Beyin naviqasiyası və ya azmış insan...
Oxunub: 4756
08 Oct 2014 | 23:04
Beyin naviqasiyası və ya azmış insan...

Siyasiləşmiş Nobel mükafatının 2014-cü ildəki laureatlarıının kim olacağı bəlkə də diqqətimi bu qədər çəkməzdi,nəinki onun narahat dünyamızda çox uğurlu namizədlərə təqdim olunması tunelin sonunda görünən kiçik bir işıq oldu.Neyrofizioloqlar Con Okif və onun ər-arvad tələbələri May Britt və Edvard Mozero tibb sahəsində uzunmüddətli tədqiqatların nəticəsi olaraq insanlğın fiziki xilası üçün mühüm uğura imza atdılar və münsiflər heyəti onların misilsiz əməyini qiymətləndirmək qərarına gəldi.Fəzada hərəkətin orientasiyasına cavabdehlik daşıyan hüceyrəni kəşf edən alimlər təcrübi siçovul üzərində sübuta yetiriblər ki,harada olduğumuzu təyin edən və koordinat sistemimizi bizə xəbər verən biokamplar vasitəsilə insan bir ünvandan başqasına gedir və şüurlu hərəkətini təmin edir.

Kəşfin gələcək tibbi inqilablara necə yol açacağı və müxtəlif beyin xəstəliklərindən əziyyət çəkən insanlara hansı yardım göstərəcəyi ilə işimiz yox.Sıraları sürətlə genişlənən yaddaşsızlıq və Altsqeymerli pasientlər üçün əsil xilas eliksirinin tapıldığına dair əminliklərə də heç bir şübhə etmirik. Lakin doğrudanmı,insanlığın və bəşəriyyətin gələcəyi ona “yol xəritəsi” hazırlayan “beyin fəhlələri”nin ixtira edilməsi,funksionallığını itirən hüceyrələrin bərpası ilə özünün əbədi həllini tapacaqdır?

Cəmi bir neçə gün öncə dünyada təhüləkəsizliyə cavabdehlik daşıyan əsas qurumun tribunasından müxətlif ölkə başçılarının qarşılıqlı ittihamlarla dolu nitqini dinlədik.Sülh missiyasına hələ başlamamış 6 il öncə buna görə ödüllənmiş Barak Obama Rusiyanı İŞİD təhlükəsindən də böyük şər qüvvə adlandıraraq dövlətləri ona qarşı birləşməyə çağırırdı.Amerika rəhbərinin yüksək natiqlik qabiliyyətinə və sürətli nitq modelinə heyranlığınızı bir anlıq kənara qoyub onun beynindəki növbəti planları təyin etməyə çalışanda sahib olduğunuz rahatlığın və çevrənizdəki sülhün nə qədər kövrək xarakter daşıdığına əmin olacaqsız

.”Soyuq müharibə”dən təzəcə çıxmış xalqlar yenidən Şərq-Qərb qarşıdurmasına doğru sürüklənməkdədir.Sanksiyalarla məhdudlanmış iqtisadi bağların və hərəkəti yasaqlanmış insanların əvəzində Avropa qitəsində hərbi texnikanın,silahın,sursatın,qırıcı təyyarə və vertolyotların sayı artır.Bütün bunları qarşılıqlı demonlaşdırma təbilğatı ilə elə əsaslandırmaq mümkündür ki,millətlər növbəti savaşı yeganə xilas yolu kimi qələmə versinlər və başqa alternativlər haqda düşünməsinlər. Çünki ötən əsrin milyonlarla insan itkisi bəşəriyyəti heç bir dərsə sahib eləməyib.

Obama gülümsünərək ikinci bəlanı barmağı ilə göstərəndə,Keniyadakı nənəsini xatırlayıb “islamın insanlara sülhü öyrətdiyini” anladanda BMT-nin salonundakıların xəyalları onları Afrikanın vəhşi florası və faunasına aparırdı.Adama elə gəlirdi ki,dünyanın bir nömrəli qaradərilisinin niyyəti hər kəsi təmiz uşaqlıq illərinə qaytarmaq, qayğısız, mehriban və unudulmaz keçmişlərini onlara yenidən yaşatmaqdır.Lakin Obama Yaxın Şərqdə tüğyan edən terroru bütünlüklə məhv etməyin vacibliyindən danışanda mətləb hər kəsə bəlli oldu-Amerika islamla müharibə etməsə də İslam Dövləti ilə vuruşacaq.Lakin İlahidən dəstək almayanları yerdən yox,göydən vuracaqlar.

Qoy indi hərbi dairələr bir kənara dursun,istənilən mülki insan hesablasın ki,sıraları getdikcə genişlənən və konkret ünvanları,dayanacaq nöqtələri olmayan,İrakın və Suriyanın hər yerinə səpələnmiş cıhadçıları tamamilə qırıb qurtarmaq üçün nə qədər vaxt və silah lazım olacaq?

Beyninizin naviqasiyasını buna yönəldirkən,axtarış sisteminə İŞİD-a qoşulanların həyati məqsədlərini də müəyyənləşdirməyi də unutmayın. Tutaq ki,əbədi dinclik tapmaq üçün cənnət axtarışında olan bir qism xəyalpərəst özünü bu vəhşətin içinə atmaqdan çəkinməyib,bəs təminatlı Qərb ailələrinin övladları hansı motivi rəhbər tutaraq cəhənnəmin qapısından içəri daxil olub və başkəsən ordunun qəssablarına çevriliblər? Onların mənəvi-siyasi portretini hazırlamağa çalışanlar yəqin ki,ilk növbədə Avropada hökm sürən dəyərlər böhranını,limitsiz azadlığın doğrurduğu tüfeyliliyi əsas göstərəcəklər,lakin bir fakt inkar olunmazdır:İŞİD bütün cəmiyyətlərdəki mövcud olan antoqonizmin,daxillərdəki canavarlığın və barbarlıq hissinin,həmçinin mənfəətpərəslik və hökmranlıq duyğularının ümumi simvoldur.O sadəcə bir təşkilatın adı deyil.Heç kəs onları konkret dinə,millətə bağlaya bilməz.Bu dünya ordusudur.Ekranlarda gördüyümüz səhnələr hamının qəlbindəki Şeytanın səhraya buraxılmış formasıdır və Əllədindən fəqli olaraq əl Bağdadi 21-ci əsrdə cini şüşədən çıxarsa da onu könüllü yerinə qaytarmaq fikrində deyil.

Əksinə,yayılan xəbərlərə görə İŞİD İranin nüvə silahı hazırlamaq texnologiyasını və elmini ələ keçirmək üçün məxfi qüvvələrlə danışıqlara baş vurub.İndi təsəvvür edin ki,atom reaktorları içərisində illərlə özünü incidilmiş və atılmış sayan alimlərdən terror qruplarına yardımlar edilir,Xirosimaya atılan bombaların hazıralanma üsulları onlara satılır,onda Şərin hakimiyyəti,xofu və çevrəsində yaşayan dünyanın mənzərəsi hər gün ölümünü gözləyən hərbi əsirlərdən heç nəylə fərqlənməyəcək.
Müqəddəsliklər məhv olanda səhnəyə peyğəmbərlər çıxır.İsa nə etdiyini bilməyən insanlığın xilası naminə çarmıxa çəkilmiş,hamının zülmünü tək cismində yaşayaraq böyük bir din qoyub əbədi ruha çevrilmişdi.Müsəlman dünyası pisiliklərin,köləliyin, istismarın,imansılığın və inamsılığın əlindən Tanrı elçisi Məhəmmədin Allahla ünsiyyəti hesabına qurtula bilmişdi.Lakin indi o qutsal kitablar qurtuluşa deyil,dünyəvi müharibənin ideologiyasına,fərqli sivilizasiyaların arasında gedən davanın başlıca səbəbinə çevrilməkdədir.Dinin xilsakarlıq missiyasına son qoyulub,məscidin,kilsənin və sinaqoqun cazibə aləminə tapınanlar bir göz qırpımında qladiatorlara çevriliblər.Nəyi fərqlidir ki,bu əsrin Spartakın erasından?

Ölümün kultu yaranıb.Ona pərəstiş edənlər hər gün cansız başlardan ibarət açıq səhra sərgilərində və genosid muzeylərində nə qədər desən əylənə bilirlər.Ölüm artıq mədəniyyət hadisəsidir.Minlərlə adamın intiharı və kütləvi qətllər günahdan daha çox incəsənət nümunəsinə çevrilib. Dünya özü boyda qəbir evinə dönüb və ölümün ətri,qoxusu hər yanı bürüyüb.

Ebola virusu da insanlığa cəza olaraq 40 ilin fasiləsindən sonra yenidən baş qaldırıb.Məlumatlara görə artıq İspaniyada ilk qurbanların taxtı hazırdır və ehtimal edilir ki,epidemiyanın qarşısı alınmasa,1 milyondan çox adam bu bəladan həyatını itirə bilər.İndi siz deyin,nobelçi alimlərin kəşfi ölmüş beyinləri,çürümüş zəkaları və zülmət qaranlığına çevrilmiş mənəviyyaları haqq yoluna çıxara bilərmi? 
İndi Romada 1.2 milyard katolikin,xüsusi olaraq acların,kimsəsizlərin və istismar olunanların hamisi kimi ad çıxarmış Fransiskonun növbəti dini moizəsidir.On minlərlə adam müxtəlif ayinləri icra edərək bəşəriyyəti humanizmə və qardaşlığa səsləyirlər.Lakin insanlar kimin mənəvi hakimiyyəti altında olduqlarını sona qədər kəsdirmək gücündə deyillər.

İkinci dünya müharibəsindən sonra hamı birləşib beynəlxalq hüququn norma və prinsiplərini ərsəyə gətirdilər ki,dinc yanaşı yaşamanı bərqərar edə bilsinlər.Lakin Hitlerin və Stalinin mistik obrazı ölümsüzlük qazandı və keçmişin gələcək üzərində hökmranlıöının qarşısını bir kimsə ala bilmədi.

Qloballaşmanın sərhədsizliyi insanları azdırıb.Ona görə bu üzübağlı,əli bıçaqlı və cəllad baltasından asılı qalmış bəşəriyyəti xilas etmək üçün üç Nobel mükafatlı alimin kəşfi çox zəif təsəllidir.Onlar yolunu itirmiş və səhraya-daş dövrünə qayıtmış adamları oyatmaq,yaddaşlarındakı insafı,mürvəti,xeyirxahlığı və ədaləti dirçəltmək üçün hər kəsin beyninə bir naviqasiya qurğusu-putevoditel yerləşdirmək gücündə deyillər.

Cavid deyirdi ki,qorxu bilməyən insan,kafirdir!Azmış adamları xilas etmək indi nə orduların,nə də dinin işi deyil.Laboratoriyalarda on illərdi ki,canını bizə fəda edən siçovullar bir hüceyrənin yerini tapıb onu bərpa etməyə yarayacaqdır,lakin təbiətin bu cılız varlığı bir gün dil açsa,onu hər cür təcrübəyə qurban edən yırtıcı məxluqların yaxasından tutub soruşacaqdır-yolunuz hayanadır!

Oxşar xəbərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı