Təqvimdə qeyd edin: ayın 15-i “Səba” almağı unutmayın!
“Səba” aprelin 1-də yaydığı elanın üstündə durdu. Sabahkı günü təqvimlərdə qeyd etməyi unutmayın! Sabahdan başlayaraq, hər ayın 15-i “Səba səxavət günü”dür. Bu o deməkdir ki, sabah bəzi “Səba” məhsullarını alan hər bir şəxsə aldığı məhsulun eynisi elə yerindəcə pulsuz veriləcək. “Səba”-nın “Biri sizlik, biri bizlik!” dediyi məhsullar hər ay dəyişəcək. Bu dəfə siyahıda alıcıların ən çox istehlak etdiyi “Səba toyuq”, “Səba bud” və “Səba təzə süd” var.
“Səba” adı altında geniş çeşidli qida məhsulları birləşir. Yüksək keyfiyyətli toyuğu ilə bazarın lideri olan “Səba” qısa bir müddətdə süd məmulatları, xüsusilə, yağı və qatığı ilə də yerli və xarici brendlərin barışmaz rəqibinə çevrilib.