“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 12 sentyabr 2014-cü il tarixində Balakən şəhərində “Qloballaşma prosesində mənəvi əxlaqi dəyərlərin qorunması“ mövzusunda tədbir kecirib.
Tədbiri giriş sözü ilə layihənin rəhbəri Tələt Qəribov açaraq tədbir iştirakcılarını salamlayıb və mövzunun əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Qacılması mümkün olmayan qlobalaşma prosesində dövlət qurumları ilə yanaşı qeyri-hökümət təşkilatlarının da üzərinə düşən vəzifələrdən danışıldı. Sonra Balakən rayonunun İcra Hakimiyyətinin nümayəndəsi Fariz Nəcəfov mövzunun əhəmiyyəti və regiona xas xüsisiyyətləri barədə seminar iştirakcılarına geniş məlumat verib. Gənclər və İdman İdarəsinin rəisi Paçalov Rasim cıxış edərək mənəvi əxlaqi dəyərlərimizin aşınmasında süni faktorları sadaladı və bu kimi tədbirlərin yalnız rayon mərkəzində deyil, kənd nümayindəliklərinədə gənclər arasında təşkil edilməsini məqsədə uyğun hesab etdi. Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin şimal-qərb üzrə məsləhətcisi Elvin Qarayev öz cıxışında mövzunun aktuallığından bəhs etdi və tədbirin ailəyə sədaqətlik, mərdlik, qonaqpərvərlik, özundən böyüklərə ehtiram, vətənpərvərlik, abır-həya, dinə inam mövzusunun qoyuluşunu yüksək qiymətlədirdi. Sonra tədbir iştirakciları mövzü ətrafında fikir mübadiləsi apardılar və bəzi televiziyalarda gedən şou proqramlarının mənəvi-əxlaqi dəyərlərimizə mənfi təsirlərindən söz acdılar. Aparılan müzakirələrin nəticəsi olaraq münasib təkliflər hazırlandı, respublikada son vaxtlar yas mərasimlərinin milli dəyərlərimizə uyğun təşkil olunması müsbət hal kimi dəyərləndirildi və gələcəkdə toy adətlərimizində dəyərlərimizə uyğun təşkil olunması tövsüyə olundu.