ADP sədrinin müavini Taliyət Əliyev Moderator.az-a açıqlamasında “Siyasi partiyalar haqqında qanun”a edilən son dəyişiklikləri şərh edib:
“Azərbaycan
hakimiyyətinin son illərdə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən
siyasi partiyaların fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına düzəlişləri
hamısı mürtəce xarakter daşıyır və vətəndaş cəmiyyəti institutlarının zəiflədilməsinə
xidmət edir. “Siyasi partiyalar haqqında qanun”a edilən son dəyişikliklər də bu
qəbildəndir. Ümumiyyətlə, siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi
ilə bağlı qəbul edilən hüquqi norma ədalətli norma deyil və beynəlxalq
standartlara cavab vermir. Dövlət tərəfindən partiyaların
maliyyələşməsi kriteriyası yalnız son parlament seçkilərinin nəticələrinə görə
3 faizlik baryeri aşma və parlamentdə təmsilçiliklə məhdudlaşmamalıdır.
Partiyaların dövlət qeydiyyatı və yerli təşkilatlarının rayonlarda sayı da həmin
kriteriyalara daxil edilməli idi. Bu gün müxalifət partiyalarının əksəriyyəti
dövlət tərəfindən maliyyə almır. Halbuki, bu partiyalar təşkilati
strukturlarına görə parlamentdə təmsil olunan partiyaların əksəriyyətindən
güclüdür. Bu gün partiyalara, xüsusən də müxalifət partiyalarına kimsənin 10
min manat maliyyə yardımı ayırması inandırıcı deyil. Çünki, həmin şəxsi çox
böyük təzyiqlər, təqiblər və həbs gözləyir. Ona görə də bu dəyişiklərin indiki
məqamda müxalifət partiyalarına heç bir dəxli yoxdur. Maliyyə yardımı ümumiyyətlə
yoxdursa, onun azından və ya çoxundan danışmaq yersizdir”.
Seymur
Əliyev