Səhər günəşisən,
Çıxma bu səhər.
Bulut kölgə salsın,
Örpəyim olsun.
Zərrəcik enməmiş,
Göyün üzündən.
Qızıl şəfəqləri,
Köksümə doğsun.
Yanım külə dönüm,
Dözüm içimdə.
Gizlənsin yanmağa,
Közüm içimdə.
Hər sabah zərrəndən,
Düzüm içimdə.
Zərrələr köksümdən,
Köksünə doğsun.
Göz-gözə dayanaq,
Gözdən alışaq.
Küsək gizli-gizli,
Gizli barışaq.
Enək göy üzündən,
Yerə qarışaq.
Günəş göy üzünə,
Torpaqdan doğsun.
Sən də boşsan!
Sən də boşsan,
Gəlişinlə gedişin bir.
Danışığın xoş,
Aldadıcı.
Sənə doğru addım gözləmə,
Yeriyə bilmirəm.
Səndən şikəslik öyrənirəm.
Yəqin lal olmaram
İçimdə boğulmaram.
Get yolçu yolunda gərək
Gecikərsən...
Sevgi səni sıxmış,
Yorulmusan.
Sakitliyə çəkilib dincələrsən
Sən...
Səssizliyə, öyrənmisən.
Silinəcək küçə
dalan, yaddaşlardan
İsti qucaq,
İsti otaq,
İsti yemək,
Yumşaq yastıq,
Başı altda,
Kərpiclərdən.
Bu uşağın haqqın alıb,
Yekə qarın,
Yekə gödən.
Rahat yatır,
Otağında, yatağında.
Övladı da,
Anasının qucağında.
Yuxusunda əyləncələr,
Zehinində gəzəcəyi,
ölkələr.
Altı- bazar piknik günü.
Bu uşaqsa,
Gözə alır,
Hər yatdıqca ölümünü.
Küçələrin gözü yaşlı,
hönkür- hönkür,
Fəryada bax.
Ağrıdıqca,
Qayğı çəkir,
Balasına açır qucaq.
Bəlkə bir gün,
Küçə, dalan,
Qol açmaqdan,
Usanacaq.
Bu uşaqsa,
öz halından,
Yatağından,
Varlığından utanacaq.
Yekə qarın küt beyinlər.
Bu məsuma,
bu evsizə,
Utanmadan qızarmadan,
Ad qoyacaq.
Göz yaşından,
Doğulacaq.
Göz yaşını silməyəcək,
Çirkli əllər.
Bitməyəcək haqsızlıqdan,
Qaynaqlanan,
Pis əməllər.
Qalmayacaq bir əsər də,
o daşlardan.
Silinəcək küçə dalan,
Yaddaşlardan.
Gülnarə İsrafilqızı