“Harda görünüb ki, evin hasarı olmasın?”
Oxunub: 5749
02 Jul 2014 | 11:23
 “Harda görünüb ki, evin hasarı olmasın?”

Hər gün bütün rəsmilərimiz tele-ekranlara çıxıb veteranlara, əlillərə göstərilən dövlət qayğısından danışır, onlara verilən evlərdən, təqaüdlərdən, yardımlardan söz açırlar. Təbii ki, bu kimi təbliğat üsulları gənclərə hərbi-vətənpərvərli hislərinin aşılanması üçün olduqca vacibdir. Xüsusilə, indiki, Qarabağdan və Ermənistan sərhədlərindən gələn atəş səslərinin getdikcə yüksəldiyi məqamda. Fəqət sabahın döyüşçüsü olacaq oğullarımız televiziya ekranlarında görüb eşitdiklərinə real həyatda da şahid olmalıdırlar. Əks halda hərbi-vətənpərvərlik təbliğatımız mənasız söz yığını, boğazdan yuxarı söylənmiş qeyri-səmimi fikir təəssüratı yaratmaqdan başqa heç bir işə yaramaz.

Təəssüflər olsun ki, ətrafımızda nəinki dövlət qayğısından uzaqda yaşayan, hətta dövlət adından çıxış edən məmurların basqı və sayqısızlığından əziyyət çəkən müharibə əlilləri və veteranlarımızın sayı xeyli çoxdur. Bunlardan biri də Qarabağ əlili Məmmədov Pəhlivan  Həmzə oğludur.

Pəhlivan Məmmədov 1968-ci ildə Cəbrayıl rayonunda anadan olub. Uşaqlıqdan ermənilərə yaxın coğrafiyada yaşadığından onların necə bir xislətə sahib olduğunu anlayıb. Qonşularımızın bizə düşmən münasibətini gördükcə ürəyində bu nankorluğa qarşı müqavimət göstərmək, haqsızlığa, ədalətsizliyə qarşı mübarizə aparmaq hissi yaranıb. Elə bu hislər də onu 20 yaşında rayon polis idarəsində işləməyə vadar edib.

1988-ci ildə polis cavuşu kimi işə başlayan Pəhlivan Məmmədovun bütün iş həyatı Qarabağ döyüşlərində vuruşmaqla keçib. Cəbrayıl, Ağdam, Füzuli, Laçın, Şuşa rayonlarının müdafiəsində iştirak edib. 1991-ci ildə girdiyi döyüşlərdən birində ağır güllə yarası alıb, yarası qismən sağalan kimi yenidən cəbhəyə qayıdıb. 1994-ci ildə Azərbaycanın az saylı qələbələrindən sayılan Horadizın alınması əməliyyatında iştirak edib.

Qarabağ uğrunda döyüşlərin ilk anından son gününə qədər əlində silah vətən torpağını qoruyan Pəhlivan Məmmədovun əsl faciəsi isə müharibədən sonra başlayır. 1991-ci ildə ayağına dəyən gülləyə önəm verməyib döyüş meydanlarında şücaət göstərmək istəyən keçmiş döyüşçünün həyata önəm verməməsi düz beş ildən-müharibə bitdikdən sonra öz sözünü deyib. Vaxtında və düzgün malicə etdirməyindən yaralanmış sol ayağının sümüyü çürüməyə başlayıb. Həkimlər çarəni dizdən aşağıya qədər kəsilməkdə görüblər. Beləcə şikəst olan döyüşçü əmək qabiliyyətini də itirib. Bununla belə ailəsini dolandırmaq üçün əmək polis orqanlarında əmək fəaliyyətini davam etdirməyə çalışıb. 1998-ci ildə DİN-nin 146 saylı əmrinə əsasən Cəbrayıl polis idarəsindən Suraxanı rayon 32-ci polis bölməsinə göndərilib. Burada 2004-cü ilə qədər çətin vəziyyətdə işlədikdən sonra təqaüdə göndərilib.

Keçmiş döyüşçü hazırda 289 manat təqaüd alır. Evin tək işləyənidir. Bu məbləğlə ailəsini zor-bəlayla keçindirdiyindən özünə ev almaq imkanından da məhrumdur. Hər dəfə televiziyalarda Qarabağ əlillərinə göstərilən qayğıları, onlara verilən evləri eşitdiyindən o da bu iltifatdan yararlanmaq istəyib. Məktub yazıb kömək istəmədiyi yer qalmayıb. Pəlivan Məmmədovun Prezidentdən tutmuş Daxili İşlər Nazirinə qədər tanıdığı bütün ünvanlara yazdığı namələrin sorağı isə Suraxanı icra hakimiyyətindən gəlib. Bütün ünvanlar tədbir görülsün deyə, məktubu Suraxanı icra hakimiyyətinə göndərsələr də, şəxsən Pəhlivan Məmmədov öz yox ayağıyla icra hakimiyyətinin qapısını yağır etsə də heç bir nəticə hasil olmayıb. Ona icra hakimiyyətindən “sənə veriləcək boş evimiz yoxdur” deyilib. Nəhayət Qarabağ əlili Suraxanı rayonunun icra başçısı İlqar Abbasovla “centlimen” razılıq əldə edə bilib. Razılığa əsasən ona Qaraçuxur qəsəbəsiylə Əmircan arasında yerləşən bataqlıqda yer ayrılacaq və əlil öz imkanlarıyla bu üfunət qamışlıqları arasında daxma tikəcəkmiş.

Nə qədər qüruruna toxunsa belə razılaşmaya əməl edən keçmiş döyüşçü bütün Qaraçuxur qəsəbəsinin kanalizasiyasının axıdıldığı üfunət qoxulu məkanda kiçicik bir daxma tikib. 2006-cı ildən ağcanadlar əlindən az qala görünməyən bu daxmacıqda yaşayır. Əlində vəsait olmadığından son günlərə qədər daxmacığının ətrafını çəpərə ala bilməyən əlil nəhayət ailəsini yad gözlərdən qoruyacaq bu arzusunu reallaşdırmağın yolunu tapıb. Böyük çətinliklə də olsa Kapital bankdan 2000 manat kreditə pul götürüb daxmacığının ərtafına çəpər çəkdirib. Çəpər çəkilib başa çatdıqdan sonra isə icra hakimiyyətinin təzyiqlərinə məruz qalıb. Bu vaxta qədər əlilin daxmasını tanımayan icra hakiminin işçiləri hər gün qapısını döyərək çəpərin sökülməsini tələb ediblər. Nəhayət 01.07.2014 tarixində icra nümayəndələri həmin çəpəri özləri sökməyə qərar veriblər.

Qarabağda 1988-ci ildən 1994-cü ilə qədər ermənilərə qarşı dirənən, Horadizin alınması kimi uğurlu əməliyyatlarda iştirak edən əlil Suraxanı icra hakimiyyətinin hücumları qarşısında duruş gətirə bilməyib. Nə qədər əlləşsə də, yalvarıb-yaxarsa da, üsyan etsə də icra nümayəndələriylə dil tapmaq mümkün olmayıb. Onlar hətta əlilə fiziki güc belə tədbiq ediblər. Suraxanı icra hakimiyyətinin qolu zorlu məmurlarının sərt davranışı nəticəsində ayağındakı protezi qırılıb. Əlil indi çəpərlə yanaşı yeni protezi düzəltdirməyin dərdini çəkir.

Özünün dediyinə görə ayağındakı protezi 1996-cı ildə Almaniyanın Münxen şəhərində düzəltdirib. Dost-aşnadan, qohum-qardaşdan topladığı 17 min dollar hesabına başa gələn bu protez onun həyatının bir parçasına çevrilib. Rayon icra hakimiyyətinin qolu zorlularının güdazına gedən bu cür protezi bir daha düzəltdirə bilməz. Məcburdur ki, yeni protezi Azərbaycanda düzəltdirə. Ona nə qədər xərc çəkəcəyini isə bilmir.

Əlili ən çox ağrıdan icra başçısıyla “centlemen” razılığın birdən-birə pozulmasıdır. O, hələ də sadəlövhcəsinə başına gətirilən müsibətlərdən İlqar Abbasovun xəbərsiz olduğunu düşünür: “İnanmıram ki, İlqar müəllimin bütün bunlardan xəbəri var. Axı, onun özü mənə deyib ki, burada ev tikə bilərsən. Qarabağda döyüşmüş və sağlamlığını itirmiş bir adama bataqlığın içində yer ayrılması nədir ki, icra başçısı bunu mənə çox görsün? Mən ki, əlavə heç nə etməmişəm. Mənə göstərilən yeri çəpərə almışam. Məqsədim yoldaşımın çölə-bayıra çıxanda yad adamların gözünə görünməməsi olub. Sizcə, bundan təbii nə ola bilər? Harda görünüb ki, evin hasarı olmasın? Axı mən burada məskunlaşmaq üçün rayona rəhbərlik edən hər kəsin razılığını almışam. Bələdiyyənin keçmiş sədri İbrahim müəllim, icra hakimiyyətinin nümayəndəsi Zaur müəllim və digər rəhbər şəxslər bu işdə mənə xeyir-dua veriblər”.

Əlil onu da bildirdi ki, bir neçə il əvvəl rayon icra hakimiyyətinin Qaraçuxur kanalizasiyasının axıb üfunətə qərq etdiyi bu bataqlığı qurudacağını eşidəndə xeyli sevinib. Nədənsə dövlət büdcəsindən xeyli vəsait ayrılan bu layihə də yarımcıq qalıb. Nəticədə Pəhlivan Məmmədovun narahatçılığı artıb: “Əvvəl heç olmasa kanalizasiya suları bir qədər aralıya axıdılırdı. İndi həmin sular tam evimin arxasına tökülür. Bütün Qaraçuxurun üfunəti içərisində zor-bəlayla ömürümü davam etdirirəm. Mənə niyə bunu da çox görürlər? Niyə axı bizim ölkədə əlillər özünü yandırdıqları zaman gözə görünürlər? Yoxsa məndən özümü Zaur Həsənov kimi yandırmaq tələb olunur?”

Qarabağ əlilinin bu sözlərinə cavab tapa bilmədim. Ümid edirəm ki, ya Suraxanı isra başçısı İlqar Abbasov, ya da ölkənin daha yüksək çinli məmurları onun suallarına cavab verəcək. Keçmiş döyüşçü olan Pəhlivan Məmmədov isə ən layiqli cavabı Ali Baş Komandandan gözlədiyini gizlətmir.

Heydər Oğuz

 “Harda görünüb ki, evin hasarı olmasın?”  “Harda görünüb ki, evin hasarı olmasın?”  “Harda görünüb ki, evin hasarı olmasın?”  “Harda görünüb ki, evin hasarı olmasın?”  “Harda görünüb ki, evin hasarı olmasın?”
Oxşar xəbərlər
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 08:30
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
04 May 2024 | 09:00
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
04 May 2024 | 07:30
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 08:30
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
04 May 2024 | 09:00
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
04 May 2024 | 07:30
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?