Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə gənclrin vətənpərvərlik tərbiyəsi, bu tərbiyənin milli dövlətçilik maraqlarımız baxımından əhəmiyyəti ilə bağlı maraqlı fikirlər səsləndirib. Dövlət başçısı bildirib ki, “ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar”.
Bəs mediamız gənclərin öz soykökünə, milli dəyərlərinə bağlı şəkildə yetişdirilməsi üçün üzərinə düşən missiyanın üzərindən yetərincə gələ bilirmi?
Moderator.az-a açıqlama verən professor Cahangir Məmmədli, medianın bu sahədəki fəliyyətinin son dərəcə qənaətbəxş olduğunu vurğulayıb:
“Mən 65 ildir ki, medianı izləyən bir şəxs kimi deyə bilərəm ki, mətbuatımız heç vaxt xalqa 44 günlük Vətən mühaibəsindəki qədər yaxın olmayıb. Bu müharibə zamanı mediamız da ordumuzla birlikdə döyüşdü, əsgərlərimizlə birlikdə mübarizə apardı. Mediamız bu gün də milli-mənəvi dəyərlərin təbliğində, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rola malikdir. Mediamızın bu səviyyəyə yüksəlməsinin səbəbkarı isə heç şübhəsiz Prezidentimizdir. Məhz onun qayğısı, diqqəti, apardığı siyasət mediamızın bu zirvəyə yüksəlməsini təmin edib.
Prezidentin çıxışlarında gənclərə ünvanlanan nəsihət və tövsiyyələr, onlara ünvanlanan müraciətlər də gənclərimiz arasında vətənpərvərlik əhval-ruhiyyəsinin daha da güclkənməsində böyük rol oynayıb. Məhz bütün bunların nəticəsidir ki, gənclərimiz həm 44 günlük Vətən müharibəsində, həm də lokal antiterror əməliyyatı zamanı böyük vətən sevgisi, qeyri-adi qəhrəmanlıq nümunəsi sərgiləyərək bütün dünyanı heyran qoydular.
İnanıram ki, Azərbaycan gəncliyi bundan sonra da öz vəətnpərvərliyi ilə dünyaya nümunə olacaq, vətənimizin keşiyində daim ayıq-sayıq dayanacaq”.
Seymur ƏLİYEV