində nəinki ikiyə bölünmənin və postmüharibə dövrünün fəlakətlərindən xilas ola bilmişdi,eləcə də müstəqilliyə can atan xalqların yolunda əvəzsiz mayaka çevrilmişdi.
Qorbaçovu bütün rəhbərlik illərində beynəlxalq danışıqlarda və ümumən xarici siyasət işlərində müşaiyət edən Andrey Çernyayev xatirələrində yazır ki,onun lideri kapitalist dünyasına hər səfərindən sonra mənəvi və psixoloji sarsıntı keçirirmiş ki,uzun on illər ərzində sovet diplomatları,kəşfiyyatçıları,yaxud mətbuatı necə böyük yalanlar danışırmış.Belə ki,Qərb əsil həqiqətdə beynəlxalq istismarçı imperializm deyil,yüksək texnoloji inqilaba,sinifsiz cəmiyyətə və geniş vətəndaş azadlıqlarına sahib olan qüdrətli bir siyasi sistemdir.
Ona görə indi tarixin o dönəmlərinə qayıdıb,SSRİ Baş katibindən Almaniyanın vahidliyinə deyil,sadəcə sistem dəyişikliyinə gedərək,yəni kapitalist bir quruluşla və demokratik idarəetmə ilə də olsa almanları sovetlərlə bir damın altında qalmağa həvəsləndirmək,yaxud bunun üçün bazarlaşmaq tam əbəs cəhd olardı.Almanların vahidləşməsinin qarşısına tanklarla da çıxmaq mümkün deyildi.Hitleri döyüş meydanında məğlub edənlər mədəni,iqtisadi və siyasi savaşı,beləliklə,üçüncü dünya müharibəsini Qərbə uduzdular.
Bilirsinizmi dövlətlərin arsenalında olan vasitələrlə müxtəlif planlarını həyata keçirməsi onun təbii haqqıdır.Lakin bizim üçün daha ibrətamiz olanı sadə vətəndaşların minlərlə ordu qüvvəsindən daha təsirli silahla apardığı mübarizədir. Baxın,155 kmlik Berlin divarının bir üzündə qardaşı-qardaşdan ayırmağa çalışan və bunun əksinə gedənləri dərhal yerindəcə güllələmək hüququna malik olan əli avtomatlı hərbçilərin qulağının o biri yanında tamam ayrı bir mübarizə gedirdi.Çoxlarının buna görə lənətlədiyi və milyonlarla insanın həsrətli arzularının qarşısında tikanlı və ölümsaçan səddə çevrilmiş “dəmir pərdə”nin digər üzünü üzünü adamlar əsil incəsənət muzeyinə çevirmşdilər.Bəlkə də bu tarixin ən uzun “sərgi”si adlana bilərdi.Əl-ələ tutub 150 km-lik canlı sipər quran və bununla cəmi bir dəfə sovetlərə kəskin etirazlarını ifadə edən latışlar,estonlar belə almanların 40 illik divar “yaradıcılığı” ilə müqayisə oluna bilməzdilər.
45 min plitə betonlarının hər kvadrat metri rəssamaların,yaxud sadə bir həvəskarın “kətan parçası”na çevrilmişdi.Yaxud qraffitlə bəzədilmiş lövhələr əsil Veymar respublikasının ilhamı və nasizmə qədərki ruhu ilə yaradılırdı. Təsadüfi deyil ki,onlar gələcəyin ən yaxşı mədəniyyət nümunələrinə çevrildilər, albomlaşdılar və tarixin mühüm səhifəsi oldular. Eləcə də divarları ekranlara və musiqiyə gətirən,rokun sakral cazibəsi ilə milyonla gənci öz təsirinə alan sənət adamları da Qərbin beyin mərkəzləri və siyasi institutlarından az iş görmədilər.Amma “Berlin divarları”nı sökənlərin bir çoxunun dediyi kimi beyinlərdən və ürəklərdən həmin ayırıcı sədləri tamamilə silmək mümkün olmadı.
O vaxtlar kommunist sistemini süquta uğradanlar bir ideoloji cəbhəni məğlub edəndə bunu “geopolotik fəlakət” adlandıran yeni rusları unutmuşdular.Hə,bu gün onların qeyd etdiyi ildönümlər qovuşan ailələrin və qətlə yetirilməyən soydaşlarının sevincini bölüşməkdirsə,DİVARIN bu biri tərəfində olanlarsa hesab edir ki,əsil həyat onda idi.Nə olsun ki,indi hara istəsən getmək azadlığın var,amma keçmişdə böyüdüyün mühitin xüsusiyyətləri,qazandığın uğurları və ya komfort tərzini insanlara kim qaytaracaq?Yəni,azadlıq var,amma təhülkəsizlik yoxdur.Ona görə Qərb üçün yıxılan divarlar normal insani dəyələrə çatmaq üçün əhəmiyyiət kəsb edirsə,başqaları üçün bu dünyaya hökranlıq imkanlarının itirilməsi deməkdir.Biz ki,bir vaxtlar o güclə fəxr edirdik. 
Ona görə “Berlin divarları” sanki yerini dəyişib və o vaxtlar iki qütblü sistemin bir-biri ilə rəqabətinin,yaxud toqquşmasının simvoluydusa,indi ayrı-ayrı ölkələrin arasına çəkilib.Ukraynanın Rusiya ilə sərhəddə inşa etməyə çalışdığı divarların adını nə qoymaq olar,sizcə?Yoxsa bununla “qırmızı xətti” keçməyə hazırlaşan düşmənin qabağını almağa və qərbi ukraynalıları götürüb daha təhülkəsiz bir Avropaya aparmağa hamını inandırmaq istəyirlər.Bəs Belarus,Moldova, Azərbaycan, Gercüstan,necə olsun,onu da Qərb öz ailəsinə qəbul edib içərisində əridəcəkmi?
Avropanın bir parçası olan Rusiya nə olacaq,belə ölçüdə,fərqli mentallıqda çoxmilyonlu xalqı özünə qatmağa Qərbin gücü çatacaqmı?Yoxsa,əksinə, Putinə zərbə vurmaq adıyla heyfini bütün ruslardan çıxan Amerika və Avropa Bilriyi sanksiyalardan yeni divar tikmək fikrindədir! Üstəlik də on illərlə gürcülərin abxazlarla,yaxud osetinlərlə, həmçinin moldovanların Dnestryanı bölgə ilə çəkdiyi düşmənçilik divarları da il-ildən möhkəmlənir.Şimali Koreya,Kuba və İranın yaşağıdığı embarqolar isə adanın o biri tərəfində qalan və az qala qədim Çin səddinə çevrilmiş dövlətlərin hər gün pislənən,ittiham edilən və günahlandırılan ünvanları olaraq qalırlar.Onların nə zaman dünya ilə bötövləşəcəyi,yaxud almanlar kimi birlik bayramı keçirəcəyini isə bilən yoxdur.
Azərbaycan bu divarlardan bir neçəsini hörməyə məhkum edilənlər sırasındadır.Bu gün Uca bayrağını hara sancmaq sualı üzərində düşünən sadə vətəndaşın xəyalı onu Xankəndinə,İrəvana,yaxud Təbrizə aparır.Amma ortada olan psixoloji,mənəvi,lap elə hərbi divarları yarıb keçməyə ona kimdir imkan verən.1989-cu ildə dünyanın yarısının müdafiə etdiyi almanlardan fərqli olaraq Azərbaycan bayrağının kölgəsini hətta qeyri-düşmənləri belə təhlükə kimi görür.Baxmayaraq ki,almanların vahidliyi bütün sovet xalqlarının azadlığına yol açdı,lakin sonralar nifrət,ayrıseçkilik,aşağılama,başqa əraziləri ələ keçirmə,təsir zonlarını genişləndirmə uğrunda mübarzilər yeni və daha təhlükəli divarlar yaratdı.
Bəs islam aləmi ilə yaradılan düşmənçilk səddi necə olsun?Din davası,mədəni müharibələr,varlı-kasıb bölgüsü,qızıl milyard və yerdə qalanlar ayırmaçılığı, hakim siniflər və məzlum kütlələr,istismarçılar və qullar dünyasına parçalanmaların yaratdığı “dəmir pərdə”lərlə nə edək bəs? 
Məgər,iki qonşunun arasına çəkilmiş nifaq hörgüləri necə,bunlar “Berlin divarı”ndan az niftətə layiqdir?Ona görə ”soyuq müharibə” bitməyib,o daha qanlı və qaynar şəkildə davam edir.Merkel deyəndə ki,”divarlar nə qədər hündür olsa da,bütün arzular gerçəkləşir”,o,bütün xalqları deyil,təkcə almanları nəzərdə tutur.Çünki bəşəriyyət bir divarı yıxıb yerində milyonlarla ayırıcı sərhədləri inşa edib.O divarları sökmək isə heç kəsə gərək deyil!

Oxşar xəbərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 00:41
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 00:41
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 00:41
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 00:41
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”