Moderator.az xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-da Azərbacanın nümayəndə heytinin üzvü Sevinc Fətəliyevanın sessiyada “Neonasizm tazahürünə müqavimət” mövzusnuin müzakirəsi zamanı çıxış edərək deyib ki, bu gün cəmiyyətə lazım olan ən böyük ehtiyyac insanların birliyidir:
“Birlik - müasir dünyanın çağırışlarına cavab
vermək və həmçinin dünyanın müxtəlif məkanlarında mövcud olan müəyyən
çatışmamazlıqların qarşısının almağın da bir vasitədir.
Movcüd çatışmamazlıqlardan ən əsası olan isə mənəvi
çatışmamazlıqdır: başqalarına hörmətlə yanaşmaq və onları qəbul etmək.
Cəmiyyətdə mənəvi çatışmamazlıq o zaman baş verir ki:
- insanlar başqa millətə məxsus olmasına görə qətlə yetirilir;
- insanlar uşaqlıqdan diğər millətə nifrətə öyrədilir;
- başqa mədəniyyətə və dinə məxsus olan abidələr məhv edilir;
- Uşaqlar partlayıcı cihazlar ilə doldurulmuş oyuncaqlarla qətlə
yetirilir.
Şübhəsiz ki, neonasizm, ksenofobıya təzahürünün qarşısının
almaqda ən effektiv üsülları mədəniyyət, təhsil və informasiya
kampaniyalarıdır. Üşaqlar və gənclər diğər mədəniyətləri və tarixləri öyrənməlidirlər.
Lakin bəzən ksenofobiya, rasizm və dözümsüzlüyün diğer növləri təkçə
savadsızlıq üzərindəyaranmır, terrorızm, ekstremizm üzərində də qurulur.”
Azərbaycandakı durum haqqında danışan millət vəkili deyib ki,
Azərbaycanda yaşayan müxtəlif dinlərin və millətlərin nümayəndələri heç vaxt
dözümsüzlük və ya hansısa fobiyalarla rastlaşmayıblar:
“AŞPA-da bəzən Azərbaycanda
ermenifobiyanın mövcud olması səslənir. Bu mifin dağılmasına misal çəkərək qeyd etməliyəm
ki, Azərbaycanda 30 mindən çox etnik erməni yaşyır. Əksinə Ermənistanda Azərbaycanfobiyanın
mövcud olmasının təsdiqi isə Ermənistanda etnik təmizləmənin nəticəsində bütün
azərbaycanlıların departasiya olunması və ən ağrılısı Azərbaycan torpqalarında azərbaycnlıların
qətlə yetirilməsidir.
AŞPA- nın əsas məqsədlərindən biri dünyada vəziyyətin
yaxşılaşdırılması naminə millətlərarası birliyin yaranmasıdır.”