Əvvəl var, son var,
Sondan
əvvələ
gediləsi
bir yol var.
Gedirik,
xeyli zamandı,
An
elə həmin an,
zaman
elə həmin zamandı.
Zaman
elə həmin zamandır.
Günəşli,
aylı, ulduzlu göylərin
mehri-məhəbbətlə
yerə
qovuşduğu,
Allah
bağrından qopan insanın
ölüb,
hər gün təzədən
Allah
dərgahına qovuşduğu
zamandı
bu zaman,
Hər
kəsə əvvəldən sonadək
yolunu
getmək üçün
verilən
fürsətdir,
şansdır
bu zaman.
Yolunu
gedirik,
anından
qopub,
zamanına
girdiyimiz dünyanın.
Xırmanından
dənin yığıb,
dəyirmanında
üyüdüldüyümüz
dünyanın.
Əvvəl
var, son var,
Hər
əvvəlin sonunda
sorulası
bir hesab var.
Yolun
bu üzündən
o
üzünə ketməyə,
şeytan
üzlü dünyanın
şərindən
keçib,
pak,
müqəddəs ruhların
qərar
tutduğu
dünyanın
o üzünə yetməyə,
hər
gün bir sınaqdır bizə.
Sınağına
çəkiləcəyik,
saymazyana
üstündən keçdiyimiz
çiçəklərin.
Sınağına
çəkiləcəyik,
incitdiyimiz
zərif ürəklərin.
Tamah
bir sınağımız,
günah
bir sınağımız,
Qaça
bilməz kimsə
haqqın
divanından,
çatlayacaq
başımızda bir gün,
günah
dolu öz çanağımız.
Əvvəl
var, son var,
Əvvəlin
də, sonun da
hökmün
verən
sahibi
dövran var.
Dövran
bizim,
zaman
Onun zamanıdır,
Hər
gediləsi yolun son mənzili
Onun
ünvanıdır.
Odur
hər lütfün, kəramətin sahibi,
Hər
şeyə qadirdir Onun əbədi,
dəyişməz
təbi.
Onun
feyzindən doğdu
hər
yaxşı əməl,
Odur
hər varlıqdan doğru,
mükəmməl.
Odur
kainatdakı hər nizamın
dayağı,
Onun
uca adıyala gəldi
yer
üzünə ədalətin sorağı.
O
bəxş etdi insana
ağıl,
hikmət, hünər,
Onun
ilahi eşqindən nicat tapar,
hər
kəs yüksələr.
Yoxdan
var elədi O, bütün cahanı,
Ruhundan
qida verib,
etdi
yer üzünün əşrəfi insanı.
Əvvəl
var, son var,
Sondan
əvvələ hamımızın
gedəcəyi
bir yol var.
Təkdən
doğulduq, cəm olduq,
Yığıldıq
göy qübbəli
çadırlar
altına,
bir
məkana cəm olduq.
Bir
yola düşdük ki,
can
bədənə,
bədən
cana sarıldı,
Qaranlıqdan
işıqlığa
gedən
yollar
nur
seliylə yarıldı.
Quru
cismə nəfəs gəldi,
can
gəldi,
Əsdi
ruzigarlar,
dəyişdi
zaman,
yer
üzünə
günəşli
dövran gəldi.
Gəldi,
hər şeyin tayı,
bərabəri,
Gəldi,
könül adlı eşq evinin
vəfalı
yarı, dilbəri.
Bir
yola girdik ki,
dəli
sevdalar başımızda,
Bir
yola girdik ki,
yollar
haçalandı qarşımızda.
Əvvəl var, son var,
Hər
kəsi son mənzilə aparan
bir
yol var.
Yolunu
gedirik,
əvvəli güldürən,
sonu
ağladan dünyanın,
Kiminin
çiynində qəmin
ağır
möhnəti,
kiminin
başına
şöhrət
çələngini
bağladan
dünyanın.
Gedir,
kimi tutub əldə
eşqin
badəsini,
məsti-xumar
gedir,
Kimi
dünyadan kam almamış,
ürəyində
nisgil, qübar gedir.
Əvvəl
var, son var,
Sondan
əvvələ gediləsi
bir
yol var.
Gedirik,
xeyli zamandı,
An
elə həmin an,
zaman
elə həmin zamandı.
Nurəddin
İsmayıl