Hərbçilərin həyatı niyə aşağı qiymətə sığortalanır?
Oxunub: 2642
06 Aug 2014 | 23:15
Hərbçilərin həyatı niyə aşağı qiymətə sığortalanır?
Avtomobillərin texniki baxışının başa çatması ilə müvəqqəti canlanma yaranan icbari sığortada da vəziyyət yenə əvvəlki kimi sabitləşib. Son iki həftədə xeyli avtomobil sığortalanıb. Lakin apardığımız araşdırmalar sübut edir ki, sürücülərin əksəriyyəti icbari sığortanı dəstəkləmir, buna dövlət yol polisi qarşısında bir öhdəlik kimi baxır və əməl edirlər. Sürücülərin çoxu sığorta şirkətlərinə də güvənmirlər. Bundan başqa, hadisələrin Dövlət Yol Polisində (DYP) qeydiyyata alınması və işin son nəticədə məhkəməyə getməsi də onların bu işə marağını azaldır. Sürücülər daha çox problemi öz aralarında həll etməyə üstünlük verirlər. 

Sığorta agenti V.Bədəlovun fikrincə, avtomobillərin icbari sığortasında mükəmməl qanunlar yazılsa da, bəzi islahatlara ehtiyac var. Cənab Bədəlovun gəldiyi qənaət belədir ki, yol nəqliyyat hadisəsində insan itkisi və ya xəsarət yoxdursa, DYP-nin müdaxiləsi və işin məhkəməyə qədər gedib çıxmasına da ehtiyac qalmamalıdır: "Bu, maliyyə itkisi olmaqla yanaşı, əlavə prosedurdur. Yol polisi əməkdaşı uzaqbaşı gəlib akt tərtib edə bilər ki, bu da sadəcə statistikanın qeydə alınması məqsədli olmalıdır. Çünki hadisə yerinə sığorta şirkəti gəldikdən sonra, hətta xəsarət varsa da zərərçəkənin müalicə xərclərini şirkət üzərinə götürür. Pulu verən odur. Qanunda qəza törədərkən cərimə normaları da müəyyənləşib. İşin məhkəməyə göndərilməsi əlavə prosedurlara yol açır və tərəflər üçün başağrısıdır. Burada hətta cəriməyə də ehtiyac yoxdur. Çünki qəza törədən qarşıdakı avtomobilə, ya da sürücü və sərnişinlərə ziyan verirsə, özünə də bu və digər şəkildə zərər dəyir. Sığorta qarşı tərəfin xərclərini ödəyir, qəza törədən isə özünə dəyən zərəri aradan qaldırır". 

Sürücülərin sözü bir olsa,  yol polisinin xəbəri olmaz 

Qaydalara görə sığorta hadisəsi zamanı dəyən ziyanın məbləği 1000 manata qədər olarsa və sürücülər hadisənin kimin törətdiyi barədə yekdil qərardadırlarsa, məhkəməyə müraciət etmədən bu iş sığorta şirkəti ilə həll edilə bilər. Amma əvvəlki yazılarımın birində DYP əməkdaşı və qeyri-peşəkar sığortaçının "vizual qiymətləndirməsi"nin müştərini məhkəməyə qədər necə sürüklədiyindən yazmışdım. 2500 manatlıq "qiymətləndirmə" sonda sığorta şirkətində 820 manata enmişdi. Və bu qeyri-peşəkar yanaşma səbəbindən də çoxları sığortalarını istifadə edə bilmirlər. Peşəkar sığortaçı düzgün qiymətləndirmə üçün servisə müraciət etməlidir. Amma burada da sürücülərin işini çətinə salan məqam var. Sığortaçı, yol polisi hadisə baş verdiyi anda çağırılır və sənədləşmə orada tərtib olunur. Qəza yerində servisi tapmaq mümkün deyil. Ona görə də rəsmiləşmə işləri DYP və sığorta edən tərəfindən başa çatandan sonra sığortaçı servisə müraciət edir, dəyən zərər orada hesablanır. Bu səbəbdən də dəyişiklik özünü o qədər də doğrultmur. Sığorta agenti deyir ki, sürücülərin hadisənin kimin törətdiyi barədə yekdil qərara gəlməsi bir qədər çətindir. Çünki bizdə qəza törədənlər çox vaxt onu etiraf etmir, günahı qarşı tərəfin üzərinə atmağa çalışırlar. Razılığa gəlmək mümkün olmadığından da işə polis qarışır. Dəyən zərəri hadisə yerinə gələn sığorta agenti də müəyyənləşdirməyə çalışır. Əgər o işinin mütəxəssisidirsə, onun və servisin qiymətləndirməsində böyük fərq olmamalıdır.  

Avtomobil servisləri sığorta şirkətlərini aldada bilməyəcəklər

Amma bu subyektivliyin aradan qaldırılması və dəyən zərərin yerindəcə dəqiq təyin olunması üçün yollar aranır: "Yol polisi zərər görən hissələri sığorta agentinin iştirakı ilə qeyd edir, qiymətləndirməni isə servis aparır. Servislər müxtəlif qiymətlər yazırlar. Şirkət isə pulu verən təşkilat kimi öz mənafeyini qorumaq məcburiyyətindədir. Real qiymət göstərməyən avtomobil servisləri o demək deyil ki, istədikləri vəsaiti sığorta şirkətindən ala biləcəklər. Hazırda avtomobil servis şirkətlərinin qiymətləri alınır, sistemləşdirilir. Markalar üzrə ölkədə avtomobil hissələri və görülən işin qiymət cədvəli müəyyənləşdirilir. Yaxınlarda ölkə üzrə vahid qiymətlər tətbiq olunacaq. Qəza olduğu halda artıq servisə getmədən də ilkin zərər müəyyənləşəcək. Bu da ilk növbədə kiçik qəzalar zamanı sürücülərin işinin polisə və məhkəməyə getməsinin qarşısını alacaq. Bununla yanaşı proses servislərin süni qiymət şişirtməsini də minimuma endirəcək. Artıq hər kəs istədiyi qiyməti tətbiq edə bilməyəcək. Ayda bir dəfə qiymətlər alınıb, sistemə vurulacaq. Hamı da qiymətləri görə biləcək. Hadisə yerində qiymət müəyyənləşməsindən sonra dəyən zərər nə artırıla, nə də azaldıla bilər. 

Hər nazirin bir sığorta təşkilatı var

Avtomobilin icbari sığortasının aparılmamasına görə sürücülərə tətbiq olunan cərimə məbləğinin artırılmasından sonra şirkətdə icbari sığorta yığımında fərq hiss olunmur. V.Bədəlov bunu sığorta şirkətlərinin çoxluğu ilə izah edir.  Hazırda sığorta bazarında 28 şirkət fəaliyyət göstərir. Deyir, hər sahədə olduğu kimi, burada da monopoliya var. Əslində əvvəllər "Azərsığorta" özü monopolist sayılırdı. Çünki əksər dövlət qurumları əmlaklarını burada sığorta etdirirdilər. Lakin hazırda şirkət özü monopolistlərin əlindən əziyyət çəkir: "Şirkətlərin sayının çox olması problem deyil. Əvvəllər 50-yə yaxın şirkət vardı, sonradan çoxu bağlandı, ya da bazardan sıxışdırılıb çıxarıldı. Hazırda şirkətlərin çoxu ayrı-ayrı məmurlara məxsusdur. Onların rəhbərlik etdikləri qurumlara daxil olan strukturlardakı bütün maşın-mexanizmlər, tikililər və avadanlıqlar özlərinə aid şirkətlərdə sığortalanır, ordan kənara çıxa bilməzlər. Monopoliya olan yerdə isə rəqabətdən danışmağa dəyməz. Sığortanın inkişafı üçün sağlam rəqabət olmalıdır. Güclü adamların himayə etdiyi sığorta şirkətlərinin işi "xod" gedir. Müəssisələrin yanğından icbari sığortası var. Lakin dövlət müəssisələri yenə hamılıqla sığortanı dövlət şirkətində deyil, hər kəs özünün nəzarətində olan sığorta şirkətlərində etdirir. Birinin cürəti varsa başqa şirkətə üz tutsun. Əslində belə olmamalıdır. Sığorta bazarında rəqabət şirkətlərin təklifləri ilə formalaşmalıdır. Ən güclü ən yaxşı təklif edən olmalıdır. Rəqabət odur ki, məsələn, mən kaskodan sığortalayıb 4 faiz xidmət haqqı müqabilində bütün hadisələrdən məsuliyyəti üzərimə götürürəm. Qoyun o biri şirkət 3.5 faizlə bütün hadisələrdən məsuliyyəti üzərinə götürsün və müştəriləri özünə cəlb etsin".

Ən yüksək riskə ən az ödəniş 

V.Bədəlov sığorta şirkətlərinə inamın az olması barədə deyilənlərlə razılaşmır: "Biz 6 ayda təkcə avtomobillərin icbari sığortası üzrə 8 milyon manata yaxın ödəniş etmişik. İcbari sığortadan sonra avtomobillərin kasko sığortasına maraq o qədər də yoxdur. Adamlar artıq məsuliyyət hiss edirlər, fikirləşirlər ki, qəza törədəndə özlərinin yox, ilk növbədə qarşı tərəfin zərəri qarşılansın. Kaskoda bir sıra qadağalar da sürücüləri bu sığorta növünə cəlb etmir. Məsələn, içkili olduğunuz zaman qəza törədərsinizsə, ya da hadisə avtomobilin texniki nasazlığından baş veribsə sığorta dəyən zərəri ödəməkdən imtina edir. İcbari sığortada isə bunların heç biri nəzərə alınmır, hadisə törənibsə zərər qarşılanır". Qeyd edim ki, bu il "Azərsığorta" ASC-nin sığorta "birka"sı üzərində şirkətin telefonunu görəndə çox sevindim. Bu barədə əvvəlki yazılarımda bir qeydim olmuşdu. Şirkət bir ara telefonlarını hətta müqavilədə də qeyd etməmişdi. İndiki addım böyük irəliləyişdir. Belə çıxır ki, ASC həqiqətən də məsuliyyətini dərk etməyə başlayır və müştərilərinə geriyə ödəniş etməyə hazırdır. 

Müsahibimiz deyir ki, ölkədə daha çox populyar olan icbari sığorta ilə yanaşı hərbi qulluqçular və hüquq-mühafizə orqanları əməkdaşlarının dövlət icbari sığortasıdır. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanuna görə, hər bir hərbi qulluqçunun həyatı dövlət tərəfindən 110 manat ödənilməklə 11 min manat məbləğində sığorta edilir. Hərbçi yaralandıqda, əlillik dərəcəsi aldıqda ona qanunamüvafiq sığorta haqqı ödənilir. Əgər hərbi qulluqçu 1-ci qrup əlil olarsa 8 min manat, 2-ci qrup 6600 manat, 3-cü qrup 4400 manat alır. Xəsarət aldığı halda isə, hərbiyə yararsız tərxis olanda 2700 manat verilir. Prokurorluq və daxili işlər orqanlarında çalışanlarda isə sığorta haqqı müqayisədə yüksəkdir. Ölüm halında onlara 5 illik əməkhaqqı, yemək, paltar pulu hesablanır, bu isə 17-18 min manat civarındadır: "Əslində onlar əsgərdən az əziyyət çəkirlər. Nə olsun ki, uzun illər işləyirlər. Kabinetdə işləyir, rahat yaşayır, yaxşı da əməkhaqqı alırlar". Sığorta agenti hesab edir ki, ölkənin müharibə şəraitində olduğunu nəzərə alaraq hərbçilərimizin riski daha çox olduğu üçün onlara olan ödəniş rahat şəraitdə işləyənlərinkindən çox olmalıdır. Baxmayaraq ki, ölüm bütün hallarda ağırdır. 

Qeyd edək ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üçün 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərərə görə 5000 manat, üçüncü şəxslərin əmlakına dəyən zərərə görə yenə 5000 manatdır. 3000 kub santimetr mühərrik üçün sığorta haqqı 110 manatdır. Bir hərbçidə olduğu kimi. Amma bir hərbçimizin həyatı üçün ödənilən sığorta məbləği bir avtomobilinkindən 5 dəfə azdır. Hətta əmlakın sığortası da əsgərimizin həyatından bahalıdır. Minimum 30 manat sığortalanmaya qarşı 25 min manat ödənişdir. 
Oxşar xəbərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı