Elçibəyin yarımçıq qalmış fərmanı...
Oxunub: 16705
06 Apr 2014 | 11:24
Elçibəyin yarımçıq qalmış fərmanı...
Milli Qvardiyanın komandiri olmuş polkovnik Əzizağa Süleymanov 90-cı  illlərin əvvəllərində ölkənin siyasi və hərbi aləmində baş vermiş bir sıra maraqlı olayların birbaşa iştirakçısı kimi bir müddətdir ki, saytımıza ilginc materiallar göndərir. Polkovnik indi də 93-cü ilin aprelin əvvəllərində Füzuli istiqamətində baş verən döyüşlər barədə xatirələrini Moderator.az vasitəsilə oxuculara təqdim edir. Çoxlarımızın bilmədiyi şok məqamlar və rüsvayçı epizodlarla zəngin bu materialın hər kəs üçün maraqlı olacağına şübhəmiz yoxdur”¦

(əvvəlini axtarış verməklə xəbər lentlərimizdən oxuya bilərsiniz)... Zirehli texnikamız ermənilər tərəfindən vurulan zaman zirehli texnikanın komandiri Əliyev Samir Əli oğlu başından yaralanmışdı. Onları da Milli Qvardiya döyüşçülərinin köməkliyi sayəsində döyüş mövqeyindən sağ- salamat çıxarmaq mümkün oldu. Zirehli texnikanın içindən çıxıb qvardiyaçı Əliyev Samir Əli oğlunu çiynində erməni güləsinin altından uzaqlaşdıran qvardiyaçını görəndə məni gülmək  tütdu. “Bu haradan çıxdı” deyə yanımdakı qvardiyaçılardan soruşdum. Bu, xüsusi təyinatlı dəstənin idman bölməsinin rəisi, hamımızın sevimlisi qvardiyaçi leytenant Rzazadə Gennadi Dilavər oğlu idi. Briqada komandirinin əmrinə əsasən Milli Qvardiya döyüşçülərinə geri çəkilməyi əmr etdim. Lakin çox geri çəkilməyib əlverişli mövqe tutub, döyüş zonasında qalan yüngül zədə alan zirehli döyüş maşınını döyüş mövqeyindən çıxarmaq qərarına gəldim. Rabitə vasitəsilə ekipaja əmr etdim ki, nəyin bahasına olursa-olsun zirehli döyüş maşınını döyüş mövqeyindən axşam çıxarmaq lazımdır, qorxmasınlar, biz onları qoruyacağıq. Mənim əmrimlə döyüş mövqeyindən çıxan döyüşçüləri nəzərdən keçirdikdə dəhşətə gəldim. Milli Qvardiyanın xüsusi təyinatlı dəstəsinin hücumda iştirak edən hissəsinin bir hissəsi yox idi. Mənim həyacanlı olduğumu görən yanımda olan xüsusi təyinatlı dəstənin komandirlərindən biri leytenant Rəhimov Fazil Yaqub oğlu mənə bildirdı ki, komandir, qorxma onlar meşədədirlər, hücuma hələ keçməyiblər, sürət yığırlar. Düzü, mən onlardan bunu gözləmirdim. Bizdən bir az aralı döyüş  mövqeyi tutan xüsusi təyinatlı dəstənin komandiri polkovnik-leytenant Ənvər Mirzəyev də mənə yaxınlaşıb, ön döyüş xəttindən çıxan döyüşçülərin azlığından şübhələndiyini bildirdi. O elə bildi ki dəstə üzvlərinin bir hissəsi hücum zamanı ermənilər tərəfindən mühasirəyə düşüblər. Bu zaman rabitə vasitəsi ilə rabitəçilər mənə məlumat verdilər ki, bir neçə nəfər xüsusi təyinatlı dəstənin üzvləri meşədən çıxmaq üzrədilər. Onların geri dönmələri barədə göstəriş verdim. Ənvər müəllimə bildirdim ki, Ənvər Müəllim, əlinizə yaxşı imkan düşüb, özünüz saf -çürük edin. Ənvər müəllimi onları qarşılamaq üçün onlar gələn tərəfə göndərdim. Özüm leytenant Rəhimov və bizimlə birlikdə hücumda fəal iştirak edən döyüşçülərin bir hissəsi ön döyüş xəttində qaldıq. Saat 19.00-da döyüş mövqeyində qalan zirehli döyüş maşınını döyüş mövqeyindən çıxarmaq mümkün oldu. Bundan  sonra mənimlə döyüş mövqeyində qalan dəstəyə əmr etdim ki, geri çəkilsinlər. Biz əvvəlki mövqeymizə çəkildik. Bir azdan rabitə vasitəsilə mənə məlumat verildi ki, Qvardiyanın qərərgah rəisi polkovnik-leytenant Nəsirov Tariyel Əli oğlu Füzuliyə döyüş bölgəsinə gəlib, mənimlə danışmaq istəyir. Mən döyüş haqqında ona qısa məlumat verdim. Onun verdiyi əlavə göstərişləri və tapşırıqları dəstəyə çatdırdım. Milli Qvardiyanın xüsusi təyinatlı dəstəsinin öz komandiri olsa da, həmin dəstəyə  o nəzarət edirdi.
      Axşam xüsusi təyinatlı dəstənı döyüş mövqeyindən çıxarıb, yerləşdikləri Qarğabazar kəndinə yola saldım. Özüm briqada komandirinin çağrışı ilə briqadanın  qərargahına getdim. Mən ora çatanda Milli Qvardiyanın qərargah rəisi polkovnik-leytenant Nəsirov orda idi. Ona  Milli Qvardiya döyüşçülərinin Füzuli bölgəsində ermənilərə qarşı gedən döyüşlərdə əldə etdikləri parlaq nailiyyətlər barədə  məruzə edib, geniş məlumat verdim. Döyüş zamanı dörd nəfər qvardiyaçının yaralandığını, bir nəfərin yarasının çox ağır olduğunu və bir zirehli texnikanın ermənilər tərəfindən vurulduğunu ona bildirdim O, mənə döyüş əmrini yerinə yetirdiyimiz üçün təşəkkür etdi. Hücuma keçməyən yerli tabor barəsində tədbir gördürəcəyini söylədi. Axşam Nəsirov mənimlə bərabər briqada komandirinin çağırdığı  toplantıda iştirak etdi. Toplantıda briqada komandiri kəskin çıxış edərək yerli tabor komandirlərinin döyüş fəaliyyətlərinin sıfıra barabər olduqlarını söylədi. Onların tutduqları vəzifədən azad olunması üçün təqdimat hazırlanması barədə briqadanın qərargah rəisinə göstəriş verdi. Milli Qvardiyanınsa döyüş fəliyyəti çox yüksək qiymətləndirildi. Milli Qvardiya döyüşçülərinin köməyi nəticəsində ölmüş rus mənşəli erməni zabitinin üstündən götürülən komandir çantasındakı xəritədə  mühüm əhəmiyyətli məlumatların olduğunu söylədi. Həmin məlumatları analiz etmək ücün Müdafiə Nazirliyindən ekspertlər dəvət olunub. Bu günki döyüş əməliyyatı zamanı Gövşad kəndini azad edə bilməsək də bu istiqamətdə döyüşən düşmən qüvələrinə ağır zərbələr endirdik. Onlar bizim gücümüzü gördülər.
       Milli Qvardiya döyüşcülərinin döyüşdə yaratdıqları ruh yüksəkliyi, cavan milli  ordu əsgərlərini ruhlandırıb. Onlarda öz güclərinə inam əmələ gətirib. Onları daha da ruhlandırmaq lazımdır. 6 aprel 1993 cü il tarixində gecə saat 21.30- da Milli qvardiyanın qərargah rəisi polkovnik-leytenant Tariyel Nəsirovla birlikdə Qarğabazar kəndində yerləşən Milli qvardiya döyüşçülərinin yerləşdiyi qərargaha gəldik. Bizi kapitan Vəliməmmədov qarşıladı. O Milli Qvardiyanın qərargah rəisi Nəsirova qərargahda heç bir hadisə baş vermədiyi barədə məruzə edərkən gülməkdən özün saxlaya bilməyib, xüsusi təyinatlı dəstənin gecə ilə ermənilərin üzərinə hücuma keçmək üçün komandirlərinin əmri ilə sıraya düzüldüklərini bildirdi. Tariyel Nəsirov Ənvər Mirzəyevlə axşamdan mənim göstərişimlə hazırlanmış istirahət otağına getdilər. Kapitan Vəlimməmədov qərargah rəisinin gəlişi ilə əlaqədar şam yeməyi hazırlamışdı. Mən onların söhbətinə mane olmamaq üçün, həm də möhkəm yorğun olduğuma görə öz otağıma getdim. Yolda polkovnik-leytenant Taryel Nəsirova Milli Qvardiyanın xüsusi təyinatlı dəstəsinin bir neçə üzvünün bu günki döyüşdə qorxaqlıq göstərərək döyüş vaxtı döyüşə girməyib meşədə gizlənmələri barədə məlumat vermişdim. Düzü, həmin şəxslər xüsusi təyinatlı dəstənin tərkibində birinci dəfə idi ki, ermənilərə qarşı döyüşdə iştirak edirdilər. Onları başa düşmək olardı. Onlar üçün bu bir sınaq idi. Çarpayıya uzanıb təzəcə dincəlmək istəyirdim ki, Nəsirov məni otağına dəvət etdi. Aşbaz yaxşı süfrə hazırlamışdı. Ənvər Mirzəyev də orada idi. Söz arası Nəsirov mənə dedi ki, xüsusi təyinatlı dəstənin bu günkü döyüşü barədə xahiş edirəm heç kimə məlumat verməyin. Onların çoxu birinci dəfədir ki, belə ağır döyüşdə iştirak edirlər. Mən onu və Ənvər müəllimi çox gözəl başa düşürdüm. Bu dəstənin döyüş hazırlığına, təlim və təlimatlarına birbaşa cavabdeh idilər...   
       7 aprel 1993 cü il tarixində səhər tezdən durub, şəxsi heyətin sıra baxışını keçirtmişdim. Sıra baxışına yaxınlaşan Milli Qvardiyanın qərərgah rəisi polkovnik-leytenant Taryel Nəsirova Milli Qvardiyanın şəxsi heyətinin düzülüşü barədə ərznamə etmişdim. O şəxsi heyətlə salamlaşıb, onlara erməni təcavüzkarlarına qarşı döyüşdə gostərdikləri şücaətə görə Milli Qvardiya komandanlığı adından təşəkkür edib, mənə Milli Qvardiya komandanının əmri ilə kapitan hərbi rütbəsinin verildiyini bildirdi və əlindəki kapitan hərbi rütbəli paqonu mənim çiynimə taxdı. Mən ona və Milli Qvardiya komandanlığına bizə göstərdikləri diqqətə görə təşəkür edib, verilən kapitan rütbəsinin mənimlə çiyin-çiyinə döyüşən qvardiyaçıların  zəhmətinin bəhrəsi olduğunu söylədim. Qvardiyaçılara döyüş hazırlığı tapşırığı verib, komandirləri qərargah rəisinin yanına hərbi toplantıya dəvət etdim. Dörd gün idi ki, Məngələnata dağında səngərlərdə duran qvardiyaçılar dəyişdirilməmişdi. Onları postlardan dəyişdirmək üçün adam yox idi. Qərargah rəisi Nəsirovun yanında keçirilən toplantıda bu məsələni qaldırdım. Bu məsələni həll etmək üçün bir çıxış  yolu lazım idi.Yerli taborlar bu postları qəbul etmək qabiliyyətinə malik deyildilər. Onların şəxsi heyətlərinin tərkibində canlı qüvə çatışmazlığı var idi. Belə tezliklə ən strateji mühüm əhəmiyyətli bir mövqeyi hər tabora etibar etmək olmazdı. Mən polkovnik-leytenat Nəsirovdan xahiş etdim ki, Məngələnata dağında duran qvardiyaçıların postlardan dəyişdirilməsinə köməklik etsin. O xüsusi təyinatlı dəstənin döyüş mövqeyində mənə tabe olduğunu bilsə də etika xatirinə onun  komandirini çağırıb, alaydan  olan 20 nəfər qvardiyaçı ilə birlikdə Məngələnata dağındaki qvardiyaçıları  postlardan xüsusi təyinatlı dəstə üzvüləri ilə əvəz olunması barədə ona göstəriş verdi. Bundan sonra  Nəsirov və mən briqada qərargahına gedib çatışmayan ərzaq və sursatların alınması ilə məşğul olduq. Nəsirovun köməyi ilə bizə lazım olan ərzaq və sursatları verdilər. Biz ondan sonra Nəsirovla birlikdə hərbi xəstəxanaya çox ağır yaralanan Qvardiyaçı Hüseynov Hüseyn Şükür oğluna dəyməyə getdik. Onun vəziyyəti olduqca ağır idi. Xəstəxanadan çıxıb  Məngələnata və Üçtəpə istiqamətlərindəki döyüş mövqelərini yoxladım. Mən qərargah rəisinə hər şeyi yerində göstərirdim. O dağın ətrafında və üstündə qazdığımız səngərlərə baxıb müəyyən düzəlişlər və əlavələr etmək barədə göstəriş verirdi. Məndən tələb etmişdi ki, axşam toplantıda briqada komandirindən tələb et, qoy Üçtəpə istiqamətindəki postları yerli taborların birinə versin. O mənə TƏİR və tank  əlehinə mina atan dəzgahı qurmaq üçün daha əlverişli yer göstərdi. Ondan sonra biz yerləşdiyimiz hərbi qərargaha gəlib, erməni mövqeylərinə gələcəkdə hücum edəcəyimiz yerlərin istiqamətlərini, onların coğrafi mövqelərini müəyyənləşdirmək üçün kəşfiyyat planı ilə məşğul olmağa başladıq. 
         Bizə məxfi məlumat çatmışdı ki, prezident Əbülfəz Elçibəy 9 aprel 1993 cü il tarixində Füzuli rayonuna döyüş bölgəsinə gələcək. Əbülfəz Elçibəyin Füzuli rayonuna döyüş bölgəsinə gəlməsi Azərbaycan orusunun hərbi birləşmələrinin döyüşçüləri arasında ruh yüksəkliyi yaratmaqla bərabər, düşmən tərəfi də qıcıqlandıracaqdı. Bu amili nəzərə alaraq, düşmənin hər hansı bir təxribatlarının qarşısını vaxtında  almaq üçün Milli Qvardiyaçılar döyüşə hər an hazır olmalı idi. Mən düşmənlə üzbəüz yerləşən bütün postları şəxsən yoxlayandan sonra tam əmin olmuşdum ki, biz düşmənın hücumunun qarşısını almağa hazırıq.
       Bundan sonra briqada komandirinə və Milli Qvardiyanın qərargah rəisinə ölkə prezidentinin gəlişi ilə əlaqədar olaraq ermənilər tərəfindən heç bir təhlükəyə Milli Qvardiyaçılar tərəfindən yol verilməyəcəyi barədə məlumat verdim.Milli Qvardiya döyüşçüləri düşmənin edə biləcəyi hücumların qarşısını almaq iqtdiranda olsa da bəzi qvardiyaçılar döyüş zamanı çaşqınlığa yol vermiş, onlarda qorxaqlıq əlamətləri üzə çıxmışdı.  Qvardiyaçı kapitan  Sofiyev Xaləddin Həmzə oğlu, baş leytenant Hüseynov Rəşid Mustafa oğlu, qvardiyaçı gizir Ağayev Eyvaz İbiş oğlu, qvardiyaçı çavuş İmaməliyev Fuad Misirxan oğlu və adını göstərmədiyim, hal- hazırda Xüsusi Dövlət Mühafizə Xidmətində yüksək rütbə daşıyan bir iki zabit bu qorxaqlarla bir cərgədə olanlardan idilər. Hətta onlardan da qorxaq idilər. Mən onların bu hərəkətinin qvardiyaçılara pis təsir edəcəyini nəzərə alıb, həmin şəxslərin təcili olaraq döyüş bölgəsindən çıxarılıb Bakıya, alaya qaytarılması barədə qərargah rəisinə məruzə edərək ondan icazə aldım və onların bəzilərini Bakıya yola saldım. Qvardiyaçı baş leytenant Hüseynov Rəşid Mustafa oğlu zabitə yaraşmayan elə hərəkət etmişdi ki, onu qvardiyada saxlamağın özü bir cinayət idi. 6 aprel tarixində ermənilər Məngələnata istiqamətində bizə hücum edən zaman erməni artilleriyasının mərmisi onun səngərin önünə əlindən yerə qoyduğu avtomat silahını iki yerə bölmüşdü. Artilleriya zərbəsindən vahiməyə düşən bu baş leytenant onlarla bir yerdə olan milli ordu əsgərindən birinin avtomat silahını götürüb, tabeçiliyində olan qvardiyaçıların  gözü qarşısında döyüş mövqeyindən qaçmışdı. Onun  komandirə yaraşmayan qorxaqlığını nəzərə alıb, Milli Qvardiya komandanının adına təqdimat yazaraq tutduğu  vəzifədən azad etdirib, qvardiya sıralarından xaric etdirmişəm. Sonrakı illərdə o  Xüsusi Dövlət Mühafizə Xidmətində yüksək vəzifə tutan qohumunun məsləhəti ilə mənim barədə prokurorluğa şikayət ərizəsi yazıb, işləmədiyi illərin məvacibini mənim hesabıma almaq şərti ilə, Milli qvardiyada işə bərpa olmaq istəyirdi. Bu işlə əlaqədar olaraq məndən izahat alan müstəntiqə ixtisasca hərbi hüquqşünas olduğumu sübut edərək, məndən şikayət edən şəxsin hərəkətlərində cinayət tərkibinin olduğunu yazılı sürətdə ona izah etdim. Bununla da Hüseynovun  mənim barəmdə yazdığı şikayət ərizəsinə xitam verildi. Hüseynovun yüksək vəzifədə işləyən qohumu mənə başqa cür təsir etmək istəsə də ona xəbərdarlıq etdim ki, əgər bu hərəkətlərini davam etdirsələr, prezidenti  Heydər Əliyev cənablarına müraciət edəcəm. Bununla da bu və buna oxşar bir çox məsələlər barəsində mənə edilən təzyiqlər bir qədər səngisə də təsirsiz də ötüşmədi...
8 aprel tarixində axşam bizi briqada komandirinin yanına toplantıya çağırdılar. Biz ora gələndə Füzuli, Beyləqan zonasıda yerləşən milli ordu briqadalarına rəhbərlik edən korpus komandiri general Rafiq Ağayev və onun müavini polkovnik Namazov da orda idi. Onlar Milli Qvardiyanın qərargah rəisi polkovnik-leytenant Nəsirovla qısa söhbət etdilər. General Ağayev məni görən kimi tanıdı. Üzünü yanındakı zabitlərə tutaraq dedi ki, bu qəhrəman kapitanı tanıyıram. Bu cavan oğlan Daxili qoşunların komandanı olduğum zaman daxili qoşunların 6500 saylı hərbi hissəsinin bir bölüyündə bölük komandirinin müavini vəzifəsində işləyirdi.  Buna baş leytenant rütbəsi verilmişdi. Həm də bölük komandiri vəzifəsinə hərbi hissə komandiri tərəfindən təqdimatı göndərilmişdi. Özü də məzuniyyətdə idi. Tabor komandiri onu çox tərifləyirdi. Çağırtdırdım ki, rütbəsini təqdim edim. Komandiri bildirdi ki, prezidentin sərancamı ilə o yeni yaranmış Milli Qvardiyada xidmət edir. Milli Qvardiya komandanına zəng edib, bunu yanıma çağırtdırdım. Keçmiş komandiri ilə nə qədər dilə tutsaq da geri qayıtmadı. Halal olsun doğurdan da, tərifə layiq imiş. Müdafiə Nazirliyinin korpus komandiri general-mayor Rafiq Ağayevlə görüşdükdən sonra Nəsirovla Milli qvardiya döyüşçülərinin  yerləşdiyi qərargaha gəlmişdik.
      9 aprel tarixində gecə saat 3.20- də növbətçi zabit mənə məlumat verdi ki, hərbi xəstəxanada Məngələnata dağında 6 aprel tarixində gündüz saat 5 radələrində bədənində aldığı ağır tank mərmisi yarasından Füzulidəki hərbi hospitala yerləşdirilən Qvardiyaçı Hüseynov Hüseyn Şükür oğlu vəfat edib. Mən qvardiya alayının tibb hakimini götürüb gecə ilə hospitala gedib, Milli Qvardiyaçının canazəsini müvəqqəti məsgunlaşdıqları Naftalan rayonuna yola salmışdım. Bu gun mənim həyatımda ən ağır bir gün idi. Qvardiyaçı Hüseynov Hüseyn Şükür oğlunun üç uşağı körpə yaşında yetim qalmışdı...
  Prezident Əbülfəz Elçibəy Füzuli şəhərinə böyük maşın karvanı ilə mühafizə xidmətinin rəisi general-mayor Vaqif Axundovun müşayəti altında gəlmişdi. Səfərdə dövlət müşaviri Arif Hacılı prezdentlə bir yerdə idi. 4-5 aprel tarixində dövlət müşaviri Arif Hacılı özü Milli Məclisin sədri İsa Qəmbərlə Füzuli rayonuna gəlib döyüşə rəhbərlik edənlərdən biri idi. 5 aprel 1993-cü il tarixində Milli qvardiya döyüşçüləri ilə döyüşdə göstərdiyimiz igidliyə görə Mənə Milli Məclisin sədri İsa Qəmbərin Milli Qəhrəman adının verməsini şəxsən həmin günü mənə söyləmişdi. Yəqin ki, bu barədə prezidentə də məlumar vermişdi...  
    Əbülfəz Elçibəyi Fizulidə əhali yüksək əhval- ruhiyə ilə qarşılamışdı. Döyüş bölgəsindəki vəziyyətdən məlumatlı olan ölkə prezidenti Milli Qvardiya döyüşçülərinin döyüşdə göstərdiyi şücaəti çox yüksək qiymətləndirərək, özü ilə Füzuli şəhərinə gələn Milli Qvardiya komandanı əvəzi polkovnik-leytenant Tahir Cəlal oğlu Məmmədovu yanına çağıraraq Milli Qvardiya döyüşçülərini döyüşdə göstərdikləri igidliyə görə təbrik etmiş, Tahir Məmmədovu  bu münasibətlə Milli qvardiyanın komandanı vəzifəsinə təyin edib, Füzuli bölgəsindəki döyüşlərdə Milli Qvardiya döyüşçülərinə rəhbərlik edən  kapitan Əzizağa Mirpaşa oğlu Süleymanova “Azərbaycan Respubilikasının Milli Qəhrəmanı” adını verdiyini bildirmişdi. Milli Qvardiyanın komandanı Tahir Məmmədovla bərabər Milli Qvardiyanın qərargah rəisi polkovnik-leytenant Taryel Nəsirov Prezdentin mühafizə xidmətinin rəisi general-mayor Vaqif Axundov, briqada komandiri polkovnik-leytenant Murad Həmidov, Füzuli rayonunun İcra hakimiyyətinin başçısı Nofəl Kərimov və başqa səlahiyət sahibləri orada idilər.  Bu barədə mənə həmin gün ölkə prezdenti Əbülfəz Elçibəyin qarşılama mərasimində iştirak edən Füzuli bölgəsində yerləşən və bu bölgədəki bütün hərbi hissələrin briqada komandiri polkovnik-leytenant Murad Həmidov ölkə prezdentinin qarşılanma mərasimindən bir saat sonra rabitə vasitəsi ilə məlumat verib  təbrik etmişdi. O anda mən Məngələnata yüksəkliyində Milli Qvardiya döyüşçüləri ilə birlikdə erməni ordusunun hücumlarının qarşısını almaq üçün döyüşə hazır vəziyətdə durmuş Milli qvardiya döyüşçülərinə rəhbərlik edirdim. Mən ad ”“şan,  şöhrət üçün yox, vətənimin yolunda vuruşurdum. Mənim üçün vətənimin bir qarış torpağı hər bir mükafatdan əziz idi. 5 aprel 1993-cü il tarixində Milli Məclisin sədri İsa Qəmbər mənə Milli qəhrəman adı verilməsini elan edəndə məni İsa bəylə görüşməyə dəvət etsələr də mən etika qaydalarına əməl edərək İsa bəyə yaxınlaşmamışdım...

Ardı var...
Oxşar xəbərlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:53, Bu gün
"Ən mühüm problemimizlə bağlı ABŞ-dan dəstək ala bilməmişik"
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO