Müasir dövrdə dövlət və millətçiliyə baxış
Köşə
Oxunub: 8543
06 May 2014 | 20:24
Müasir dövrdə dövlət və millətçiliyə baxış

Siyasət fəlsəfəsi

 

Siyasət fəlsəfəsinin təməl anlayışları bunlardır:

Fərd bir cəmiyyəti meydana gətirən və onun bir üzvü olan, şüur sahibi insandır. Cəmiyyət  bir-birləri ilə qarşılıqlı iqtisadi və mədəni əlaqələr içində olan fərdlərin meydana gətirdiyi, müəyyən bir coğrafiayda yaşayan, tarixə və mədəni təmələ söykənən birlikdir.  Dövlət siyasi sərhədləri təsbit edilmiş, müəyyən bir coğrafiya parçası üzərində yaşayan, suverenliyə sahib ən böyük siyasi təşkilatdır. Vəzifəsi, cəmiyyəti xarici qüvvələrə qarşı qorumaq, içəridə ictimai nizamı tənzim etməkdir. İqtidar bir cəmiyyətdə xalqı idarə etmə gücünə sahib olma mənasını verir. Rəhbərlik iqtidarı əlində tutan və cəmiyyəti idarə edəndir. Hökumət iqtidarı, idarəetmə gücünü qanunlara uyğun icra edilməsidir. Suverenlik iqtidar olmaqdan doğan gücü göstərir. Haqq bir cəmiyyətdə hüquq sisteminin fərdlərə verdiyi səlahiyyətdir. Hüquq bir cəmiyyəti meydana gətirən insanların istər aralarındakı, istərsə dövlətlə olan əlaqələrini təşkil edən yazılı qaydalar və qanunlar sistemidir. Qanun fərdlərin cəmiyyət içindəki hərəkət və davranışlarını təşkil edən yazılı hüquq qaydalarıdır. Bürokratiya dövlət işlərinin quruluşuyla əlaqədar sistemidir. Vətəndaş Cəmiyyəti dövlət nüfuzu və təşkilatlar xaricində qalan, öz dinamikliyini meydana gətirərək haqq və azadlıqlarını müdafiə edən azad və avtonom cəmiyyət qismidir.

 

Siyasət Fəlsəfəsinin Təməl Sualları

İqtidar qaynağını haradan alır? Hökumətin ölçüsü nədir?   Suverenliyin istifadə formaları hansılardır? Fərdin konstitusional haqqları nələrdir? Bürokratiyadan imtina edilə bilərmi? Vətəndaş cəmiyyətinin mənası nədir? Beləliklə,

 

İqtidar öz qaynağını haradan alır? Bəzi cəmiyyətlərdə iqtidar şahlıq, krallıq zamanında olduğu kimi dindən qaynaqlıdır. Kral Tanrı adına cəmiyyəti idarə edir və Tanrının yer üzündəki nümayəndəsi kimi qəbul olunur. Demokratik cəmiyyətlərdə iqtidar azad seçkilərlə iş başına gəlir. İqtidarın qaynağı xalqın azad iradəsidir. Bəzi cəmiyyətlərdə iqtidar pozulan nizamı tənzimləmək üçün edilən qiyamı yatırtmaqla özünü göstərər. (Faşist rəhbərliklərdə olduğu kimi.)

 

Hökumətin ölçüsü nədir? Siyasət fəlsəfəsində bu sual iqtidardan istifadə edənlərin haqlılıq və qanunauyğunluq vəziyyətlərini haradan aldıqlarını araşdırır. Hər iqtidar özünü qanuni, yəni haqlı hesab edir. Bu zaman hökumətin obyektiv bir ölçüsü ola bilərmi? Hökumət iqtidar olmanın, idarəetmə formasının xüsusiyyətlərinə görə dəyişir. İqtidarın qanuni ola bilməsi üçün mövcud qanunlara uyğun gəlməsi və onları eynilə tətbiq etməsidir. Bir iqtidar qanuni yolla iqtidara gələ bilər, əsas olan onun bundan sonra qanun-qaydalara uyğun olmasıdır. O, bunu etmədiyi zaman hökumətini itirə bilər. Bu səbəbdən bir dövlətin qanuniliyi ictimai rəyinə söykənib-söykənmədiyi ilə ölçülür. Hökumətin qaynağı, xalqın azad iradəsi və istəyidir. Buna milli suverenlik deyilir. Xalq bu iradəsini parlamentli sistemdə reallaşdırır.

 

Suverenliyin istifadə formaları nələrdir?  Bu suala cavabda əsrlər boyu suverenlikdən necə dəyişik formalarda istifadə edildiyi ortaya çıxır. Hər rəhbərliyin forması mövcud olduğu zamanın şərtlərinə bağlı olur. Hər dövrün özünəxas müəyyən idealları olub və Dövlət anlayışı da bunlara görə şəkillənib. Teokratik və demokratik anlayışlar bu fikrin nümunələridir. Teokratik rəhbərlikdə suverenlik dayağını Tanrıdan alır. Teokrasi, yəni siyasi iqtidar Tanrının nümayəndələri sayılan din adamlarının sözlərini əsas götürür. Uzun zaman cəmiyyətlər bu anlayışlarla idarə olunmuşlar.

Totalitar cəmiyyətlərdə iqtidar liderin əlindədir. Lider o cəmiyyət üçün qurtarıcıdır. O, daim cəmiyyət üçün doğrunu görən və tətbiq edən kimi düşünülür. Burada suverenliyin qaynağı xalqın liderə qarşı duyduğu inancda yer alır.  Demokratik cəmiyyətlərdə isə suverenlik yazılı qanunlarla təyin olunur və iqtidar sahibi bir hüquq sistemi içində suverenlik gücündən istifadə edir. Demokratiya həm idarə edənlərin, həm də idarə olunanların haqq və vəzifələrinin qanunlarla tənzim edilməsidir. Demokratik cəmiyyətlərdə üç təməl güc vardır: 1) qanunları qəbul edən parlament, 2) qanunları tətbiq edən hökumət və 3) müstəqil mühakimə (məhkəmələr).  Belə bir demokratik hüquq dövləti içində cəmiyyət müasir olur və yurddaşların haqqları zəmanət altına alınır.

 

Maks Weber suverenliyin istifadə formasıyla əlaqədar üç qaynaq göstərib.

1) Ənənəvi anlayışa görə, iqtidarın bir güc, itaət edənlərin isə xalq olduğu nizam. Buna feodal və monarxiya rəhbərlikləri nümunədir.

2) Hüquqa və qanunlara uyğun iqtidarın olması. Burada iqtidar gücünü qanunlardan alır. Xalqın iqtidara uyğun gəlməsi isə iqtidarın hüquqa uyğun davranması və rəhbərliyin bir mövqe olaraq görünməsidir. Demokratik rəhbərliklər bunun nümunəsidir.

3) Xarizmatik rəhbərlik anlayışı isə bir adamın, ya da liderin fövqəladə sayılan xüsusiyyətlərindən doğur. Xarizmatik liderlər, ümumiyyətlə, cəmiyyətlərin böhranlı dövrlərində ortaya çıxırlar.

 

Fərdin konstitusional haqqları nələrdir? Bu sualla fərdin təbii və ictimai nə kimi haqqlara sahib olması soruşulur. Demokratik cəmiyyətlərdə fərdlərin yurddaşlıq haqqları vardır və bunlar qanuni zəmanətlər altındadır, mülk əldə etmək, azad düşünmək, fikirlərini dərc etmək, istədiyi fəlsəfi anlayışa bağlanmaq, istədiyi siyasi partiyaya girmək, istədiyi tərzdə sənət əsəri yaratmaq kimi. Qərb düşüncəsi siyasət fəlsəfəsində bu fərd-dövlət əlaqəsini "dövlət fərdlərin həyata, azadlıq və mülkiyyət haqqlarını qorumaq üçün vardır” (J. Locke) sözləri ilə təyin edib. Şərq fəlsəfəsində də Yusuf Xas Hacib "Kutadgu Bilik" (“Xoşbəxtlik verən məlumat”) adlı əsərində "Hökmdarın vəzifəsi xalqa xidmət etmək və ədalət təmin etməkdir" deyərək fərd-dövlət əlaqəsini göstərib.

Bürokratiyadan imtina edilə bilərmi?  Bu sualla dövlətin quruluşu və iş prosesində bir sistem olaraq ortaya çıxan bürokratiyanın müsbət və mənfi tərəfləri incələnir. Bürokratiya dövlətin yurddaşlarla ünsiyyətini təmin edən məmurlar və bu sinfin iş formasıdır. Bir dövlətin varlığı üçün siyasi durumu nə qədər əhəmiyyətli və zəruridirsə, dövlət işlərinin icra edilməsi üçün də bürokratiya eyni dərəcədə əhəmiyyətli və zəruridir. Daşıdığı xüsusiyyətlərlə bürokratiya çox tənqid olunur. Bəziləri bürokratiyanı hələ də lazımlı hesab edir, bəziləri isə onun azadlıq və demokratiyanı sıxışdırdığını deyirlər. Ancaq bürokratiyanın yerini ala biləcək bir sistem meydana gətirmədən onu ortadan qaldırmağın mümkünsüz olduğu görünməkdədir.

 

Vətəndaş cəmiyyətinin mənası nədir? Cəmiyyəti meydana gətirən fərdlərin iqtidarı əlində tutanlara qarşı mövqeyini Vətəndaş Cəmiyyəti təyin edir. Demokratik cəmiyyətlərdə fərdlər azadlıqlarını - söz və qərar haqqlarını azadca istifadə edə bilmək üçün təşkilatlanırlar. Bu təşkilatlanmalar könüllü fərdlər tərəfindən yaradılır. Bunlar peşə təşkilatları olduğu kimi, müəyyən düşüncələr ətrafında meydana gələn qruplar da ola bilir. Beləliklə, fərdlərin siyasi nüfuza qarşı öz haqqlarını və azadlıqlarını müdafiə edə bilmək üçün təşkilatlanmış demokratik quruluşuna Vətəndaş Cəmiyyəti deyilir. Bu səbəbdən Vətəndaş Cəmiyyəti demokratik quruluşların imtina edilməz bir parçasıdır.   

 

DÖVLƏT

 

  Fəlsəfə tarixində dövləti iki yanaşma ilə izah etmək mümkündür.

 

1)      1)Dövləti təbii bir varlıq sayan yanaşma

  Bu yanaşmanın tanınmış nümayəndəsi Platondur. Ona görə cəmiyyət insan bədəninə bənzəyir. Bədənimizdə hər orqanın bir vəzifəsi olduğu kimi, cəmiyyətdə də hər orqanın bir vəzifəsi var. Dövlət isə insan bədənindəki bütün orqanların bir-biri ilə uyğun işini təmin edən beyni təmsil edir. Dövlətin müəyyən bir başlanğıcı yoxdur. Ona görə dövlət insan cəmiyyəti ilə birlikdə həmişə vardır və hər zaman da mövcudluğa davam edəcək.

 

2)     Dövləti süni bir varlıq sayan yanaşma

  Bu yanaşmanın fəlsəfə tarixindəki ən məşhur nümayəndələri Tomas Hobbes, J.J.Rousseau və J.Lockedir. Onlara görə, insan birlikləri əvvəllər “təbii vəziyyət” adı verilən bir şəkildə yaşayırdılar. “Təbii vəziyyət”də insanları idarə edən nə qaydalar, nə də təşkilatlar idi. Daha sonra insanlar sülh içində və müəyyən bir nizam çərçivəsində yaşaya bilmək üçün “dövlət" düşüncəsinə ehtiyac duydular və bu, bir fikir olaraq ortaya çıxdı. Yəni bu filosoflara görə, dövlət sonradan insan ehtiyaclarına cavab vermək üçün yaranmış bir təşkilatdır. Demək, dövlət bir siyasi təşkilatlanmadır. Sonra onu meydana gətirən insan amili suveren ideologiya olan milliyyətçiliyi düşündü ki, iki əsrdir davam edir. Əslində milliyyətçiliyin başlanğıc nöğtələri dövlətin yaranması fikri ilə paralel olaraq ortaya çıxıb və dövlət lehinə müqayisəolunmaz bir prioritetlikdir. İkisinin birləşmə nöqtəsi “xalq-dövləti faktoru”nun həm birləşmə, həm də kəsişmə nöqtələrini yaradıb. Milliyyətçilik və xalq-dövlət anlayışları milli ideologiya düşüncəsini ortaya qoyub ki, bu gün bir çox mədəni cəmiyyətlərdə onun doğura biləcəyi qorxuları, yeni dünyada dövlətlə milliyyətçilik arasında hansı əlaqələrin lazım olub-olmayacağını müəyyənləşdirmək məsələsi ortaya çıxıb.

 

Milliyyətçilik

 

Milliyyətçiliyin fikri və fəlsəfi təməli işıqlanma dövrü sayılan rasionalizmdə qoyulub, Fransız Qiyamında - sənaye inqilabının ictimai nəticələri zamanı cəmiyyətlərin xalq olma şüuruna çatdıqları nöqtədə ortaya çıxan bir axının adıdır. Ancaq bir duyğu olaraq ortaya çıxması, İbn Xəldunun sözləri ilə desək, “milliyyətçilik əsalətlə əlaqədardır. Bu mənada milliyyətçilik orta əsrlərin ikinci yarısında eyni dildə danışan insanların müəyyən sərhədlər içərisində birləşmiş, ya da birləşmə müddətində olan krallıqlarda ortaya çıxan bir duyğudur. Orta əsrlərdə monarxik nizam ilə ifadə edilən milliyyətçilik homogen cəmiyyətlərdə nizamı tənzimedici və birləşdirici bir duyğu funksiyası daşımışdır. Əsalətin anlamı əslində soya, qövmə bağlılıq olsa da, krallıqlar zamanı ortaya çıxan milliyyətçilikdə bu hiss krala yönəlik olaraq təzahür etmişdir. Kral milliyyətçiliyin həm təmsil yeri, həm də milliyyətçi nümunə kimi özünü göstərmişdir. Məsələn, Fransada XIV Luis tam bir milliyyətçi hökmdar nümunəsi olmuşdur. Kral adına döyüşmək milliyyətçi olmaq kimi eyni mənanı vermişdir. XIV Luisi güclü edən də məhz bu milliyyətçilik idi.

İbn Xəldun iki cür əsliyyətdən (əsalətdən) bəhs edir: əsil-nəcabət və səbəbi-əsliyyət. Birincisi soy üzərinə bir bağlılığı ifadə edərək Bədəvi cəmiyyətlərdə, ikincisi isə artıq mütəşəkkil olmuş Hadari cəmiyyətlərdə özünü göstərir. Milliyyətçiliyin qaynağında soyun yerinə millət qoyulanda bu, əsil-nəcabətə və ya millətinə bağlı və ona aidolma şüuru yaradır. Dövləti, daha doğrusu, milliyyətçiliyə söykənən dövləti quran və davam etdirən də məhz millətə bu aidiyyət duyğusudur.

 

Milliyyətçilik duyğusu 18-ci əsrdən etibarən aralarında ortaqlıqlar olan fərdlərin birlikdə yaşamaq istəkləri nəticəsində “xalq” deyilən bir reallığı ortaya çıxarmışdır. Artıq 18-ci əsrin sonlarında ortaya çıxan yanaşmaya görə "xalq demokratik bir konstitusiyaya sahib ola biləcək şəkildə özünü təşkilatlandıran dövlət-xalqdır". 19-cu əsrdə isə "keçmişi ilə təbii bağlarla böyüyən bir xalq anlayışını xalq suverenliyi üçün şərt qoyan" bir məzmun daşımışdır. Bu zaman “xalq - dil, tarix və mədəniyyət birliyi olan fərdlərin birlikləridir” deməkdir. Ancaq milliyyətçiliyin ictimai, siyasi və fikrin bir arxa planı olmasına baxmayaraq, hər xalqda milliyyətçiliyin ortaya çıxmaşı və özünü qəbul etdirib qanuniləşdirməsi (məşrulaşdırması) bir-birindən fərqli düşüncələrdir. Məsələn, almanlar mədəniyyət və irqi, ingilislər maddi və texnoloji rifahı, fransızlar dil və mədəniyyəti milliyyətçilik kimi götürürlər. Milliyyətçiliyin hansı təmələ söykənməsi onun imtina edə bilmədiyi və israrla üzərində dayandığı şey xalqın təməl bir dəyər olduğu fərziyyəsidir. Milliyyətçiliyin bu təməl fərziyyəyə çatdığı nöqtə - sənaye inqilabından sonra ictimai quruluşda meydana gələn dəyişmələr və paralel olaraq fransız qiyamının azadlıq, bərabərlik və qardaşlıq şüarlarının meydana gətirdiyi siyasi vəziyyətdir. Çünki sənaye birinci dövr sinif fərqləri ilə xarakterizə edilmiş bir dövrdür. İnsanlar arasındakı əlaqələri təyin edən şey eyni sinfə aid olmaqdır və bu, hər xalqda fərqlidir. Məsələn, fransız olmaq bir fransız kəndlisi üçün maraqlı deyil, amma bir rus üçün rus olmağın mənası var. Çünki eyni irqdən və ya eyni coğrafiyada olmalarına baxmayaraq, fransız “kəndli ilə bəy arasında ortaq bir tərəf yoxdur” hesab edir. Hegelin sözləri ilə desək “ağa və kölə olaraq ayrılan insanlarda kölənin ağa tərəfindən qəbul olunması mümkün deyil”. Dərəbəylik dövründə kölə ilə ağa arasında heç orta sinif də yoxdur. Yəni sənaye inqilabına qədər yuxarıda ifadə etməyə çalışdığımız şəkildə bir xalq reallığına rast gəlmək mümkün deyil.

 

Sənaye inqilabı yeni bir burjua sinfinin ortaya çıxmasına, Fransız qiyamı özlüyündə bərabərlik, azadlıq və qardaşlıq fikirlərinin yer almasına səbəb olur, nəticədə humanist bir anlayış meydana gəlir. İnsanların bərabərliyi fikri sinif fərqlərinin ortadan qalxmasına və hər kəsin bir-birini qarşılıqlı qəbul etməsinə gətirib çıxardı. Bu vəziyyət ilk baxışda mücərrəd bir humanizm olaraq görünsə də, əslində illərlə tarixi və mədəni bağlarından uzaq düşmüş insanlarda milliyyətçiliyin ortaya çıxmasına səbəb oldu. Həm də sinif fərqlərinin ortadan qalxması yeni iqtisadi təşkilatların meydana gəlməsi ilə ictimai hərəkatları daha bərabər hüquqlu bir cəmiyyət yaranmasına yürütdü. Bu cəmiyyətin qurulması fərdlər arasında onların razılaşa biləcəyi şəkildə bəzi ortaqlıqları və bərabərlikləri tələb etdi. Bu ortaqlıqlar və bərabərliklər isə ancaq tarixi köklər və mədəniyyət oldu. Artıq insanlar krala, tayfaya görə deyil, bir mədəniyyətə sahib olduqları üçün bir-birlərinə yaxınlaşdılar ki, bu milliyyətçiliyi təmin etdi. Deməli, milliyyətçilik sənayeləşmənin nəticəsi və demokratikləşmənin gərəyi olaraq meydana gələn bir faktdır. O, əsl formasını xalqla birlikdə qazanmağa başlamışdır. Bu fakt 200 ildən bəri dünyanın gedişini təyin edən ən əhəmiyyətli faktordur. Hətta müasir dövrdə də milliyyətçiliyin ən sıx yaşandığı ölkələrə baxarkən onların sənayeləşmə, müasirləşmə və demokratikləşmə yolunda inkişaflı addımları bariz görünür.  Bundan başqa, milli hərəkatın ən son həddə və şiddətli bir şəkildə irqçiliklə qarışdığı dövlətlər Almaniya və İtaliyadır ki, bu ölkələrin sənayeləşmə və siyasi birliyini formalaşdıran Avropada ən son ölkələr sayılır.  

 

Milliyyətçilik eyni xalqın fərdləri arasında bir həmrəylik nümayiş etdirərkən imperatorluqların yıxılmasına da təsiri olmuşdur. Osmanlı İmperatorluğu və Sovetlər Birliyinin parçalanmasında milliyyətçi duyğular və milliyyətçilik ideologiyası öz işini görmüşdü. Çünki milliyyətçilik bir ideologiya olaraq özündə daha çox tək bir dünya görüşünü bəslədiyi üçün insanlıq idealını baltalamaq, fərqli mədəni qruplar arasında ayrı-seçkiliyə səbəb olmaq kimi mənfilikləri də içində saxlaya bilir. İdeoloji milliyyətçilik üçün dövlət və xalq müqəddəsdir və buna artıq söz (yəni müzakirə) ola bilməz. Bu baxımdan milliyyətçilik həm də son dərəcə mühafizəkar bir hissdir, baxmayaraq ki, güclü bir tarixi bilgiyə və şüura söykənir. Çünki tarixə kor-koranə və doqmatik bağlılıq və özünü yerli-yersiz ucaltma bəzən xalqın zərərinə işləyir. Çünki "Mədəni Özə söykəndiyi halda təkamüldən qalan, universal ideyaları öz məzmununa əlavə edə bilməyən, ideoloji formalara sıxışmış bir milliyyətçilik şüuru təxribedicidir”. Milliyyətçilik ilə dövlətin birləşdiyi yer xalq dövlətidir.

 

Xalq dövləti və Milliyyətçilik

 

Müasir dövlət xalq-dövlətidir. Birləşmiş Millətlər Təşkilatında qeyd olunduğu kimi, xalq-dövlətlər 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində yaranmiş rəsmi qurumlar ”“ dövlətlərdir. Xalq-dövlətin ideologiyası da milliyyətçilikdir.

Xalq-dövlətlərin ortaya çıxması milliyyətçiliyin yaranması tarixi ilə paralellik təşkil edir. Xalq-dövlət də sənaye inqilabı və Fransız qiyamının nəticəsi olaraq meydana gəlmişdi və Fransa, İtaliya, Almaniya və digər orta və şərqi Avropa ölkələrində təcəssüm etmişdi. İkinci dünya müharibəsindən sonra isə müstəmləkəçiliyin aradan qalxması nəticəsində Asiya və Afrikada xalq-dövlətlər qurulmağa başladı.

Xalq həmrəyliyi dövlətin hökumət zəminini din, qövm və krallıq olmaqdan çıxarır, dünyəvi, demokratik hala gətirir. Dərəbəylik dövrünün ağa-nökər əlaqəsinin yerinə qarşılıqlı və bərabər olaraq bütün fərdlərin bir-birlərini qəbul etmə istəyi keçir. Çünki xalqı meydana gətirən fərdlərin bərabərliyi təmin edilməzsə, xalq həmrəyliyinin reallaşması da mümkün ola bilməz. Bu həmrəyliyin təməlində yatan qanun “self-determinasyon”, yəni öz-özünü təyin etmə qanunudur. Bu qanun xalq-dövlətin milliyyətçilik ideologiyasını müəyyən edir, çünki milliyyətçilik bu qanunu istifadə etmək istəyir, əks halda milliyyətçi olmaq mümkün deyil. Qısası, bu qanun xalqların bir dövlət quruluşuna sahib olma istəklərini ifadə edir. Hər bir xalqın özünü təyin etmə haqqına sahib olması onun hər cür xarici müdaxiləyə qarşı çıxması və özünü idarə etmək istəməsi deməkdir. Bu istək iqtisadi və siyasi bucaqlardan başlayaraq müstəqil bir dövlət quruluşuna sahib olmağa qədər gəlib çıxa, reallaşa bilir.

Alman filosofu Habermas (Jürgen Habermas) xalq-dövlətlərin meydana gəlməsini üç şəkildə izah edir.

1-cisi: “Dövlətlər bir-birindən ayrı yaşayan etnik qrupların sülhsevər yollarla “tək-tək dövlətləşməsi” ilə deyil, qonşu bölgələrə, soylara, mədəniyyətlərə, dil və din birliklərinə sirayət edərək reallaşır”. Xalq-dövlətin bu şəkildə yaranması tarixi baxımdan da ilkdir.

2-cisi: “Yeni xalq-dövlətlər, ümumiyyətlə, assimilə edilmiş, təzyiq altına alınmış, ya da “marjinallaştırılmış” (kənara itələnmiş) kiçik xalqlar hesabına başa gəlir”.

Birincisində xalq-dövlət homogen bir xalqa dözmək məcburiyyətində olduğu halda, İkincidə xalq-dövlət homogen birliyə dözməyib, özü homogen bir cəmiyyət meydana gətirmək istəyir. Burda sözün məğzi olan cəmiyyət təbii olaraq bir araya gəlmiş homogen bir cəmiyyət deyil, süni olaraq yaradılmağa çalışılan bir cəmiyyətdir. Belə xalq-dövlətlərdə dövlət demokratik olmaqdan uzaqdır.

3-cüsü: “Etno-milliyyətçi axınların ortaya çıxması ilə reallaşan yeni xalq-dövlətlər qanlı təmizləmə adətləri ilə azlıqları daim yeni təzyiqlər altına alır.” Bu şəkildə reallaşan dövlət tam mənası ilə irqçidir. Köçə məcbur etmələr (kütləvişəkildə öz yurdlarından məcburi köçürülməsi, ölkədən sürgün edilmə və ya mühacirətə məcbur edilmə)  bu cür dövlətlərin istifadə etdiyi çarələrin başında gəlir. Bunun ən açıq nümunəsi Serb milliyyətçiliyidir.

Xalq-dövlət iki baxımdan birləşmiş və inteqrasiya olunmuş bir xalqa sahib olmaq məcburiyyətindədir. Mədəni birlik və inteqrasiya ilə siyasi birliyi təmin edə bilmiş xalqın dövləti xalq-dövlət adını almaq haqqı qazanır. Mədəni birlik və inteqrasiya ortaq bir tarixi, dili, həyata baxışı, yəni sözün əsil mənasında, xalq olmağı tələb edir. Bu, xalqın homogen bir quruluş içində olması mənasını verir. Burada etnik baxımdan bir birlik qarantiyə alına bilməz. İndiki vaxtda etno-milliyətçi axınlar xalq-dövlətlərin etnik bölünmələrlə qarşı-qarşıya qalma təhlükəsini ortaya çıxarır.

Milliyyətçilik imperatorluqların bölünməsinə səbəb olduğu kimi etno-milliyetçi axınlar da xalq-dövlətlərin kiçilməsinə səbəb olur. Böyük dövlətlər belə bir təhlükə qarşısında iki yol ilə qarşı-qarşıyadır. Birincisi, etnik təmizləmə hərəkətlərinə başlamaq, ikincisi, siyasi mədəniyyət birliyini təmin etmək üçün çarələr tapmaq. Siyasi mədəniyyət birliyi ancaq konstitusiyaya bağlılıqla yaranan bir vətəndaşlıq (yurddaşlıq) anlayışı nəticəsində mümkün ola bilər. Etnik təmizliyə başlamaq isə bu gün heç bir dövlətin qarşılaşmaq istədiyi vəziyyət deyil. Çünki insan haqqları və universal hüquq haqqında dünyada inkişaf edən şüur dövlətləri belə bir hərəkət etməkdən saxlayır. Konstitusiyaya bağlılıq şüuru da xalq şüuru yerinə keçə bilmədiyi üçün xalq şüurunun təmin etdiyi həmrəyliyi və “biz” duyğusunu reallaşdıra bilməz.

Xalq-dövlətlər hansı şəkildə yaranırsa yaransın, hamısında ortaq nöqtələr budur: unitar bir quruluşa sahib olmaq və asanlıqla kütləni (çoxluqçuluğu) qəbul edə bilməmək. Buradakı unitarlıqda məqsəd fərqli ünsürlərin birliyi deyil, tək bloklu bir cəmiyyət quruluşudur. Hərçənd bütün xalq-dövlətlər kütlənin demokratik parlament quruluşundan uzaq olduqlarını iddia edirlər, amma hamısı ideoloji mənada bir milliyyətçi anlayışını davam etdirmək məcburiyyətində qaldıqlarından iddialarını reallaşdıra bilməzlər, çünki nəticədə dirənən (dayatmacı) və kənarlaşdıran bir tətbiqdən asanlıqla xilas olmazlar. Yoxsa belə bir milliyyətçilik dövlət ideologiyası halına gəldikdə gələcəyi də öz tərzində şəkilləndirə bilər. Bu istək xalqın mədəniyyəti və tarixiliyi baxımından qazanılan müəyyən bir düşünmə formasına dözür.

Mədəniyyət və tarix həm dövlət, həm xalq tərəfindən müqəddəsləşdirilərsə, bir mitoz (mitosis - bölünmə) vəziyyətinə çevrilmə təhlükəsi yaranır. Bu vəziyyəti ortaya milliyyətçilik çıxarır. Bu təhlükə ortaya çıxdığı zaman artıq azad düşünmə və fərqli olana xoş niyyət aradan qalxır. Bir baxış dövləti dünyəvilikdən çıxarır, fərdlər dövlət və tarixi aşan bir mitoz olurlar. Beləcə, xalq-dövlət başlanğıcda söykəndiyi demokratik və dünyəvi qanunlarından uzaqlaşır.

İdeoloji milliyyətçilik irqçiliklə birləşəndə, Almaniya nümunəsində olduğu kimi, dövləti macəralara sürükləyir. Bu baxımdan milliyyətçilik özü də hiss etmədən imperialist məqsədə xidmət  etmiş olur. Ancaq imperializmə qarşı da ən güclü silah milliyyətçilikdir. Alman nazismi, Rus kommunizmi imperialist bir anlayışa istiqamət götürmüşdüsə (çünki Rus kommunizmi eyni zamanda bir Rus milliyyətçiliyindən başqa bir şey olmayıb), Atatürkün milliyyətçiliyi və bunu nümunə götürən xalqların döyüşləri imperializmə qarşı bir mübarizə idi.

  Bu günkü milliyyətçilik 19-cu əsrin sonlarından 20-ci əsrin ortalarına qədər olan formasından uzaqlaşmış və xüsusilə inkişaf etmiş Avropada son dərəcə yumşaldılmış vəziyyətdədir. Hitler təcrübəsindən sonra Avropa milliyyətçiliyi etnik olaraq anlamağa başlayıb və dövləti daha çox yurddaşlıq (vətəndaşlıq) təməli üzərində inkişaf etdirməyə çalışıb. Bu dövlət cəmiyyətin bütün laylarının tələblərinə cavab verməyə çalışan ictimai dövlətdir. Milliyyətçi anlayışı sıx olan bir dövlət də xalq təməlinə söykəndiyi üçün ictimai dövlət olmaq məcburiyyətindədir. Ancaq cəmiyyətin bütün təbəqələri çox mədəniyy”™tlidirsə, tələblərinə bərabər ölçüdə qarşılıq vermək çətinlik yarada bilir.

  Milliətçilikdən siyasi vəsait olaraq istifadə etmək istəyən dövlətlər Türk Respublikaları və Şərq bloku ölkələri olan, ikinci dünya müharibəsindən sonra müstəqilliyini qazanmış dövlətləridir. Yəni bu zaman millətçilikdən bir şuar kimi istifadə edilir, amma xalqla dövlət arasında böyük uzaqlıq var. Bu da o deməkdir ki, əslində belə dövlətlər xalq tərəfindən seçilməmiş və xalqın istəklərinə cavab verməyən dövlətlərdir. Milliyyətçiliyi yaşayan və bir ideologiya halına çevirmiş ölkələr isə dövlətlə xalqı eyni qəbul edirlər. Orada fərd deyil, dövlət və xalq vardır.

  Dövlətlə xalq eyniliyini ön planda tutan, iqtisadi baxımdan az inkişaf etmiş və ya etməkdə olan ölkələrdə isə "milliyyətçilik axını millətləşmə prosesində milli müstəqilliyi əsas şərt qəbul edərək milli bir iqtisadi nizama sahib olma istəyi yaratmışdır." Bu istək xaricə açıq olmağı rədd etdiyi üçün belə dövlətlər müasir dövrün zərurətlərinə uyğunlaşmağa məcbur edilir. Hərçənd xalqla dövləti qaynaşdıran anlayışda hər şey dövlət üçündür və bu vəziyyətdə "dövlət xalqın ərkindən başqa bir şey deyil, xalqı yaradan da dövlətdir: dövlətin ordusu, administrativ gücü, məktəbidir." Bu dövlət güclüdür, amma xalq dövlətin jakobenizminə məruzdur. (Jakobenizm xalqa zorla mənimsətmək istənilən düşünce sistemidir, yəni despot bir sistem.) Belə bir vəziyyətdə dövlət fərdin Tanrısı olur. Bu dövlət liberal dəyərlərdən uzaqdır və məqsəd fərdlər deyil, dövlətdir. Halbuki dövlət bir məqsəd olmamalıdır. Buna görə, xüsusi ilə indiki vaxtda, mühafizəkar bir milliyyətçiliyin həyatda şansı yox kimidir. Əks halda yeni yaranmış qurumlar, insan haqqları mövzusundakı inkişaflar, qloballaşma, çox mədənilik, universal hüququn ölkələr üçün daxili hüquq halına gəlməsi və s. bu dövlətləri, Yösixuro Frensis Fukumayanın (yapon əsilli amerikalı filosof və siyasıtçi, 1952) .  sözləri ilə desək, “tarixdən kanara itələyəcək, təkləyəcək”.

  Dövlət-xalq eyniliyini qəbul etməyən və Alen Turenin (Touraine, fransız sosioloq, 1925) "səfərbərlikçi xalq" adlandırdığı xalq növündə isə başqadır. "Dövlət xalq kimi siyasi baxışla deyil, milli, etnik, dini və hər şeydən əvvəl, regional baxımdan təyin olunmuş bir birliyin siyasi nümayəndəsi" olsa, bünövrəsində daha çox fərdə və mədəniyyətə yer verərək "çox sayda insana fərdləşmələri və bir mübtəda ola bilmələri üçün çox fürsətlər verəcək, yəni demokratiyanı qurma surəti yaradacaq bir rəhbərlik forması olacaq.” Qısası, xalqın homogenləşdirməsi (yeknəsək etməyin) yerinə cəmiyyətin zənginliyini və fərqliliyini inkar deyil,  təsdiq etmək lazımdır. Əks halda qloballaşma və çox mədənilik xalqı tək blok görmək istəyən xalq-dövlət üçün böyük bir təhdid meydanına gətirib çıxarar.

 

        Günümüzdə Xalq-Dövlət və Milliyyətçilik

 

İndiki vaxtda xalq-dövlət və onun ideologiyası olan milliyyətçilik zaman-zaman yüksələn bir dəyər olsa da, tez-tez tənqid obyekti olur. Xalq-dövlət və milliyyətçiliyi tənqid obyekti halına gətirən qloballaşma, insan haqqları və çox mədənilikdir. Bir az da açıqlasaq, liberalizm, onun qanun və hədəflərinin reallaşması xalq-dövlət, milliyyətçilik və fərdiliyi yox edən həmrəylik anlayışlarının hamarlaşmasına bağlıdır. Əslində İkinci Dünya Müharibəsindən bu yana Avropada milliyyətçilik çox gözdən düşmüş və daha çox ictimai hüquq dövləti anlayışı ön plana keçmişdir. Amma bu vəziyyət Şərq blokunda müstəqilliyini yeni qazanmış və iqtisadi baxımdan inkişafını hələ təmin edə bilməmiş ölkələrdə reallaşmamışdır. Onlar hələ də qloballaşma və çox mədəniliyin təsiri altındadırlar.

Qloballaşma iqtisadi baxımdan “milli iqtisadiyyat və milli inkişaf” ifadələrini böyük mənada korlamış vəziyyətdədir. Bir baxımdan qloballaşma ətrafdakı cəmiyyətlər və dövlətlər üçün millilik mövzusunda bir böhran yaşanmasına səbəb olmaqdadır.

 

Qloballaşma iqtisadi ölçüsü olan bir ideologiyadır. O, şirkətləri inkişaf etdirmək, dövlətləri kiçiltmək, sərbəst ticarətə təşviq etmək, dövlət dəstəyini qırmaq kimi anlayışları önə çəkərək "mənfi bağlantılara sahib milliyyətçilik və qorumaya qarşı" tam olaraq bayraq açmışdır. Qloballaşma ifadələri totalıtar (bütüncül) bir dünya fantastikasına aparır. O, regional və yerli proesesləri gündəmə gətirməklə milli ölçünün itməsinə, milliyyətçi ifadələrin zəifləməsinə, xalq-cəmiyyətin süründürülməsinə, bölünməsinə, milli şirkətlərin IMF, Dünya Bankı kimi qurumlara girməsinə səbəb olur. Xalq-dövlət və onun ideologiyası olan milliyyətçiliyin yerinə başqa bir şey qoya bilməsə də, “biz” duyğusunu zəiflədə bilir.

Qloballaşma inkişaf etmiş ölkələrə və dövlət qədər olan şirkətlərə yarayır. "Dünya əhalisinin 20 faizini təşkil edən ən zəngin və ən kasıb ölkələr arasındakı gəlir fərqi 1960-cı ildə 30-a 1 olduğu halda, 1995-ci ildə bu nisbət 82-ə 1-ə çıxıb". Bundan başqa, qloballaşma insan haqqları, universal hüquq, azadlıq kimi anlayışlardan istifadə etməsinə baxmayaraq, geri qalmış və ya inkişaf etməkdə olan ölkələrdə hökümətlərin demokratik haqq və azadlıq tələblərinə maneə törədir. Çünki dövlətin kiçilməsi, sərmayənin güclənməsi və şirkətlərin dövlətlər üzərində suverenlik əldə etməsi "dövlətin insanların tələblərinə cavab vermə gücünü" zəiflətmişdir.

  Aydın olur ki, qloballaşma ideologiyasının iqtisadi ölçüsünün meyarı liberal tərzdən, yəni klassik liberalizmdən uzaqlaşaraq yeni dövlət modelinə doğru getməkdir. Belə bir dövlət modeli dövlətin sərmayələrdən tamamilə əlini çəkməsini, fərdin haqqlarını pozmayacaq dərəcədə məhdudlaşdırılmasını, dövlətə qarşılığı ödəndiyi təqdirdə dövlətdən qoruyucu istəklərin qarşılanmasını tələb edir, Pobert Nozikin (yəhudi əsilli amerikalı filosof və liberalism ideoloqu) sözləri ilə desək, “qloballaşma ultra-minimal bir dövlət modelini təklif edir”.

  Ultra-minimal dövlət fərdlərin haqqlarını pozmayana qədər qanunidir. Fərdlərin haqqlarını onların yalnız ədalət yayacağı təqdirdə qoruyur. Dövlət özü bu haqqları pozmazsa, başqalarının pozmasına mane olur. Yəni klassik liberalizmdə olduğu kimi,  dövlət “gecə gözətçisi” deyil. Heç kim başqalarını qorumaq üçün hər hansı bədəl ödəməyə məcbur edilə bilməz. Hər fərd qarşılığını ödəmək şərtilə haqqlarının qorunmasını dövlətdən tələb edə bilər. “Haqqların qorunması tələbi” deyəndə isə bu, "yemək, geyim və digər əhəmiyyətli mallar kimi bazara lazım olan ekonomik mallar” nəzərdə tutulur.

  Müasir dövrün Robert Nozik (1938-2002) və Fridrix Hayek (1899-1992) kimi siyasi-liberalizm filosoflarının, demək olar ki, hamısı dövlət modellərində qloballaşma ideologiyasına paralel iqtisadi liberalizm qanunlarını müdafiə edir ki, bunlar sərbəstlik, azad bazar, rəqabət, fərdilik, şüurluluq, həmrəylik və sosial anlayışlardır. Belə bir iqtisadi liberalizm dövləti tamamən iqtisadi fəaliyyətlərin xaricinə sövq edir, onun təsir dairəsini məhdudlaşdırır, fərdlə olan əlaqəsini şirkətlə işçisi arasındakı münasibət kimi görür.

 

  Qloballaşma və iqtisadi liberalism halında milliyyətçilik ideologiyasının yeri nədir?

Qloballaşmanın və iqtisadi liberalizmin ortaya çıxardığı və dəstəklədiyi bütün qanunlar fərdi, rəqabətçi və azad bazar qanunlardır. Bu qanunlar xalq-dövlət və onun ideologiyası olan milliyyətçiliyin müstəqil milli iqtisadiyyat qanunlarına tərs düşür. Qloballaşmaya görə, iqtisadiyyatın millilik xüsusiyyətini itirməsi üçün dövlət və hökumətlərin sərmayə qərarları üzərində təsiri azalmalı, ölkə iqtisadiyyatı beynəlxalq maliyyə qüvvələri tərəfindən təyin olunmalı, inkişaf etməmiş ölkələrə xarici sərmayələr yatırılmalı və s. Basqın xarakterli bu prinsiplər bir ölkə iqtisadiyyatını xaricdən asılı vəziyyətə gətirir ki, nəticədə iqtisadi asılılıq siyasi asılılığı doğurur.

İqtisadi müstəqilliyin itirilməsinin ən mühüm göstəricisi ortaq pul tətbiqidir. Bu zaman sərmayə yerli və milli olmaqdan çıxır və sərbəst dövran imkanına malik olur. Ortaq pul tətbiqi, yəni "pulun və pul siyasətinin milliliyinin qaldırılması iqtisadiyyat və cəmiyyətə təsir edir. "Xalq-dövlətlər və milliyyətçi axınlar ortaq pul tətbiqinə müqavimət göstərir. Amma bu müqavimət qlobal sərmayə qarşısında hələlik bir müvəffəqiyyət əldə edə bilmir. Qloballaşma tərəfdarları iqtisadiyyatını xaricə açan ölkələrin daha çox inkişaf etmə şansı olduğunu iddia edirlər, halbuki bu vəziyyət yalnız borclanma, faiz və borclanan ölkələrdə işsizlik və istehsal enişinə səbəb olur. Bunun təbii nəticəsi kasıblıqdır. "Son 20 il ərzində 70 ölkədə adam başına düşən gəlir azalıb: 3 milyard insan, yəni dünya əhalisinin yarısı gündə 2 dollardan az pulla dolanmağa məcbur olub, 800 milyon insan isə aclıqdan ölməmək, sağ qalmaq üçün çarpışır.”

Qloballaşma əslində iqtisadi müvəffəqiyyətsizliyə gətirir. Bununla belə "Qloballaşma mif"inin "Yer kürəsini qurtarma" fikri hələlik güclü olaraq qalır.  

Müasir dövrdə qloballaşmanın dövlət və milliyyətçiliyə təsir edən digər mühüm səbəbləri də var: qloballaşmanın mədəni ölçüsü, yerli, tək və fərqli olanın gündəmə gəlməsi, çox mədəni bir cəmiyyət anlayışı, gömrük divarlarının əhəmiyyətinin itməsi, hüquq və etik dəyərlərin universallaşması və s. Qloballaşma ilk baxışda qloballaşmanın məntiqinə və müddətinə zidd kimi görünən, paradoks kimi xarakterizə edilə bilən bir vəziyyət yaşamaqdadır. Çünki bir tərəfdən universal dəyərlərdən, hüquq sistemindən və mədəniyyətdən bəhs edilir, digər tərəfdən fərqli, tək və yerli olanlar gündəmə gətirilir. Bu halda kiçik mədəniyyət qrupları mikro səviyyədə olsa da, etnikə, soya söykənən milliyyətçilik anlayışlarını itirmir. Bu məsələ tək bloklu olduğunu iddia edən və unitar bir quruluşa sahib olduğunu müdafiə edən xalq-dövlət və onun milliyyətçilik anlayışında çatlar meydana gətirir.

  Əslində xalq-dövlətin rəhbərlik tərzi olan demokratiya ilə ortaya çıxan bu yeni vəziyyət də yenə əski zəminə dayanır. Bu zəmin pluralism, yəni çoxluq, çoxluqçuluq, çoxluğa meyillilikdir. (Plüralizmin müxtlif növləri var və dini, əxlaqi, mədəni, siyasi və s. sahələri əhatə edir.) Plüarizm və insan haqqlarıyla birlikdə hüquq sisteminin universallaşdırılması fərd haqqlarının beynəlxalq səviyyədə istifadə edilməsini təmin edir. İnsan Haqqları Avropa Məhkəməsi, AGİT, İnsan Haqqları Avropa Müqaviləsi, Birləşmiş Millətlər Təşkilatı və s. qurumlar fərdi haqqları Avropa və Dünya səviyyəsində müdafiə etmə imkanı verən təşkilatlardır. Bu cür təşkilatların sanksiyaları qarşısında, Yurqen Habermasın (alman filosofu, sosioloq, 1929) dediyi kimi, “bəlkə də xalq-dövlət özünü aşmalı, beynəlxalq səviyyədə qəhrəmancasına fərdlərinin mədəni haqqlarını müdafiə etmək üçün cəhd göstərməlidir”. Belə bir anlayış isə müəyyən ölçüdə də olsa, milliyyətçilikdən uzaqlaşmaq mənasını verir. Çünki qloballaşma xalq-dövlət və onun ideologiyasına bir təhdid olduğu zaman Xalq-dövlətin yerinə bir şey qoya bilmir və həmin ölkədə böhran yaşatmasına səbəb olur. Böhranı sovuşdurmaq, fərdlərinin demokratik haqqlarını yüksək səviyyədə təmin etmək yenə xalq-dövlətin üzərinə düşür. Bu zaman Xalq-dövlətdə dövlətin və xalqın varlığı yaşayır, yoxsa təkcə etnik mənşəyə arxalanmaqla xalq-dövləti qorumaq və davam etdirmək mümkün deyil. Buna görə etnik bağlılıq yerinə konstitusiya aliliyi və siyasi mədəniyyət birliyi olarsa, xalq-dövlət nüfuz qazanır və əhəmiyyəti olur.

 

  Dövlət üçün fərdlərin etnik mənşəyi, din, dil və mədəni kökləri arasındakı fərqləri aradan qaldırmaq necə təmin edilə bilər?

Xalq-dövlət yüksək şəxsiyyət mədəniyyəti ilə sadə şəxsiyyət mədəniyyətlərini demokratik bir şəkildə gözdən keçirməklə fərqlilikləri xüsusi olmaqdan çıxara bilər. Bunun yolu dövlətin hüquq sistemini universal hüquq normalarına uyğun qurmaq və kökündə yalnız insan haqqlarını qorumaqdır. Belə bir sistemdə milliyyətçilik digərini qəbul etdiyi və tanıdığı üçün səs (məşruiyyət) qazanır və varlığını sürdürə bilir. Əks halda, milliyyətçilik istəmədən belə ayrı-seçkiliyin səbəbi olur. Çünki “mən” və o biri arasındakı əlaqədə “mən”in varlığı o birinin varlığına bağlıdır. “Mən” bunu öz varlığının şüuruna aça bilərsə, mədəni qruplar, xalqlar və dövlətlər üçün eyni əlaqə forması etibarlı olar. Bu, tanımaq və tanınmaq üçün o birini qəbul etmək deməkdir. Demokratiya da bu şüura söykənir. Bu şüur demokratiyanın pluralist (çoxluqçu) və azadlıq tərəfdarı olaraq inkişafına xidmət etdiyi nisbətdə funksionaldır. Buradakı çoxluqçuluq yalnız fərqli mədəniyyət qruplarının və cəmiyyət laylarının tanınması deyil, eyni zamanda, onların siyasi qərarlarına da təsir etməyi bacarır.  

Demokratiyanın idealı bütün fərdlərin, mədəniyyətlərin və cəmiyyət seqmentlərinin qarşılıqlı olaraq hörmətlə qəbul edilməsi və rəhbərlik sürəsində hamının iştirakının təmin edilməsi ilə reallaşa bilir. Fərqlilikləri görməməzliyə vurmaq onları basdırmaq və ya yox saymaq mənasını verir. Bu, demokratik bir davranış deyil. Çünki "demokratik rəhbərlik forması əksərən fərdə böyük azadlıq verən, müxtəliflikləri tanıyan və qoruyan siyasi həyat formasıdır”. Bu baxımdan "demokratiya inancların, mənşələrin, düşüncələrin və qanunların müxtəlifliyi olmadan var ola bilməz”.  

Demokratiya müxtəliflik və fərqliliklərə söykənən xoş görüşlü, yəni tolerant bir rejim olmalıdır. Homogen (eyni irqli) bir cəmiyyətdə demokratiya və tolerantlıq (xoş görüş) şərtlərinin tamam reallaşdığı deyilə bilməz. "Xoş görüş göstərmək və qarşılığını almaq demokratik cəmiyyətdə yaşayan yurddaşların (vətəndaşların) işidir." Demokratiyada olduğu kimi, tolerantlıqda da etibarlı tələb, tanınma və qəbul edilmə var. Bu əksinə olarsa, "tanınmayan mədəniyyət sahibləri yaşadıqları cəmiyyətin ruhundan, öz kimliyinə hörmət bəsləyən qaynaqlardan məhrum olar, özlərini köklərindən ayrı, mücərrədləşmiş və boş hiss edər, hətta mədəni baxımdan yox edilmə riski ilə üz-üzə qalarlar.” "Tanınma tələbləri isə çox müxtəlifdir. Mədəni, dini, cinsi seçimlər, etnik və s. tələblər tamamilə tanınma və qəbul edilmə tələbləridir. Bu tələblərin arxasında yatan insan haqqları ilə bağlı olan  şüurdur.

Sual yaranır: “Çox mədəniliyin suveren olduğu, demokratik tələblərin çoxaldığı, beynəlxalq cəmiyyətin də bu tələblərə isti baxdığı, yəni tələbləri yerinə yetirməyən dövlətlərə iqtisadi sanksiyalar tətbiq etdiyi indiki zamanda xalq-dövlət və onun ideologiyası olan milliyyətçilik necə olmalıdır?”

İqtisadi baxımdan dövlət kiçilərkən üçün onun təsir sahəsi də daralır. Bu vəziyyət dövlətin milli iqtisadiyyatını zəiflədir. Onsuz da qlobal sərmayə qarşısında milli inkişaf planları və dövlətlərin milli pul siyasəti sağlam çalışa bilmir. Çünki böyük şirkətlər bazarlarda möhtəkirlik surəti ilə milli iqtisadi tarazlıqları bir anda dəyişdirə bilirlər. Bu halda milli iqtisadiyyatlar İMF və Dünya Bankı kimi beynəlxalq maliyyə sərmayəçilərindən asılı vəziyyətə düşür, beləcə iqtisadiyyat milli olmaqdan çıxır.

İqtisadi faktorla yanaşı etnik təmələ söykənən milliyyətçilik axınları dövlətə iki istiqamətdən təsir edə bilir:

1)   Etnik milliyyətçiliyə qarşılıq olaraq doğan yüksək mədəniyyət və dövlət milliyyətçiliyinin aqresiv hala gəlməsi;

2)   Eyni cəmiyyət içərisində mövcud olan mədəni və etnik qrupların bir-birindən ayrılması, mücərrəd şəkildə bölünməsidir (atomize halına gəlməsidir).

  Cəmiyyəti meydana gətirən qruplar arasında yalnız “bir səbəb” olarsa, qrupların öz fərdləri arasındakı həmrəyliyi artar. Əvvəlki Yuqoslaviyada bu ikinci yolun təsiri var idi.

  Tam mənasıyla homogen olmayan (eynilik daşımayan) və içində azlıqları, fərqli mədəni qrupları saxlayan dövlət təkcə fərdlərə deyil, qruplara qarşı da xoş görüşlü olmalıdır. Hərçənd xalq-dövlətdən etnik qruplara qarşı xoş görüşü gözləmək çətindir. Xüsusilə torpaq təməlinə söykənən etnik qruplar xalq-dövlət üçün daha təhlükəlidir.

Amma bura qədər söylədiklərimiz heç də xalq-dövlət dövrünün keçdiyinə və milliyyətçiliyin yaramaz bir ideologiya halına düşdüyünə işarə deyil. Milliyyətçi duyğular insanları həmişə olduğu kimi yenə bir yerdə tutmağa davam edəcək, baxmayaraq ki, yaşadığımız əsrdə bu məsələ çətinləşmiş, konstitusiya bağlılığı əhəmiyyətli dərəcədə artmışdır. Siyasi birliklər artıq müəyyən ölçüdə də olsa, bunu qavramağa doğru gedirlər. Etnik, dini, mədəni baxımlardan ayrı-ayrı insanlardan ibarət olan dövlət fərdlərinə "ortaq bir siyasi-mədəni şəxsiyyət" qazandırmayınca müxtəlif mədəniyyətlərin bir yerdə tutulması çətinləşəcək. Yürqen Habermasın dediyi kimi, "Siyasi mədəniyyət özünü nə qədər təmin edirsə etsin, demokratiya təkcə liberal azadlıq və siyasi iştirak haqqlarının deyil, həm də dünyəvi ölçüdə ictimai və mədəni ortaqlıq haqqlarının təmin edilməsi ilə özünü sübuta yetirərsə, çox mədəniyyətli cəmiyyətlər bir yerdə tutula bilər".

Ortaq siyasi mədəni şəxsiyyət inkişaf etmiş demokratik bir rəhbərliklə inteqrasiya olunduqda dövlətlə fərd arasındakı əlaqələr belə bir çərçivədə reallaşır: dövlət fərdlərin vətəndaş mənfəətlərini qoruyur, fərdlərin və mədəni şəxsiyyətlərin özünü ifadə etməsinə şərait yaradır, dövlətin varlığını sağlam şəkildə davam etdirmək şansı verir. Çünki indiki vaxtda dövlətin var olma şərti başda azadlıq olmaqla hər cür vətəndaş ehtiyaclarını qarşılamaqdan ibarətdir. Dövlət fərdlərin məhrəm sahəsinə girib onu öz istəyi kimi şəkilləndirmək fikrində olmamalıdır.

 

 Sirus Azadi

“Kimlik” Jurnalının Baş Redaktoru

                                                                         

İstifadə olunmuş ədəbiyyat:

 

1)      C.Northcote Parkinson, “Siyasi Düşüncənin Təkamülü”.

2)      Durmuş Hocaoğlu, “Ulus-dövlət, Millət və Milliyyətçiliyin təhlili”.

3)      Jürgen Habermas, “Başqası olmaq, başqası ilə yaşamaq”.

4)      Habermas, “a.g.e., s. 50.

5)      Hakan Poyraz, “Tələffüz və qramatik baxımından Milliyyətçilik”.

6)      Francis Fukuyama, “Tarixin sonu və son insan”.

7)      Alain Touraine, “Birlikdə yaşaya biləcəyikmi?”

8)      Alain Touraine, “Demokratiya nədir?”

9)      Edward S. Herman, “Qloballaşma təhdidi”.

10)  Edward S. Herman, a.g.e.

11)   Michael Walzer, “Xoş görüşlə bağlı”. (Və ya “Tolerantliqla bağlı”)

12)  Charles Taylor, “Çox mədəniyyətlilik”, hazırlayan Amy Gutmann, (içinde Susan Wolf”™un “Yorum”u, Çev., Rita Urgan) 

 


Oxşar xəbərlər
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi