Bu dəfə sizə hamımızın hər gün rastlaşdığımız problem olan kasıb və varlı haqqında bəhs etmək istəyirəm. Hamı dünyaya eyni cür gəlsə də fərqli həyat yaşamağa məhkumdur. Kasıblar və imkanlılar- Adəmlə Həvvadan üzü bəri bir-biri ilə uyuşmayan, bir-birini həzm etməyən zümrələr olub. Həyatda həmişə kasıblar imkanlıda olan bər-bəzəkli həyatı qəbul etmədiyini iddia etsə də özü üçün arzulayar. Amma buna nail ola bilmirlər. Görəsən niyə? Kasıb doğulub deyəmi? Bəs bəzi varlı insanlarımız var ki, “Mən bir müddət fəhlə işləmişəm, alın tərimlə bu səviyyəyə çatmışam” deyirlərsə bu kasıblara niyə o xoşbəxtlikdən pay düşmür? Ya onlar rüşvət ala bilmir, ya da içində Allah qorxusu olduğundan haram yola əl atmırlar. Pulun varsa her şeyi əldə edə bilrsən, yoxdursa bunlara yalnız kənardan baxa bilərsən. Sərvəti böyük insanlar hər şeyi pul ilə ala bilərlər,amma kasib insanlarin isə satin alina bilmyən qəlbləri və Allaha sevgiləri var! Kasıblar həmçinin halal işə və halal pula önəm verirlər. Budur onların sərvəti. Kasıblar pula yaşamaq, həyatda qalmaq üçün bir vasitə, varlılar isə eyş-işrət vasitəsi kimi baxırlar. Burada görünür ki onların təkcə yaşam tərzi deyil, dünyaya baxışları da tamam fərqlidir. Varlılar puldan digər insanlar üzərində hökmranlıq əldə etmələri üçün istifadə edirlər. Kasiblar isə nə olur- olsun şükr edirlər.
Hamıya tanış
olan bir dövran deyərdim mən buna. Kasıb bir ailənin övladı gedir bir müəssisəyə
iş istəməyə, baxırlar əyin-başına, vid- fasonuna, ya “iş pirinsipimiz budu” deyirlər,
ya da “sənə görə iş olsa əlaqə saxlayarıq” sözü ilə yola verirlər. Bu sözlərlə
həmin şəxsin həyatında dəyişiklik başlayır ya onların əllərində oyuncağa
çevrilir heç hüqüqlarını belə dilə gətirə bilmir. Ya da onlar deyən “qaydalara” əməl edir, onda bu başqa məsələ olur... Necə deyərlər, “Vardır pulun
hər kəs qulun, yoxdur pulun dardır yolun” İndiki dövran belədir. Bütün imkanlıları deyə bilmərəm,
lakin əksəriyyəti rüşvətlə, haramla gəlib bu mənsəbə çıxırlar. Var- dövlət
onların gözünü elə qaraldır ki, hətta günah etməkdən də belə qorxmurlar.
Sonrada halal zəhmət, alın təri
söhbətlərinə başlayırlar. Fikirləşmirlər ki, Allah tərəfindən verilən və alınma zamanı çatanada ömrü pulla almaq
mümkün deyil! Bir az da yaxşılıq esinlər suab qazansınlar.
Siz necə? Varlısınız, yoxsa kasıb?
İstər varlı olaq, istərsə kasıb, bu bəlkə də bizdən asılı deyil, amma
adam olmaq ki, öz əlimizdədir. Mənəviyyatımızı, namusumuzu heç bir pula çirkə
satmayaq. Çünki heç bir pul, var-dövlət onları yenidən geri qaytara bilməz. Sonda
belə müdrik bir kəlamı hər kəsə xatırlatmaq yerinə düşərdi-Ləzzətlərin
gedəcəyini, günahların qalacağını unutmayın, ey insanlar...