“Milli Məclisin deputatı Vahid Əhmədov Quba şəhərindəki ofisində seçiciləri ilə görüşüb”.
Bu barədə Moderator.az-ı millət vəkilinin köməkçisi Arif Orucov məlumatıandırıb. Məlumata görə, qəbula yazılan 31 seçicinin hamısı ilə təkbətək görüşən millət vəkili, onların problemləri ilə tanış olub. Mənzillərin təmiri və bərpası, ev tikintisi üçün torpaqların ayrılması, təmir üçün gərəkən materialların verilməsi, kənd təsərrüfatı kreditlərinin ayrılmasındakı bürokratik əngəllər, tikilən evlərin özəlləşdirlməsindəki çətinliklər və s. səsləndirilən başlıca problemlər olub. Görüş əsnasında bir neçə problem yerindəcə həll edilib, digər məsələlər nəzarətə götürülüb və icrası üçün istiqamətlər müəyyənləşdirilib.
Qəbuldan sonra millət vəkili Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevlə görüşüb, aktual məsələrlə bağlı fikir mübadiləsi aparıb. Hazırda Quba şəhərindəki bəzi küçələrin asfaltlaşması prosesi ilə tanış olan V.Əhmədov öz səlahiyyətləri çərçivəsində təmir-abadlıq işlərinə dəstək verəcəyini vurğulayıb.
Məlumat üçün qeyd edək ki, V.Əhmədovun seçiciləri ilə növbəti görüşü may ayına planlaşdırılır.