Şoyqunun Zəngəzurla bağlı Tehrana səfərinin GİZLİNLƏRİ ortaya çıxdı
Oxunub: 1565
20 Sep 2024 | 21:18
Şoyqunun Zəngəzurla bağlı Tehrana səfərinin GİZLİNLƏRİ ortaya çıxdı
Ekspertə görə, Rusiyanın İrana təqdim edə biləcəyi iki mümkün təklif ola bilər
 
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu gözlənilmədən Tehrana səfər edib. Sergey Şoyqu orada İran Ali Milli Təhlükəsizlik Şurasının katibi, bir neçə gün əvvəl Sankt-Peterburqda görüşdüyü Əli Əkbər Əhmədianla yenidən danışıqlar aparıb.
 
“Mehr” agentliyinin məlumatına görə, Şoyqu Əhmədianla görüşdə Rusiya prezidenti Vladimir Putinin mesajını İran tərəfinə çatdırıb. Şoyqu ilə danışıqlar zamanı İran İslam Respublikasının dəhlizlər və kommunikasiya marşrutları (o cümlədən Zəngəzur dəhlizi) ilə bağlı siyasəti müzakirə edilib. Səfər zamanı iki tərəf arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb.
 
Ermənistan mətbuatı iddia edir ki, Şoyqu iranlı həmkarı ilə görüşdə İranın Zəngəzur dəhlizi ilə bağlı siyasətini dəstəklədiyini təsdiqləyib.
 
Qeyd edək ki, İran Zəngəzur dəhlizinin açılmasının əleyhinə çıxış edir və bunu özünün “qırmızı xətti” adlandırır.
 
Ekspertlər bu gözlənilməz səfəri nə ilə əlaqələndirirlər? Rusiya Zəngəzur məsələsində İranın mövqeyi ilə razılaşmağa məcburdur, yoxsa...

 
VI çağırış Milli Məclisin deputatı Bəhruz Məhərrəmov dedi ki, Rusiya və İran arasında təmasların artması bu dövlətlərin suveren hüququdur: “Lakin bölgədə həssas geosiyasi durumu nəzərə alaraq bu gedişat bütün region dövlətləri, o cümlədən Azərbaycan tərəfindən diqqətlə izlənilir. Bildiyiniz kimi, kənar qüvvələrin regionda ikili standartlardan çıxış etməsi, o cümlədən region dövlətlərinin özlərinin bir sıra hallarda qeyri-praqmatik və cari reallıqlarla uzlaşmayan addımları fonunda bəzən situasiya suallar yaradır. Belə sual yaradan məqamlardan biri Zəngəzur dəhlizi məsələsində şimal və cənub qonşularımızın tutduqları mövqedir. Azərbaycan, Rusiya və Ermənistan arasında Ermənistanın kapitulyasiyasını ehtiva edən 10 noyabr bəyanatının 9-cu maddəsinə əsasən, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında yolun açılmasını öhdəsinə götürür, eyni zamanda tərəflər razılığa gəlir ki, həmin ərazinin təhlükəsizliyinə görə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları nəzarət edəcək. Lakin sonrakı dövrdə Ermənistanın bu razılaşmadan dolayısı ilə imtina etməsi fonunda Rusiyanın hələ də susqun qalması, o cümlədən İranın bu proses qarşısında əsas əngəl kimi çıxış edərək özünün "qırmızı xətlərindən" bəhs etməsi prosesi mürəkkəbləşdirən əsas məqamlar kimi çıxış etməkdədir. Lakin məsələ burasındadır ki, Ermənistanın “ərköyünlüyü” qarşısında Rusiyanın susqunluğu, habelə regionda üçüncü dövlətləri görmək istəməyən İranın Ermənistanın İranla sərhəd boyu bölgələrində Qərb ölkələrinin tədricən hərbi mövcudiyyətinin formalaşmasına göz yumması fonunda, o cümlədən İran və Rusiya rəsmilərinin Zəngəzur dəhlizinə dair fikirlərinin haçalanmış şəkildə göründüyü bir zamanda Tehran və Moskva arasında təmaslar təbii ki, maraq doğurur. Qütblərarası ziddiyyətlərin dərinləşdiyi bir zamanda, təbii ki, Tehran və Moskva arasında fikir ayrılığının daha da artacağı ağlabatan görünmür. Lakin istənilən halda, Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə müşahidə olunan dilemma nə region dövlətlərinin, nə də bölgədə müəyyən imkanlara sahib qonşuların, o cümlədən İran və Rusiyanın faydasına deyil.
 
Təbii ki, Azərbaycan üçün bu kimi təmasların nəticələri maraqlıdır, amma o da reallıqdır ki, hərbi-siyasi cəhətdən tam şəkildə müstəqil olan, o cümlədən iqtisadi suverenliyini əldə etmiş Azərbaycan üçün kifayət qədər ciddi alternativlər mövcuddur və bölgədə əsas iradə sahibi kimi Azərbaycanın fikrini almadan hər hansı layihənin, o cümlədən də Azərbaycan dövlətinin milli maraqları ziddinə hansısa addımın realizəsi mümkün deyil. Heç şübhəsiz ki, bu, Rusiya və İran tərəfi üçün də aydın olan mənzərədir".
 
 
Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı bildirdi ki, İran Zəngəzur dəhlizinin açılmaması üçün bütün gücü ilə Azərbaycanı hədəfə alıb: “İranın isterik davranışına görə ƏHD İdarə Heyətinin çox kəskin və yerində verilmiş bəyanatı oldu. Açıq şəkildə İranın dost olmayan ölkələrin siyahısına salınmasını təklif etdik. Həm də İranın belə vəziyyətə düşməsinin, daha da aqressivləşməsinin səbəbkarı Rusiyadır. Rusiya Zəngəzur dəhlizinin açılmasının zəruriliyi barədə Ermənistana öz beynəlxalq öhdəliklərini xatırlatması İranda əsl vahimə yaradıb. Buna görə Rusiyaya diş qıcayıb hökküldəyən İran rəsmilərini kənardan müşahidə etdikcə nifrətin və qərəzin insanları necə rəzil etdiyinin bir daha şahidi olursan. Ermənistan Azərbaycan torpaqlarını işğal edib bir milyon müsəlmanı ev-eşiyindən didərgin salanda quzu kimi susan bu "islam" dövləti indi riyakarcasına Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməli olan yolun açılışını Ermənistanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirir, “ərazi bütövlü”yünün onlar üçün “qırmızı xətt” olduğunu söyləyir. Təəssüf ki, İranın bu riyakarlıqla dolu fitnəkar siyasəti türk soydaşımızın prezidentliyi dövründə də davam etdirilir. İran rəsmilərinin təhqirlərlə dolu hədyanlarına Rusiya, Türkiyə və Azərbaycan xarici işlər nazirlikləri sərt cavab verməli, İranı təxribatçı, regional inkişafa ziyan vuran, islama və insanlığa zidd fəaliyyətinə son qoymağa çağırmalıdırlar. Bütün bunların aradan qaldırılması üçün Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehrana səfər edib. Bu gün dəhlizin açılmasını ən çox Rusiya istəyir. Hamı da çox yaxşı bilir ki, bu gün həm də Rusiyanın Azərbaycana ehtiyacı var. İran Rusiya ilə hər zaman çox yaxın münasibətdə olub. Regionda birgə əməkdaşlıq həyata keçiriblər. Konkret olaraq indi Vladimir Putin bilmək istəyir ki, Amerikanın diktəsi ilə idarə olunan Paşinyana İranın bu sevgisinin arxasında nə durur? Bütün bu suallara aydınlıq gətirmək üçün Şoyqu İrana səfər edib".

 
Siyasi analitik Asif Nərimanlı Rusiyanın İrana 2 vacib təklif etdiyi düşünür: “Şoyqunun İrana səfəri onun 6 avqustdan sonra ikinci gedişi - Bakının da daxil olduğu Moskva-Tehran xəttindəki diplomatik trafikdə isə 4-cü hadisədir. Avqustun 6-də Şoyqunun Tehran səfəri, xüsusilə İran-İsrail qarşıdurması fonunda diqqət çəkirdi. Lakin onun Tehrandan Bakıya uçması diqqəti Cənubi Qafqaza - Zəngəzur dəhlizinə yönəltdi. Və ardınca - avqustun 18-də Putinin Bakı səfərində bütün kartlar açıldı.
 
Rusiyanın İrana təqdim edə biləcəyi iki mümkün təklif ola bilər.
 
Birincisi, dəhlizin Tehranın maraqlarına zidd olmadığı ətraflı şəkildə izah olunur və İran marşrutunun da alternativ yol kimi istifadə edilməsinin detalları təqdim edilir, yəni uzlaşma təklifi irəli sürülür;
 
İkincisi, İranın da Zəngəzur dəhlizində təhlükəsizliyin təmin edilməsi, yaxud başqa formada iştirakına dair təkliflər ola bilər.
 
İkinci ehtimal daha zəifdir, çünki Rusiyanın hazırda İranla əməkdaşlığa ehtiyacı olsa da, bölgədə mövqelərini paylaşmaqda maraqlı deyil, eyni zamanda Tehranın hansısa formada iştirakı Ankaranın da iştirakına zəmin yaradacaq. Rusiya daha çox İranla uzlaşmaq və dəhlizin məhz özünün iştirakı ilə açılmasına nail olmaq istəyir. Şoyqunun uzlaşma ilə Moskvaya qayıtdığını demək o qədər də asan deyil. İran mediasının təbliğatı da bunu “bağırır”. Maraqlıdır ki, tərəflər Şoyqunun səfəri ilə bağlı məlumatı öz ictimai rəyinə hesablanmış formada təqdim edir:
 
- İran mediası “Moskva Tehranın mövqeyini dəstəklədi” formasında yazır;
 
- Rusiya mediası, əksinə, “Tehran Moskvanın siyasəti ilə razılaşdı formasında göstərir.
 
Bu “təqdimat” da Moskva-Tehran xəttində Zəngəzur dəhlizi ilə bağlı uzlaşmanın olmadığı versiyasını gücləndirir".
Oxşar xəbərlər
14:32, Bu gün
Azərbaycanın basketbol klubları hazırlıq oyununda üz-üzə gəliblər
14:24, Bu gün
Bakının bu yollarında təmir gedir
14:15, Bu gün
Etdiyiniz bu səhvlər dişlərinizi saraldır! - DİQQƏT
14:06, Bu gün
Bakıda qadın iynədən şoka düşərək ölüb
13:57, Bu gün
Bakıda gənc qız özünü öldürmək üçün "Koroğlu"dakı körpüyə çıxdı
13:57, Bu gün
Bakıda gənc qız özünü öldürmək üçün "Koroğlu"dakı körpüyə çıxdı
13:48, Bu gün
Rusiyalı qadınla evlənən azərbaycanlı kişi məhkəməlik oldu
13:39, Bu gün
Heç vaxt xoşbəxt olmayacaq insanlar BU İFADƏNİ DEYİR
13:30, Bu gün
Ən zərərli makaron növünü
13:24, Bu gün
Sumqayıtda motosiklet məscidə çırpıldı, sürücü öldü
13:21, Bu gün
Nazir Azərbaycan Ordusunun arsenalına daxil edilən yeni silahlardan danışıb
13:21, Bu gün
“Bu müharibə başlasa, İran etnik və ərazi baxımından parçalana bilər...”
13:12, Bu gün
Müdafiə naziri: Təminat yollarının daim işlək vəziyyətdə saxlanılması vacibdir
13:03, Bu gün
Azərbaycan ilə Küveyt arasında bir neçə sahədə əməkdaşlığa dair müqavilələr imzalanacaq
12:54, Bu gün
Sabah bəzi rayonlara dolu düşəcək, qar yağacaq - PROQNOZ
12:45, Bu gün
Kobaxidze hüquq-mühafizə orqanlarını seçkilərdən əvvəl təxribatların qarşısını almağa çağırıb
12:41, Bu gün
“İsrail ekspertləri deyir ki, İranı dağıtmaq üçün azərbaycanlılardan istifadə etmək gərəkdir...”
12:40, Bu gün
Sabah Bakıda yağış yağacaq - PROQNOZ
12:36, Bu gün
Azərbaycan millisinin oyununu qadın hakim idarə edəcək
12:32, Bu gün
"Putin Ukraynada davam edən müharibə səbəbindən çətin vəziyyətə düşüb" - "Newsweek"
12:26, Bu gün
Həsənov Orduya tapşırıq verdi: "Revanşist qüvvələrin təxribatlarına qarşı hazır olun" 
12:21, Bu gün
ASCO daha bir quru yük gəmisi alır
12:15, Bu gün
AHİK və Mediasiya Şurası əməkdaşlığa başlayır
12:10, Bu gün
Dörd cüdoçumuz "Böyük Dəbilqə" turnirdə mübarizəyə start verəcək
12:05, Bu gün
Ukraynanın "qələbə planı" və nüvə dilemması: "Silahı verirlər, vurmağa qoymurlar" - ŞƏRH + FOTO
12:00, Bu gün
Repetitor hazırlığı öndə: Orta məktəblərdə tədris sıradan çıxır... - Ekspert
11:56, Bu gün
Müdafiə Nazirliyində xidməti müşavirə: Zakir Həsənov göstərişlər verdi
11:54, Bu gün
Ermənistan prezidenti Qazaxıstana səfər edəcək
11:45, Bu gün
Məzuniyyətə görə ən az pul verilən ölkələr: REYTİNQ
11:35, Bu gün
Düşməni lərzəyə salan “Cəbi” ləqəbli Vətən Müharibəsi Qəhrəmanı
11:23, Bu gün
Ukrayna Luqanskdakı neft anbarlarını vurdu - Video
11:14, Bu gün
Abşeronda kişi kimyəvi məhluldan zəhərlənib öldü
11:14, Bu gün
“Biz yalnız indi yox, hər zaman hər cür təxribata hazır olmalıyıq!”
11:05, Bu gün
İlham Əliyev İspaniya Kralını təbrik edib
11:02, Bu gün
Turistlər qayda pozuntusuna görə 20 İL HƏBS OLUNACAQ
10:56, Bu gün
Mir Cəfər Bağırov özünə qarşı terror hazırlanmasını inkar etdi: “Bunlar mənə yaltaqlanmaq və yarınmaq üçün quraşdırılıb…”
10:55, Bu gün
Bəzi rayonlara leysan yağıb - FATİKİ HAVA
10:48, Bu gün
Fransa İsrailə NOTA verdi
10:41, Bu gün
Deputatların maaşından hər ay bu qədər tutulur – Şok məbləğ
10:35, Bu gün
Bu məhsulların idxalı MƏHDUDLAŞDIRILDI
10:31, Bu gün
Azərbaycan XİN İspaniyanı təbrik edib
10:28, Bu gün
Həftəsonunun ən şanslı bürcləri
10:21, Bu gün
Kirayə mənzil verənlərin diqqətinə: Hər iki tərəf cərimələnə bilər?
10:12, Bu gün
Meteoroloqlar “Milton” qasırğasının güclənməsinin səbəbini açıqlayıblar
10:07, Bu gün
Futbol üzrə Azərbaycan Kubokunda yeni mövsüm bu gün başlayacaq
10:00, Bu gün
Xəzər İbrahim: COP29 çərçivəsində ABŞ-la Azərbaycan arasında çox yaxşı əməkdaşlıq mövcuddur
09:58, Bu gün
Vaşinqtonda COP29 çərçivəsində yaşıl maliyyəyə həsr olunmuş konfrans keçirilib
09:53, Bu gün
Mağazadan aldığınız məhsul keyfiyyətsiz və ya istifadəyə yararsızdırsa nə edə bilərsiniz?
09:45, Bu gün
Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı- VİDEO
09:39, Bu gün
ABŞ-dən Türkiyəyə ŞOK TƏHDİD - Bu olsa...
09:31, Bu gün
Pezeşkianla Putinin Aşqabad görüşü- Bu məsələlər müzakirə olundu
09:23, Bu gün
Maşınların üsyanı: Robot tozsoranlar sahiblərini təhqir etməyə BAŞLADI 
09:18, Bu gün
Alimlər ilk dəfə yatan iki insanın şüurları arasında əlaqə qura biliblər
09:09, Bu gün
Neftçalada "TORNADO" baş verdi - Görüntülər vahimə yaratdı - VİDEO
09:01, Bu gün
Tanınmış azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu - FOTO
08:58, Bu gün
Obama zarafat etdi: "Tramp nə vaxtsa "pampers"ləri dəyişib?.." 
08:45, Bu gün
Bakıda varlı qadının ŞOK ƏMƏLİ - Cavan oğlan tutur, hər gün 400 manat verir...
08:37, Bu gün
Maaşlarla bağlı qərar verildi: Ayın 1-dən...
08:29, Bu gün
Həbs edilən hərbi komissarla bağlı RƏSMİ AÇIQLAMA
08:26, Bu gün
Putin artıq yükdən xilas oldu: Paşinyan niyə sevinir?
08:17, Bu gün
Xəzər dənizində zəlzələ olub
08:11, Bu gün
Həyat tarixini yenidən yazır: 2 milyard yaşlı CANLI TAPILDI
07:55, Bu gün
Həftə sonu peyğəmbərlik yuxuları görəcək ÜÇ BÜRC: onlar kimlərdir?
07:48, Bu gün
İctimai nəqliyyatdan istifadə edənlərin NƏZƏRİNƏ! - VİDEO
07:32, Bu gün
Rusiyada minlərlə Şimali Koreya əsgəri təlim keçir və Ukraynaya göndərilə bilərlər...-"ISW"
00:13, Bu gün
Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu
00:03, Bu gün
“ “Brilliant əl” filminə baxan əcnəbilər Azərbaycana qəlmək istəyirlər” - KİNO TURİZMİ  inkişaf edib?-AÇIQLAMA       
11 Oct 2024 | 23:55
Qohum nikahları ilə bağlı qaydaya dəyişiklik edildi
11 Oct 2024 | 23:14
Rektordan ödənişli təhsillə bağlı təklif...
11 Oct 2024 | 23:09
“Kamp Nou” stadionunda fəhlələr arasında dava düşüb
11 Oct 2024 | 23:04
Pul köçürmələrinə nəzarət gücləndirilib
11 Oct 2024 | 22:56
Şamaxıda hər yerdən görünən heykəl... - FOTO-VİDEO
11 Oct 2024 | 22:54
"iPhone"u avtomobillə dəyişdilər
11 Oct 2024 | 22:46
"28 May"ın qarşısındakı işlər nə vaxt tamamlanacaq?
11 Oct 2024 | 22:40
Azərbaycanda çörəyin içinə iynə ilə elə şeylər yerdilir ki,... - Sədrdan ŞOK AÇIQLAMA
11 Oct 2024 | 22:37
Hər iki valideynini itirən Nilayın nənəsi: "Dedim ki, ata-ananı gözləmə, gəlməyəcəklər"
11 Oct 2024 | 22:35
Putinin reytinqi açıqlandı – İnanılmaz
11 Oct 2024 | 22:30
Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu - FOTO
11 Oct 2024 | 22:25
Hədəfimiz İsraili buna məcbur etmək və... - Hizbullah
11 Oct 2024 | 22:20
Daha bir hərbi komissar həbs edildi - RƏSMİ
11 Oct 2024 | 22:08
Millimiz Estoniyaya məğlub oldu
11 Oct 2024 | 22:00
“Obama mənə səs verəcək”
11 Oct 2024 | 21:55
Bayden qasırğadan zərər çəkmiş Floridaya səfər edəcək
11 Oct 2024 | 21:50
Azərbaycan ilə İspaniya arasında siyasi məsləhətləşmələr keçirilib
11 Oct 2024 | 21:45
Telefon oğurlandıqda avtomatik bloklanacaq – Yeni funksiya - FOTO
11 Oct 2024 | 21:40
Ermənistan COP29-da iştirak edəcək? - Laçındakı KSES-lərin ekologiyaya töhfəsi - VİDEO
11 Oct 2024 | 21:35
Ermənistanda zəlzələ baş verdi
11 Oct 2024 | 21:28
Rusiya XİN bu ölkəyə xəbərdarlıq etdi
11 Oct 2024 | 21:20
Prezidentin sərəncamı: Yerüstü suların istismarı...
11 Oct 2024 | 21:13
Yasamalda FACİƏVİ ÖLÜM: 20 yaşlı qız...
11 Oct 2024 | 21:05
Əhməd Əhmədov sağalan kimi azadlığa çıxacaq? - Vəkildən OLAY kimi müsahibə- VİDEO
11 Oct 2024 | 20:57
Günay Ağamalı: "Yenilənən Laçın göz oxşayır"
11 Oct 2024 | 20:55
““Böyük İsrail” proyekti ilə bağlı işlərə “utopiya” demək, sadəcə, özünü aldatmaq olar...”
11 Oct 2024 | 20:48
Eminin ev yarışının qalibi bəlli oldu!
11 Oct 2024 | 20:47
ABŞ-da nəşr olunan THEHİLL.COM-dan İFRAZ OLUNAN ZƏHƏR…
11 Oct 2024 | 20:43
Məktəb binasından yıxılan qızın SON DURUMU
11 Oct 2024 | 20:35
Rusiya Yaponiyaya nota verdi: Öz ərazisində hərbi təlim keçirir...
11 Oct 2024 | 20:30
Pulsuz "Wi-Fi"lardan niyə istifadə etmək olmur? - VİDEO
11 Oct 2024 | 20:23
Ukrayna Rusiya Prezident Administrasiyasının obyektini DAĞITDI
11 Oct 2024 | 20:15
Estoniya - Azərbaycan görüşü başladı - CANLI
GÜNLÜK
11 Oct 2024 | 14:44
Elektriklər izah etdi: Bu 8 cihazı uzatma kabellərinə qoşmamalısınız
11 Oct 2024 | 19:10
“Vatsap” qruplarındakı hegemon valideynlər - Onlar sinfi necə idarə edir?
11 Oct 2024 | 16:48
Beyni yaxşılaşdıran və yaddaşı gücləndirən ÇƏRƏZ
11 Oct 2024 | 14:57
Təbiətin antibiotik təsiri ilə MÖCÜZƏVİ QİDASI 
11 Oct 2024 | 15:05
"Rusiya İsrailə qarşı müharibədə "Hizbullah"a döyüş dronları verib" - İsrail mətbuatı
11 Oct 2024 | 15:43
İlham Əliyev içməli su ilə bağlı sərəncam imzaladı
11 Oct 2024 | 15:30
Ağıllı insanların ümumi xüsusiyyəti: Düşündüyünüzdən daha yüksək IQ-ya sahib OLA BİLƏRSİNİZ 
11 Oct 2024 | 15:09
COP-29-a Ermənistandan ZƏRBƏ 
11 Oct 2024 | 16:04
"Tramp yalnız özünü, pullarını və statusunu düşünür" - Barak Obama
11 Oct 2024 | 17:10
"Mən Rusiya uğrunda döyüşməyə və Putin uğrunda ölməyə hazıram" - Stiven Stiqal
HƏFTƏLİK
06 Oct 2024 | 09:08
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
08 Oct 2024 | 07:55
Canan Karatay ən faydalı turşunun ADINI AÇIQLADI 
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
07 Oct 2024 | 16:32
“Bağırovun məhkəməsi o vaxtkı SSRİ rəhbəri Xruşovun əmri ilə təşkil olunmuş oyun idi...”
08 Oct 2024 | 17:40
Lavaş çörəkdən daha faydalıdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI 
06 Oct 2024 | 16:03
7,8 bal gücündə zəlzələ gözlənilir – SON DƏQİQƏ
08 Oct 2024 | 23:42
Prezident İlham Əliyev Moskvada "Rossiya-1" televiziya kanalına müsahibə verib
09 Oct 2024 | 00:02
MSK-nın sədri vəfat etdi - Son Dəqiqə
07 Oct 2024 | 18:45
Lavrovdan Laçınla bağlı təklif: Gələn il...
07 Oct 2024 | 16:47
Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
AYLIQ
11 Oct 2024 | 14:44
Elektriklər izah etdi: Bu 8 cihazı uzatma kabellərinə qoşmamalısınız
11 Oct 2024 | 19:10
“Vatsap” qruplarındakı hegemon valideynlər - Onlar sinfi necə idarə edir?
11 Oct 2024 | 16:48
Beyni yaxşılaşdıran və yaddaşı gücləndirən ÇƏRƏZ
11 Oct 2024 | 14:57
Təbiətin antibiotik təsiri ilə MÖCÜZƏVİ QİDASI 
11 Oct 2024 | 15:05
"Rusiya İsrailə qarşı müharibədə "Hizbullah"a döyüş dronları verib" - İsrail mətbuatı
11 Oct 2024 | 15:43
İlham Əliyev içməli su ilə bağlı sərəncam imzaladı
11 Oct 2024 | 15:30
Ağıllı insanların ümumi xüsusiyyəti: Düşündüyünüzdən daha yüksək IQ-ya sahib OLA BİLƏRSİNİZ 
11 Oct 2024 | 15:09
COP-29-a Ermənistandan ZƏRBƏ 
11 Oct 2024 | 16:04
"Tramp yalnız özünü, pullarını və statusunu düşünür" - Barak Obama
11 Oct 2024 | 17:10
"Mən Rusiya uğrunda döyüşməyə və Putin uğrunda ölməyə hazıram" - Stiven Stiqal