“Nəğmələr insanın ruhuna ən tez təsir edən operativ silah növüdür”
Oxunub: 5096
14 Jun 2014 | 12:14
 “Nəğmələr insanın ruhuna ən tez təsir edən operativ silah növüdür”

Daha çox nəğməkar şair kimi tanınan Baba Vəziroğlu ilə həmsöhbət olmaq çox maraqlıdır. Gözəl şeirlər müəllifi, önəmli nasir olan müsahibim eyni zamanda yüksək insani keyfiyyətlərə də sahibdir.  Bir sözlə, çox pozitiv insandır Baba müəllim. Onun Moderator.az- a verdiyi müsahibəni oxucularımıza təqdim edirik:

-Nəsr əsərləri də yazmanıza baxmayaraq daha çox şair kimi tanınrsınız.

-Bəzən elə olur ki, insan bir işlə məşğul olsa da adı başqa bir sahədə hallanır. Elə kənddən misal gətirim. Kənddə kolxoz sədrini heç kim onun vəzifəsinə görə çağırmırdı. Hamı “yeyib-içən oğlan” kimi adlandırırdı. Insanları vəzifələri, gördüyü işlərə görə yox, hobbiləri, maraqları ilə tanıyırdılar. Olsun məndə də belə olub. Mən özümü ciddi yazıçı, nasir sayıram. Hər zaman bu istiqamətdə müəyyən uğurlar əldə etməyə çalşmışam. Moskvada da Qorki adına Ədəbiyyat İnstitutunda məhz nəsr şöbəsini bitirmişəm. Kitablarımın əksəriyyəti nəsr əsərlərindən ibarətdir. Nəsri əsl sənətim bilmişəm. Qəribədir ki, elə o zamanlardan indiyə kimi məni şair kimi tanıyırlar, nəinki nasir kimi. Bu da ondan irəli gəlir ki, hələ universitetin birinci kursunda oxuyanda musiqiçilər mühitinə düşdüm. Ilk şeirlərim korifey sənətkarların mahnılarında ifa olunmağa başlandı. Olsun bu mənə şöhrət gətirdi. Çünki nəğmələr insanın ürəyinə, ruhuna ən tez təsir edən operativ bir silah növüdür. Məhz bu səbəbdən də mən daha çox şair kimi tanındım, nəinki, nasir, jurnalist və publisist kimi.

-Müsahibələrinizdə fərqli oxucularınızın olduğunuzu demisiniz. Hər iki qrup sizi sevir, dəyər verir. Baba müəllim oxucuları arasında fərq qoyurmu?

-Fərqli oxucularımı mənə qarşı olan diqqət və sayğıları birləşdirir. Onlar istər mənim nəsr yazılarımı, istər şeirlərimi, istərsə də musiqiyə yazılmış mətnlərimi diqqətlə izləyirlər, mənə ehtiram göstərirlər. Bu mənada onlar hamısı mənim üçün eynidirlər. Oxucularm fərqlidir, ona görə ki, bəziləri mənim ciddi nəsr əsərlərimi, bir qisim insanlar isə yazdığım şeirləri böyük maraqla qarşılayır. Böyük əksəriyyət isə dinləyicilərimdir ki, onlar da mənim sözlərimə bəstələnmiş musiqiləri sevirlər. Maşallah, mənim sözlərimə bəstələnmiş mahnılar da az deyil. Mindən çox mahnıya mən söz yazmışam, bəlkə də bu rekord göstəricidir. Bunlardan əlavə mənim tamaşaçlarım da var ki, onlar məni görməyi istəyirlər, televiziya ekranlarında söylədiyim fikirləri diqqətlə dinləyirlər. Çox zaman xoş rəylər söyləyirlər, bəzən tənqidi fikirlər də irəli sürürlər. Mənə diqqət yönəldən insanlar mənim üçün əzizdirlər, baxmayaraq ki, onların dünyagörüşü, həyat tərzi tam fərqlidir. Ancaq o insanları birləşdirən bir məqam onların mənə olan sevgiləridir. Mən də sevilən şair, nasir, publisist kimi onlar arasında heç bir fərq qoymuram.

-Daha çox nəğməkar şair kimi tanınırsınız. Elə bir əsəriniz olubmu ki, müğənninin ifasında bəyənməmisiniz?

-Bilirsiniz heç kəs öz ayranına turş deməz. Digər məsələ isə mən çox ürəyiyumşaq, humanist insanam. Həyatda müəyyən prinsiplərim var. Belə qənaətə gəlmişəm ki, insan ömrü çox qısadır. Bu qısa zaman kəsiyində kiməsə pislik etməyə, mərdiməzarlığa gərək insanın niyyəti, vaxtı olmasın. Bu qısa ömrü gərək yaxşı əməllərə sərf edəsən, ehtiyacı olanlara kömək edəsən, yaxşı sözlər deyəsən. Bu mənada da hər kəs bacarığını, istedadını nümayiş etdirir. Mən heç vaxt kiminsə ürəyini qırmıram, demirəm ki, sən yaxşı oxumadın, bu mahnı sənə olmaz. Hətta elə vaxtlar olub ki, ifaçı gözümün önündə mahnını bərbad vəziyyətdə oxuyub, onu məhv edib, amma yenə də nə isə deyib onun qəlbini qırmamışam. Buna görə də hər zaman ilk addımdan səhv etməməyə çalşırıq. Mən də , mənimlə işləyən bəstəkarlar da çalışırıq ki, mahnını əvvəldən düzgün ifası olan insana verək ki, sonradan peşmançılıq yaşamayaq. Bu təcrübə artıq öz bəhrəsini verir. Demək olar ki, biz artıq öz seçimimizdə yanılmırıq. Kamal müəllimlə artıq mahnının ilk notlarından kimin səsinə, ifasına uyğun olduğunu aydınlaşdırırıq. Son zamanlar da gənc ifaçılara kömək etmək məqsədi ilə mahnılarımızı onlara təmənnasız veririk. Məşhur bir deyim var ki, istedadlıları önə çəkmək lazımdır, istedadsızlar necə olur olsun üzə çıxırlar. Istedadlılar çox zaman köməksiz, utancaq olurlar.

-İfaçılar musiqiləri hansı məbləğə sizdən əldə edirlər?

-Konkret qiymət sovet dönəmində olurdu. O vaxtlar bəstəkarların və şairlərin haqqını dövlət ödəyirdi. Aşağı əməkhaqqı 60 manat, yüksək isə 100 manat olurdu. Ilk öncə başlayanda mən də digər gənc şairlər kimi 60 manat alırdım, sonra isə 80 manat almağa başladım. Bir cəmiyyət dağıldıqdan sonra yeni bir cəmiyyət yaranmağa başladı. Etalonlar dəyişdi, nəyin yaxşı, nəyin pis olduğunu anlaya bilmədiyimiz bir keçid dövrünü yaşamağa başladıq. Bu zamanlar demək olar ki, mahnı janrı da süquta uğradı. Artıq professionallara ehtiyac qalmırdı, yuxudan tez oyanan mahnı bəstələyib, elə həmin gün də efirdə səsləndirirdi. O zamanlar biz susduq. Mən bu dövrlərdə nəsr yazmağa ara verdim. Baxdım ki, insanları ciddi ədəbiyyat maraqlandırmır. Sular duruldu, hər şey öz yoluna düşdü. Bunlara baxmayaraq mən sovet adamıyam. Sovet cəmiyyəti məni, eləcə də həmin dövrdə yaşamış insanları elə tərbiyə etmişdi ki, maddiyyata önəm verilmirdi. Bu səbəblərdən də mən alver psixologiyasına uyğunlaşa bilmədim. Buna görə mənim əvəzimdən belə danışıqları bəstəkarlar edir. Hələ bir adam and içə bilməz ki, mənə mahnı üçün bu qədər pul verib. Qiymətlər isə çox fərqlidir. Bu müxtəlif parametrlərdən asılıdır. Müğənni var ki, onu sadəcə bir xoş təbəssümünə, ifaçı var ki, toyları bol olur, ona verilən mahnının da qiyməti yaxşı olur. Elə ifaçı var ki, sırf sənətlə məşğuldur, ona verilən mahnının da qiyməti fərqli olur. Digər bəstəkarlalarla iş birliyi bir yana, Kamal bəylə yazdığımız musiqilər təmənnasız bağışlayırıq.

-Şou -biznesdə iştirak etməsəydiniz bu qədər məşhur ola bilərdiniz?

-Mən özümü şou- biznesdə saymıram, heç vaxt da bu sahədə olmaq istəməmişəm. Sadəcə şeirimi yazıb,çəkilirəm kənara. Mən şou- biznesə istəsəm də qatıla bilmərəm. Çünki, mənim onlarla bölüşəcəyim bir şeyim də yoxdur. Loru dildə desək, mən şou- biznesdə ortada yeyib, qıraqda gəzənəm.

-Rüstəm Behrudi müsahibələrinin birində özünü poeziyanın sementi, sizi isə sahibkarı adlandırmşdı. Sahibkarlar necə insanları öz əlinin altında çalışdırır, Baba Vəziroğlu da müğənniləri şeirlərinin altında işlədir.

-Rüstəmin də özü və mənim haqqımda dediyi sözlər sırf poetik idfadələrdir. Nə o özü sementdir, nə mən sahibkaram. Hərəmiz əlimizdə balaca bir külüng uca bir poeziya dağının dibində külüngümüzü vururuq. Kim özünü necə adlandırır, bu onun öz işidir. Bu dəb əsasən şou -biznesdə var. Biri özünü əjdaha, digəri isə qartal və s. adlandırır. Buna görə də mən şou -biznesə qatılmaq istəmirəm.

-Musahibələrinizin birində “mətbəxdə qab-qacaq yuyan qadın sevgi obyekti ola bilməz”, digər müsahibədə isə “əsas təyinatını unundan qadını Allah da bağışlamaz” fikirlərini bildirmisiniz. Baba müəllim şeir yazarkən hansı qadınlardan ilhamlanır?

-İlk olaraq qeyd edim ki, mənim ilham pərim yerdə deyil. Bu günahkar torpaqda mənim ilham pərim yaşaya bilməz. Tez çirkaba bulaşıb, ilham pərisi funksiyasını itirər. Konkret bir insanı qələmə almaq, subyekt kimi düşünmək poeziyaya xas xüsusiyyət deyil. Bu, jurnalistikanın, publisistikanın, kinematoqrafiyanın işidir. Bədii ədəbiyyatın materialı bədii sözdür. Bədii söz də adi lüğət tərkibinə xas olan sözlərdən ibarət deyil. Buna görə də bədii sözün obyekti ancaq göylərdə ola bilər. Nəsr həyata daha yaxındır. Nəsr insanın həyatı, poeziya isə taleyidir. Bu taleyi də konkret insanlar haqqında yazmaq olmaz. Burda gərək ilahi qüvvələrlə münasibət qurasan. Buna görə də mən sevgilimə “sən” deyə müraciət edəndə nə mətbəxdə qab yuyan qadını, nə bazarda göy satanı, nə hansısa kollektivdə çalışanı, nə də ki nazir qadını nəzərdə tutmuram. Əslində isə mənim müraciət etdiyim xanımda bu obrazların hərəsindən bir cizgi var.. Onların heç biri deyil, amma hər birindən bir zərrəcik var o xanımda. Yəni mənim ithaf etdiyim qadın ideal deyil, ilahi varlıqdır. Və ona nə əl çatır, nə də ün yetir. Əgər bir gün ona əl çatsa, o ilahi varlıq olmaqdan çıxır və yaxud da bu an şair tükənir.

-Bir şeiriniz var. “Sevgi ayrılıqdan güclüdür vallah”. Sevgi daha güclü olarsa ayrılıq olarmı?

-Bilirsiniz, sevgi, ayrılıq, hicran, həsrət hamısı bir tamın tərkib hissələridir. Sevgi olan yerdə ayrılıq da olur. Sevgi olan yerdə xoşbəxtliklə yanaşı göz yaşları da,qısqanclıq da, nigarançılıq da, hətta cinayət belə olmalıdır. Sevgi olmayan yerdə həyat yoxdur. Həyatda hər zaman sevgi qalib gəlir. Kainat yaranan gündən belə olub ki, həmişə xeyir şərə, sevgi nifrətə qalib gəlib.

-Bu yaxınlarda yubileyinizi oldu. 60 illiyinizi istədiyiniz kimi qeyd edə bildinizmi?

-Mən bunu zarafatcasına demişəm ki, 60 yaşım olur. Əslində mənim hələ otuz yaşım olmayıb. Mən gözdən qorxan insanam.  Mənim zarafatıma inanan çox ciddi insanlar yubileyimi qeyd etmək qərarına gəldilər. Ümumiyyətlə sizə bir söz deyim ki, Azərbaycan ədəbiyyatında iki insan var, ad günlərini sevmir. Bəxtiyar Vahabzadə və mən. Ilk olaraq mənim doğulduğum Molla İsaqlı kəndində tədbir təşkil etdilər. Mən də “toy generalı” kimi oturub gəldim. Sadəcə bizim kəndin camaatı üçün unudulmaz bir gün oldu. Mənim yubileyim münasibəti ilə tədbir təşkil edənlərə, zəhmət olan hər kəsə təşəkkürümü bildirirəm.

-Ad günü qeyd etməyi sevmirsiniz, bəs qocalmaqdan necə, qorxursunuzmu?

-Yox, mən qocalmaqdan qorxmuram. Bilirsiniz, mən çox pariqmatik və realist insanam. Mən düşünürəm ki, insan mütləq həqiqətlərə gəlib çıxmalıdır. Bu, yaşdan asılı deyil. Elə insan var ki, yüz yaşına çatır, heç bir həqiqətə varmır. Mən cavan yaşımdan müəyyən mütləq həqiqətləri dərk etmişəm ki, Allah dünyanı necə qurub, elə də gedəcək. Həyatda heç nəyin peşmançılığını çəkmirəm. “Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim” -misralarındakı prinsiplərlə yaşamıram heç vaxt. Bugün də, gələcək günlər də mənim üçün gözəldir. Allahdan mənə nə gəlirsə, onu şükranlıqla qəbul edirəm. Buna görə də yaşdan qorxmuram. Hər zaman çox xoşbəxt bir ömür yaşadığımı düşünürəm. Dünyanın hər üzünü: dərdini, intizarını, qürbətini də görmüşəm. Çox cavan yaşlarımdan Sovet ittifaqında populyar bir insan idim. Bütün dünyanı gəzmişəm. bütün hallarda mən Allaha şükr edərdim.

-Baba Vəziroğlu həyatını yaşamasaydınız, adi bir insan olsaydınız, yenə də şükranlıq edərdinizmi?

-Yenə də Allaha mənə verdiyi həyata görə şükr edərdim. Yaxşı, ya pis. Hər kəs layiq olduğu həyatı yaşayır. Şükranlıq ondan irəli gəlmir ki, Allah bu gün mənə nə isə verir, mən şükr edim. Bütün hallarda insan onu yaradana şükr etməlidir. Mən demirəm ki, tam xoşbəxt yaşamışam. Amma xoşbəxt olduğumu demədim, heç zaman da demirəm. Xoşbəxtlik çox qəliz, anlaşılması zor olan bir məhfumdur. Dostoyevski deyir ki, “xoşbəxt olmaq üçün sənə nə qədər xoşbəxtlik lazımdırsa, bir o qədər də bədbəxtlik lazımdır”. Xoşbəxtlik anlayışı müxtəlif insanlarda fərqli səbəblərlə yaranır. Bir sözlə, xoşbəxtlik ani duyğudur.

-Qayıdaq ad gününüzə. Elə bir insan oldu ki, siz daha çox onun diqqətin gözlədiyiniz halda, həmin insandan səs- soraq gəlmədi?

-Az öncə dediyim mütləq həqiqətlərdən birə də budur ki, heç kimdən heç nə ummaq gərəkmir. Kimdənsə nəisə ummaq insanı əyən, sındıran bir xüsusiyyətdir. Bəzən deyirlər ey vəfasız, zalım dünya. Sonra da başlayırlar dünyadan umub küsməyə. Mən insanlardan nəsə ummuram. Nəyə görə ummalıyam?  Umub özümü sındırmaqdansa, ummayıb qürurlu olmaq daha yaxşıdır. Allah insana olarlardan çox olmazlar verib. Insan da bu olmazlara əməl etməyi bacarmalıdır.

 

Lalə Novruzlu

 

Oxşar xəbərlər
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ