“Hər insan həyatı boyu bir- iki dəfə də olsa fikirən intihara cəhd edir”
Oxunub: 5080
02 Jun 2014 | 18:27
“Hər insan həyatı boyu bir- iki dəfə də olsa fikirən intihara cəhd edir”


Elnur Rüstəmov: “Azərbaycanda pisixoloqa 1 saata 25-30 AZN, müğənniyə yarım saata 5-10 min manat ödəyirlər”

 

“Gənc intihar etdi”, Məktəbli canına qıydı”, “Ortayaşlı qadın özünü binadan atdı”, təssüflər olsun ki, son zamanlar bu sözləri daha tez ”“tez eşidirik.

Bəs görəsən insanları intihara sürükləyən nədir? Müasir zəmanədə, texnikanın inkişaf etdiyi bir dövrdə, insanların rahat yaşayışı üçün hər cür şərait olan bir vaxtda nə üçün insanlar canlarına qıyırlar? Bu suallara cavab tapmaq üçün psixoloq Elnur Rüstəmovla görüşdük. Onun Moderator.az saytına verdiyi müsahibəni oxuculara təqdim edirik.

 

-Insanları intihara sürükləyən hansı səbəblərdir?

 

-Bir insan həyatı boyu bir- iki dəfə də olsa fikirən intihara cəhd edir. Yəni insanların bir qismi hər hansı problemdən çıxış yolunu intiharda görür desək yanılmarıq. Həyatımız hər an biz istədiyimiz kimi irəliləmir. Enişli ”“yoxuşlu, xoşbəxt və ya bədbəxt anları da olur. Ancaq bəzi insanlar bu problemlərlə mübarizə aparmadan intihar yolunu seçirlər. Bu bir az da insanların tipajı ilə, onların genetik faktoru ilə bağlıdır. Elə nəsil var ki, burada zaman ”“ zaman intihar etmiş insanlar olur. Və bu da həmin nəsildən olan insanlarda intihara meyllilik kimi risk faktorlarına səbəb olur. Uzun müddət xəstəlikdən əziyyət çəkən insanlar, zərərli vərdişlərdən qurtulmaq istəyənlər də intihara təşəbbüs edirlər. Ən çox intihar edən insanlar isə depressiyada olan insanlardır. Depressiya birbaşa görünən xəstəlik deyil. Insan illərlə depressiyada ola bilər və bunun fərqinə varmaz. Bəzi insanlar isə intihardan silah kimi istifadə edir. Hər hansı problemin həlli üçün və ya diqqəti üzərinə çəkmək məqsədi ilə bu yola əl atırlar. Bu insanlar intiharla diqqəti çəkmək və ya müdafiə olunmaq istəyirlər. Buna imitasiya deyilir.

 

- İnsanların depressiyaya düşməsinə nə səbəb olur?

 

-Insanlar bugün müxtəlif səbəblərdən depressiyaya düşə bilərlər. Hətta ayrı-ayrı şəhərlərdə, fərqli məqamlarda insanların depressiyaya düşmə səbəbləri müxtəlif olur. Bugün Azərbaycanda orta statistik depressiya halları diqqətsizlikdən, ilgisizlikdən irəli gəlir. Sevgidə uğursuzluq, ailə daxili konfliktlər də insanları depressiyaya sala bilər. Bu səbəblər Azərbaycan üçün mövcuddur. Çox nadir hallarda Avropada bu səbəbdən depressiyaya düşmək halları olur. Belə qənaətə gəlmək olur ki, Azərbaycanda insanlar tam fərqli səbəbdən, məsələn İngiltərədə isə fərqli səbəbdən depressiya yaşayır. Hər bir insan xoşbəxt olmaq istəyir. Insan xoşbəxt olmaq üçün bunu daxilində hiss etməlidir. Bunu hiss etmədikdə insanın əhvalı dəyişir, ruh düşkünlüyü yaranır, depressiyaya düşür. Depressiyanın da növləri var. Var monopolyar depressiya. Biz il ərzində bir iki dəfə depressiyaya düşə bilərik və asanlıqla bu vəziyyətdən çıxa bilirik. Ancaq elə depressiya var ki, biz bundan çıxa bilmirik. Hər hansı problemi insan həll edə bilmir, depressiyaya düşür və bu hal onda uzun müddət davam edir. Məsələn iki insan sevgilidir, bunlar arasında ayrılıq yaşanır. Ayrılıqdan sonra insan həyatın davam edə bilmir. Onun özünə gəlməsi zaman tələb edir. Və insan özünə gəldikdə artıq itirdiyi zamana görə heyfslənməyə başlayır.

Əsasən fəaliyyət göstərən, aktiv həyat tərzi yaşayan insanlarda depressiyaya düşmək halları müşahidə olunmur. Bu insanlarda işlə bağlı stress olur, ancaq onlar dinamik həyat tərzi yaşadıqları üçün depressiyadan uzaq olurlar. Insanlar depressiyaya düşdükdə bunun qarşısını almağa çalışmalıdırlar. Mütləq psixoloji dəstək alınmalıdır. Insan depressiyada olduğunu necə anlaya bilər? Bunun üçün müxtəlif testlər var. Bu testlərdən keçərək insan özünün depressiyada olduğunu anlaya bilər. Zanqın , Xamiltonun testlərindən istifadə edə bilərlər. Bu testlər vasitəsi ilə onlar hətta hansı dərəcədə depressiyada olduqlarını belə öyrənə bilərlər. Bizim insanlarda bu istiqamətdə maarifləndirmə olduqca zəifdir. Bizdə kiminsə depressiyada olduğunu gördükdə ilk sual bu olur: “nəyin çatmır?”  Bu sualı verdikdə isə biz daha çox maddiyatı nəzərdə tuturuq. Depressiyada olmaq maddi problem yaşamaq deyil. Bu insanın daxili problemidir. Insan maddi cəhətdən tam təmin olunursa bu o demək deyil ki, o xoşbəxtdir. Bu mənəvi məsələdir. Çox təəssüflər olsun ki, bir qism insanlar özündən başqa hər kəsi xoşbəxt sanırlar. Həyatda hər kəsin özünə görə problemi var,elə bir insan yoxdur ki, onun problemi olmasın. Əslində problem bizi motivə edən bir varlıqdır. Biz önümüzə çıxan problemləri həll etdikcə ozümüzə olan güvənimiz daha da artır. Əsas insanların baxış bucağıdır. Problemə stimul kimi baxılarsa onun həlli də insane üçün daha asan olar.. Problemlər bizi gələcəyə götürə bilər. Elə insanlar da var ki, onlar problemsiz yaşaya bilmirlər. Bu da bir psixoloji problem kimi dəyərləndirilə bilər. Depressiyada olan insanların əksəriyyəti maddi təminatı normal olan insanlardır. Bu insanlarda mənəvi problemlər yaşanır ki, bu da onların həyatdan zövq almağına mane olur. Ola bilər ki, bu insanlara diqqət çox olsun. Amma onlar da bilirlər ki, bu diqqət nədən irəli gəlir. Adətən maddi cəhətdən imkanlı olan insanlara diqqət də çox olur. Sadəcə bu insanlar həyata tutacaq bir dəyər axtarırlar ki, bununla uzun müddət yaşaya bilsinlər. Insan xoşbəxtliyi öz içində hiss etməlidir. Ola bilər ki, o hansısa əşyanı əldə edər və xoşbəxt olar. Bu onun xoşbəxtliyi deyil. Daxildən gələn xoşbəxtlik tam fərqlidir. Insan yaşadığının fərqinə varır,insanlar üçün əhəmiyyətli olduğunu anlayır.

 

-Hansı yaş dövründə insanlar daha çox intihara meyl edirlər?

 

-İntihara cəhd müxtəlif yaş dövrlərində rast gəlinə bilər. Bu hal yeniyetmələrdə, orta yaşlı və ahıl yaşlı insanlarda müşahidə oluna bilər. Əsas odur ki, insan özü və ətrafındakıları bu situasiyada diqqətli olsunlar. Çox vaxt intihar edən insanın daxilində baş verənlərdən xəbərsiz olurlar, onun nə vəziyyətdə olduqlarının fərqinə varmırlar. Bu intihar ani bir anda baş vermir. Bu insanın daxilində uzun müddətə qərarlaşdırdığı bir prosesdir.

 

-Sosial problemlər intihara səbəb olurmu?

 

-Çox maraqlı sualdır. Bu haqda zaman- zaman fikirlər irəli sürülür ki, sosial problemlər intihara yol açır, əslində belə deyil. Sadəcə bizə belə bir fikri təlqin ediblər ki, sosial problemləri olan insanlar daha çox intihara meyl edirlər və biz də bunu qəbul etmişik. Analogiya aparsaq görərik ki, intihar inkişaf etmiş, sosial təminatı normal olan ölkələrdə daha çox baş verir. Intihar hallarının daha çox rast gəlindiyi yer Skandinaviya ölkələridir. Bu ölkələrdə həyat şəraiti yaxşıdır, demək olar ki, burdakı insanlar maddi problemlər o qədər də yaşamırlar. Burdan da belə nəticəyə gəlmək olar ki, intihar sosial problem deyil. Intihara cəhd edən insanlar psixoloji problemləri olan şəxslərdir. Ola bilsin ki, sosial problemlər qismən də olsa ona təkan versin. Məsələn indi abituriyentlər imtahana hazırlaşıblar. Valideyn övladından maksimum bal gözləyir və bunu da bütün qohum- əqrəbanın yanında hallandırır. Amma valideyn övladının içindən xəbərsizdir. Uşaq gözləntiləri doğrultmur və intihara cəhd edir. Bu sosial problem deyil.

 Son zaman iki orta məktəb şagirdinin intihar etdiyini eşitdik. Axı bu sosial problemdən irəli gəlmir? Mən inanmıram o ailələrdə yemək və ya geyim problemi olsun. Bu alilərdə sadəcə övlad-valideyn münasibəti düzgün tənzim olunmayıb.

Daha bir ajiotaja səbəb olan intihar faktı Qarabağ qazisinin özünü övladlarının gözü önündə yandırması oldu. Ən təhükəli hal odur ki bizdə imitasiya var. Bir insan bir hərəkəti edirsə şüuraltı olaraq digərləri də bunu etməyə cəhd edirlər. Əslində o məsələ xüsusi qabardılmalı deyildi. Şüuraltı olaraq digər qazilər də başladılar bunu təkrarlamağa. Bunun kütləyə təzahür etməsi böyük problemdir. Insanlar düşünmürlər ki, bunu edirəm ölə bilərəm. Onlar məqsədlərinə nail olmaq üçün intihar etməyi qarşılarına məqsəd qoyurlar. Zaur Həsənov  istəsəydi öz hüquqlarını bərpa edə bilərdi. Bütün hallarda yandırmaq, öldürmək çıxış yolu deyil. O insanın maddi problemi həll olundu. Bəs həmin ailədə atasızlıq sindromunu kim bərpa edəcək. O uşaqlara verilən travma necə olacaq?

Bugün bizim insanların bir problemi də fərd olaraq özlərini kapitala çevirə bilməməsidir. Bu böyük bir problemdir. Adi bir usta özünü kapitala çevirə bilirsə onun hər cəhətdən maddi vəziyyəti normal ola bilər. Bu istiqamətdə insanlarımız maarifləndirilməlidir. Insanlar öz peşələrini düzgün təqdim etsələr inanın ki, heç bir kəs maddi problem yaşamaz.

 

-Depressiyada olan kişilər daha çox intihara cəhd edirlər, nəinki qadınlar. Belə demək olar ki, qadınlar daha güclü iradəyə sahibdirlər?

 

-Ümumiyyətlə qadınlar kişilərdən daha çox intihara cəhd edirlər. Sadəcə onlar kişilərə nisbətən qəti şəkildə bunu etmirlər. Kişilər isə intiharı real həyata keçirir. Qadın dörd dəfə intihara cəhd edirsə, kişi bir dəfə dəqiqləşdirir və istəyinə nail olur.

 

-Insanlar depressiyadan qorunmaq üçün nə etməlidirlər?

 

-Insanlar bu sahədə maarifləndirdikcə onların intihara qarşı immunitetin qaldırmış olarıq. Insanlarımız bugün müasir texnikanın inkişaf etdiyi bir dövrdə yaşayır. Onları həyata bağlayan məfhumlar zaman- zaman dəyişir. Düşünürəm ki, biz insanları maarifləndirsək bu problemin də həllini tapmış olarıq. Sırf psixoloji istiqamətdə yaxşı olardı ki, mütəmadi olaraq seminarlar keçirilsin, broşurlar paylansın. Əgər insanların problemi varsa onlar mütləq psixoloji dəstək almalıdırılar. Yaxşı olardı ki, bu mütəxəssislər tərəfindən həyata keçirilsin. Əfsuslar olsun ki, bu situasiyalarda insanlar təyinata xas olmayan sahələrə müraciət edirlər. Əgər insan depressiyadadırsa onu ekstrasense, falçıya cin çıxarmaya yox, psixoloq yanına aparmaq lazımdır. Insanlarımız bu istiqamətdə maarifləndirmək lazımdır. Maarifləndirmə kor koranə şəkildə deyil, müəyyən bir layihə çərçivəsində həyata keçirilməlidir. Yaxşı olardı ki, xarici ölkələrdə olduğu kimi, biz də də ailə psixoloqları fəaliyyət göstərsin. Orta məktəblərdə bir psixoloq deyil, bir neçə psixoloq uşaqlarla psixoloji iş aparsın, onlar üçün xüsusi otaq ayrılsın. Bu işə məsuliyyətli yanaşmaq lazımdır. Məktəblərdə çox zaman praktikası olmayan psixoloq işləyir ki, bu da gözlənilən effekti vermir. Amma bizim dövlət və QHT lər də bu sahədə fəaliyyətsiz deyillər. Səhiyyə Nazırliyi bu sahədə yetərli addımlar atır. Lakin düşünürəm ki, bu addımları daha da genişləndirmək lazımdır. Maarifləndirmə aparıldığı təqdirdə problem qismən də olsa tənzimlənəcək. Bu istiqamətdə qanun qəbul olunsa daha yaxşı olar.

 

-Psixoloji problemləri olan elə insanlar var ki, sadəcə maddiyat üzündən müraciət edə bilmirlər. Düşünürsünüz ki, qiymətlər insanların büdcəsinə uyğundur?

 

-Mən deməzdim ki, bizdə qiymətlər bahadır. Psixoloq bir xəstəyə bir saat vaxt sərf edir. Bunun müqabilində də 25-30 AZN pul ödənilir. Ancaq elə insanlarımız var ki, hansısa məhşur müğənnini toya dəvət edib, ona yarım saata 5 min, 10 min pul ödəyirlər. Mənim fikrimcə bu qədər pulu ödəməyə imkanı olan insan psixoloq pulunu da rahat ödəyə bilər.

Bizdə çox insanlarar Azərbaycanda psixoloq yanına getmir. Xarici ölkələrdəki psixoloqlara üstünlük verirlər. Külli miqdarda pul tökürlər, nəticədə isə heç bir effekt əldə etmədən geri dönürlər. Bu insanlara anlamırlar ki, o ölkədə insanların psixoloji problemləri başqadır, burda tam başqadır. Olkələrdə olan psixoloji problemlər oranın adət ənənlərinə, mental dəyərlərinə əsasən formalaşır.

Bizim insanların bir xüsusiyyəti də falçılara, ekstrsenslərə çox inanmaları və bunun nəticəsində də onlara külli miqdarda pul xərcləmələridir. Hətta mənim yanıma elə insanlar gəlir ki, onlar hansısa problemi həll etmək üçün ekstrsenslərə xeyli pul ödəyib, heç bir nəticə əldə etməyib son ümid kimi bura gəliblər. Elə şeylər var ki insanlar ora rahatlıqla pul xərcləyirlər. düşünürlər ki, bir dəfə pul ödəyəciyik, bununla da problem həll olunacaq. Ancaq fikirləşmirlər ki, bu problem bir dəfəyə yaranmayıb ki, bir dəfəyə də həll oluna bilər.

 

Lalə Novruzlu

 

 

Oxşar xəbərlər
13:13, Bu gün
Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalandı - YENİLƏNİB
13:08, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB
13:05, Bu gün
Vidadi İsayev Bərdənin Qurdlar kəndində səyyar qəbul-görüş keçirdi - FOTO
13:00, Bu gün
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib
12:57, Bu gün
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
12:52, Bu gün
Taksi sürücüləri çarəsiz vəziyyətdə: Borclarını ödəyə bilmirlər - VİDEO
12:42, Bu gün
Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi
12:41, Bu gün
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından PERFORMANS - FOTOLAR
12:39, Bu gün
“AstraZeneca” peyvəndlərini geri alır, kimlər təhlükədə? - İnfeksionistdən açıqlama  
12:36, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
12:35, Bu gün
COP29-un prezidenti Rusiya Elmlər Akademiyasının nümayəndələri ilə görüşdü - FOTO
12:32, Bu gün
"Qarabağ" və "Neftçi" cərimələndi
12:30, Bu gün
Elçin Əmirbəyov İsrail XİN-in direktoru ilə görüşüb - FOTO
12:28, Bu gün
DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək
12:27, Bu gün
Anar Bağırov: "Naxçıvanda təqribən hər 20 min nəfərə bir vəkil düşür"
12:24, Bu gün
Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO
12:22, Bu gün
İcma İƏT sammitinin Qərbi Azərbaycanla bağlı qərarını alqışladı
12:18, Bu gün
Mehriban Əliyevanın Desislava Radeva ilə görüşü olub
12:15, Bu gün
Yerdə həyat belə yaranıb – Böyük sirr Qırmızı dənizin dibində açıldı
12:12, Bu gün
Bu məşhur dünya ulduzu əslən azərbaycanlı imiş
12:10, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı
12:08, Bu gün
Qadın boksçulardan ibarət Azərbaycan millisi Almatıda hazırlıq keçəcək
12:05, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanılıb
12:03, Bu gün
Bakı ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək
11:58, Bu gün
İstanbul aeroportunda qorxu dolu anlar: Təyyarə gövdəsi üzərinə eniş etdi - FOTO/VİDEO
11:55, Bu gün
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü olub - YENİLƏNİB + FOTO
11:52, Bu gün
"Mənim üçün utanmaq hissi yoxdur" - FOTO
11:48, Bu gün
Naxçıvanda vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilir
11:42, Bu gün
Ukraynada həyəcan: Rusiyanın raketdaşıyan gəmiləri Qara dənizə daxil olub
11:36, Bu gün
Üçüncü mikrorayon dairəsi yaxınlığında dəhşətli qəza: Üç maşın toqquşdu - VİDEO
11:30, Bu gün
Konfrans Liqasında ilk finalçı müəyyənləşir
11:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! Bu yolda diqqətli olun - FOTO
11:20, Bu gün
102 yaşlı veteran təltif edilib - FOTO
11:16, Bu gün
Paşinyan Rusiyaya getdi
11:14, Bu gün
Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir
11:00, Bu gün
Dövlət Komitəsi daha bir Beynəlxalq mükafata layiq görülüb - FOTOLAR
10:55, Bu gün
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
10:49, Bu gün
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
10:46, Bu gün
Bu xarici universitetlərin Bakı filiallarının diplomları tanınmır - ALDANMAYAQ
10:46, Bu gün
Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın daha bir tanınmış siyasətçisini axtarışa verdi - FOTO
10:34, Bu gün
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Mayın 9-dan... 
10:21, Bu gün
Bu şəxslərə ŞAD XƏBƏR: pensiyaya tez çıxacaqlar – Sabiq nazir izah edir 
10:17, Bu gün
Ölən dostlarla bağlı YENİ TƏFƏRRÜATLAR: Bakıda məşhur hoteldə nə baş verib? - VİDEO
10:12, Bu gün
Bu gün Şuşaya köç başlayır
09:44, Bu gün
Azərbaycanlı jurnalist Harvardın məzunu oldu - FOTO
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
09:37, Bu gün
Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
09:24, Bu gün
"Real" "Bavariya"nı qəbul edəcək - Çempionlar Liqası
09:11, Bu gün
Oğlanlar evlənmək istəmirlər -SƏBƏB 
08:59, Bu gün
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08:45, Bu gün
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08:25, Bu gün
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08:00, Bu gün
Şuşa Zəfərimizin rəmzi, tacıdır
07:32, Bu gün
Beyons ombasını nümayiş etdirdi
07:12, Bu gün
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
07:11, Bu gün
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
06:26, Bu gün
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 13:38
Birinci Qarabağ müharibəsi şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 14:34
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 13:38
Birinci Qarabağ müharibəsi şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 14:34
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO