Nəsimi Məmmədli müxalifətin süstlüyünə haqq qazandırdı
Oxunub: 5141
14 Mar 2014 | 20:07
Nəsimi Məmmədli müxalifətin süstlüyünə haqq qazandırdı
Ümid partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli Moderator.az-a açıqlamasında vətəndaşların sosial vəziyyətinin ağırlığı, son dövrlər kütləvi etirazların artması və  bütün bu ajiotaja baxmayaraq demokratiya uğrunda siyasi proseslərin aktiv müstəviyə keçməməsinə münasibət bildirib. 

-Nəsimi bəy, prezident seçkisindən sonra ölkədəki müxalif siyasi partiyaların rolunun azaldığının hiss olunduğu bir vaxtda, vətəndaşların müxtəlif məzmunlu kütləvi etirazları getdikcə artmağa başlayıb. Bunları doğuran səbəblər nədir?

 -Son seçki prosesi onu bir daha sübut etdi ki, mövcud hakimiyyətin xalq arasında dayaqları itməkdədir. Öz nüfuzunu islahatlarla, cəmiyyətin maraqlarını təmin etməklə bərpa etməyi bacarmayan və həm də bunda maraqlı olmayan iqtidar daha sərt metodlarla rəqiblərini siyasi arenadan sıxışdırmaq xətti tutub. Dövlətin bütün inzibati resursları səfərbər edilərək, hakimiyyətin faktiki mövcudluğunu saxlamağa, müxalifətin isə siyasi müstəvisini daraltmağa və yox etməyə cəlb olunubsa, bizim bundan artıq nə isə etməyimiz də mümkün deyil. Sərbəst toplaşmağa qadağa, ifadə azadlığına məhdudiyyətlər, müxalif siyasi partiyaların qanuni fəaliyyətinə əngəllər olan yerdə demokratik mühit ola bilməz. Demokratik mühit olmayan yerdə də siyasi partiyaların rolu bundan artıq ola bilməz. Vətəndaşların kütləvi etirazlarının artması tendensiyasına gəlincə, doğrudan da bu etirazların müxtəlif səbəblərdən baş verdiyini güman edənlər çoxdur. Amma, istər universitet tələbələrini, istər evi sökülən sakinləri, istərsə də kiçik ticarətlə məşğul olan sahibkarları etiraza sürükləyən ümumi məsələlər var. Bunların hər biri məmur özbaşınalığından, sosial vəziyyətin ağırlığından və mövcud “idarəetmədən” qaynaqlanır. Son vaxtlar hökumətin bir çox yanlış qərarları, idarəçilikdə buraxılan səhvlər, əhalinin sosial vəziyyətinin ağırlığı cəmiyyətin gərginləşməsinə və qarşıdurmalara meyllənməsinə meydan açır. Belə bir arzuolunmaz vəziyyətə gətirib çıxaran amilləri hakimiyyət dərhal ortadan qaldırmalıdır. Buna mövcud hakimiyyətin resursları, imkanları çatar, yetər ki, məzlum duruma salınmış  xalqa xidmət etməyə istəkləri, arzuları olsun. Əhalinin bütün təbəqələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmalıdır. Vətəndaşlar öz şəxsi həyatında dövlətin himayəsini hiss etməlidir. Sosial ədalətin pozulmasının davam etməsi ölkənin təhlükəsizliyinə və davamlı sabitliyinə ciddi zərbədir. Artıq vətəndaşlarla hökumət qurumları arasında çox etimadsizlıq mühiti yaranmışdır. Məhz bu səbəbdən də vətəndaş özünü dövlətdən qorumaq düşüncəsinə hakim olmağa başlayıb ki, bu da özlüyündə dövlətlə vətəndaş münasibətlərində bir uçurum yaradır.

-Müxalif partiyaların fəaliyyətində bir süstlük müşahidə olunur, verilən bəyanatların kağız üzərində qalmasının səbəbi nədir?

-Təbii ki, müxalif siyasi partiyaların əsas vəzifələrindən biri də ölkədə mövcud olan neqativ halları ictimai müzakirəyə təqdim etməkdir. Bununla da partiyalar ölkə Konstitusiyasında və qanunlarda təsbit olunmuş hüquqlarını həyata keçirir, həm də öz siyasi platformasını təbliğ etmiş olur. Hakimiyyət də öz üzərinə qanunlarla qoyulmuş vəzifələrə əməl edərək müxalif siyasi institutların rolunun genişləndirilməsinə şərait yaratmalı və onların bəyanatlarına uyğun reaksiya verməlidir. Bu gün iqtidar və cəmiyyət açıq reaksiya verməsə də, əslində bizim bəyanatların çox ciddi təsirləri var. Əgər təşkilatlanmamış cəmiyyət belə, kütləvi etirazlar edirsə, seçki günü səsini iqtidara vermirsə, bunun əsas səbəblərindən biri elə bizim ardıcıl siyasi fəaliyyətimizdir. Əlbəttə, daha yaxşı olardı ki, iqtidar müxalifət münasibətlərində normal siyasi rəqabət olsun. Bizi ən çox narahat edən məsələlərdən biri də budur ki, ölkədə siyasi münasibətlər sisteminin olduqca gərgin və barışmaz ziddiyyətlərlə inkişaf etməsi nəticəsində bu siyasi mədəniyyətin formalaşması yubadılır. Ümid partiyası cəmiyyət içi münasibətlərdə bəyanatlarla yanaşı, bir çox fərqli demokratik metodlardan da istifadə edir və fəaliyyətində heç bir süstlük yoxdur.
 
-Müxalifətin sosial bazasının zəifləməsi ilə bağlı iddiaların olduğu bir vaxtda Ümid Partiyasının bələdiyyə seçkilərinə hazırlığında nə kimi çətinlik nəzərə çarpır?
         
-Burada ilk olaraq nəzərə almaq lazımdır ki, istənilən antidemokratik rejimlər vətəndaş fəallığını, xüsusilə siyasi fəallığı özü üçün təhlükə sayır və qarşısını almaq üçün hər vasitədən istifadə edir. Müxalifətin və iqtidarın sosial bazasını müəyyən etməyin tək yolu demokratik seçkidir. Bunun isə ölkəmizdə keçirilməsinin qarşısını hakimiyyət həm qanunvericiliklə, həm də təşkilati-siyasi iradəsi ilə alır. Ona görə də müxalifətin sosial bazasının zəifləməsi ilə bağlı iddiaları əsassız hesab edirəm. Qarşıdakı Bələdiyyə seçkilərinə hazırlığa ciddi önəm veririk. Həm partiyanın, həm də cəmiyyətin maraqlarına uyğun fəaliyyət ortaya qoyacağıq. Seçkinin verdiyi imkanlardan istifadə etməklə cəmiyyətin maariflənməsi və demokratikləşməsinə yardımçı olmağa çalışacağıq. Biz partiya olaraq Bələdiyyə seçkilərinə start verilənədək bir neçə zəruri məsələləri həll etməyi qarşıya məqsəd qoymuşuq. Burada bütün bələdiyyə subyektlərindən namizəd irəli sürmək imkanlarımızın öyrənilməsi, şəhər bələdiyyələrinə namizəd olacaq şəxslərin vahid seçki strategiyasının hazırlanması, bələdiyyələrin statusu ilə bağlı geniş siyasi-hüquqi kompaniyanın aparılması daxildir. Ölkədə azad, ədalətli, şəffaf və demokratik seçki mühiti yoxdursa, iqtidar demokratik azadlıqları məhdudlaşdırmaqla hakimiyyətini qorumaq xətti tutubsa və hətta statusu çox məhdud olan bələdiyyələrə seçkini demokratik keçirməkdə maraqlı olmasa belə, biz ardıcıl fəaliyyətimizdə israrlıyıq. Belə bir seçki prosesində nə etmək mümkün olacaqsa, biz də partiya olaraq onu etməyə çalışacağıq. MDB məkanında, xüsusilə də Ukraynada baş verən siyasi hadisələr fonunda ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində fəallıq və siyasi hərarət yüksək ola bilər ki, bunu da nəzərə alacağıq. Vətəndaşlarımız öz problemlərinin mahiyyətini tam anlamalı və onun həllində mütləq iştirak etməlidirlər. Ayrı-ayrı siyasi təşkilatların gücü ilə antidemokratik cəmiyyətlərdə müsbət dəyişiklik etmək olmaz. Bu səbəbdən də, xalqımızı müxalif siyasi fəaliyyətə aktiv dəstək verməyə çağırırıq.

Oxşar xəbərlər
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
GÜNLÜK
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO