“Bu halda Rusiyanın bizə qarşı çıxmağa gücü qalmayacaq, Qərbin isə deməyə sözü...”
Oxunub: 3901
20 Jun 2022 | 10:51
“Bu halda Rusiyanın bizə qarşı çıxmağa gücü qalmayacaq, Qərbin isə deməyə sözü...”
“Azərbaycan Rusiyanın Ukraynaya davam edən təcavüzü fonunda strateji seçimi düz etməlidir…”
 
“Rəsmi Bakı strateji resursları yetərincə olan və qalib gəlməsi gözlənilən  kollektiv Qərbin yanında olmalıdır…”
 
Hazırda Azərbaycanda əksəriyyət belə düşünür ki, Putin rejiminin Ukraynada bütün parametrlərdə qəti məğlubiyyətə düçar olacağı halda rəsmi Bakının Qarabağ, Şərqi Zəngəzur və Qərbi Zəngəzurdakı yarımçıq işlərini qısa bir zamanda tamamlamaq fürsəti yaranacaq. Digər tərəfdən, Qərbin, xüsusilə də, mütəmadi olaraq “ermənilərə status” və s. tələb edən ABŞ və Fransanın ikibaşlı mövqeyi narahatçılıq yaradır…
Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının rəhbəri, politoloq Sülhəddin Əkbər Moderator.az üçün bu mövzuda  telefon söhbətimizdə suallarımızı belə cavablandırdı:
 
-Sülhəddin bəy,  Allah eləməmiş, Rusiya Ukraynada, müvəqqəti də olsa, qalib gəlsə,  Azərbaycan 44 günlük savaşda şəhid və qazilərimizin canı-qanı hesabına qazandıqlarımızı itirmək təhlükəsiyilə üz-üzə qala bilməz ki?
 
-Əvvəla, mən inanıram ki, öncə dediyim kimi,  mövcud və strateji resursları Rusiyanınkından  yetərincə böyük olan kollektiv Qərb Ukraynanın bu ədalətsiz savaşda məğlub olmasına imkan verməyəcək.  Yalnız ona görə yox ki, Rusiya Yeni Dünya Düzəninə qarşı çıxır, beynəlxalq hüquqa meydan oxuyur.  Həm də ona  görə ki, əgər Moskva bu savaşda, dediyiniz kimi, qalib çıxacaqsa, bu Çini də Tayvana təcavüzə həvəsləndirəcək.  Və əgər Ukrayna müharibəsi Avropa təhlükəsizlik sistemini birbaşa  təhdid  edirsə, Çinin Tayvanı işğal etməyə girişməsi də  Hind-Pasifik zonasında təhlükəsizliyi təhdid edəcək.  ABŞ-ın da qlobal liderlik iddiasını nəzərə alsaq, həm Avroatlantik, həm də Hind-Pasifik zonasında təhlükəsizliyin təhdid olunması Vaşinqton üçün yolverilməzdir. Ona görə də mən düşünmürəm ki, ABŞ, xüsusən də  anqlosaksonlar, yəni Birləşmiş Ştatlarla yanaşı, Böyük Britaniya da  Rusiyanın qalib gəlməsinə imkan versin.  Burada yeganə incə bir nüans ondan ibarətdir ki, necə edək, Rusiya çıxılmaz vəziyyətə düşərək operativ taktiki və ya taktiki nüvə başlıqlarından istifadə etməsin. Hazırda kollektiv Qərbin strateqlərinin, o cümlədən anqlosaksonların baş sındırdığı əsas məsələ budur. Ona görə də biz Ukraynanın qələbəsini istədiyimiz tezlikdə görməyə bilərik.  Yəni bu uzadılma məqsədyönlüdür və burada o strateji məqam nəzərə alınır ki,  Ukrayna ildırım sürəti ilə qalib gələrsə, bu, Putin Rusiyasını birdən-birə çıxılmaz vəziyyətə sala  və özünü çıxılmaz durumda hiss edən Putin də belə bir addıma yol verə bilər. Başqa problemlər də var. Bu baxımdan hesab edirəm ki, bir qədər zamana yayılan bir müharibə olacaq. Amma çox uzun müddət çəkəcəyini də  güman etmirəm.  Ciddi ekspertlərin hesablamalarına görə, Ukrayna savaşının bitəcəyi ən yaxın tarix bu  ilin oktyabr-noyabr ayları ola bilər. Ən geci isə il yarımdan sonra, yəni 2024-cü ilin  yanvarınadək  hesablanır.  Bütövlükdə isə məsələnin 2024-cü ilin sonunadək bitəcəyi proqnozlaşdırılır. Düşünürəm ki, qarşıdakı il yarım həlledicidir və biz hər üç varianta hazır olmalıyıq...  Və Ukrayna savaşının sonucunda Rusiya elə bir duruma düşəcək ki, bizim Qarabağda məsələni tam və qəti şəkildə həll etməyimizə qarşı çıxmaq gücündə olmayacaq. Və biz o məqamı tutmalıyıq...
 
-Yəni hesab edirsiz ki,  bu halda Rusiya, ümumiyyətlə, “sülhməramlı” adlanan kontingentini torpaqlarımızdan çıxarmağa məcbur olacaq?
 
-Əlimizdə olan son məlumatlara görə, Ukraynaya təcavüzə başlayandan sonra Rusiya  artıq Qarabağdakı kontingentinin bir hissəsini oradan çıxarıb...
 
-Bu dəqiq məlumatdır, sizcə? Axı deyilənə görə, sadəcə, Ermənistandakı 104-cü bazadan çağırışçıları Qarabağa gətirib buradakı peşəkar hərbçiləri Ukraynaya aparırlar?
 
-Düzdü, bu şəkildə rotasiya da var. Amma bilirsiz, razılaşmaya görə, Laçın dəhlizində və  Yuxarı Qarabağda Rusiyanın cəmi 1960 nəfər hərbçisi olmalıydı. Amma bilirik ki, Ukraynada savaş başlananadək Azərbaycanın həmin ərazilərində deyiləndən qat-qat artıq qüvvə yerləşdirilib.  Ona görə də Rusiya torpaqlarımızdakı qüvvələrindən nə qədər çıxarsa da, yenə orada qalan həbçilərin sayı 1960-dan çox olur...
 
-Tutaq ki, Rusiya Ukraynada uduzdu və tamamilə Qarabağdan – Azərbaycan ərazilərindən uzaqlaşdı, əlini çəkdi, Qərb, xüsusilə də, ABŞ və Fransanın “ermənilərə status” və s. tələb edən hazırkı ikibaşlı mövqelərini nəzərə alsaq, məsələnin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllinə dərhal imkan yaradacaqmı, yoxsa məsələnin yenə uzanma ehtimalı var?
 
-Məhz bu baxımdan bir daha təkrar edirəm ki, Azərbaycan Rusiyanın Ukraynaya davam edən təcavüzü fonunda strateji seçimi düz etməlidir. Rəsmi Bakı strateji resursları yetərincə olan və qalib gəlməsi gözlənilən  kollektiv Qərbin yanında olmalıdır. Qardaş Türkiyə haradadırsa, biz də orada olmalıyıq.  Çünki təhlillər göstərir ki, rəsmi Bakının düzgün seçim edəcəyi və proseslərin deyilən məcrada inkişaf edəcəyi halda elə bir an gələcək ki,  Rusiyanın Qarabağda bizə qarşı çıxmağa gücü qalmayacaq,  Qərbin isə bu mövzuda bizə deməyə sözü olmayacaq... Və bizim  də zamanımız çox az olacaq və məsələni ildırım sürətiylə həll etməli olacağıq. Fikrimcə, həmin situasiyada 72-96 saat, başqa sözlə 3-4 sutka ərzində biz Qarabağdakı yarımçıq işlərimizi həll edə biləcəyik...
 
-Yəni Rusiya Güney Qafqazdan, xüsusən Qarabağdan əlini üzəndən sonra çox güman ki, Ermənistan artıq Qərbə, ABŞ-a geostrateji baxımdan o qədər də gərək olmayacaq...
 
-Hazırda bir çox konkret suala cavab vermək bir qədər erkəndir. Nəyə görə? Əgər Yeni Dünya Nizamı quruculuğunda Amerika ilə anqlosakslar birgə hərəkət edəcəklərsə, bu, hadisələrin inkişafının bir variantı olacaq. Böyük Britaniya və ABŞ fərqli yollar seçəcəksə, bu da başqa bir variant kimi qarşıya çıxacaq. Hər halda biz bu günə baxsaq,  rəsmi Bakının həm Londonla, həm Təl-Əvivlə  yüksək  səviyyəli əlaqələri var. Bu da bizə imkan verir ki, nisbətən soyuq münasibətlərimiz olan Birləşmiş Ştatlarla  hər iki yöndən iş aparaq. Üstəlik, bilirsiz ki, bu saat Türkiyə ilə ABŞ arasında həm siyasi, həm də hərbi müstəvidə intensiv dialoq gedir. Bu da müsbət bir haldır. Digər tərəfdən isə Təl-Əvivlə Ankara arasında da bir sıra sahələr üzrə intensiv dialoq aparılır. Bu baxımdan  düşünürəm ki, istər London “qlobal  Britaniya” şüarıyla fərqli hərəkət etsin, istərsə də ABŞ-la birgə, Avropa Birliyi ilə də  münasibətlərimizin bugünkü səviyyəsini nəzərə alsaq,  mənə elə gəlir ki, biz strateji seçimimizi düzgün edəriksə, bir daha təkrar edirəm,  Rusiyanın həmin anda Qarabağda bizə qarşı çıxmağa gücü qalmayacaq,  Qərbin isə bu mövzuda bizə deməyə sözü olmayacaq...
 
Sultan Laçın
 
Oxşar xəbərlər
07:11, Bu gün
Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı  daha böyükdür
06:33, Bu gün
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
06 May 2024 | 07:29
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
06 May 2024 | 09:30
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
06 May 2024 | 07:29
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
06 May 2024 | 09:30
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ