“Saldı məni təpiyinin altına, ağız-burnumu qanatdı...”
Oxunub: 3108
25 May 2014 | 10:40
“Saldı məni təpiyinin altına, ağız-burnumu qanatdı...”
Son bir həftənin əsas mövzularından biri 7 saylı internat məktəbində döyülən uşaq və onun ardınca baş verənlərdir. Bu hadisə Azərbaycanın internatlarındakı vəziyyətin olduqca pis olması barədə təəssüratları daha da möhkəmləndirdi. 


Moderator.az xəbər verir ki, Musavat.com bu hadisənin fonunda internatda böyümüş məşhurlardan biri - ADP sədri Sərdar Cəlaloğlu ilə bu barədə danışıb. Həmin müsahibəni təqdim edirik:

- Bu, Makarenkonun vaxtında yaranıb. Qapalı təhsil sistemlərində pedaqogikanın yol verdiyi üsullardan biri də fiziki təzyiq idi. Hətta məşhur bir söz var: bəzən yerində vurulmuş şillə bütün pedaqoji üsullardan daha effektlidir. Bu məsələyə hər zaman ikili yanaşma olub. Bütün dünyada, hətta böyük ölkələrin əksəriyyətində də təhsildə fiziki gücü tətbiq ediblər. Şərq və Qərb tərbiyə sistemində də müəyyən həddə zorakılığa yol verilir. Müəyyən dövrdə uşaq valideyn üçün kölə kimidir. Necə rəftar edir, o da elə ona uyğun cavab verir. Demokratik cəmiyyətlərdəki təhsil sistemində isə bu, qadağan olunub. Xaricdə hər hansı valideyn zorakılıq edəndə onu valideynlik hüququndan məhrum edirlər. Bundan başqa, demokratik təhsil sistemində uşaq müəllimini özü seçir. Azərbaycanda isə təhsilin təşkili qeyri-demokratikdir.

- Yəni, hesab edirsiz ki, tərbiyə məqsədilə təzyiqə müəyyən həddə yol verilə bilər?

- Atam müəllim olub. O deyirdi ki, nadinc uşaqları qorxutmaq olar. Uşağa müəllimini, məktəbini seçmək verilməyib. Müəllimlə tələbə bir-birini başa düşən iki müstəqil şəxs olmalıdır. Amma biri o birini başa düşməyəndə güclü olan tərəf zəif tərəfə qarşı güc tətbiq edir. Müəllim uşağı özünün psixoloji vəziyyətinə görə fiziki təzyiq göstərirsə, şəxsi qərəzliyi varsa, cəzalanmalıdır. Qeyri-demokratik ölkələrdə orta səviyyədə, müəyyən məqsədlə zor tətbiq olunursa, pedaqogika bunu qəbul edir. 

- Siz də internatda böyümüsüz. Bir dəfə söhbətdə bu barədə danışmışdız. Yolunuz niyə internata düşüb?

- Bizim çox yaxın qonşumuzun üç qızı, bir oğlu vardı. O oğlanla mən eyni gündə anadan olmuşduq. Həmin ailəylə də çox mehriban idik. İkimizi də hər iki ailə öz uşağı kimi qəbul edirdi. Təxminən 6 yaşımız olanda həyətdə oynayırdıq. Kənddə Arif adlı bir nəfər vardı, maşını o qədər sürətlə sürürdü ki, ləqəbini “Qaqarin Arif” qoymuşduq. Uzaqdan gördük gəlir, qaçıb qonşunun həyətində gizləndik. Amma o uşaq da mənimlə müqayisədə çox dəcəl idi. İçəridə gizlənsək də, nəsə o, maşın keçəndə əlini ona vurmaq istədi. Bir də gördük ki, qışqırıq səsi gəldi, uşaq düşdü maşının altına, orda öldü. Bu faciədən həmin ailə sarsıldı. Biz də o uşaqla bir almanın iki yarısı kimiydik, elə bil almanın yarısı itmişdi. Anası o hadisəni çox ağır yaşayırdı, itirdiyi yeganə oğlu idi. Düzdü, sonradan oğulları oldu. Amma bu olay o qadına böyük zərbə vurdu. Həmişə anamı görəndə deyirdi ki, Sərdarı görəndə öz oğlum yadımdan çıxmır. Hər dəfə məni görəndə ağlayırdı, elə bil yarası qanayırdı. Axırda da açıq şəkildə dedi ki, bu uşağı mənim gözümdən birtəhər uzaqlaşdırın, mən bu cür yaşaya bilmirəm, unuda bilmirəm öz faciəmi. Onda valideynlərim belə qənaətə gəldilər ki, məni aparıb qapalı məktəbə qoysunlar, heç olmasa həftədə bir dəfə gəlim. Nəsə, məni Ordubaddakı yeni qapalı məktəbə apardılar. 8 il Ordubadda, 2 il Bakıda kimya-biologiya təmayüllü internatda oxudum.

- Yəqin sizin üçün çətin oldu evdən ayrılmaq, ora getmək...

- Gətirdilər məni internata. Gördüm orda 20-30 uşaq var, həm valideynlər, həm uşaqlar ağlaşma-qışqırışma qoparıblar. Uşaqlar qalmaq istəmir, valideynlərin də ürəyi buna tab gətirmirdi. Çox faciəli səhnəydi. Atam mənə dedi ki, sən burda otur, gedib bazara dəyim, gəlirəm. Mən bildim ki, atam o biri valideynlər kimi gedir. Heç bir reaksiyam olmadı. O qalan da qaldım.

-  İnternatlarda uşaqlara qarşı zorakılıq halları adidir? Yəni bu, internatın təbiətində var?

- İnternatlarda çox nadir hallarda zorakılıq olur. Çünki orda valideyn tərbiyəsi olmadığına görə həm gecə, həm gündüz uşaqlara xüsusi nəzarət olur. Belə demək mümkünsə, 3 nəfər nəzarət edir uşaqlara sutka ərzində. Dayələr, müəllimlər, hazırlıq müəllimləri. Bir nəzarətçidən başqasına ötürülür. Biri var adi məktəb, hərənin valideyni başqadır, hərə bir evdən gəlir. İnternatda isə ailənin fərqliliyi  yoxdur. Ya gərək uşaqların hamısı döyülsün, ya da heç birinə əl vurulmasın.

- Bəs siz necə, döyülmüsüzmü internatda?

- Bir bədən tərbiyəsi müəllimimiz vardı. Tərbiyəçilik etdiyi vaxtlarda gəlib dərsdə uşaqlarla şahmat oynayırdı. Qoymurdu dərsimizi hazırlayaq. Mircəfər idi adı. Bir gün buna dedim ki, ay Mirsəfər müəllim, siz bizə mane olursuz, qoymursuz dərsimizi hazırlayaq. Bu mənə heç bir cavab vermədi, şahmatı da götürüb çıxıb getdi. Bir həftə keçdi. Həyətdə top oynayırdıq. Bu müəllim də bizi çağırdı yemək yeməyə. Bu əsnada uşaqlardan biri topu atdı, mən də getdim topun arxasınca. Bu da həmin hərəkəti mənim guya sözə qulaq asmamağım kimi qələmə verib saldı məni təpiyinin altına. Burnumu, ağzımı qanatdı, çox pis bir vəziyyətə saldı. O qədər pis döydü ki, başqa bir müəllim məni onun əlindən aldı. Hətta ona da dedi ki, sən necə insansan, bu uşağın nə günahı var idi, bu vəziyyətə qoydun? Mən bilirdim ki, o, məndən şahmat söhbətinə görə dediyimin heyfini aldı. Çünki mənim “bizə mane olursuz” sözüm ona pis təsir eləmişdi.

- Bəs şikayət etdinizmi bu hadisə ilə bağlı?

- Nə şikayət? Qapalı məktəb idi. Açığı, biz müəllimləri o dərəcədə özümüzə düşmən hesab etmirdik. Çünki başqa vaxt bizə valideyn kimi idilər. Burnumuzu silir, şalvarımızı düzəldir, əyilib ayaqqabımızın bağını bağlayırdılar. Yanımızda valideyn olmadığı üçün bizimlə ata-uşaq səviyyəsində yaxın olurdular. Bəzi müəllimlərdə psixi tarazlıq olmur. Evində hansısa problem olanda bunun acığını qeyri-adekvat yollarla uşaqlardan çıxırlar. Doğrudur, bizim də şuluqluq elədiyimiz vaxtlar olurdu. Dərsdən qaçmağa cəhd göstərirdik. Amma bir uşaq xəstələnəndə o müəllimlər səhərə qədər onun başının üstündə dayanıb, nəzarət edir, həkimə aparır, qayğısını çəkirdilər. 

- Qidalanmanız necə idi?

- Birinci sinifdə oxuyanda nəsə internat şəraitinə görə çox narazıydıq. Böyüklər oynayırdı, biz balacaları sıxışdırırdılar və sair. Bir gün dedim ki, gəlin Xruşşova məktub yazaq. O vaxt SSRİ-nin rəhbəri Xruşşov idi. Amma bilmirdik ki, məktubu necə yazmaq olar. Ayaqqabı kartonu tapdıq, içinə də yazdıq ki, yoldaş Xruşşov, bizi burda çox incidirlər. Aşağıda yazdıq ki, “Ordubad internat məktəbinin 1-ci sinif şagirdləri”. Sonra məktubu atdıq poçt qutusuna. Poçtalyon qutunu açanda zərfsiz-filansız, ayaqqabı kartonuna yazılmış bu məktubu görüb, aparıb verib direktora. Səhər saat 9-da ümumi “lineyka”nı yığdılar, 300-400-ə yaxın uşaq idi. Həmin “lineyka”da bizim sinfi bir sıra qabağa çıxardılar. Direktor elan etdi ki, bizim sinif Xruşşova məktub yazıb. Dedi, bu sinfi cəzalandırmaq lazımdır,  bütün sinfi yeməyə buraxmayın. Biz də zəif uşaqlar, gedib harda yeyə bilərdik? Özü də az yemək verirdilər. Günorta yeməyə buraxmadılar, az qaldıq acından ölək. Ordakı uşaqların şəhərdə qohumları vardı. Onlar harasa qaçdılar, gedib yemək gətirdilər, bir təhər qarnımızı doyurduq. Çox çətinliklə o günorta yeməyini ötürə bildik.

- Bəs saxlanma şəraitiniz, sizə hər hansı iş gördürülməsi?

- Otaqlarımız yaxşı qızdırılmırdı. Qış gələndə yatdığımız yer soyuq olurdu. Yəni o isti yataq yerinin həsrətini çəkirdik. Yeməklər çox yüksək keyfiyyətdə olmurdu. O vaxt SSRİ-də müharibədən sonra belə bir adət vardı ki, ərzağı müharibə şəraiti üçün 10 il boyunca anbarlarda saxlayırdılar ki, vaxtı çatanda onu əsgərlərə, internatlara, bağçalara versinlər. Özü də ki, evdə siz istənilən qədər yeyə bildiyiniz halda, burda verilənlə qane olmalıydınız. Əgər sizin iştahınız artıqdırsa, ac qalırdınız.


Oxşar xəbərlər
21:15, Bu gün
“Hər dərdə, təhqirə dözərəm, amma boyuma sataşanın cavabını verərəm”
21:12, Bu gün
İsDB-nin illik toplantısı çərçivəsində "COP29-a doğru" dəyirmi masada müzakirələr aparılıb
21:09, Bu gün
Əməkdar artist dayanacaqlardan şikayət etdi: “Maaşımızın yarısı gedir” - VİDEO
21:06, Bu gün
"İsrail yaxın zamanlarda Rafahda əməliyyata başlayacaq" - Mahmud Abbas
21:01, Bu gün
Qarabağın koloritini yazan yazıçı İsi Məlikzadə - FOTO
20:50, Bu gün
“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
20:49, Bu gün
Tiflisdə müxalifət yenidən mitinq keçirir
20:38, Bu gün
Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan sürücü saxlanılıb
20:33, Bu gün
"Kimsənin Krım körpüsündə şəkil çəkdirmək imkanı olmayıbsa, indi bunun əsl zamanıdır..."
20:30, Bu gün
Paşinyan Blinkenlə delimitasiyanı müzakirə etdi
20:29, Bu gün
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
20:25, Bu gün
Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var 
20:03, Bu gün
Ermənistanda etirazçılar İrana gedən magistral yolu bağlayıblar - VİDEO
19:57, Bu gün
Roma Papası gəncləri mobil telefondan istifadəni məhdudlaşdırmağa çağırıb
19:56, Bu gün
İsrail Baş Qərargah rəisi Qəzzada müharibənin davam etdirilməsi planlarını təsdiqləyib
19:54, Bu gün
"Böyük Britaniya Qəzza bölgəsinə qoşun göndərə bilər" - "The Guardian"
19:52, Bu gün
Neftçalada 46 yaşlı kişi süni göldə batıb - VİDEO
19:51, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
19:50, Bu gün
Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər
18:55, Bu gün
Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
18:49, Bu gün
Ermənistanda delimitasiyaya etiraz edən polkovnik saxlanılıb - YENİLƏNİB
18:44, Bu gün
Ermənistanın Aİ-dəki səfiri: Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır
18:42, Bu gün
"Netanyahunu öldürmək, İsraili yox etmək lazımdır!.."
18:29, Bu gün
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
18:05, Bu gün
"Putin fevralın 16-da Navalnının qətlinə əmr verməyib" - "The Wall Street Journal"
17:50, Bu gün
Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib
17:49, Bu gün
Putinin sözçüsü: Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək
17:43, Bu gün
Azərbaycanda partlayış: 2 nəfər öldü - SON DƏQİQƏ
17:41, Bu gün
“Yuventus”un yeni baş məşqçisi bəlli oldu
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
GÜNLÜK
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib