Donorlar QHT-lərlə necə işləyə bilər?
Oxunub: 2368
03 Nov 2014 | 15:09
Donorlar QHT-lərlə necə işləyə bilər?

Moderator.az xəbər verir ki, “Region” Beynəlxalq Analitik Mərkəz (RBAM) və İnsan Hüquqları və Maarifçilik İB-yi donorlarla bağlı vətəndaş cəmiyyətində yaranan yeni situasiyaya uyğun analiz apararaq donorlar üçün təkliflərlə çıxış edib.

 

Tarixə ekskursiya

 

Vətəndaş cəmiyyəti quruculuğu prosesi Azərbaycanın müstəqil dövlət quruculuğu ilə paralel başlayıb. Vətəndaş cəmiyyətinin aparıcı subyektlərindən olan QHT-lərin formalaşması öz tarixini, məhz elə bu mərhələ ilə başlayır. QHT-lərinkəmiyyət və keyfiyyətcə artımı, bir institut kimi formalaşması prosesi də 90-cı illərin ortalarında daha geniş yayılmağa başlayıb və əsrin sonuna yaxın artıq oturuşmuş bir struktura çevrilib.

Demək olar ki, 2007-ci ildə QHT-lərə Dövlət Dəstəyi Şurası yaranana qədər Azərbaycanda yerli donor institutu olmayıb. Ona görə də QHT-lərin layihələri əsasən ABŞ və Avropanın müxtəlif profilli fondları və institutları tərəfindən maliyyələşdirilib. Həmin dövrün tələblərinə uyğun olaraq, layihələr maliyyələşdirilərkəndaha çox insan hüquqlarının müdafiəsi, demokratik təsisatların formalaşaması, seçki islahatları və digər mühüm prioritet sahələr üzrə yazılan layihələrinseçilməsinə üstünlük verilib.

Amma, bununla yanaşı müxtəlif ekoloji, kənd təsərrüfatı və digər sahələrin inkişafı ilə bağlı layihələr də dəstəklənib. Məhz, bu illərdə Azərbaycanda beynəlxalq təşkilatların donorçuluq funksiyaları genişlənib. Azərbaycanda nümayəndəliyi, yaxud təmsilçiliyinin olub-olmamasından asılı olmayaraq, xarici donorlar tərəfindən 100-lərlə yerli təşkilatın bu və ya digər formada layihələri dəstəklənib, onların həyata keçirilməsi üçün maliyyə vəsaiti ayrılıb. Keçən əsrin 90-cı illərinin ortalarından başlayaraq, bu donorların bəziləri Azərbaycanda yerli nümayəndəliyini açaraq QHT-lərə maddi dəstək verilməsinə başlayıb.

Qeyd etmək lazımdır ki, məhz bu dəstək nəticəsində QHT-lərinəsas və ilkin bazaları formalaşdı, onların ofisləri yaradıldı, sistemli və daimi fəaliyyət göstərmək imkanları genişləndi. Sistemli və daimi fəaliyyət nəticəsində ideyalar bolluğu yarandı, layihələr çoxaldı, əhalinin maarifləndirilməsi artdı, yeni iş yerləri açıldı.1995-ci ilin noyabrında Azərbaycan Respublikasının Konstitusiyasında  qəbul olunan normalar da QHT sektorunun inkişafı üçün münbit şərait yaratdı. Bununla da vətəndaş cəmiyyəti quruculuğu istiqamətində daha geniş spektr formalaşdı. 1997-2003-cü illərdə BMT inkişaf proqramı ilə Azərbaycan hökumətinin birgə həyata keçirdiyi "Azərbaycanda vətəndaş cəmiyyətinin gücləndirilməsi" proqramının reallaşması ictimai sektorun inkişafına mühüm töhfə verdi. Proqramın icrası nəticəsində Bakıda, regionlarda QHT-lərin resurs və təlim mərkəzləri yaradıldı. Milli QHT Forumu və digər QHT koalisiyaları formalaşdı. Qanunvericilik bazasının yaradılması istiqamətində mühüm addımlar atıldı və 1998-ci ildə "Qrant haqqında", 2000-ci ildə isə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunlar qəbul edildi.

Bu zaman artıq Azərbaycanda bəzi beynəlxalq fond və donor təşkilatlar fəaliyyətə başlamışdı. Digər qism xarici donorlar da məhz QHT-lər və onların fəaliyyətini tənzimləyən qanunvericilik bazası tam formalaşdıqdan sonra Azərbaycanda fəaliyyətə başladı, yerli QHT-lərlə əməkdaşlıq etdi. QHT-lərinvətəndaş cəmiyyətinin müstəqil qolu kimiformalaşması beynəlxalq təşkilatlarda bu qurumların fəaliyyətinə marağı artırdı, onların layihələrinin dəstəklənməsinə səbəb oldu.

Dünyada çox nüfuzlu donorlar - Açıq Cəmiyyət İnstitutu, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), ABŞ Milli Demokratiya İnstitutu, ABŞ Respublikaçılar İnstitutu, Beynəlxalq Araşdırmalar və Mübadilə Şurası (İREX), Amerika Hüquqşünaslar Assosiasiyası (ABA CEELİ), Marşal Fondu,Demokratiyanı Milli Himayə Fondu (NED), Avrasiya Fondu, Beynəlxalq Media Müdafiə Təşkilatı (İnternational Media Support), Böyük Britaniyanın Oksfam Humanitar təşkilatı, ABŞ-ın «Counterpartİnternational» Beynəlxalq Humanitar Təşkilatı, Şərqi Avropa Demokratiya İnstitutu, Avropa Şurası və onlarla beynəlxalq təşkilat və donorlar Azərbaycanda fəaliyyət göstərir, öz nümayəndəliyini açır, yerli QHT-lərin layihələrini maliyyələşdirirdi.

Ölkədə fəaliyyət göstərən səfirlikləri də bu sıraya əlavə etsək, böyük bir donorçuluq institutunun formalaşdığnı demək olar: ABŞ-ın Azərbaycandakı səfirliyi, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Norveç Krallığının Azərbaycandakı səfirliyi, ATƏT-in Bakı ofisi, Almaniya, Yaponiya səfilrlikləri, habelə Kanada vəAvstraliya səfirlikləri.

 

Vətəndaş cəmiyyətinə ayrılan qrantlar

 

20 ildən çoxdur ki, bu donorlar Azərbaycanda müxtəlif sahələrin inkişafına böyük həcmdə vəsait ayırmış, QHT-lərin bir çox lazımlı və gərəkli layihələrini dəstəkləmişdir. Minlərlə Azərbaycan vətəndaşı bu və ya digər formada layihələrə cəlb edilərək, maariflənmiş, hüquqlarını öyrənmiş, yaxud işləyərək əmək haqqı almışdır. Çünki ölkəyə böyük qrant vəsaitləri cəlb edilirdi. Bu vəsaitlər vətəndaşların maariflənməsinə imkan yaratdığı kimi yeni iş yerlərinin açılması, məşğulluun artmasında da əhəmiyyətli rol oynayırdı.Məsələn, 2007-ci ildə 52 donor təşkilatından  5 milyondan çox ABŞ dolları məbləğində qrant alınmışdır. 2009-cu ilə bu rəqəm 57  donor təşkilatından 5 844 025.4 ABŞ dolları,  3 095 578 avro,  105 000  funt   sterlinq, 1 921 500 türk lirəsi və 15 000 kanada dolları olmuşdur. 2011-ci il ərzində isə 12 452 738,37 ABŞ dolları, 4 334 469,54 avro, 259 617,50 funt sterlinq, 21 904 isveçrə frankı, 9 715 000 norveç kronu, 3 020 000 rus rublu və 43 250 kanada dolları məbləğində qrant alınmışdır. 2012-ci ildə ümumi alınan qrant məbləği 39 542 569 manat olub, bunun da 21.090.811 manatı birbaşa xarici donorların payına düşür. 2013-cü ildə isə  QHT-lərin illik büdcəsi 65 milyon manatdan çox olub. Bunun təxminən 35 faizi, 22 milyon manatdan çoxu xarici donorların payına düşür.

Qrantların istiqamətləri əsasən təhsil, insan hüquqları, uşaq və gənclərin problemləri, iqtisadiyyat, səhiyyə, yerli özünüidarə, ekologiya, kənd təsərrüfatı, qaçqın və məcburi köçkünlərin problemləri və s. aktual mövzular olmuşdur. Maraqlı nüanslardan biri budur ki, son illər insan hüquqları istiqamətində ayrılan qrantların ildən-ilə azalmasıdır. Əvvəlki illərdə bu sahəyə ayrılan qrantlar çoxluq təşkil etsə də, tədricən azalmışdır. 2007-ci ildə bu sahəyə ayrılan qrantlar ümumi qrant məbləğinin 12%-ni təşkil edirdisə, 2011-ci ildəbu rəqəm 5.9%təşkil etmişdir. Bu da onu göstərir ki, beynəlxalq donorlar daha çox sosial sahələrə qrant ayırılmasında maraqlı olub.

Donorlarla bağlı yaranan yeni vəziyyət

Son illər hökumətlə beynəlxalq donorlar arasında münasibətlər soyumağa doğru getmiş, nəticədə bir sıra problemlər yaranmışdır. 2013-cü ilin əvvəlindən başlanan bu “soyuqlaşma” bu il öz pik həddinə çatmış və münasibətlər daha da kəskinləşmişdir. Münasibətlərin pozulması səbəbindən də demək olar ki, əksər beynəlxalq donorların fəaliyyətinə “qırmızı işıq” yandırıldı. Milli Demokratiya İnstitutu və İREX kimi təşkilatarın fəaliyyətinə son verildi. Eləcə də bir sıra yerli QHT-lərin bank hesablarına həbs qoyuldu. Hökumət bunudonorların və onların qrant ayırdığı təşkilatların fəaliyyətinin şəffaf olmaması ilə izah edir: Hökumətin fikrincə,

Ayrılan vəsaitlər təyinatıüzrə xərclənmir;

Ayrılan qrantlar siyasi məqsədlərə istiqamətləndirilir;

Qrant alan təşkilatlar dövlət büdcəsinə məcburi ödəmələri yerinə yetirmir;

Donorlar və respiyentlər arasındakı gizli sövdələşməyə görə, vəsaitlər bu və ya digər formada mənimsənilir;

Hökumətin mövqeyinə görə bu şübhələr üçün ciddi əsaslar vardır. Çünki, bəzi beynəlxalq təşkilatlar yalnız hökumətin əleyhinə çıxış edən QHT-lərimaliyyələşdirirlər. Qrantlar ayrılan zaman sosial, tarixi, mədəni, yaxud iqtisadi araşdırmalara deyil, birbaşa iqtidara qarşı təzyiq, yaxud müxalifət partiyalarını dolayısı yolla maliyyələşdirən layihələrmaliyyələşdirilir.

Mətbuatda gedən məlumatlara görə, İREX 2006-ci ildən 2013-cü ilə kimi 730 min manat məbləğində qrant ayırıb ki, bu da əsasın müxalifyönlü təşkilatlara verilib.“RevenueWatchİnstitute” 952 min, MDİ 10 il ərzində, yəni 2003-2013-cü illərdə Azərbaycan QHT-lərinə 3 milyon 500 min dollar həcmində 78 qrant ayırıb. Üstəlik bu subsidiyaların əsas hissəsi 2010-2013-cü illərdə ayrılıb və məbləğ  2 milyon 300 min dollar olub. USAİD isə 1992-ci ildən bu yana 300 milyon dollar, o cümlədən 2008-ci ildən 8 milyon 200 min dollar və daha 93 min manat vəsait ayrılıb. Hökumətə görə, USAİD əvvəllər ticarət və kənd təsərrüfatı profilli layihələr üstünlük versə də, 2008-ci ildən sonra daha çox siyasi yönümlü layihələri maliyyələşdirib.

Daha bir məlumata görə, bəzən qrant müqavilələrində göstərilən məbləğlər ümumiyyətlə Azərbaycana daxil olmur. Həmin qrantların müəyyən hissəsi resipyentin bank hesabına daxil olsa da, məbləğin daha böyük hissəsi hara və necə ötürülür məlum olmur.
Amma digər bir fikrə görə, hökumətlə donorlar arasında yaşanan gərginliyin səbəbi kimi şəffaflıq, yaxud ayrılan vəsaitin təyinatı üzrə xərclənib-xərclənməsi deyil. O cümlədən dövlətə məcburi ödənişlər də bu məsələdə əsaslı rol oynamır. Bu gərginliyin əsas səbəbi aşağıdakılardır:

ABŞ-ın vitse-prezidenti CoBaydenin2009-cu ildə inqilabın baş verəcəyi potensial ölkələr siyahısında Azərbaycanın adını çəkməsi;

Ayrılan qrantların “inqilabi fəaliyyət”ə yönələcəyini düşünüldüyünə görə;

Beynəlxalq donorlar tərəfindən maliyyələşən QHT-lərin hakimiyyətə qarşı təkcə ictimai deyil həm də siyasi müxalifətçilik mövqeyi sərgiləməsinə görə;

Ərəb inqilablarının bütün dünyada doğurduğu həyəcan;

ABŞ-ın keçmiş səfiri RichardMorningstarın may ayında Azadlıq radiousuna verdiyi müsahibə zamanı Ukraynada baş verən Maydan hadisələrinin Azərbaycanda baş verməsi ehtimalını səsləndirməsi;

Münasibtələrin kəskinləşməsi nəticəsində donorçuluqfəaliyyəinə çətinliklər yaradıldı. Nəticədə QHT-lərin layihələrinin xarici donorlar tərəfindən maliyyələşdirilməsi yolları çətinləşdi. Artıq “Qrant haqqında” Azərbaycan Respublikasının Qanuna əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklər xarici donorlarla QHT-lərin əməkdaşlığı, yəni layihələrin dəstəklənməsi anlamında bir sara və ciddi öhdəliklər yaradır. Artıq hər hansı layihəninmaliyyələşdirilməsiəvvəlki kimi sadə və asan başa gəlməyəcək. Çünki qanunvericilikdə olan dəyişikliklər donorun üzərinə böyük vəzifələr qoyur.

Azərbaycanda fəaliyyət göstərmək istəyən, Azərbaycan QHT-ləri ilə işləmək istəyən donor hökumətlə müqavilə bağlamalıdır, donorçuluq fəaliyyəti üçün lisenziya almalıdır, maliyyələşdirdiyi layihəni əsaslandırmalı və bununla bağlı müavafiq icra hakimiyyəti orqanından rəy almalıdır. Yalnız bu halda onun qrantvermək hüququ rəsmiləşəcək. Əks təqdirdə statusundan asılı olmayaraq, hər hansı bir donor təşkilat Azərbaycanda qrant verə bilməz. Təbii ki, bu məsələdə ən çox əziyyət çəkən QHT-lər və orada çalıışan işçilər olacaq. Çünki hökumətin tərkibinə daxil olan müvafiq icra strukturlarının (nazirliklər, komitələt, komissiyalar və s. )həyata keçirdikləri, yaxud keçirəcəklərilayihələrlə bağlı ciddi bir problem yaşanması ehtimalı azdır. Çünki gərəkli bilinən sahələr üçün bu tezliklə və bürokratik əngəllər olmadan həll ediləcək. Lakin QHT-lərlə bağlı bunun problemsiz olacağını demək çətindir. İstər bürokratik əngəllər, istərsə də vaxt baxımından. Nəzəri cəhətdən qarşıdan gələn parlament seçkisi ilə bağlı layihə hazırlayan, donorla razılaşdıran QHT, onun həyata keçirilməsinə icazə almaya da bilər.

Donorların fəaliyyəti ilə bağlı yaranan çətinliklərdənelə həmin donorların nəsə itirəcəyi qeyri-realdır. Faktiki Azərbaycanda fəaliyyət göstərə bilməyən donorlar öz vəsaitlərini Qafqazın digər ölkələrinə, Gürcüstana və Ermənistana yönəldəcək. Eləcə də donorların “daimi müştərisi” kimi nəzərdə tutulan QHT-lər və ya onların rəhbərlərinin nəsə itirəcəyini də demək çətindir. Çünki, konkret maddələrə görə həbs olunanlar istisna olmaqla, digərləri artıq xaricdə məskunlaşıblar. Ona görə də, əgər onlara hər hansı vəsait ayrılacaqsa, bunun variantları tapılacaq. Onların bu və ya digər formada ölkədə fəaliyyəti təmin ediləcək.

Müstəqil QHT-lər, onların əməkdaşları üçün çətinliklər qaçılmazdır. Bununla da həm QHT-lərə, həm vətəndaşlara, həm də dövlət büdcəsinə zərər dəyəcək. QHT-lərdə çalışan işçilərin vəsaitləri hesabına dövlət büdcəsinə məcburi ödəmələr azalacaq, eyni zamanda işsizlərin sayı artacaq, QHT-lərin ideya və layihələri dəstəkdən məhrum olacaq, maarifləndirmə işləri aparılmayacaq. Bunun nəticəsində bütünlükdə vətəndaş cəmiyyətinin inkişafına zərər dəyəcək.

 

Bəs çıxış yolu nədir?

 

Hesab edirik ki, beynəlxalq təşkilatlar və donorlar indiki situasiyadan çəkinməməlidir. Qanunvericilikdə olan dəyişikliklər qadağa kimi qəbul etməməlidir. Bunu bir az sərt, amma həlli olan variant kimi qəbul etməli, yeni və daha şəffaf fəaliyyət mexanizmi tətbiq etməlidir. Xüsusən də fəaliyyəti şəffaf, Azərbaycanda donorçuluq fəaliyyəti vətəndaş cəmiyyətinin inkişafını, demokratik təsisatların möhkəmlənməsini və sosial problemlərinin həllini özü üçün prioritet seçən təşkilatlar hökumətlə danışıqlara başlamalıdır. Öz nümayəndəliklərini yaratmalı, onların qeydiyyatına nail olmalıdır. Hökumətlə birgə vəziyyətdən çıxış yolunu araşdırmalı, qanunvericiliyin tələblərini yerinə yetirməklə, vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini verməlidir.

 

Tövsiyələr

 

Donorlar Azərbaycanda nümyanədləkilərini açmaqdan çəkinməməli və qanunun yeni tələbinə uyğunlaşmaq üçün səy göstərməlidir. Çünki, vətəndaş cəmiyyətinin zəifləməsi, insan hüquqları və demokratik inkişaf sahəsində ciddi axsamalara gətirib çıxara bilər. Donorların nümayəndəlik açması çox vəsait tələb etdiyindən, kiçik həcmli qrantlar ayıran donorlar yerli QHT-lər arasından seçim edərək, onlara təmsilçilik hüququ verə və ya bir nəfər eksperti işə götürərək təmsilçiliklə təmin edə bilər;

Donorların Azərbaycan hakimiyyəti ilə danışıqlar aparması və dialoq qurması çox vacibdir. Dialoq olmadan problemlərin həlli mümkün görünmür. Bunun üçün də donorlar Azərbaycan hökuməti ilə birbaşa dialoq aparmaq üçün imkanlarını səfərbər etməlidir;

Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə layihələr üzrə memorandum imzalanarsa və birgə qrant layihələrinin həyata keçirilməsi razılaşdırılarsa, o zaman bir çox məhdudiyyətlərdən azad olmaq mümkündür;

Azərbaycan Respublikası Prezidentininyanında QHT-lərə Dövlət Dəstəyi Şurasının QHT və donorlarla iş üçün müvafiq icra hakimiyyəti orqanı seçilməşi bu sahədə ehtimal olunan problemlərin qarşısını ala bilər. QHT-lərə Dövlət Dəstəyi Şurası QHT fəlsəfəsini daha yaxşı dərk etdiyinə görə onunla müzakirələr daha effektivdir. Buna görə də donoların QHT-lərə Dövlət Dəstəyi Şurasının müvafiq icra hakimiyyəti orqanı olması üçün lobbiçilik fəaliyyəti göstərməsi vətəndaş cəmiyyətinin inkişafına faydalı ola bilər.

 

 

 

 

Oxşar xəbərlər
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
GÜNLÜK
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 09:48
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
04 May 2024 | 10:51
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
04 May 2024 | 10:45
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
04 May 2024 | 10:30
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
04 May 2024 | 09:49
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 09:48
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
04 May 2024 | 10:51
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
04 May 2024 | 10:45
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
04 May 2024 | 10:30
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
04 May 2024 | 09:49
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi