Ermənilər Qarabağdan tamamilə MƏHRUM EDİLİR - Hər şeyin SONU...
Oxunub: 4229
23 May 2022 | 13:38
Ermənilər Qarabağdan tamamilə MƏHRUM EDİLİR - Hər şeyin SONU...

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallığı tamamilə geoiqtisadi reallığa çevirmək üçün İrəvan üzərinə düşən öhdəlikləri yerinə yetirməmək üçün oyan-buyana vargəl edir. Lakin nəzər yetirsək ki, bu gün iqtisadi inkişafa daha çox Ermənistanın ehtiyacı var, o zaman bu dövlətin olan-qalan şanslarının üstündən də xətt çəkmək üçün "əcəl zəngini" çaldığını da bilməsi lazımdır. 

Vətən müharibəsinin gedişində Qərbin Azərbaycanın haqlı savaşına əngəl olmaq cəhdləri Azərbaycanın güclü iradəsi, qətiyyətli siyasəti və Türkiyənin siyasi dəstəyi hesabına nəticəsiz qaldı. Yekunda ərazi bütövlüyünü 44 günə bərpa edən Azərbaycan bütün dünyaya 10 noyabr üçtərəfli bəyantından sonra müxtəlif platformalarda təsbit etdi ki, biz öz suverenliyimiz, bizim olan üçün savaşdıq və bundan sonra da bu yoldan kimsə bizi döndərə bilməz. Rəsmi Bakının xarici siyasi diplomatik pressinqini postkonflikt dövründə kifayət qədər artırması və bundan məqsədyönlü şəkildə düzgün istifadə nəyinki Qərbi, ABŞ-ı da Azərbaycanın yaratdığı yeni reallığı qəbul etməyə məcbur qoydu. Biz bunu ABŞ dövlət başçısı Co Baydenin Prezident İlham Əliyevə son məktubunda da açıq gördük. 

Co Baydenin "İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır" fikirlərindən bir məsələ gün kimi aydəndər ki, ABŞ Bakının İrəvana təklif etdiyi 5 maddəlik sülh təklifindən məmnundur və bunu ədalətli hesab edir. 

Lakin təəssüf ki, ortada bir marionetka Ermənistan amili var. Yaşamaq istəyir, amma başına sıxdığının da fərqində deyil. Baxmayaraq ki, Avropa İttifaqının heç vaxt olmadığı qədər Azərbaycanla Ermənistan arasında rəsmi Bakının təklif etdiyi sülh paketini uyğun hesab edərək, artıq iki dəfə Bakı ilə İrəvana bir araya gətirmək üçün dövlət başçılarını Brüsseldə görüşdürməyə nail olmuşdu. 6 aprel Brüssel görüşünün ikinci raundundan sonra regionda sülhlə bağlı ümidverici nəticələrin əldə olunduğu, böyük gözləntilərdən söhbət getdiyi bir vaxtda çox şey yenə əks istiqamətdə cərəyan etdi.

Xüsusilə də 6 aprel görüşündən sonra Nikol Paşinyanın beynəlxalq ictimaiyyətin onlardan Qarabağın "statusu" iddialarında tələbi endirməyi tələb etdiyi ilə bağlı fikirlərini gündəmə gətirməsi (İrəvan bunu "Qarabağdakı ermənilərin təhlükəsizliyi və hüquqlarının təminatı" olaraq dəyişir - red) Ermənistanda daxili vəziyyətin qarışması ilə nəticələndi. Paşinyan yeni vəziyyəti açıqlamasından sonra aprelin 17-də İrəvanda "Qarabağ aksiyaları" başlandı ki, bu, hələ də davam edir. 

Nikol Paşinyanın 19 apreldə Moskva səfərindən sonra çarx demək olar ki, tamamilə tərsinə hərəkət etməyə başladı, İrəvan yenidən əvvəlki ritorikasına döndü. Beləcə, erməni baş nazir həm Şarl Mişelə, həm də İlham Əliyevə verdiyi vədə xilaf çıxaraq, başlayan etiraz aksiyaları fonunda bu ikili davranışın, saxta diplomatiyanın onlar üçün sıradan bir şey olduğunu bütün dünyaya təsdiqləmiş oldu. 

Son günlər Ermənistan daxilində xaos vəziyyət, sülhə qarşı çıxanların etiraz aksiyaları, revanşistlərin Azərbaycanla sərhəddə silhalı insidentlər törətməsi vəziyyətin bir mərkəzdən idarə edildiyindən xəbər verirdi. Ermənistanın aprelin 29-na gözlənilən sərhədlərin delimitasiyası ilə bağlı xüsusi komissiyanı yaratmaq məsələsini gecikdirməsi isə sülhə mane olmaq üçün süni əngəldən başqa bir şey deyildi. Eyni addımı Ermənistan rəhbərliyi mayın 7-11-də planlaşdırılan ikinci görüşdə də ataraq Brüsserlin etimadını demək olar ki, tamamilə puç etdi. 

Moskvanın bu məsələdə əsas aktor olduğunu yaxşı anlayan Qərb, İrəvanı Rusiyanın təsir dairəsindən çıxarmaq üçün təcili addım atmalı idi ki, bu da özünü çox gözlətmədi. Ötən gün Brüsseldə Avropa ittifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın üçtərəfli və ikitərəfli görüşlər keçirildi. 

Şarl Mişelin Azərbaycanla Ermənistanı barışdırmaq üçün səylərini artırdığı əvvəlki görüşlərdən də məlum idi. Bu dəfəki görüşün 5 saat davam etməsi danışıqların asan keçmədiyindən, tərəflər arasında ciddi müzakirələrdən, fikir mübadiləsinin aparıldığından xəbər verir.

Aİ Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan və Ermənistan rəhbərləri ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlama verrərək bildirib ki, "Sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq.

Kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəldilər. Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər".

Ş.Mişelin dediklərinə əsasən görüşün yekunlarına dair onu demək olar ki, yaxın günlərdə delimitasiya komissiyasının Azərbaycan-Ermənistan sərhədində görüşünün keçirilməsi barədə razılıq əldə edildi. Nəzərə alsaq ki, may ayında İrəvan iki dəfə sərhəddəki görüşdən imtina etmişdi, belə nəticə çıxır ki, bu dəfə Paşinyanın razılıq verməsi vadar olunması ilə bağlıdır.

Son zamanlar komissiyaların görüşünə mane olmaqla sülhə əngəl törətmək istəyən revanşist qüvvələrin istəkləri Bakının səbrli və soyuqqanlı davranışı nəticəsində növbəti dəfə gözlərində qaldı deyə bilərik.

Tərəflər naqliyyat əlaqəsinin açılmasının zəruriliyi ilə razılaşıb və Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında, həmçinin Azərbaycan ərazisindən Ermənistanın ayrı-ayrı bölgələrinə və iki ölkənin kommunikasiya infrastrukturu ilə beynəlxalq daşımaların tranzitinin idarə olunması barədə əsas prinsiplər razılaşdırblar ki, burada da Bakının təqdim etdiyi sülh təklifi ilə bağlı əsas prinsiplərdən növbətisinin reallaşması üçün növbəti önəmli qərar gəlindiyi diqqətdən qaçmır. Bu isə yekunda Naxçıvan dəlizi ilə bağlı da işlərin sürətləndirilməsi, bu kommunikasiya xəttinin mümkün qədər tez istifadəyə verilməsi üçün Ermənistan qarşısında işlərin bir an öncə başlaması məqsədilə Qərbin növbəti tələbi də adlandırmaq olar.

Şarl Mişel yekun bəyanatında onu da qeyd edib ki, iki ölkə liderləri Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh sazişinin müzakirələrini davam etdirmək üçün razılığa gəliblər. Hər kəsə məlumdur ki, sülh danışıqları və sülh sazişinin imzalanması uzunmüddətli prosesdir və tez bir şəkildə nəticənin əldə edilməsi gözlənilən deyil. Lakin, özü- özülüyündə görüşlərdə sülh ifadələrinin istifadəsi rəsmi İrəvana artqı Ai-nin də növbəti təzyiqi kimi qəbul edilə bilər. 

Görüşdə əsas diqqətlər isə Qarabağın "statusu" məsələsi ilə bağlı yekun qərarla bağlı idi. Öncədən də dəfələrlə rəsmi Bakı mövqeyini müxtəlif kürsülərdən açıq şəkildə bəyan edib və bu məsələdə qəti mövqe ortaya qoyub. Bu məsələdə də proses elə Bakının istəyinə uyğun şəkildə getdi. Bu kontekstdə Ermənistan Qarabağın dağlıq hissəsindəki ermənilərin "xalqların müqqədaratı, müstəqillik, siyasi status" kimi ifadələrdən imtina etdirildi ki, bu da növbəti Brüssel görüşündə Paşinyanın məğlubiyyətlə razılaşması demək idi. 

Ancaq bu dəfə Şarl Mişelin yekun açıqlamasında bir neçə yeni detal da diqqətdən yayınmadı. O bildirib ki, "Mən hər iki liderə müraciətlə vurğuladım ki, zənnimcə, Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibdir".

 Ş.Mişelin Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunmasının vacibliyini bildirməsi məsələsində əsasən səbəb ola bilər:

  • I. Bu açıqlama Ermənistan daxili auditoriyasına (xüsusilə aksiyalar keçirən Paşinyan əleyhdarlarına - red) ünvanlanmış bir məsələ kimi də analiz edilə bilər.
  • II. Şarl Mişel belə bir açıqlama ilə Paşinyana ölkəsində ona qarşı artan təzyiqlərdən yayınmaq üçün bir çıxış yolu üçün ötürülən pas da verə bilər.

Şarl Mişel bununla həm də Nikol Paşinyanı sakitləşdirmək, radikal müxalifətin ona qarşı təzyiqini neytrallaşdırmaq istəyir. Erməni baş nazir isə Brüssel görüşünün nəticəsini əlində rəhbər tutaraq Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik məsələlərinin yekun bəyanata salındığını bildirərək ona qarşı Ermənistanda hər gün artan təzyiqləri səngitmək fürsəti əldə etmiş olur. 

  • III. Avropa İttifaqı əslində sülhə tez bir zamanda nail olmaq üçün çıxış yolunu Qarabağ ermənilərinə Azərbaycan hüquqları çərçivəsində struktur səlahiyyət verilməsi variantını məqbul hesab etdiyi bəyan etmiş oldu. Nəzərə alsaq ki, Qərb və ABŞ tez bir zamanda regionda sülhün əldə olunmasında maraqlıdır və bunu hər bəyanatlarında hiss olunur, demək ki, onlar da artıq Rusiyanın maneələrinin qarşısını almaq üçün erməniləri bu şəkildə Rusiyanın təsirindən xilas edərək, "sərfəli" təkliflə sülhə gətirmək niyyətindədir. 

Burada maksimum mədəni strukturlaşmadan söhbət gedə bilər. Bunun qarşılığında 30 ildən sonra qədim Azərbaycan torpaqlarının İrəvanın siyasi diqtəsindən çıxaraq Bakının ağalığına tabe olması nəzərdə tutulur. Hər iki halda yekunda danışıqardan karlı ayrılan tərəf Azərbaycandır. Nəticədə Qarabağın dağlıq hissəsindəki ermənilər Azərbaycan vətəndaşı kimi Azərbaycan torpaqlarında yaşamaq hüququ qazana bilər. Təbii ki, buna ermənilərin razılaşıb o ərazilərdə qalıb, qalmayacağı da məlum deyil. Şarl Mişelin də bəyanatından o anlaşıldı ki, ən yaxşı halda ermənilərə belə bir haqq verilə bilər. Beləliklə, Qərb platformasında səsləndirilən fikirlərin hər birinin tamamilə Azərbaycanın lehinə olduğu təsdiqini tapır. 

Aİ rəhbərinin belə bir təkliflə çıxış eyni zamanda Ermənistan hökümətinin son şansını da əlindən almaqla yanaşı, onları bəhanə fürsətindən də məhrum etmək deməkdir. Son Brüssel görüşü ilə Şarl Mişel Bakının təqdim etdiyi sülh təklifi çərçivəsində səsləndirdiyi yekun bəyanatla Ermənistanın manevr imkanlarını da sıfra endirdi ki, İrəvan bundan sonra əldə edilən razılaşmadan kənara çıxmaq üçün hər hansı bir bəhanə uydura bilməsin. Bununla da Avropa İttifaqı növbəti dəfə Ermənistana və Qarabağ ermənilərinə bəyan etmiş oldu ki, "sizin üçün ən yaxşı model Azərbaycanın diqtə etdiyi şərtləri qəbul edərək, bu ölkənin vətəndaşı kimi yaşamaq hüququ qazanasınız. Əks təqdirdə bundan da məhrum olacaqsınız".

Beləliklə, Aİ prezidentinin bu təklifi irəli sürməklə Ermənistanı birdəfəlik Qarabağın "statusu" məsələsini gündəmə gətirməkdən məhrum etməklə yanaşı, Azərbaycana qarşı ərazi iddialarından yerli-dibli əl çəkmələrinə nail olmaq istədiyi diqqətdən yayına bilməz.

Qalır Ermənistanın işləri sürətləndirməsi...

Çünki bundan sonra çox güman ki, Qərb də Azərbaycanı inandıra bilməyəcək ki, Ermənistan ona təklif edilən şərtləri bundan sonra qəbul edə bilər. Belə olacağı təqdirdə isə Bakının hansı addımı atacağını həm Avropa İttifaqı, həm Rusiya, həm də revanşistlər çox yaxşı bilirlər. Çünki Azərbaycan danışıqlar prosesini dalana dirəyən Ermənistanın keçmiş vərdişi ilə daha 30 illər yaşamaq fikrində deyil. /Milli.az/

Oxşar xəbərlər
08:44, Bu gün
Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT
08:30, Bu gün
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
08:12, Bu gün
"Mançeser Yunayted"dən antirekord
08:00, Bu gün
İlk baxanda nə gördünüz? - Şəxsiyyət testi
07:45, Bu gün
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
07:30, Bu gün
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07:11, Bu gün
Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı  daha böyükdür
06:33, Bu gün
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
06 May 2024 | 09:30
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
06 May 2024 | 09:10
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
06 May 2024 | 10:40
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
06 May 2024 | 10:55
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
06 May 2024 | 08:53
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
06 May 2024 | 10:59
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
06 May 2024 | 09:45
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
06 May 2024 | 09:30
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
06 May 2024 | 09:10
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
06 May 2024 | 10:40
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
06 May 2024 | 10:55
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
06 May 2024 | 08:53
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
06 May 2024 | 10:59
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
06 May 2024 | 09:45
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ