Hakimiyyət balans siyasətindən imtina edir?
Oxunub: 2224
26 May 2014 | 08:46
Hakimiyyət balans siyasətindən imtina edir?

Azərbaycan hakimiyyətinin xarici siyasət taktikasında illərdir ki, balans siyasəti yürüdülür - yəni bütün xarici güc mərkəzləri ilə eyni məsafədə dayanmaq, hamı ilə münasibət saxlamaq. Etiraf edilməlidir ki, bu taktika Azərbaycanın bir çox beynəlxalq səviyyəli proseslərdən itkisiz çıxmasına səbəb olub. Ancaq son vaxtlar Qərbə, Avropaya qarşı ritorika xeyli sərtləşdirilməkdədir və balans pozulması müşahidə edilir. 


Bəs adını balans siyasəti qoyub Qərbə-Avropaya və ABŞ-a qarşı hücum taktikası seçməklə tarazlaşdırılmış siyasəti qorumaq mümkündürmü və ümumiyyətlə, bunu balans siyasəti adlandırmaq olarmı?

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri hesab edir ki, hakimiyyətin apardığı indiki siyasət əslində balans siyasəti deyil: “Bu, sadəcə olaraq hakimiyyətin anti-Amerika ovqatlı bir manevridir. Ukrayna hadisələrindən sonra regionda xüsusi həssas vəziyyət yaranıb. Rusiya aqressiv davranışı ilə həssas bir durum yaradıb. BMT-də Ukraynanın ərazi bütövlüyünə Azərbaycanın səs verməsindən sonra rəsmi Bakı bunu kompensasiya etmək, Rusiyanın könlünü almaq üçün məqam axtarırdı, buna məcbur idi. Morninqstarın müsahibəsi və Avropa Şurası rəhbərliyinin Bakıda sərgilədiyi mövqe rəsmi Bakı üçün bu məqamı yetişdirdi. Bu, süni şəkildə Qərblə qarşıdurma fonu yaratmaqla Moskvanın müvəqqəti də olsa könlünü almaq planıdır”.

Ekspert onu da bildirdi ki, hakimiyyət Qərbin bu cür təpkiləri soyuqqanlılıqla, səbirlə qarşıladığını bildiyindən çəkinmədən sərt açıqlamalara şərait yaradılır: “Qərb adətən belə keçici kampaniyalara fikir vermir, bunun arxasında ciddi bir siyasətin durmadığının da Qərb fərqindədir. Ancaq bu cür sərt siyasəti Rusiyaya qarşı aparanda Kreml dərhal qəzəblənir. Hətta kiçik bir məmurun belə, Rusiya əleyhinə danışmasına Moskva həssasdır. Bakı bunu da bilir. Ona görə də Rusiyaya qarşı hakimiyyət tərəfindən heç bir fikir bildirilmir. Lakin son vaxtlar belə bir vəziyyət də müşahidə olunmaqdadır ki, Qərb də Azərbaycana qarşı siyasətini ciddiləşdirməyə başlayır. Bu, Qərbin, Avropanın Azərbaycanı çox istədiyi üçün deyil. Ukrayna hadisələrindən sonra Qərb, Avropa təhlükəsizliyi təmin etmək üçün aktivləşib. Regionun ən strateji ölkəsi olan Azərbaycan uğrunda mübarizə başlayıb. 

Azərbaycanın Rusiyanın orbitinə düşməsinə imkan vermək istəmirlər. Demokratiya və insan haqları məsələsini daha da ciddi şəkildə önə çəkəcəklər ki, bu vasitə ilə Azərbaycan iqtidarına təsir edə bilsinlər. Ukraynadakı prezident seçkilərindən sonra Qərb daha kəskin davranış ortaya qoyacaq. Burada söhbət maydan hərəkatını digər ölkələrə də tətbiq etməkdən getmir. Bəzi ölkələrdə, o cümlədən Azərbaycanda prosesin tədrici islahatlar yolu ilə getməsi mümkündürsə, məhz Qərb bu varianta ciddi dəstək verəcək. O yerdə ki, avtoritar sistemlər dəyişmək fikrində deyil, burada siyasi partiyalarla, vətəndaş cəmiyyəti ilə iş aparılacaq ki, dəyişiklik bu güclərin vasitəsilə həyata keçirilə bilsin”.

Ekspertin fikrincə, proseslərin gedişi onu sübuta yetirib ki, Ukrayna çox ciddi strateji plan imiş. Bunu artıq Rusiya da anlayıb: “Rusiya Ukraynada uduzduğunu da anlayıb. Hiss olunur ki, Rusiya geri çəkilməkdədir. Rusiya Krımı qazansa da, bütövlükdə 50 milyonluq Ukraynanı itirmiş oldu. Beləliklə məlum olur ki, əslində Krım Rusiya üçün bir tələ imiş. Putin hakimiyyəti bunun fərqindədir. Ukrayna vasitəsilə bütün postsovet ölkələrinin tədrici demokratikləşməsi prosesi başlayacaq. Heç bir ölkə bu projenin kənarında qala bilməyəcək”.

Ekspert rəsmi Moskvanın SSRİ-ni bərpa edəcəyi ilə bağlı səslənən iddiaların əsassız  və informasiya müharibəsinin tərkib hissəsi olduğunu bəyan etməsinin də Ukraynada uduzmağı anlamağın işartısı olduğunu vurğuladı: “Putin artıq reallığı görür. Ona görə də Rusiyanın heç də postsovet məkanını öz təsiri altına almaq niyyətində olmadığını sözdə də olsa bəyan edir. Lakin bu heç də o demək deyil ki, Rusiya rəhbəri səmimidir”.
“Beynəlxalq təşkilatlarla münaqişədə olmaq Azərbaycanın maraqlarına cavab vermir”. Bunu isə moderator.az-a açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib. O, baş verənlərin Azərbaycan xalqının gələcəyi baxımından da yaxşı heç nə vəd etmədiyini vurğulayıb: “Zənnimcə, beynəlxalq təşkilatlarla hakimiyyət arasında son baş verənlər yeni gərginliklərdən xəbər verir. Məsələyə bir qədər diqqətlə baxanda bu gərginliyə süni şəkildə getmək cəhdləri də hiss olunur. Bu, ölkədə daxili siyasəti dəyişmək mesajlarından xəbər verir. Məlum prosesin Azərbaycana yaxşı heç nə vəd etmədiyi birmənalıdır”. Pənah Hüseyn də artıq əvvəlki balans siyasətinin yürüdülməsini mümkün hesab eləmir. 


Konfliktoloq Elxan Mehdiyev isə deyib ki, Azərbaycan hakimiyyəti Rusiya faktorundan Qərbə qarşı məharətlə istifadə etməkdədir. Ekspertin qənaətincə, hakimiyyət son vaxtlar bu yöndə bəzi mesajlar verməkdədir: “Hakimiyyət ABŞ və Avropaya qarşı səlib yürüşü təşkil etməklə onlara göstərmək istəyir ki, onlar Rusiya ilə yaxınlaşa bilər, Rusiya ilə  ittifaqa gedə bilər. Bir sözlə, Qərbdən üz döndərə bilərlər. Bu hər zaman belə olub. Əslində bundan Qərb dünyası da hər zaman ehtiyat edib. Bu, hakimiyyətə də bəlli olduğundan Qərbin bu yöndəki narahatlığından istifadə etməyə çalışır. Bu isə balans siyasəti deyil”.(Musavat.com)

Oxşar xəbərlər
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:53, Bu gün
"Ən mühüm problemimizlə bağlı ABŞ-dan dəstək ala bilməmişik"
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO