Rus mujikinin arağı və zakuskası olduğu bir şəraitdə Putin aqressiyasını saxlamaq mümkün deyil
Oxunub: 13332
07 Apr 2014 | 11:20
 Rus mujikinin arağı və zakuskası olduğu bir şəraitdə Putin aqressiyasını saxlamaq mümkün deyil
Eks-spiker Rəsul Quliyev Moderator.az saytına Rusiya tərəfindən Ukraynanın ərazi bütövlüyünə edilən təcavüzlə bağlı "Krımın işğalı- keçmiş tarixi unutmaq olmaz" adlı çox maraqlı bir təhlil göndərib. Əminik ki, onun bu analizi oxucular üçün çox maraqlı olacaq:

  Rusiyanın liderləri Qərb ölkələri siyasətçilərinin Krımın işğalını 1930-cu illərdə nasional- sosialist Almaniyasının siyasəti ilə eyniləşdirməsinə və Putinlə Hitlerin eyni xəmirdən yoğrulduqları barədə söylədiklərinə çox emosional reaksiya verirlər. Mələk siyasəti aparan Putinlə iblis Hitler arasında fərq görməməyi nadanlığın yuxarı forması hesab edirlər.
 Əslində onlar haqlıdır, həqiqətən onlar eyni deyillər, aralarında böyük fərq var.
 Hitler almaniyasının işğal etdiyi Sudet regionu 1919-cu ildə Almaniyadan Versal müqaviləsi əsasında zorla alınıb yeni yaradılmış Çexslovakiya adlı ölkəyə verilmişdi. Yəni Hitler Sudeti 20 ildən sonra geri qaytardı. 1919-cu ilə qədər Sudet 1000 ildən çox idi ki, Almaniyanın tərkibində idi.
 Putin rusiyası Krımı 1954-cü ildə öz xoşu ilə Ukraynaya vermişdi, onu heç kim məcbur etməmişdi. 1994-cü ildə isə RF dövləti Ukraynanın ərazi bütövlüyünün qarantı sənədinə ABŞ və Böyük Britaniya ilə birlikdə imza atmışdı.Rusiyadan fərqli olaraq 10 minlərlə illər insanların yaşadığı Krım, son 2500 illik tarixində Pers, Yunan, Roma imperiyalarının, 1200 il bundan öncə isə müxtəlif adlar altında Türk (Səlcuq, Osmanlı, Monqol -Tatar) dövlətlərinin tərkibində olublar. Rusiyanın isə bir dövlət kimi formalaşması cəmi 500 il bundan öncə başlayıb. Krımın isə Rus imperiyasının tərkibinə daxil olunması 1860-cı ildən başlayır. 
 Ümid edirəm ki, Krımla Sudet arasında fərqin nədən ibarət olduğunu oxucular başa düşdülər. 
 İndi diqqət yetirin. Hitler Sudeti 1938-ci ildə, Münhendə Avropanın böyük dövlətləri İngiltərə, Fransa və İtaliya ilə müzakirələr aparıb razılıq alandan sonra işğal etmişdi.
 Putin isə tək Avropa yox, ABŞ və Çinin də Ukraynanın ərazi bütövlüyünə toxunmaq olmaz etirazlarına baxmayaraq Krımı işğal edib.
 Yuxarıda verilən izahat bir daha Putinlə Hitleri müqayisə etməyin düzgün olmadığına dəlalət edir. Putinin hərəkətlərini ancaq piratlarla müqayisə etmək olar. Pirat psixologiyası Rusiyanın çarlarına xas olan keyfiyyətdir. Onların udduqlarını həzm etməyə müəyyən qədər vaxt gedir, həzm edən kimi yenidən nəyisə udur və ya cəhd edir.
 1990-1992-ci illərdə DQ, Abxaziya, Cənubi Osetiya, Dnesteryanı qondarma respublikalar adları altında   Azərbaycan, Gürcüstan, Moldova müstəqil dövlətləri üçün yaradılmış süni problemlərin müəllifi sözsüz ki, imperiya bredi gözlərini bağlamış Rus millətçilərinin işidir.
 2008 ”“ci ildə Abxaziya və Cənubi Osetiyanı udan RF-na həzm etmək üçün 6 il lazım oldu. İndi yağlı tikə hesab edilən Krımı udub, onu həzm etməklə məşğuldur.
 Qərb liderləri bu dəfə Putinin Krımı həzm etməyi gözləmədən yeni torpaqlar işğal edəcəyini qəbul etməlidirlər. Qərb RF-nın Krımı işğalını Gürcüstandakı işğaldakı kimi yaddan çıxarsa, sonradan həlli mümkün olmayan proseslər baş verəcək. "RF-nın liderini beynəlxalq normalara əməl etmək lazımdır" kimi mənasız çağrışlarının heç bir əhəmiyyəti yoxdur.RF-nın Afrika dövlətlərində çalışan 2 səfiri arasında olan telefon söhbəti bir daha göstərir ki, bu komanda liderləri başda olmaqla eyforiyadadırlar, nüvə silahı ilə qorxudub istənilən işğalçılıq siyasəti apara bilmələrinə inanırlar.
 Guya rusların hüquqlarının müdafiəsinə qalxdıqlarını elan edən RF ”“nın liderini çinizmin etalonu hesab etmək olar. Bu günə qədər keçmiş Sovet İttifaqında yaşayan rusların sayı 20 ilə 25  milyon azalıb. Rusiya indiyə qədər onun qonşularına qarşı apardığı aqressiv siyasətin qorxu ilə yanaşı ona qarşı görünməz nifrətin yarandığını anlaya bilmir və ya anlamaq istəmir.
 1991-ci ildən bu günə qədər Qazaxıstandan 4 milyon, başqa respublikalardan orta hesabla 200-400 minə yaxın rus RF-nın siyasətinin nəticəsi olaraq bu ölkələri tərk etməyə məcbur ediliblər. Başqa ölkələrdə rusların hüququ uğrunda "müharibə" aparan rus hökümətindən özünün daxilində Çeçenistandan 400 min (faktiki 100 faiz), İnquşetiyadan 200 min, Dağıstandan 200 min rusun çıxarılmasına  reaksiya verməyib, Pribaltika ölkələrini tərk etmək istəməyən (rusların sayı ən az bu ölkələrdə azalıb) yaşayışlarından razı olan rusların haqlarını nəyə görə "müdafiə"  etmək arzularındadırlar.
  RF-da əhali 20 ilə 4 milyon azalıb, ruslar isə bu 20 ilə 12 milyon. Bəs o biri respublikalardan qaçmış 8 milyon rus haradadır, onlar gərək RF-da rusların sayını artırardı. Çünki onlar "vətənləri" Rusiyaya yox, Qərb ölkələrinə qaçıblar. Aydın məsələdir ki, bütün Rusiya tipli ölkələrdən xaricə qaçanlar intelekti qismən yuxarı, rejimlə barışmayanlardır,başqa sözlə, az da olsa mübarizdirlər. Bu ölkəni tərk etmə prosesi millətin genefonduna ağır zərbə vurur. Manqurtların, arsızların artığı ölkədə millət addımbaaddım özünün məhvinə doğru irəliləyir. 
 Rusiya öz vətəndaşlarının cəsədləri üzərində qüdrətli ölkə yaratmaq strategiyasından heç vaxt əl çəkmiyib. Son 100 ildə üst- üstə 50 milyondan çox rus və Sovet imperiyalarının vətəndaşlarının qətlinə səbəb olan 1904-5-ci illərdə Rus- Yapon, böyük insan tələfatına səbəb olan birinci dünya, 1918-22 ”“ci illər vətəndaş müharibələri, 1927-37 kollektivləşmə və xalq düşməni ovu, 2-ci dünya müharibəsi,  Koreya müharibəsi, Macarıstan və Çexslovakiyanın ikinci dəfə işğalı, Əfqanıstan müharibəsi və bir çox aqressiyaların müəllifi Rusiyadır. 100 ildə bu qədər çoxsaylı aqressiv siyasət iqtisadi, intelektul, hərbi potensialı heç birinci onluğa girməyən bir ölkə üçün çox deyilmi?
 Rusiya cəmi 10 il, yəni 1989-99-cu illərdə qonşularına qarşı qismən tolerant olub. 
 Qərb Rusiyanın qarşısının alınmasının vacibliyini yaxşı başa düşür. Rusiyanın müxtəlif çağrışlar və ya az da olsa qarşısından çəkilmək yolu ilə aqressiyasının qarşısını almağın mümkün olmayacağını yaxşı başa düşürlər. Rusiyanın demokratikləşib Avropa ailəsinə girə biləcəyi barədə yaranmış mifi Putin Krım əməliyyatı ilə darmadağın etdi. Tarixin bir neçə epizodunda Avropa Rusiyanın dəyişəcəyinə ümid bəsləyib. 1802-ci ildən 1825-ci ilə qədər 1-ci Aleksandrın Rusiyadan hüquqi dövlət yaradacağına inanıb. 35 il sonra 2-ci Aleksandrın bu işi görəcəyinə inanıblar.130 il sonra Qorbaçov və Yeltsinin bu işi görəcəyinə ondan sonra isə Putinin sivil dövlət yaradacağına inanıblar. İndi bu ümidlərin xarabazarlığında oturmuş Qərb sivilizasiyası Rusiyanın qarşısını almaq məcburiyyətindədir.
 Rus mujikinin arağı və üstəlik zakuskası olduğu bir şəraitdə Putin aqressiyasını saxlamaq mümkün deyildir.Onu Allahın verdiyi təbii sərvətlərdən Allahın yaratdığı insanların məhvi, qul kimi saxlaması üçün istifadə etməyə imkan vermək olmaz.
 Rusiyanın bu gün sabah Qərb sivilizasiyasına qoşulacağına əmin olan Qərb öz iqtisadiyyatını bu ölkənin enerji resurslarından asılı vəziyyətə gətirib çıxardıb. "Bu günkü yaşayışı birbaşa  enerji eksportundan asılı olan rus vətəndaşlarının naminə Rusiya aqressiv siyasət apara bilməz" tezisinə aldanan Qərbin ümidləri puça çıxıb. Doğrudan da Rusiyasız maksimum finansı cəmi 5 faiz korlana biləcək Qərbdə yaşayanlarla müqayisədə yaşayışı 70 faiz enerji eksportundan asılı olan rusların vəziyyətinə məhəl qoymadan aqressiya ilə məşğul olmaq ancaq paranoyiklikdir və düşünürdülər ki, Putinin ağlı bunu anlamağa kifayət edər. İmperiyanı bərpa etmək ehtirasının bu səviyyədə ağılı məhdudlaşdıra biləcəyi ehtimalını heç kim təsəvvür etmirdi.
  Dünyanı büryən nüvə silahı qorxusunu dəf etnək üçün yenidən 40 il bundan öncəki siyasətə qayıtmaq lazımdır. Yenidən prezident Reyqanın siyasəti bütün aktuallığı ilə gündəmə gəlib. Əsas məsələlərdən biri Kansler Merkel Marqaret Tetçerin rolunu oynaya biləcəkmi məsələsi ortaya çıxır.
 Rusiya ilə əlaqədər əvvəllər yazdığım kimi 3 prinsipal məsələ öz həllini tapmalıdır. 
1. Yaxın Şərq, xüsusilə Səudiyə Ərəbistanının hesabına Avropanın neftə ehtiyacında RF ”“nın rolunu azı iki dəfə aşağı salmaq lazımdır. Bunun nəticəsində neftin qiyməti ən azı 30 faiz aşağı düşməlidir, RF-nın büdcə kəsiri və ondan irəli gələn finans kollapsı 100 milyardlarla artmalıdır. Prezident Obamanın Səudiyyə Ərəbistanına səfəri ancaq və ancaq bu məsələ ilə əlaqədardır. Bu çox mürəkkəb bir problemdir və onun həlli bir çox problemlərin həllini tələb edir. Neftin qiymətinin aşağı düşməsi Səudiyyə Ərəbistanının iqtisadiyatında mənfi rol oynaya bilməz.Çünki əksinə, neftin eksportunun gündə bir neçə milyon artması miqdara görə nəinki neftin qiymətinin düşməsini təmin edir, əlavə gəlir də gətirir. RF çıxarılan neftin miqdarını artırmaq şansına malik deyil,Yaxın Şərqdə isə 40 faizə qədər neftin çıxarılmasını artıra bilərlər. Səudiyə Ərəbistanı belə bir addım atmaq üçün ABŞ-ın İran və Suriya ilə əlaqədar siyasətini bilməlidir. Əgər bu siyasət Səudiyyə Ərəbistanı ilə razılaşdırılmasa neftin artımı da baş verməyəcək. Xüsusilə düşmən kimi baxdığı İranla əlaqədar ABŞ-ın mövqeyi həlledicidir. 
 Bu gün rus aqresiyasının qarşısını almaqda İranın böyük rolu ola bilər. Birincisi, İran dünyanın bir nömrəli qaz rezervi olan ölkədir. İkincisi, bu qazın çıxarılması çox asandır və ucuz başa gəlir. Üçüncüsü, artıq bu regiondan Avropaya nəql olunan qaz komunikasiyaları mövcuddur.
 Səudiyə Ərəbistanı İranı islam ölkələrinin birgə siyasət aparmalarına mane olan bir ölkə kimi qəbul edir və nüvə silahı əldə edərsə birinci növbədə ona qarşı yönəldəcəyinə əmindir. ABŞ İranı necə neytrallaşdıracağı barədə real proqram təklif etməlidir. İkincisi, İranın dayağı olan Bəşir Əsəddən necə Suriyanı xilas edəcəyi barədə ABŞ-ın real planını bilməlidir.
 Bu görüşdən sonra Boinq kompaniyasının İran hava yolları üçün ehtiyat hissələri satmağa başlaması Obamanın Şeyxlə görüşünün uğurlu olmasından xəbər verir. Bu görüşün uğurunun səviyyəsi ABŞ-ın atacağı addımlardan asılı olacaq. Səudiyyənin bazara çıxarılacaq nefti artırılması (çox ehtimal OPEK-in üzvü və əsas iştirakçısı olan Səudiyyə Ərəbistanı bu işi kollektiv həyata keçirmək istəyir,yəni məsələn, OPEK çərçivəsində kvota ilə neftin miqdarını gündə 3 milyon barrel artırırlar) RF qarşı iqtisadi müharibənin başlamasından xəbər verəcək.
 RF zərərsizləşdirmək üçün atılacaq ikinci addım Qərbin hərbi xərcləri artırmasıdır. 1980-cı illərdə Reyqanın elan etdiyi "ulduzlar müharibəsi" bu gün Rusiyanın hər bir raketini ya öz ərazisində ya da şaxtasında məhv etmək proqramı irəli sürülməlidir...

Ardı var...



Oxşar xəbərlər
14:11, Bu gün
Belqorod atəşə tutuldu: 4 ölü, çoxlu sayda yaralı var
14:08, Bu gün
Maqnit qasırğaları İlon Maska da ZİYAN VURDU
14:00, Bu gün
Ermənistanda fərariliyin qarşısını almaq üçün yeni ADDIM
13:51, Bu gün
Gündəlik nə içək? - Ekspertdən isti çayın xərçəng riski yaratması iddialarına CAVAB
13:45, Bu gün
Bizə yeni Qars müqaviləsinin imzalanması daha sərfəlidir - Qüdrət Həsənquliyev
13:42, Bu gün
Mətbəxdə yaxşı əhval-ruhiyyənin 3 qaydası!
13:33, Bu gün
"Ərimi işə gedəndə öpməsə, sonra..." - VİDEO
13:23, Bu gün
Bitkilər görə, eşidə və iyləyə bilirlər
13:12, Bu gün
Tunarın ifası Tatlısəsi ağlatdı - VİDEO
13:00, Bu gün
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
12:49, Bu gün
Avropa böcəklər və siçovullarla mübarizədə məğlub olur
12:40, Bu gün
"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK: kimsə xəbəriniz olmadan...
12:17, Bu gün
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
12:06, Bu gün
Azərbaycan Respublikasının birinci Prezidentinin doğum günüdür…
12:03, Bu gün
Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını AÇIQLADI
11:44, Bu gün
DİN-dən vətəndaşlara xəbərdarlıq - VİDEO
11:42, Bu gün
Polşa paytaxtında iri ticarət mərkəzi yanaraq külə dönüb
11:37, Bu gün
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
11:24, Bu gün
Litvada prezident seçkiləri keçirilir
11:14, Bu gün
Rayonlarda yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:09, Bu gün
İsveçrənin vitse-kansleri qəflətən vəfat edib
10:31, Bu gün
Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlıqlardan istifadə edirlər? - VİDEO
10:28, Bu gün
Qəzzada atəşkəs girovların azad edilməsindən sonra baş verəcək - Bayden
10:21, Bu gün
Bu qidaları QƏTİYYƏN YEMƏYİN - Ömrü qısaldırmış...
10:13, Bu gün
"Real” klubu rekordunu təkrarlayıb
09:57, Bu gün
"Lənətlənmiş ada": burada hamının başına eyni hadisə gəlir
09:55, Bu gün
Körpədən narahat olan pişiyin hərəkətləri hər kəsi təəcübləndirib - VİDEO
09:55, Bu gün
Mayda bu 4 bürcün həyatında yeni səhifə açılacaq
09:50, Bu gün
Bakıda intihara cəhd edən şəxs belə xilas edildi - VİDEO
09:47, Bu gün
Yeni Zelandiyada 5,4 maqnitudada zəlzələ olub
09:43, Bu gün
Xaricdə ödənişli təhsil alan müharibə veteranları üçün güzəşt edilə bilərmi? - VİDEO
09:36, Bu gün
İsrail rəsmisinin BMT-də bu hərəkəti sübut elədi ki... - AKP
09:27, Bu gün
NATO Ukraynaya qoşun yeridəcək?
09:19, Bu gün
Bu gün dövlət qulluğu vəzifələri üzrə imtahan keçiriləcək
09:17, Bu gün
Evlərdən yumşaq divanı yığışdırmaq lazımdır – Alimlər
09:13, Bu gün
“Google Chrome” istifadəçilərinə təcili XƏBƏRDARLIQ
09:08, Bu gün
Qədir Qızılsəs sağlamlıq sirrini AÇIQLADI
08:55, Bu gün
İctimai "wi-fi" sahələri iddia edildiyi qədər təhlükəlidirmi? - Təhlükəsizlik mütəxəssisləri cavablandırır
08:48, Bu gün
Səhər yeməyində hansı qidalar zərərlidir?
08:31, Bu gün
Gürcüstanda Rusiyayönlü hökumətə qarşı 300 minə yaxın insan etiraza qalxdı...-FOTO 
08:30, Bu gün
Bu qidalar QANI LAXTALANDIRIR - Qətiyyən yeməyin!
08:22, Bu gün
Bakıda dəhşət: Sahibsiz itlər azyaşlıya hücum etdilər  - VƏZİYYƏTİ AĞIRDIR
08:13, Bu gün
“Avroviziya-2024”ün qalibi mükafatını səhnədə sındırdı
08:08, Bu gün
25 minə yaxın şagird və abituriyent Azərbaycan dilindən imtahan verəcək
07:44, Bu gün
"Gənclik" metrosunun yaxınlığında maşın piyadanı vurdu
00:18, Bu gün
Mikayıl Cabbarov Mariya Stadniki təbrik etdi - FOTO
00:17, Bu gün
"Çin Rusiyaya Ukrayna ilə bağlı təsir göstərməkdə maraqlı deyil" - Borrel
00:16, Bu gün
Şuşa sakini: “Qayıdacağımız xəbərini eşidəndə ağladım” - VİDEO
11 May 2024 | 23:56
Goranboyda minik və yük avtomobilləri toqquşub, ölən var
11 May 2024 | 23:33
Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11 May 2024 | 23:11
Modriç gələcəyi ilə bağlı qərar verdi
11 May 2024 | 23:09
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
11 May 2024 | 23:03
Bakıda gənc oğlan marketin qarşısında bıçaqlanıb
11 May 2024 | 22:39
“Fənərbağça” ilə görüşə yollanan komandanın təyyarəsini ildırım vurdu
11 May 2024 | 22:14
Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı
11 May 2024 | 22:05
"ABŞ İsraili beynəlxalq humanitar hüququ pozmaqda ittiham edir, amma silah göndərməyi də unutmur" - KİV-lər
11 May 2024 | 21:53
İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb
11 May 2024 | 21:36
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
11 May 2024 | 21:34
Rusiyada beşmərtəbəli bina uçdu - VİDEO
11 May 2024 | 21:12
Politoloq Paşinyanın hansı halda istefa verəcəyini açıqladı
11 May 2024 | 20:52
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:14
Rusiyalı politoloq: Ermənistan və Rusiya münasibətlərindəki böhran aradan qaldırılmayıb
11 May 2024 | 20:11
İrəvana səfəri su yoluna döndərən USAİD yenidən fəallaşıb: Paşinyana tapşırıqlar verildi - FOTO
11 May 2024 | 20:04
Zığ şosesində iki zolaqda sürət həddi endirilib
11 May 2024 | 20:03
Azərbaycan parataekvondoçusu Avropa çempionu olub
11 May 2024 | 20:01
Rüşvət almaqda ittiham olunan sabiq məmurlar Ali Məhkəməyə üz tutdular
11 May 2024 | 19:57
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
11 May 2024 | 19:42
Lənkəranda baş verən zəlzələnin GÖRÜNTÜLƏRİ - VİDEO
11 May 2024 | 19:38
Baroness Patrisia Skotland Azərbaycanı ziyarət edib - FOTO
11 May 2024 | 19:36
Çörəyin içindən siçan qalıqları tapıldı - İyrənc hadisə
11 May 2024 | 19:34
28 yaşlı model xərçəngdən öldü
11 May 2024 | 19:26
Rusiyada yeni hökumətin strukturu məlum olub
11 May 2024 | 19:25
Ukrayna Silahlı Qüvvələri Donetski raketlə vurdu - VİDEO
11 May 2024 | 19:24
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb - RƏSMİ + YENİLƏNİB/VİDEO
11 May 2024 | 19:22
Kəhrizlər diyarı Cəbrayıl: Horovlu kəndindən REPORTAJ - FOTO/VİDEO
11 May 2024 | 19:18
86 nömrəli tam orta məktəbdə Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirildi
11 May 2024 | 19:05
Vanda dörd ay qarın altında qalan mikroavtobusun çıxarılmasının görüntüləri - VİDEO
11 May 2024 | 19:02
Mövlam Şixəliyev özünü və əmlaklarını xilas edə bilmədi
11 May 2024 | 19:00
İranda polislər tərəfindən döyülən tanınmış yazıçı qadın insult keçirdi - FOTO
11 May 2024 | 18:55
Maraqlı bir məxluq qayığa tullanaraq qayıq sürücüsünü təəcübləndirib - VİDEO
11 May 2024 | 18:54
Rusiyanın Xarkov vilayətinə hücumu: işğalçıların strateji məqsədi nədir? - ISW
11 May 2024 | 18:48
“Biz sizi bəyənirik və dəstəkləyirik, əziz Paşinyan. Möhkəm olun!..”-FOTOLAR
11 May 2024 | 18:34
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
11 May 2024 | 18:03
Baş direktor Lənkərandakı güclü zəlzələ barədə: “Afterşoklar ola bilər”
11 May 2024 | 17:34
Prezidentin “Şuşa siyasəti” və ya bir şəhərin 4 əsrdə azalmayan strateji əhəmiyyəti...
11 May 2024 | 17:24
Aşıq Zülfiyyənin nəvəsinin toyundan GÖRÜNTÜLƏR - VİDEO
11 May 2024 | 17:23
İlham Əliyev: "Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq"
11 May 2024 | 17:21
Ermənistan polisi daha bir keşişi saxlayıb
11 May 2024 | 17:20
Yurdlarına qovuşan şuşalılar Cıdır düzündə yallı getdi - VİDEO
11 May 2024 | 17:18
Azərbaycanlı məşhur axtarışa verildi
11 May 2024 | 17:12
Rusiyanın Baş nazirinin 10 müavini olacaq
11 May 2024 | 17:10
Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanır?
11 May 2024 | 17:09
Vəzifəsindən azad edilən general kimdir? - DOSYE
11 May 2024 | 16:53
“Azərbaycan gəncliyi “Dəmir yumruğ”un əsas özəyi, dövlətimizin zərbə qüvvəsidir”
11 May 2024 | 16:47
“Başqa yollarla irəli gedib heç kimin torbasını tikməmişəm, kişi kimi işləmişəm”-FOTO+ÖZƏL
11 May 2024 | 16:46
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
11 May 2024 | 16:40
Güclü külək əsəcək, çaylardan sel keçəcək
11 May 2024 | 16:33
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - YENİLƏNİB + FOTO/VİDEO
GÜNLÜK
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 17:09
Vəzifəsindən azad edilən general kimdir? - DOSYE
11 May 2024 | 14:38
Daşkəsən rayon təhsil sektoruna yeni rəhbər təyin olunub
11 May 2024 | 14:18
Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - FOTO
11 May 2024 | 14:28
Yaponiya iki milyard dollarlıq COVID-19 preparatlarını məhv edəcək
11 May 2024 | 14:27
Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar - YENİLƏNİB
11 May 2024 | 15:26
Rusiya qoşunları daha altı yaşayış məntəqəsini nəzarətə götürdü
11 May 2024 | 15:52
ICESCO: “Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir”
11 May 2024 | 19:42
Lənkəranda baş verən zəlzələnin GÖRÜNTÜLƏRİ - VİDEO
11 May 2024 | 16:03
Bakıda mənzildə meyit tapılıb
HƏFTƏLİK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
11 May 2024 | 12:03
"Bu revanşist hərəkat yalnız Paşinyana qarşı deyil, həm də Azərbaycana qarşıdır...”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
AYLIQ
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 17:09
Vəzifəsindən azad edilən general kimdir? - DOSYE
11 May 2024 | 14:38
Daşkəsən rayon təhsil sektoruna yeni rəhbər təyin olunub
11 May 2024 | 14:18
Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - FOTO
11 May 2024 | 14:28
Yaponiya iki milyard dollarlıq COVID-19 preparatlarını məhv edəcək
11 May 2024 | 14:27
Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar - YENİLƏNİB
11 May 2024 | 15:26
Rusiya qoşunları daha altı yaşayış məntəqəsini nəzarətə götürdü
11 May 2024 | 15:52
ICESCO: “Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir”
11 May 2024 | 19:42
Lənkəranda baş verən zəlzələnin GÖRÜNTÜLƏRİ - VİDEO
11 May 2024 | 16:03
Bakıda mənzildə meyit tapılıb