İş elə gətirib ki, bu gün Talış xalqını iki yarımrəsmi ifadə vasitəsi təmsil edir. Biri - Respublika Talış Mədəniyyət Mərkəzi, ikincisi isə - “ Tolışon sədo” “ müstəqil” qəzet. Və hər ikisinin də başında bir nəfər - Rafiq Cəlilov adlı natamam orta təhsilli birisi dayanır. Bu haqda az sonra.
Əgər RTMM-nin məqsəd və məramı Talış xalqının milli-mənəvi dəyərlər sistemini, onun adət-ənənələrini, ən əsası isə, ana dili və mədəni irsini qoruyub inkişaf etdirməkdirsə, ulu Talışın adını əks etdirən qəzet, əlbəttə ki, öz vətəndaşlarının üzünə informasiya məkanı açmalı və xalqın məsuliyyətini daşıyan mütərəqqi düşüncəli insanların ”“ziyalıların, alimlərin, qələm sahiblərinin, səmimi və vicdanlı sadə talışların ruporu, pənahı, tribunası olmalıdır.
Bu gün hansı bir talış əlini ürəyinin üstünə qoyub deyə bilərmi ki, Rafiq Cəlilov bu məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəlir? Bu “yükü” daşımaq, yəni Mədəniyyət Mərkəzinə rəhbərlik etmək üçün, ən əvvəl gərək o insanın özü mədəniyyətli, mərifətli olsun, etik davranış qaydalarına əməl etsin, xalqın mədəniyyət tarixi haqqında, ən azı elementar bilgilərə malik olsun. Onun yaşam tərzi, istedadı və dünyagörüş dairəsi hər kəsə nümunə kimi göstərilsin.
Ürək ağrısı ilə qeyd edirəm ki, Rafiq Cəlilov bütün bunlardan çox-çox uzaqdır; əvəzində, yersiz söz-söhbətlər, ambisiyalar və intriqalara yaxındır. Onun məhz belə xarakterli olmasına onlarla dəlil-sübutlar gətirmək olar...
Qaldı adı çəkilən “ Talışon sədo” qəzeti. Təəssüf ki, bu gün bu qəzet, “dünyaya açılan pəncərə” olmaq əvəzinə, həyətə açılan pəncərəyə vurulmuş adi kağız parçasını xatırladır. Yuxarıda dediyim əsas məqsəddən başqa, hər bir qəzet (o cümlədən “Tolışon sədo”) öz xalqının həmrəyliyinə, konsolidasiyası və maariflənməsinə qulluq etməli, əhalinin informasiya aclığının təminatçısı olmalıdır. Rafiq Cəlilov isə hər yerdə və hamıya qəzetin onun “ şəxsi mülkiyyəti” olduğunu iddia edərək ,: “kefim nə istəyir onu da dərc edirəm!” ”“ deyir. Daha anlamır, yaxud analamaq istəmir ki, adında TALIŞ sözü qeyd edilmiş və ictimai rəy üçün nəzərdə tutulmuş hər hansı mətbu orqan heç vəclə şəxsi mülkiyyət sayıla bilməz! Şəxsi qəzet buraxmaq istəyirsən - burax və öz evində divardan ”“ bacadan as, bəs deyincə oxu, feyziyyab ol!
Qəzetin başdan ”“ayağa qrammatik, üslub səhvlərlə, kobud poliqrafiq qüsurlarla və s. nəşrini bir kənara qoyuram. Bu mətbu orqan ayrı-seçkilik salmaqla, daha çox danosa bənzəyən qisasçı məqalələr, böhtançı və cılız yazılar, şərçi açıqlamalar dərc etməklə, əslində, talışlar arasında rəxnə və ayrı-seçkilik toxumu səpmiş olur. Gah,Azəri-Talış İctimai Birliyinin rəhbəri d-r. Mehdibəy Səfərovu, şair Əli Nasiri, Talış Mədəniyyət Mərkəzi Lənkəran şöbəsinin sədri Sabir Şindanini və məni şər-şəbədə atəşinə tutur, gah leriklilərlə - lənkəranlıların münasibətlərində konfrantasiya yaratmağa səy göstərir, gah da ki, Talış ziyalılarını və xalqın mənəviyyat daşıyıcıları olan - dindarları və hörmətli hacıları məsxərəyə qoyur. Əsassız - məntiqsiz tənqid, təhdid, bəzənsə təhqirlərin sayı-hesabı bilinmir.
Bütün bunlar bir şeydən xəbər verir: Həm Respublika Talış Mədəniyyət Mərkəzi, həm də “ Tolışon sədo” qəzeti etikadan, mədəni davranış qaydalarından uzaq olan, eləcə də SÖZün müqəddəsliyini dərk edə bilməyən (bu ifadəyə görə oxuculardan üzr istəyirəm) bir nadanın əsarətindədir. Zənn edirəm ki, buna yol vermək olmaz! Çox guman RTMM-nin bu yaxınlarda keçiriləcək bərpa- təsis konfransında bu məsələlərə ciddi yanaşılıb, adekvat qiymət veriləcəkdir. Belə psevdo-sədr və belə bisavad, hikkəli baş redaktor olmaz!
RTMM öz fəaliyyətsizliyi ilə daha çox, özfəaliyyəti xatırladır. Bir neçə gənci, təəssüf ki, hələ siayasi baxışları və dünya görünüşləri tam formalaşmamış bir neçə yeniyetməni ətrafına cəm edərək, onları Azərbaycan Dövlətçiliyi maraqlarına daban-dabana zidd olan fəaliyyətə qoşmaq, təhlükəli niyyətlərdən xəbər verir. Bizim məqsədimiz isə Azərbaycanda bərabərhüquqlu, demokratik cəmiyyət quruculuğudur. Tam aydın və şəffaf! Və indiki halda hər hansı bir radikallığa meyl edib gəncləri düz yoldan sapındırmaq təhlükəlidir, milli maraqlara cavab vermir, deməli, - yolverilməzdir!
Son olaraq, bir hadisəni xatırladım. Bu yaxınlarda Talış xalqına, böyük simpatiyası olan və ictimai-siyasi fəaliyyətimizi yaxından izləyən bir alim dostum əlindəki” Tolışon sədo” qəzetini göstərib, təəssüf hissi ilə:
- Bu sizin qəzetdir? ”“ deyə soruşdu. Cavabımı gözləmədən davam etdi. ”“ Bu cür də yazılar olar?.. Bu ki, əsl divar qəzetidir. Milləti, xalqı belə səviyyəsiz qəzetlə təmsil etmək olmaz! Ayıbdır, vallah!
İnanın, həmin an elə bil başıma qaynar su tökdülər. Həmin an yer yarılsaydı, düşünüb - daşınmadan girərdim ora...
Nə etməli? Bu sayaq nadan əməllərinə görə Rafiq Cəlilova yekə bir ”BƏRƏKALLAH!!!” deməkdən savayı özgə çarə varmı?!..
Bəli, həqiqətən nadan adam əlində bircə dənə kibrit çöpü çox böyük bəlalar törədə bilər.
Törədir də!
Seyran Rəfiyev