Qüdrət Həsənquliyev: “Morninqstar nəyinsə müqabilində bunu edir”
Oxunub: 3035
23 May 2014 | 18:34
Qüdrət Həsənquliyev: “Morninqstar nəyinsə müqabilində bunu edir”

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi

 

- ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın müsahibəsinə ilk etiraz bildirənlərdən biri də siz olmusunuz. Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da bununla bağlı müsahibə vermişdi. Ancaq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müsahibəsinin ritorikası daha kəskindir...

 

- Birmənalı şəkildə adekvat mövqedir. Ramiz Mehdiyevin cavabının bu cür kəskin olmasının səbəbi Riçard Morninqstarın müsahibəsinin tonuna və ritorikasına tam uyğundur. Bundan əvvəl hansısa ölkənin səfirinin fəaliyyət göstərdiyi ölkəni Maydan hadisələrinin təkrarlanması ilə hədələməyini xatırlamıram. Maydan hadisələri Ukraynanın bir dövlət olaraq suverenliyini, ərazi bütövlüyünü təhlükə altına alıb, böyük faciələrə yol açıb, bu ölkənin dövlətçiliyini təhlükə altında qoyub. Artıq Ukrayna ərazisinin bir hissəsini ”“ Krımı Rusiya öz yuridiksiyasına keçirib, Ukraynanın bütün şərq regionları isə rəsmi Kiyevin nəzarətindən çıxıb. Ölkədə qan tökülür, hər gün onlarla insan ölür, etiraf olunmamış bir vətəndaş müharibəsi başlayıb. Nəzarətdən çıxmış proseslərin necə nəticələnəcəyini, sabah nələrin baş verəcəyini də heç kəs proqnozlaşdıra bilməz. Tamamilə anarxiya, başıpozuqluq və  idarə olunmaz bir durum var, iqtisadi durum gündən-günə ağırlaşır. Regionun böyük dövlətlərindən biri artıq dağılmaq ərəfəsindədir. Azərbaycanda isə siyasi sabitlik mövcuddur, bütün problemlərə baxmayaraq iqtisadiyyat inkişaf edir. Yeri gəlmişkən, biz bu yaxınlarda Milli Məclisin sədri Oqtay Əsədovla Xorvatiyada səfərdə idik. Xorvatiyada bizim heyəti çox böyük hörmətlə qəbul etdilər. Sözsüz ki, bu, Azərbaycanın nüfuzu, iqtisadi gücü ilə bağlıdır. Xorvatiya Azərbaycanla sıx əməkdaşlıq qurmaqda maraqlı olan bir ölkədir. Azərbaycana qarşı bu qədər marağın olduğu məqamda ölkəni bu cür təhdid etmək həm rəsmilərin, həm də ölkənin ictimai-siyasi həyatında milli maraqları hər şeydən üstün tutan qüvvələrin ciddi və haqlı narazılığına səbəb olub. O baxımdan düşünürəm ki, Ramiz Mehdiyev məhz bu və digər məqamlara görə etirazını bildirib.

 

Riçard Morninqstarın müsahibəsində ikinci məqam odur ki, faktiki Azərbaycan xalqı və dövləti aşağılanır. Səfir Azərbaycanın müstəqilliyinin qarantının ABŞ və Avropa Birliyi olduğunu bildirir. Bu da çox yersiz və acı istehza doğuran açıqlamadır. Çünki əgər bu gün ABŞ imza ataraq müstəqilliyi və ərazi bütövlüyünə qarant olduğu Ukraynanın suverenliyini qoruya bilmirsə, hamının gözünün qabağında sözçülüklə məşğuldursa, bir-iki nəfərə sanksiya tətbiq etməklə işini bitmiş sayırsa, məhz bu məqamda belə açıqlama verilməsi heç yerində deyil, hətta gülüş doğurur.  

 

- Məsələyə başqa prizmadan yanaşaq. Bir anlıq təsəvvür eləyək ki, Azərbaycanın ABŞ-dakı səfiri bu cür ritorikayla bir müsahibə verib...

 

- Azərbaycanın səfiri ABŞ-da bir dəqiqə də saxlamazdılar, dərhal “persona non-qranta” elan edib, arzuolunmaz şəxs kimi ölkədən çıxarardılar. Buna heç kimin şübhəsi olmamalıdır. Tutaq ki, dinc, “məxməri inqilab”ın olduğu və inqilab nəticəsində yüksək inkişafa nail olmuş ölkələr nümunə göstərilə bilərdi. Amma Ukraynada baş verən inqilab həm dağıdıcı, qanlı, həm də ölkəni parçalamış, vətəndaş müharibəsinə sürükləmiş, iqtisadi baxımdan çökdürmüş bir inqilabdır.  Belə bir inqilabın nümunə çəkilməsi, həm də regionda kifayət qədər gərginliyin olduğu dövrdə postsovet məkanında belə bir müsahibənin ortaya çıxması sözsüz ki, hökuməti və ictimaiyyəti ciddi narahat edir. Həm də narahatlığın miqyası onunla bağlıdır ki, hamı Ukraynada inqilabın bu cür qanlı baş tutmasının səbəbkarlarının ABŞ olduğunu bilir. ABŞ və Avropa Birliyi açıq şəkildə Maydana toplaşanları dəstəklədi və seçilmiş prezidentin dekabr ayında təyin etdiyi prezident seçkilərinin keçirilməsini nəzərdə tutan sazişə əməl etməsinə imkan vermədi. Məhz ABŞ-ın iştirakı ilə Ukrayna bugünkü arzuolunmaz günə salınıb. Əgər bir ölkəni, bir xalqı zəlil günə qoyan həmin ABŞ Azərbaycanı hədələyirsə ki, siz də o günə düşə bilərsiniz, bu, çox ciddi qəbul edilməli idi. Əslində mən Xarici İşlər Nazirliyinin verdiyi açıqlamanı kəskin tənqid etmişdim. Bildirmişdim ki, nazirliyin açıqlaması səfirin müsahibəsinin tonuna adekvat deyil.

 

Mən başa düşürəm ki, ABŞ dünyanın super gücüdür və bu güclə hesablaşmaq lazımdır. Eyni zamanda düşünürəm ki, ABŞ Azərbaycanın müstəqil dövlət olduğunu qəbul etməli və bu həqiqətlə hesablaşmalı, bərabərhüquqlu danışmağı bacarmalıdır. İkincisi, məsələnin başqa tərəfi var. ABŞ-ın Azərbaycanla bu ritorika ilə danışmağa mənəvi haqqı varmı?!      

 

-Bunu soruşmaq istəyirdim. Riçard Morninqstar əvvəllər də qeyd edib ki, bəzən Azərbaycan ABŞ üçün daha çox fəaliyyət göstərdiyini düşünür, amma ABŞ Azərbaycan üçün daha çox dəstək olub...

 

- Morninqstar haqlıdı, ABŞ Azərbaycan üçün çox şey edib, amma təəssüf ki, mənfi mənada. Dağlıq Qarabağ münaqişəsinin bu qədər davam etməsində və Ermənistanın işğalçılıq siyasətini həyata keçirməsində ABŞ-ın xidmətləri kifayət qədər böyükdür. Ermənistan məhz Rusiyanın dəstəyi ilə torpaqlarımızı işğal edib. Amma burada ABŞ-ın da xüsusi rolu və dəstəyi olub. Məsələn, Ermənistan torpaqlarımızı işğal edəndə, ov silahlarının belə yığıldığı Azərbaycan buna müqavimət göstərəndə ABŞ  bizim müqavimətimizi qırmaq üçün 907-ci düzəlişi tətbiq etdi. Amma nəinki Ermənistana, hətta ayrıca subyekt kimi Dağlıq Qarabağ separatçılarına müxtəlif adlar altında hər il milyonlarla yardım edir.  Müharibənin ən qızğın vaxtında Azərbaycanın yaxın qonşusu və qardaş xalqı olan Türkiyənin hökumətini məcbur etdilər ki, Ermənistana ərzaq yardımı göstərsin. Daha sonra Türkiyəyə Sürix protokolunu imzalayıb sərhədləri açması üçün təzyiq etdilər. Ona görə də ABŞ-ın Azərbaycanla bu ritorikada danışmağa mənəvi haqları yoxdur.

 

 

- Bu gün xüsusilə sosial şəbəkələrdə belə bir fikir müzakirə olunurdu. Niyə məhz ABŞ bu cür sərt tənqid olunur?

 

- Bu, doğru yanaşma deyil. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi ilə bağlı sərhədləri, səlahiyyət hədlərini aşaraq açıqlama verən istənilən şəxs, hansı ölkəni təmsil etməsindən asılı olmayaraq çox sərt, adekvat reaksiya ilə üzləşib. Azərbaycan Rusiya, İran, hətta Türkiyədən də, digər Avropa ölkələrindən də ölkənin ərazi bütövlüyünü, suverenliyini təhdid edən istənilən açıqlamaya çox sərt reaksiya, bir çox hallarda nota verib. Amma açıq deyim ki, Azərbaycanın bu formada inqilabla hədələnməsi də birinci dəfədir və ona görə də düşünürəm ki, bu məsələyə dövlət rəhbərliyi səviyyəsində belə korrekt və açıq reaksiya verilməsi tam doğrudur.     

 

 

- Dünən AŞPA Bürosu 2 il ərzində Bakıda tədbirlərinin keçirilməməsi barədə qərar qəbul edib. Bunu sanksiya kimi nəzərdə tuturlar. Bu da Rene Rukenin qeyri-qanuni Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyi üçün ölkəyə buraxılmaması ilə əlaqədardır. Avropa Şurasının bu qərarını doğru sayırsınız?

 

-  Həm Avropa Şurasının qəbul etdiyi bu qərar, həm də ABŞ səfirinin bu tip açıqlamaları, eyni zamanda Fransa səfirinin Leyla Yunusla bağlı mövqeyi burda onların özlərininki hesab etdikləri bəzi jurnalistlərin, ictimai-siyasi həyatda olan fəalların həbsi ilə bağlıdır.  

 

- Siz səfirin müsahibəsi, AŞPA-nın qərarı və Fransa səfirinin hərəkətlərinin bir biri ilə bağlı olduğunu düşünürsünüz?

 

- Əlbəttə, burada qətiyyən təsadüfdən söhbət gedə bilməz. Planlaşdırılmış, razılaşdırılmış şəkildə bir fəaliyyət, təzyiqdir. Onları qıcıqlandıran odur ki, Azərbaycan hakimiyyəti özündə haradan cəsarət tapıb ki, onlarla birbaşa işləyən, maliyyələşdirdikləri QHT rəhbərlərini, yaxud jurnalistləri həbs edib. Mən hökumətin bu hərəkətlərinin hüquqi əsaslarının olub-olmadığı məsələsini dartışmıram. Özüm də müraciət etmişdim ki, o insanlar əfv olsunlar və bu gərginlik də müəyyən mənada aradan qalxsın. Qarşıdan 28 may Respublika Günü gəlir, çox istərdim ki, bu şəxslər bayram ərəfəsində əfv edilsinlər. Amma söhbət bu cür hikkədən, isterik açıqlamaların verilməsindən, Azərbaycana açıq təzyiq edilməsindən, hədə ilə danışılmasından gedir. Bu, qəbul olunmazdır. Əgər hansısa dövlət və ya beynəlxalq təşkilat hesab edirsə ki, Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı problem var, o dövləti inqilabla hədələməklə yox, etik çərçivədə, lazım olarsa, bağlı qapılar, bəzən ictimai müzakirələr açmaq yolu ilə də bu məsələləri hökumətin diqqətinə çatdıra bilər. Mən o prinsipi tam qəbul edirəm ki, insan haqları, demokratiya məsələsi heç bir dövlətin daxili işi deyil. Azərbaycan hökuməti də bunu qəbul edir və üzərinə öhdəliklər götürüb. Amma tutaq ki, hansısa bir ölkə bu öhdəliyi pozubsa və həmin ölkədən açıq  hədələr formasında həmin şəxslərin azad edilməsini tələb edirlərsə, bu, yolverilməzdir, bu, bir çox hallarda əks reaksiyalar doğurur. Nəinki bu sahədə vəziyyəti yaxşılaşdırır, əksinə, gərginliyi bir az da artırır. Ona görə də məncə, onlar bunun fərqindədirlər və fərqində  olmalıdırlar.  Həm də onlar hesab edirlər ki, insan hüquqları pozulub, Azərbaycan hökuməti deyir ki, söhbət qanun pozuntusundan gedir.     

 

Konkret səfirin müsahibəsində isə mənim ciddi şübhələrim olan bir məqam da var. Mənə maraqlıdır ki, niyə ABŞ səfiri Azərbaycanda səlahiyyət müddətinin bitməsinə bir-iki ay qalmış belə açıqlamalar verir?! Bilirik ki, ABŞ və Fransada ciddi erməni lobbisi var. Bu erməni lobbisi bütün gücü ilə çalışır ki, həm diplomatik korpus vasitəsi, həm də o dövlətin ayrı-ayrı millət vəkillərini, dövlət adamlarını, xarici siyasəti müəyyənləşdirən adamları ələ almaqla niyyətlərini həyata keçirsinlər. Erməni lobbisi kifayət qədər geniş maliyyə imkanlarına malikdirlər. Hətta ayrı-ayrı siyasətçiləri şantaj etmək, karyeralarında ciddi problemlər yaratmaq gücünə malikdir. Digər tərəfdən, ABŞ-da lobbi fəaliyyəti qanuniləşdirilmiş bir fəaliyyətdir. Məsələn, ermənilər ayrı-ayrı səfirləri, diplomatları ələ almaqla çalışırlar ki, onların dili ilə müxtəlif bəyanatlar verməklə dövlətlər arasında gərginlik yaratsınlar. Riçard Morninqstar deyir ki, Azərbaycan hökuməti monolit deyil. Mən hesab edirəm ki, ABŞ hökumətinin özü də monolit deyil. Ramiz Mehdiyev də müsahibəsində qeyd edir ki, Metyu Brayza Azərbaycana səfir təyin edilərkən o zaman prezident Barak Obamanın hansı problemlərlə qarşılaşmasını və erməni lobbisinin gücünü müşahidə etdik. Səbəb o idi ki, Metyu Brayzanın həyat yoldaşı türk olduğu üçün Azərbaycana səfir təyin etmək olmaz. Bir bu amilə görə qoymadılar ki, Barak Obama Metyu Brayzanı Azərbaycana səfir təyin etsin. Barak Obama ABŞ Senatı tətildə olan zaman Metyu Brayzanı 1 il müddətinə Azərbaycana səfir təyin etdi.  Bir il sonra da yeni səfir təyin etməyə məcbur oldu.

 

Mən bu fikirdəyəm ki, Riçard Morninqstar səlahiyyət müddətinin başa çatdığını bilir və erməni lobbisindən ya aldığı, ya da gələcəkdə alacağı dəstək barədə düşünür. Söhbət ondan getmir ki, bu, bəxşiş formasında olacaq, yaxud həmin erməni lobbisi gələcəkdə ABŞ-da karyerasının çiçəklənməsinə rol oynayacaq. Riçard Morninqstar bu açıqlamaları verməklə həm də ABŞ-Azərbaycan münasibətlərini gərginləşdirib, bu istiqamətdə Ermənistana “öz töhfəsini” verib getmək istəyir ki, ABŞ-a qayıdan sonra erməni lobbisi ona yaxşı karyera qurmağa yardımçı olsun. Riçard Morninqstar nələrinsə müqabilində bunu edir. Burada səbəblər toplusu var.  Riçard Morninqstarın açıqlamalarını yalnız onlara yaxın şəxslərin tutulması ilə əlaqələndirilməsini tərəfdarı deyiləm. Əsas səbəb ermənipərəstliklə bağlıdır.

 

Mən hesab edirəm ki, bu cür məsələlər təkcə hakimiyyətin cavab verməli olduğu məsələ deyil. Ölkənin taleyini düşünən, sabitlik tərəfdarı olan siyasətçilər, ictimai fəallar, media, vətəndaş cəmiyyəti institutları belə təhdidlərə qarşı öz etirazlarını bildirməlidirlər. Özünə hörmət edən ölkədə buna cavab verilməli idi və verildi də.

 

Oxşar xəbərlər
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 08:30
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
04 May 2024 | 09:00
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
04 May 2024 | 09:48
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 08:30
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
04 May 2024 | 09:00
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
04 May 2024 | 09:48
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR