Müharibə gənclərin gözü ilə: “Azadlığımız üçün ruhumuzu və canımızı fəda edəcəyik...”
Dünya
Oxunub: 11552
31 Mar 2022 | 11:59
Müharibə gənclərin gözü ilə: “Azadlığımız üçün ruhumuzu və canımızı fəda edəcəyik...”

Rusiya ilə Ukrayna arasındakı müharibə ukraynalı gənclərin həyatını birdən-birə dəyişdi. Çoxlu gənc qız və yeniyetmələr təcavüzkarı dəf etmək üçün orduya gedir, ərazinin müdafiəsi sıralarına və könüllülərə qoşulurlar.

Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsi nəticəsində qan töküldü və bu, bir çox ukraynalı gəncin xəyallarını alt-üst etdi. Neçə-neçə gənc oğlan və qız əllərində silah vətənlərini Rusiya təcavüzündən qorumaq üçün könüllü olaraq ordu sıralarına, ərazi müdafiəsi sıralarına qoşularaq yaralılara tibbi yardım göstərməyi öyrənir, könüllü olaraq xidmət edirlər.

Moderator.az Almaniyanln “Deutsche Welle” (DW) nəşrinə istinadla müharibə nəticəsində həyatları kəskin şəkildə dəyişmiş gənc ukraynalıların hekayəsini təqdim edir.

“Biz təslim olmayacaq, kapitulyasiyaya getməyəcəyik”

Əslən Xarkovdan olan 25 yaşlı Marqarita hazırda Kiyev ərazisinin müdafiəsi sıralarındadır.

"Müharibədən bir neçə gün əvvəl mənim 25 yaşım tamam oldu. Ad günümü Budapeştdə qeyd etdim. Orada, onların ən məşhur pabının divarında "Yaşasın Ukrayna!” sözlərini yazdım. Müharibədən bir gün əvvəl evə qayıtdım və bu mənim son rahat gecəm idi. Mülki həyatda mən piar-menecer və mətn müəllifi kimi çalışırdım. Kiyevin qorunub saxlanması uğrunda mübarizədə iştirak etmişəm və şəhər fəalı olmuşam. Həyatım idman, ispan dili öyrənmək, dostlarla görüşmək və səyahət etməkdən ibarət idi. Bir günün içində hər şey alt-üst oldu.

Marqarita ərazi müdafiəsi sıralarına qoşulub

Fevralın 24-də Rusiya yenidən Ukraynaya müdaxilə edəndə mənim üçün həqiqətən də alternativ variant qalmadı. Ailəm Xarkovda qalmışdı, mən Kiyevdə tək idim. Qaçmaq istəmirdim, amma nəsə etməliydim, ona görə də ərazi müdafiəsi sıralarına qoşulmaq qərarına gəldim. Əvvəlcə ailəm şoka düşdü, amma sonra mənə dəstək oldular.

İndi mənim üçün yeni reallıq belədir - yatmaq və sirenaların səsinə oyanmaq və yeni bacarıqlar əldə etmək. Əvvəllər ilk tibbi yardım kursu keçmişdim, ona görə də ərazini müdafiədə tibbi yardım göstərənlərə qoşuldum, sanitar təlimatçı oldum. İndi mən dərmanların alınması ilə məşğulam, xəstələrin müalicəsinə kömək edirəm. Yaralılara kömək etməyə hazırlaşıram.

Təbii ki, hamı kimi mən də qorxuram. Sadəcə iş görməyə çalışıram ki, qorxmağa vaxtım olmasın. Bir ay keçsə də, müharibə hələ də davam edir, amma hər şeyin tez bitəcəyinə artıq ümid yoxdur. Biz uzunmüddətli və mövqe savaşına hazırlaşırıq. Ötən gün Kiyevi gəzdim və mənə elə gəldi ki, sanki həyat birtəhər bərpa olunur. Kiyev dirçəlir. Uşaqlı bir ailə gördüm, əvvəlki kimi gəzir, gülürdülər... Əgər rus qoşunlarını Kiyev ətrafından sürətlə sıxışdırıb çıxara bilsək, paytaxt tezliklə normal həyata qayıda biləcək.

Biz artıq səkkizinci ildir ki, müharibə edirik, sadəcə, son bir ayda bu, ölkəmizin bütün ərazisinə yayılıb. Biz təslim olmayacaq, kapitulyasiyaya getməyəcəyik. Ukrayna qeyri-adekvat Putinin qarşısında Avropanın sonuncu forpostudur. Bizi düşünün, etirazlara qoşulun, Avropa liderlərinə çatdırın ki, Ukraynanın səmasını bağlamaq lazımdır”.

“İnanıram ki, hər şey hansısa qələbə ilə başa çatacaq”

17 yaçlı Sofiya əslən Kiyevdəndir, Lvovdakı Ukrayna Katolik Universitetinin "Psixologiya" proqramının 1-ci kurs tələbəsidir.

“Mən həmişə müharibə haqqında ətrafımdan bir az daha çox bilirdim - qardaşım Ukraynanın şərqində döyüşür. Artıq fevralın əvvəlində, semestrimiz başlayanda valideynlərim genişmiqyaslı işğalın mümkünlüyü barədə danışırdılar. Necə hərəkət edəcəyimizi təfərrüatla açıqlamasaq da, amma bunu daim beynimdə fırladırdım. Müharibədən əvvəlki həftə, ümumiyyətlə, narahat idim, amma fikir verməməyə çalışırdım, planlar qururdum: fevralın 24-də rəfiqəmlə gedib otaq bitkiləri almağı planlaşdırırdıq... Amma səhərimiz Kiyevin bombalanması xəbəri ilə açıldı, mənim orda valideynlərim və kiçik bacım vardı...

Sofiya könüllülər sırasında

Dərhal telefonla onlara zəng etdim, anam telefonu götürmədi, amma atam cavab verdi və dedi ki, hər şey yaxşıdır. Sonradan onlar Kanevə (Mərkəzi Ukraynada şəhər - red.) köçdülər, orada sakitlik olduğunu deyirlər. Qardaşımla çoxdan əlaqə saxlamırıq - telefonu açmır, onunla hər şeyin qaydasında olduğunu bilmirəm. Bəlkə sadəcə cavab verməyə vaxtı və imkanı olmur...

Bu müharibədə nə edəcəyimi dərhal anladım. Noyabr ayından etibarən yataqxanamızda ordu üçün kamuflyaj torları toxuyan məntəqənin koordinasiyası ilə məşğul olurdum. Və bir gün belə bir fikir ortaya çıxdı ki, indi bunu həftədə iki dəfə iki saat deyil, hər gün və daha yaxşısı bütün günü etmək lazımdır. Ancaq zaman keçdikcə başa düşdüm ki, doqquz saat bir yerdə oturmaqla iş getməz və bu, təkcə mənə aid deyil. Oturmaqla kömək etmək olmaz, başqa cür yardım etmək lazımdır.

Ona görə də mən Qırmızı Xaç tərəfindən sərhədə, Rava Russkayaya (Ukrayna-Polşa sərhəddindəki keçid məntəqəsi - red.) getdim, - orda sendviç, çay hazırlayırıq, insanlara hara getməli olduqlarını və bəzi əsas şeyləri başa salırıq. Qaçqın axını bir az səngiyib, həm də gecələr növbətçi olduğum üçün az adam görürəm. Buna baxmayaraq, mənəvi cəhətdən ağırdır - hamı qorxmuş, narahat, yorğun, ümidsiz gəlir. Amma digər tərəfdən insanların minnətdarlığı bizə çox böyük dəstəkdir. Bunu necə düzgün təsvir edəcəyimi bilmirəm: yəqin ki, birlik buna deyilir.

Bizim universitetdə deyəsən hamı könüllülük fəaliyyəti ilə məşğuldur. Amma bir yandan həm də dərslər bərpa olunub və artıq üzərimə daimi könüllülük öhdəçiliyi götürə bilmirəm, yalnız birdəfəlik tapşırıqlara gedirəm.

İnanıram ki, bütün bunlar müsbət nəticələr verəcək hansısa qələbə ilə başa çatacaq - ilk növbədə bu, ukraynalıların vətəndaş mövqeyinə aiddir... Ən çox belə bir qələbənin olmayacağından qorxuram. Amma yox, hər şey çox dəyişib, nəinki Ukraynada, həm də bütün dünyada. Nə qədər, üç-dörd ay, bəlkə də daha çox davam etməsindən asılı olmayaraq, əvvəlki vəziyyətə qayıtmaq mümkün deyil".

“Azadlığımız üçün ruhumuzu və canımızı fəda edəcəyik”

25 yaşlı Ruslan hərbçidir və Kiyev ətrafında döyüşür.

“Mənim üçün müharibə 2014-cü ildən davam edir, lakin genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başladı. Çağırış vərəqəsi aldım və dərhal hərbi komissarlığa getdim. Bundan sonra məni öz döyüş briqadama göndərdilər. İlk bir neçə gün düşməni müşahidə və aşkar etmək tapşırıqlarını yerinə yetirirdik.

Düşmən çoxlu sayda güclü atəş vasitələrini cəmləşdirəndən sonra sadəcə olaraq dinc yaşayış məntəqələrini dağıtmağa və yoluna çıxan hər şeyi süpürməyə başladı. Eyni zamanda heç kimə - nə uşaqlara, nə də pensiyaçılara aman vermirlər. Günahsız dinc insanlar ölür. “Qrad”lar, artilleriya, aviasiya... Tamamilə hər şeyi bombalayırlar. Sadəcə cəhənnəmdir...

Lakin biz öz torpağımızdayıq, baxmayaraq ki, günahsız qurbanlar çoxdur, biz dözəcəyik. Düşmən düşünürdü ki, müharibə yolu ilə Ukraynanı parçalayacaq, amma əksinə, birləşdirdi. Dinc əhali düşmənin qarşısına çıxaraq onun texnikasını yandırır. Onlar düşmənə səhv ünvana gəldiklərini göstərirlər.

Bütün dünya gördü ki, Ukrayna yıxılacaq ölkə deyil. Himnimizdə çox gözəl sözlər var: “Azadlığımız üçün ruhumuzu və canımızı fəda edəcəyik”. Bu, hər bir ukraynalının başa düşdüyü çox güclü sözlərdir. Bu sözlər əməllərimizə də uyğun gəlir - biz canımızı verməyə hazırıq ki, övladlarımız azad, müstəqil dövlətdə yaşasın və burada “rus dünyası” olmasın... Məncə, bu müharibə uzun sürməyəcək: onların sursat və yanacağı tükənir. Və onların gücü də tükənməz deyil”.

"Biz nəsə etməliyik və birtəhər ölkəni qorumalıyıq"

27 yaşlı Denis könüllüdür və Qostomel bölgəsində döyüşlərdə yaralanıb.

"Fevralın 24-də Ukraynanın bombalanması başlayanda başa düşdüm ki, mən nəsə etməliyəm və birtəhər ölkəni qorumalıyam. Ərazi müdafiə dəstəsinin üzvü olan dostlarıma müraciət edərək onlara qoşulmaq istədim. Elə oldu ki, mən könüllülər batalyonuna düşdüm. Mənə silah, dəbilqə, qoruyucu jilet verdilər.

Denis əmindir ki, müharibə həmişə danışıqlar və sülh sazişinin bağlanması ilə başa çatır

Sonra biz Qostomel (Kiyevin şimal-qərbində yerləşən şəhərətrafı qəsəbə - red.) istiqamətində tapşırığa getdik. Bizim bölmə martın 1-dən orada idi, lakin artıq martın 4-də biz dislokasiya yerini tərk etməli olduq. Bir gün əvvəl Qostomel hava limanı bombalandı və düşmən hər şeydən atmağa davam edirdi - artilleriyadan, tanklardan və təyyarələrdən dayanmadan atəş açırdı.

Mən avtobus sürücüsü idim və insanları çıxarırdım. Bir dəstəni çıxartdım, sonra digər dəstə üçün qayıtdım və onu gözləyəndə bizim tərəfə mərmi düşdü və mən yaralandım. Müalicə olunuram, həkimlər deyir ki, yeriyəcəm. Yavaş-yavaş sağalıram...

Müharibə həmişə pisdir, həmişə şər, ölüm, göz yaşı və qorxudur. Məncə, müharibənin heç bir mənası yoxdur. Hər bir müharibə danışıqlar və sülh müqaviləsi ilə başa çatır. Lakin bu zaman insanlar, uşaqlar həlak olur və onları geri qaytarmaq mümkün deyil”.

 

Miraslan

Oxşar xəbərlər
09:11, Bu gün
Türkiyənin nüvə dövlətinə çevrilməsi niyə əngəllənir?
09:00, Bu gün
Azərbaycanda general vəfat etdi
08:47, Bu gün
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
08:36, Bu gün
Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR
08:24, Bu gün
Ermənistanın azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
08:11, Bu gün
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
07:57, Bu gün
Arıqlamaq istəyənlər hansı meyvələrdən imtina etməlidirlər?
07:55, Bu gün
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
07:53, Bu gün
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
07:45, Bu gün
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
07:00, Bu gün
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
06:56, Bu gün
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
06:37, Bu gün
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
06:20, Bu gün
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
01:32, Bu gün
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:05
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
25 Apr 2024 | 20:05
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
25 Apr 2024 | 19:55
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 19:40
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
25 Apr 2024 | 19:36
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
25 Apr 2024 | 19:32
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
25 Apr 2024 | 19:28
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
25 Apr 2024 | 19:25
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:20
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
25 Apr 2024 | 19:15
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 Apr 2024 | 19:05
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
25 Apr 2024 | 19:00
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
25 Apr 2024 | 18:57
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:47
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
25 Apr 2024 | 18:44
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
25 Apr 2024 | 18:27
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
25 Apr 2024 | 18:24
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
25 Apr 2024 | 18:21
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 18:08
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
25 Apr 2024 | 18:02
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
25 Apr 2024 | 17:59
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:54
COP29 sülh prosesinin nəticəsidir
25 Apr 2024 | 17:50
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
25 Apr 2024 | 17:47
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 17:38
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:36
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
25 Apr 2024 | 17:34
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
25 Apr 2024 | 17:32
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
25 Apr 2024 | 17:30
“Bakcell” ilə innovasiya dövrü başlayır!
25 Apr 2024 | 17:29
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:24
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:20
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
25 Apr 2024 | 17:17
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
25 Apr 2024 | 17:15
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
25 Apr 2024 | 17:13
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
25 Apr 2024 | 17:09
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
25 Apr 2024 | 17:07
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
25 Apr 2024 | 17:05
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
25 Apr 2024 | 17:00
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 16:57
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
25 Apr 2024 | 16:53
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
25 Apr 2024 | 16:48
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
25 Apr 2024 | 16:44
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
25 Apr 2024 | 16:40
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
25 Apr 2024 | 16:36
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:32
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
25 Apr 2024 | 16:28
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
GÜNLÜK
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
25 Apr 2024 | 10:39
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
25 Apr 2024 | 09:29
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
25 Apr 2024 | 09:25
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
25 Apr 2024 | 12:10
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
25 Apr 2024 | 09:22
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
25 Apr 2024 | 12:45
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 10:53
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
25 Apr 2024 | 10:39
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
25 Apr 2024 | 09:29
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
25 Apr 2024 | 09:25
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
25 Apr 2024 | 12:10
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
25 Apr 2024 | 09:22
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
25 Apr 2024 | 12:45
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 10:53
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”