Mənim Ali Baş Komandanım
Köşə
Oxunub: 4659
27 Oct 2014 | 14:14
Mənim Ali Baş Komandanım

Bu həqiqət onu dünənindən bu gününə, bü günündən sabahına daşıyan TARİXidi.

Bu HƏQİQƏT tarixin lokomotividi  həm də.

Tarix öz həqiqətlərini gizlətməyi, danmağı, ört-basdır etməyi  sevmir,- o bu dünyanın ən amansız reallığı, ən sərt  güzgüsüdü”¦

Dövlətin, Vətənin böyüklü-kiçikli vətəndaşlarının, irili-xırdalı  ideya və ideallarının daim gözümüzün önündə vurnuxan tərcümeyi-halıdı Tarix.

YƏNİ: Özündən gizlənə bilərsən, amma özünü gizlədə bilməzsən”¦

 

Bu, kifayət qədər ciddi, kifayət qədər də ciddilikdən kənar qeyri-müəyyənliklərlə, reallığa söykənən ilğım variantlarla, sayı-hesabı bilinməyən məchulluqlarla müşahidə olunan missiya hər an ONUN məqsəd və məramına, düşüncə tərzinə qarşı çıxır”¦

Onu ondan almağa, öz tarixini yaratmağa və yaşatmağa çalışır”¦

Onun şəxsi ləyaqətini, milliliyini, humanizmini, vətənpərvərliyini, iradə və dözümünü hər gün minlərlə yabançı insan beyninin istehsal etdiyi  məkrli iddialarla sınağa çəkir”¦

Bax onda O özünü unudur”¦

Bax onda ”“ özünü unudanda, arxasınca yürüyən xalqın, milyonlarla İNSANın ümid yerinə, nicatına, gələcəyinə çevrilir”¦

İstəsə də, istəməsə də, gah rəzilliyin  qurbanına çevrilmiş, dəmir barmaqlıqlar arasında vurnuxan adi bir əsgərinin, gah da yağı düşərgəsində nəşi düşmənin göz dağına çevrilmiş Milli Qəhrəmanının”¦ taleyini yaşayır”¦

öz taleyini yaşamır ki”¦

ÇÜNKİ: Özünə qalib gəlməyi bacarır.

(Zaman da şahidimdi:  hələ indiyədək heç bir əsl dövlət başçısı öz taleyinin yiyəsi olmayıb”¦ )

NƏTİCƏ: Artıq 21 ildir ki, biz öz həqiqətimizi yaşayırıq”¦

Artıq 21 ildir ki, biz öz tariximizi yaradırıq,  biz öz tariximizi yazırıq”¦

 

Mən belə başa düşürəm, mən belə fikirləşirəm.

Axı lap uşaqlıqdan bizi elə belə öyrədiblər: hər bir insanın ləyaqəti onun əməyilə ölçülür. İnsan öz işinin, öz əməyinin övladıdı yəni.

Vaxtilə Atamın yanımda tez-tez təkrarladığı bir fikri indi də mən öz övladlarıma hərifbəhərif, sözbəsöz xatırladıram: Hər kəsin dəyəri onun nəyə can atmasındadı”¦

Beləliklə, əlamətdar təqvimlərdə, dövlət bayramlarında, hətta ad günlərində belə bölgələrdə, sadə insanların, əsgər və zabitlərin yanında olmaq, onlarla bir süfrə arxasında əyləşmək, duz-çörək kəsmək özünü xalqın gözündə ucaltmaq üçün deyil əsla.

Əksinə, sadə insanları ucaltmaq üçündü”¦

Vətənin böyüklüyü onun sıravi vətəndaşlarının böyüklüyü ilə ölçülür axı”¦

Deməlihəm də VƏTƏNi ucaltmaq üçündü”¦

 

 

Zəruri əlavə: ATATÜRK düşmən üzərində növbəti qələbələrindən birinin fərəhini yaşayanda, üzünü ətrafındakılara tutub qəfildən soruşur: “Sıfır kimdi?” Bunu eşidən kimi yanındakılardan biri dərhal cavab verir: “ Sıfır bizik, Paşam”. Atatürk gülümsəyir: “ Sıfır böyük rəqəmdi”¦” Bu, müdrikliyə, məntiqə söykənən, özündə kifayət qədər ciddi məqamları ehtiva edən dahiyanə fikrin cavabı da sanballı olur: “Sizin yanınızda, Paşam”¦”

Bəli, O, bizim yanımızda olanda biz böyük oluruq”¦

Axı hamımızın bildiyimiz adi  həqiqət var: uğurun sirri yalnız insanlardadı. O insanlarda ki, xəbərdarlıqdan, qorxu-hürküdən  çox, etibara ehtiyacları var. Ən böyük qazancımız, ən böyük fərəhimiz elə bu deyilmi: Bizə etibar olunur”¦

DEMƏLİ: Rəhbər, insanlara vasitə kimi yox, məqsəd kimi baxdığına görə böyükdü”¦

Bu, əxlaqa, mədəniyyətə aparan ən ideal yoldu.

Yalnız bu halda biz HƏLLin bir hissəsinə çevrilirik.

YƏNİ: Əgər  həllin bir hissəsi deyiliksə, deməli, PROBLEMin bir hissəsiyik”¦

 

HAŞİYƏ: Vaxtilə İngiltərədə cibgirləri izdeham qarşısında edam edirdilər. Bu dəhşətli səhnə başqalarına nəinki körk olmurdu, əksinə, niyyətə çatmaq üçün ələdüşməz bir fürsətə çevrilirdi: oğrular dar ağaclarında inildəyə-inildəyə, çabalaya-çabalaya can verəndə, onların həmkarları  böyük bir şövqlə qələbəlikdən istifadə edib tamaşaçıların ciblərini soyurdular”¦

Deməli, idarəetmə sayı-hesabı bilinməyən cəza üsulları üçün deyil, əksinə, insanların intellektual fəallığını, əqli məhsuldarlığını artırmaq üçündü”¦

Tabe olmaqdan ötrü insan qadağalar, tabular  məngənəsində boğulmamalıdı yəni, özünü azad hiss etməlidi.

Özünü azad hiss edən insan o azdlığın məsuliyyət hissini də tanıyır, Özünü də”¦

Axı BİZ azadlığı sevirik.

Axı biz AZADıq. Bizim AZADLIGımız bizim GƏLƏCƏYimizdi, bizim gələcəyimizin ANAsıdı.

BİZİM ANAMIZDI”¦

Hər şey Ondan başlamırmı: doğulmaq da, böyümək də”¦

Bu sırada həm doğulmaq, həm də böyümək sözün ən müqəddəs anlamında, sözün ən ali məqamında ilahi bir vəhy kimi  zühur edir.

Artıq 21 ildir ki, biz öz həqiqətimizi, öz tariximizi yarada-yarada, yaşada-yaşada Ã–ZÜMÜZƏ QAYIDIRIQ”¦

 

Özgələrini  bilmirəm, şəxsən mən torpağında müharıbə gedən bir ölkədə kim varsa, böyüklü-kiçikli, irili-xırdalı, hamısını o ölkənin əsgəri sayıram. Ancaq mənim dediyim əsgər, tez-tez bir budaqdan o biri budağa hoppananlardan, buqəlamun kimi rəngdən-rəngə düşənlərdən, idealları fəsil köynəklərinə çevirənlərdən, bir sözlə, maddiyata basılanlardan, pulun-paranın altına yıxılanlardan deyil əsla. Belələri vaxtı, məqamı çatanda Yurdu qara quruşa satacaqlar, eli-obanı ayağa verəcəklər”¦

Bunu mən də bilirəm, siz də”¦

Bunu mən də görürəm, siz də”¦

HAŞİYƏ: Bir dəfə İran sərkərdəsi Memnonun döyüşçüsü izdeham qarşısında Makedoniyalı İsgəndərin ünvanına ağır söyüşlər yağdırır. Bunu eşidən Memnon həmin əsgəri elə izdeham qarşısındaca cəzalandırır: Mən sənə zəhmət haqqını İsgəndəri söymək üçün vermirəm, onunla döyüşmək üçün verirəm”¦

Bəli, yerini və sözünü bilməyən adamdan əsl döyüşçü ola bilməz, ən azı ona görə ki, boğazdan yuxarı ifadələrin arxasında özünü, öz zəifliyini, öz qorxusunu yəni, gizlədən o əsgər, daxili xaosun, hərc-mərcliyin fərdi nümunəsi kimi, əslində, dayandığı sıranın nizamını pozan  mikro təcavüzkardır”¦

YƏNİ: Əsgərin kifayət qədər ağlı olmalıdır ki, öz düşmənini tanısın və ona necə nifrət etməyi,  ona qarşı necə döyüşməyi bacarsın”¦

 

Mənim dediyim ƏSGƏR mayası QAN YADDAŞImızdan, XƏTAİdən, BABƏKdən.. gələn ideallarla yoğrulmuş əsgərdi.

O nə satır, nə də satılır”¦

O əsgərin yalnız bir idealı var: VƏTƏN, XALQ VƏ DÖVLƏT.

O öz Vətəninə, Xalqına, Dövlətinə inanır”¦

O öz Ali Baş Komandanına güvənir”¦

ÇÜNKİ: Xalq O Ali Baş Komandanı seçib”¦

ÇÜNKİ: O Ali Baş Komandan  Xalqı seçib”¦

Onun hər bir kəlməsi Vətən üçün, Xalq üçün deyilir.

Onun hər bir addımı  Vətən üçün, Xalq üçün atılır.

Onun hər bir kəlməsinin, hər bir addımının arxasında ƏMƏL dayanır.

Onun hər bir kəlməsinin, hər bir addımının arxasında Vətən dayanır, Xalq dayanır, BİZ dayanırıq”¦

Mənim dediyim əsgər o Ali Baş Komandanın əsgəridi”¦

O Ali Baş Komandanın ki, daim öz əsgərlərinin yanındadı”¦

O Ali Baş Komandanın ki, əsgərləri ONU daim öz yanlarında hiss edirlər”¦

 

 

Bu, əsgərin ən böyük silahıdı.

Bu əsgərin ən böyük silahı  İnamdı”¦

Gələcəyə inam, Xalqa İnam, Dövlətə inam, Qələbəyə inam”¦

Bu gün qalib gəlmək arzusu, sabah qazanılacaq qələbənin ehtiyat mənbəyidi”¦

Bu  üzdən qorxmazlığı, iradəni, əqidəni, gələcəyi  mən o əsgərdə görürəm, o əsgərdə tapıram”¦

O mənə dünyanın ən möhtəşəm ordularının ən qorxmaz döyüşçülərini xatırladır.

Onun haqqında fikirləşəndə istər-istəməz yadıma qəhrəman Sparta əsgəri düşür: Döyüşdə qılıncını düşmən başı üzərində qaldırmış o əsgər geri çəkilmək əmrini eşidərkən əlini saxlayır və zərbə endirmir:“Komandirlərin əmrinə tabe olmaq, düşməni öldürməkdən daha əhəmiyyətlidi”¦”

Budur ORDU, budur ƏSGƏR, budur KOMANDAN”¦

O döyüşməyi  də bacarır, cəzalandırmağı da, bağışlamağı da”¦

 

 

Hər ötən gün kiçik bir həyatdır”¦

Bu həyatın məna yükü ƏQİDƏdən, İNAMdan, İDEALdan gəlir.

ƏQİDƏnin, İNAMın, İDEALın qapısı hamının üzünə açıq olmur amma”¦

Məsuliyyətdən qaçanlar tədricən gerçəklik hissini də itirirlər.

Belələri cəmiyyətin yaddaşında qarayara kimi, klinik təzahürlərlə qalır.

AMMA o da var ki, qaranlıqdakıların yuxusu ONUN yuxusuzluğu deməkdi”¦

ÇÜNKİ: Əlli milyon azərbaycanlının məsuliyyəti var çiyinlərində”¦

ÇÜNKİ: Əlli milyon azərbaycanlının Qarabağ problemi var qarşısında”¦

 

Bu səbəbdən fil yuxusuna gedənlərin yerində ONU görmək,  bizim həyata yenidən qayıtmağımız qədər ən böyük şansımız, ən böyük fürsətimiz, ən böyük qələbəmizdi, məncə.

TƏŞBEH: Bir dəfə Napoleon keşikçiləri yoxlayarkən, əsgərin döyüş postunda yatdığını görür. Müharibə dövrünün nizamnaməsinə görə o, məhkəmənin hökmü ilə ən ağır cəzaya layiq görülməli, güllələnməli idi. Lakin ordu başçısı heç kimin gözləmədiyi qeyri-adi bir qərar qəbul edir:  yatmış əsgərin tüfəngini yerdən götürüb çiyninə keçirir və onun əvəzinə keşik çəkməyə başlayır.  Bir müddət sonra növbəni dəyişməyə gələn çavuş yatmış əsgərdən azca aralıda imperatorun postda dayandığını, keşik çəkdiyini görür!!!

Bu möhtəşəm səhnə bizi növbəti bir həqiqətlə üz-üzə, göz-gözə buraxır: Bəli, müharibəyə rəhbərlik etmək yeganə vəzifədir ki, KOMANDAN bu vəzifəni heç vaxt başqalarının öhdəsinə buraxa bilməz.

 

ONU tez-tez hərbi libasda, barıt qoxusu verən səngərlərdə, əsgər və zabitlərlə bir cərgədə görmək Azərbaycan reallığının ən kamil fəlsəfəsidi.

Həqiqətin gözünün içinə dik baxmaqdı. Görən gözün haqqı var ”“ dünya gör-götür dünyasıdı. Burada da görüb-götürməli çox şey var; əsgər olmaq şərəfindən tutmuş qalib gəlmək əzminədək, çox şey.

Bu fəlsəfə bizi səfərbər edir, eyni cəbhədə, eyni amal uğrunda  birləşdirir və hərbdə tez-tez təkrarlanan məşhur kəlamı yenidən yada salır: Qalib gəlmək arzusu qələbənin ehtiyat mənbəyidi”¦

 

HAŞİYƏ: Ã–tən yazılarımda Ordunu xarakterlər ensiklopediyası adlandırmışdım. Bunun üçün əlimdə təcrübədən gələn kifayət qədər əsas var. Bu əsas ilk növbədə insanın qüsursuz olmadığını diqtə edir. Ən azı ona görə ki, hər bir fərdin təbiətində heç kimə, hətta onun özünə belə  məlum olmayan bir məchul (X) gizlənib. Etiraf edirəm, o məchul bizə zaman-zaman çox ciddi problemlər yaşadıb. Ancaq fəsillər dəyişdikcə, illər ötdükcə, o məchul da öz xarakterini dəyişib: yuvarlaqlaşıb.

Necə deyərlər, kim ki yıxılmayıb, deməli,  ayağa qalxmayıb”¦

Yıxılmışıq da, ayağa qalxmışıq da. Yıxıla-yıxıla, ayağa qalxa-qalxa uzaq keçmişimizdən Özümüzə doğru gəlmişik, Ã–ZÜMÜZƏ GƏLMİŞİK.

Özümüzə gələ-gələ yabançı dünyadan bizə miras qalan “yük”ü də asta-asta üstümüzdən atmışıq. İndi bügünümüzü dünənimizlə necə müqayisə edim. Axı hər çür müqayisənin kobud səslənməsi də mənim üçün gün kimi aydındı. Ancaq vaxtilə kürəyinə fərari, qorxaq damğası vurulmuş Azərbaycan əsgərini bugünümüzün əsgərilə üz-üzə qoyanda istər-istəməz vaxtilə çar Rusiyası dövründə baş vermiş məşhur bir hadisə canlanır gözlərimin önündə:

Müharibə zamanı Rusiya İmperatoru cəbhəyə, hərbi hissəni yoxlamağa gəlir. Bu vaxt döyüş postunu atıb dənizdə çimən əsgər imperatorun artıq ona yaxınlaşdığını görür, amma özünü itirmir. Sahilə atılıb dərhal silahını götürür və komandana raport verir. İmperator əsgərin bu hərəkətini özünəxas şəkildə qiymətləndirir: “Əgər sən birinci silahına yox, paltarlarına əl atsaydın, mən səni yerindəcə öz tüfənginlə güllələyərdim”¦”

 

YƏNİ: İnsanın hərəkətləri onun düşüncələrinin ən yaxşı tərcümanıdı.

O əsgər döyüş postundan yayınsa da, döyüş ruhunu itirməyib. Deməli, mərhəmətə, diqqətə layiqdi. Çünki çevik düşüncə tərzilə, fəallığı ilə fərqlənir.

Ordumuzdakı bəzi qüsurların mahiyyətini  məhz o əsgərin  səhvilə xarakterizə etməkdə yanılmadığımı düşünürəm. Çünki Azərbaycan Əsgərinin igidliyinə, sədaqətinə, iradəsinə dəfələrlə şahidlik etmişəm.

Demək istədiyim odu ki, bu igidliyi, bu sədaqəti, bu iradəni, Xalqın problemini öz probleminə çevirməklə ona ”“ Azərbaycan Əsgərinə tanıdan var”¦

Dünyanın təqribən 450 nöqtəsində Qarabağ probleminə bənzər problem yaşanır. Lakin o nöqtələrin heç birində problem bu qədər aktiv fazada, bu qədər təzyiq və təhdidlər fonunda yaşanmır. Hər anımızla, hər günümüzlə Qarabağ uğrunda döyüşürük.

Hər anımızla, hər günümüzlə Qarabağ uğrunda döyüşə-döyüşə qarış-qarış Qarabağa yaxınlaşırıq,QARABAÄžLILAŞIRIQ”¦

Bu bizim taleyimizdi: Azərbaycan Ordusu döyüşə-döyüşə BÖYÜYÜR”¦

Azərbaycan Ordusu döyüşə-döyüşə böyüdükcə, Qarabağ problemi də KİÇİLİR”¦

Çünki hər birimizə cəsur olmaq əmri verilib.

O əmri bəzə Ali Baş Komandanımız verib.

Atıldığımız son və qəti döyüşdə hamımızdan öndə gedən ALİ BAŞ KOMANDANIMIZ”¦

Oxşar xəbərlər
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
GÜNLÜK
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar