Moderator.az-a Gəncə şəhər 3 saylı xəstəxanasında yatan qatil barədə sensasiya hesab olunacaq məlumat daxil olub.
Belə ki, bir həftə öncə keçmiş kürəkənləri Kamal Rüstəmovu qətlə yetirən Ürfan Rzayev guya mərhum tərəfindən də xəsarət alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirlmişdi. Mərhumun ailə üzvləri və hadisə şahidləri isə qətiyyətlə Kamal Rüstəmovun əlində heç nə olmadığını bildirirdilər və belə iddianın yayılmasının Ürfan Rzayevin atasının qurması olduğunu iddia edirdilər. İddia olunurdu ki, cəzasını yüngülləşdirmək üçün ona yüngül xəsarət yetirən öz yaxınları Ürfan Rzayevi reanimasiyaya yerləşdirməklə istintaqı aldatmağa cəhd ediblər. Maraqlıdır ki, istintaqa ifadəsində Ürfan Rzayev iddia edib ki, bacısının keçmiş həyat yoldaşı mərhum Kamal Rüstəmov guya onu kürəyindən vurub, amma şahidlərin dediyinə görə onun xəsarətləri sinə və qarın nayihəsindədir. Hətta zərərçəkənin atası və vəkili Ürfanın sağlıq durumuyla tanış olmaq və xəsarətlərinin haradan, hansı ağırlıqda olmasını müəyyənləşdirmək xahişlərinə də istintaq imkan verməyib.
İndi isə
xəstəxanadakı mənbələr deyir ki, qatil artıq reanimasiyadan palataya köçürülüb,
hətta dəhlizlərdə də sərbəst gəzir. Qatil Ü. Rzayevi 21 gün müddətində
saxlamağa çalışırlar ki, guya daxilə nüfuz edən yara aldığını
sənədləşdirsinlər.
Ona görə də mərhumun atası istintaqa öz
etirazını bildirərək baş prokuror Zakir Qaralovdan xahiş edir ki, ailələrinin
çırağını söndürən qatilin atasının hədsiz dərəcədə imkanlı bir adam olmasından
istifadə edib balasının qanının yerdə qoyulması niyyətlərinə imkan verməsin.
Moderator.az da
övladını itirmiş atanın çağırışına qoşularaq hörmətli baş prokurordan xahiş
edir ki, işin istintaqını şəxsi nəzarətinə götürsün, qatilin haqq etdiyi ağır
cəzanı alması üçün tədbirlər görülməsinə göstəriş versin.