Moderator.az xəbər verir ki, bu gün müasir Azərbaycanın millət vəkili, siyasi xadim Ümid Partiyasının sədri İqbal Ağazadənin doğum günüdür. Ümid Partiyasının Rəyasət Heyəti və bütün partiya üzvləri İqbal Ağazadəni doğum günü münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
“Hörmətli İqbal bəy!
Sizi ”“ müasir Azərbaycan siyasətinin önəmli
simalarından birini, ölkənin ən böyük və dinamik siyasi partiyasının başqanını,
dəyərli millət vəkilini Doğum Gününüz münasibətilə təbrik edir, şəxsi həyatınızda
və siyasi fəaliyyətinizdə uğurlar arzulayırıq.
Siz Azərbaycanın ərazi bütövlüyü uğrunda fədakarcasına
döyüşmüş tək siyasi lidersiniz. Qarabağ qazisisiniz. Əminik ki, uğrunda
canınızı belə əsirgəmədiyiniz xalqımız Sizin illərdir formalaşdırdığınız,
israrla təlqin etdiyiniz barış, dostluq, qardaşlıq siyasətini milli siyasət
müstəvisinə gətirəcək. Bunu bizə Sizin səmimi, realist düşüncə üzərində
yürütdüyünüz fəaliyyətiniz deyir. Və biz ona da əminik ki, ölkənin demokratikləşməsi,
millətin azadlığı uğrunda nəinki görəvini, hətta öz azadlığını belə qurban verən
Lider kimi müasir Azərbaycan tarixində əbədi qalacaqsınız.
Cənab Sədr!
Sıralarında əlli mindən çox insanı birləşdirən Böyük
Ümid ailəsi məhz Sizin liderliyinizlə, Avropa ailəsinə inteqrasiya xətti yürüdən
daha müasir, daha demokratik və daha azad Azərbaycan uğurunda müqəddəs mücadilənizdə
Sizinlə birlikdə olacağını bəyan edir.
Bir daha Sizi Doğum Gününüz münasibətilə təbrik
edir, can sağlığı, uzun ömür, xoşbəxtlik və siyasi fəaliyyətinizdə uğurlar
arzulayırıq.
Təbrik edirik! “