“Gənc insanların qətlə yetirilməsi və ya intihar etmələrini təbii hal adlandırmaq insanlığa sığmaz”.
Bunu Moderator.az -a açıqlamasında El Hərəkatının sədri Eldar Namazov millət vəkili Siyavuş Novruzovun “Orduda baş verən intiharlar adi haldır” deməsinə münasibət bildirərkən deyib. Eldar Namazovun sözlərinə görə insanların intihar etməsini adi hal kimi qiymətləndirmək heç bir məntiqə uyğun deyil:
“Hesab edirəm ki, hər bir intihar hadisəsini harda baş vermə səbəbindən asılı olmayaraq fövqəladə hadisə kimi qiymətləndirmək gərəkir. Eyni zamanda, həmin hadisələrin səbəbləri araşdırılaraq üzə çıxarılmalıdır. Əgər orduda baş verən intiharlara təbii hal kimi yanaşılsa, onda bunun sayı günbəgün artar. Ötən il də orduda baş verən intiharlarla bağlı mitinq olmuşdu. Cəmiyyəti bu problem narahat edir. Hökümət gərək ki, bu məsələ ilə yaxından maraqlansın”.