“Yanukoviçin qaçmasına kim şərait yaradıbsa, Ukraynaya ən böyük zərbəni o vurub”
Oxunub: 7731
28 Feb 2014 | 10:38
“Yanukoviçin qaçmasına kim şərait yaradıbsa, Ukraynaya ən böyük zərbəni o vurub”

“Rusiya faktiki olaraq Ukraynanın suverenliyinə qəsd edib”

 

“Proseslər Rusiyadakı ukraynalıları hərəkətə gətirə bilər”

 

“Qərb dünyanın heç harasında radikal sağçıların hakimiyyətə gəlməsini arzulamır”

 

Yanukoviçin devrilməsindən sonra Rusiyanın gözlənilmədən hərəkətə keçməsi və bütün prqnozları alt-üst edərək Ukraynaya ordu yeritməsi bütün dünyada sözün həqiqi mənasında şok effekti yaradıb. Öz addımları ilə yalnız Ukraynanın hərbi qüdrətinə deyil, eləcə də beynəlxalq hüquq sisteminə meydan oxuyan Rusiya, kimin nə deməyindən asılı olmayaraq bu gün də lazımi məqamda zor dili ilə danışmağa qadir olduğunu sərgiləməkdədir. 

Moderator.az xəbər verir ki, ADP sədri Sərdar Cəlaloğlu "Hürriyyət" qəzetinə müsahibəsində Rusiya-Ukrayna münasibətlərinin indiki durumunu, habelə Kremlin əzələ nümayişinin yarada biləcəyi fəsadları şərh edib. 

 

- Sərdar bəy, Ukraynada baş verən prosesləri necə dəyərləndirirsiniz? Sizcə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi hansı sonuclara səbəb ola bilər?

 

- Ukrayna olayları Gürcüstan ssenarisini kopyalayır. Rusiya bu ssenarini bir müddət bundan öncə Gürcüstanda da reallaşdırmışdı. Eyniylə bu ssenari əsasında Rusiya Gürcüstanın iki vilayətini işğal və ilhaq elədi. Lakin buna baxmayaraq gürcü xalqı öz seçimini elədi və Qərbə inteqrasiya yönündə inkişafını davam etdirir. Bu gün Rusiya mövcud durumdan yarralanaraq Ukrayna xalqını Qərbə inteqrasiya istəyinə görə cəzalandırmaq istəyir. Amma bir şey unutmaq olmaz ki, Ukrayna Gürcüstan deyil. Ukrayna özünün potensialına, siyasi coğrafiyasına, digər kriteriyasına görə Gürcüstandan qat-qat güclü bir dövlətdir. Əgər Rusiya bu addımlarını davam etdirərsə, o zaman məlum olaylar post-sovet məkanında uzunmüddətli gərginliklərə gətirib çıxardacaq. Bildiyiniz kimi, Budapeşt razılaşmasına görə Ukraynanın suverenliyinə üç dövlət təminat verib. Bunlar ABŞ, Rusiya və Avropa Birliyidir. İndiki halda əgər Ukraynanın ərazi bütövlüyü və suverenliyinə bir problem yaranıbsa, mütləq ABŞ və Avropa Birliyi əks tərəf kimi çıxış etməlidir. Artıq NATO məsələyə reaksiya verib və bəyanatla çıxış edib. Ukraynada bu baxımdan proseslər Gürcüstandakı kimi getməyəcək. Çünki Gürcüstanla bağlı beynəlxalq öhdəlik yox idi. Lakin ABŞ və Avropanın Ukraynanın ərazi bütövlüyü və müstəqilliyi ilə bağlı öhdəliyi var. Əgər Rusiya öz üzərinə düşən öhdəliyi pozubsa, ABŞ və Avropa bu öhdəliyi pozmayacaq. Belə olan halda Rusiya ABŞ və Avropa ilə üzə-üzə gələ bilər ki, bu da ağır nəticələrə səbəb ola bilər.

 

- Baş verən proseslər Rusiya üçün hansı təhlükələr doğurur? Elə bir məqam yetişə bilərmi ki, Rusiyanın bu addımı öz əleyhinə işləsin?

 

- Hadisələrin Rusiyanın öz içərisinə sıçraması təhlükəsi var. Ukraynada da kifayət qədər radikal əhval-ruhiyyəli insanlar var. Onlar Rusiyanı cəzalandırmaq üçün eyni prosesi Rusiyanın öz daxilinə keçirə bilərlər. Bu isə Rusiya daxilində Yaxın Şərqdə baş verən olaylar kimi ağır və uzunmüddətli gərginliklərə səbəb ola bilər. Baş verənlər post-sovet məkanına da ciddi təsir göstərəcək. Bu təsir iki istiqanətdə ola bilər. Birincisi, Ukrayna hadisələrinin kopyalanması baş verə bilər. Yəni xalq kütlələri meydanlara çıxır, qarşıdurmalar, qanlı hadisələr olur və s. İkincisi isə dolayı təsirdir. Bu halda Rusiyanın geopolitik siyasəti dəyişilir, Ukraynadakı proseslərlə əlaqədar olaraq bu ölkənin siyasi təsiri azalır və s. Nəticədə, Qərbin mövqeyi güclənir, Qərbə inteqrasiya meyli artır. Insanlar küçələrə çıxmasalar belə, fərqli bir siyasət üçün zəmin yaranır. Ukrayna hadisələrindən istər iqtidar, istərsə də müxalifət ciddi dərs götürməlidir. Azərbaycanda proseslərin meydanlardan keçmədən, amma nəticə etibari ilə Gürcüstan və Ukraynadakı kimi inkişaf etdirilməsi vacibdir.

 

- Ukrayna olayları demokratiya uğrunda mübarizə baxımından hansı gerçəkləri ortaya çıxartdı?

 

- Ukrayna olaylarından əldə edilən qənaətlərdən ən önəmlisi budur ki, əgər xalq ardıcıl olaraq mübarizə aparsa və hansısa məqsədə çatmaq üçün davamlı səy göstərsə, heç kim onun qarşısnı ala bilməz. İstək və iradə ortaya qoyacağı halda xalq mütləq qələbə əldə edəcək. Baxın, əgər ayda bir dəfə Azərbaycanda insanları dinc aksiyaya, piketə dəvət etsəniz, insanlarda bir yorğunluq əmələ gələcək. Ukraynada isə 2-3 aydır ki, on minlərlə insan bunca soyuğa, şaxtaya rəğmən küçələrdən çəkilmədi. Onlar yağışda, qarda dayanıb öz haqlarını tələb etdilər. Haqqı, azadlığı belə alarlar. Azərbaycanda demokratikləşmə prosesi ilə bağlı daim müxalifət tənqid edilir. Iddia olunur ki, müxalifət bacarıqsızdır, səriştəsizdir və s. Lakin unutmayaq ki, Ukraynadakı proseslərin baş qəhrəmanı müxalifət deyil. Bu hadisələrin qəhrəmanı xalqdır. Hətta hökuməti belə bu gün meydanda xalq müəyyənləşdirir. Demokratiyanın baş qəhrəmanı xalq olur, müxalifət olmur. Müxalifət yalnız yeni haklimiyyəti təmsil edir və ya köhnə hakimiyyəti əvəz edən bir qüvvə kimi çıxış edir.

 

- Bu gün Qərbin Ukrayna ilə bağlı sərgilədiyi mövqe ilə bağlı düşüncələriniz nədən ibarətdir?

 

- Ukrayna olaylarında Qərbin tutduğu mövqe çox maraqlıdır. Avropa Birliyində Almaniyanın nümayəndəsi olan deputat bildirdi ki, biz Ukraynada sağ radikal qüvvələrin hakimiyyətdə olmasının qəti əleyhinəyik. Biz Ukraynada rus dilinin qadağan edilmsinin də qəti əleyhinəyik. Biz Ukraynadakı bütün qüvvələrin, o cümlədən hakimiyyətdəki qüvvələrin yeni hökumətdə təmsil olunmasının tərəfdarıyıq. Xatırladım ki, bu model yeni bir situasiya yaranacağı təqdirdə  Azərbaycana da eyniylə bu şəkildə təklif olunacaq. Əgər belədirsə, o zaman radikal sağçılıq mövqeyindən çıxış etmək xalqın maraqlarına nə dərəcədə uyğundur? Bir halda ki, bu gün Qərb və dünya radikal sağçıları hakimiyyətə buraxmaq istəmir, radikal dəyişikliklər istəmir, hakimiyyətin həm köhnə, həm də yeni qüvvələrdən təşkil edilməsinin tərfdarıdır, o zaman Azərbaycan müxalifəti də bu resepti özü üçün mənimsəməlidir. Əslinə baxanda burada qeyri-adi bir şey yoxdur. Aılmaniyalı deputatın dedikləri demokratiyaya fazalı keçidin tələbləri ilə bağlıdır. Demokratiyaya fazalı keçid belə hesab edir ki, hakimiyyətləri yüzdəyüz dəyişmək olmaz. Yaxın Şərqdə olduğu kimi, hakimiyyətlərin yüzdəyüz dəyişilməsi həmin ölkələrə yaxşı heç nə vermir. Fazalı keçiddə köhnə və yeni hakimiyyətin elə bir koalisiyası yaradılır ki, köhnə hakimiyyətin apardığı siyasət dəyişilir və onun əvəzində yeni siyasətə köhnə hakimiyyətin müqaviməti olmur.

 

- Ukraynada proseslərin bundan sonrakı inkişafı necə görürsünüz?

 

- Bu dəqiqə hadisələr qeyri-müəyyən yöndə inkişaf edir. Rusiya Ukrayna sərhədlərinə qoşun yeridib. Qırıcıları havadadır. Krımda parlament bunasını tutublar. Bu, konstitusiyaya görə açıq-aşkat cinayət və terrordur. Əgər Qərb Ukraynaya ciddi dəstək versə və Ukrayna xalqı öz seçdiyi yolu davam etdirsə, təbii ki, bu, dünyada çox ciddi dəyişikliklər erasına gətirib çıxardacaq. Ukraynanın ardınca digər post-sovet dövlətlərində, habelə Ukraynaya bənzər rejimlərdə ciddi dəyişikliklər olacaq. Yox əgər bu qarşıdurmada Rusiya qalib gələcəksə, bu, terrorizmin, seperatizmin, işğalçılığın bu bölgədə geniş vüsət almasına gətirib çıxardacaq. Rusiyanın hərəkətləri beynəlxalq hüququn açıq-aşkar çeynənməsidir. Bu, Rusiyanın bir dövlət kimi öz üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmasıdır. Rusiya dünənə qədər ABŞ və Avropa Birliyi ilə bir yerdə Ukraynanın suverenliyi il bağlı öz üzərinə təminat götürən bir ölkə idi, hansı ki, bu gün həmin suverenlik və ərazi bütövlüyünü təhdid edir. Bu, həm də beynəlxalq hüququn tərəfdaşı kimi Rusiya ilə bağlı ciddi şübhələr yaradır.

 

- Yanukoviçin gedişindən sonra Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı sualları cavablandıran politoloqların demək olar ki, hamısı belə bir ehtimalın reallıqdan uzaq olduğunu vurğulasa da, bu baş verdi. Sizcə hadisələrin gedişi Rusiya və Ukrayna arasında müharibəyə gətirib çıxarda bilərmi?

 

- Ukrayna kifayət ədər hərbi gücə malikdir. Ukrayna xalqı döyüşkən xalqdır. Sovet hökuməti vaxtında belə sovet ordusunun əsas, aparıcı gücləri ukraynanlılar idi. Bu gün Rusiyanın özündə də ukraynalıların çox böyük diasporu mövcuddur. Rusiya Ukrayna ərazisində savaşa başlamazdan öncə bütün bunları nəzərə almalıdır və unutmamalıdılr ki, belə bir savaş baş verərəsə, o zaman Rusiyanın daxilindəki ukraynalılar ona çox ciddi problemlər yaradacaqlar. Hələlik proseslər yenicə başlayıb və ola bilsin ki, Rusiyadakı ukraynalılar indiki məqamda buna reaksiya vermir, gözləmə mövqeyi tutublar. Lakin Rusiya tərəfindən Ukrayna xalqı və dövlətinə ciddi bir ziyan dəyəcəksə, Rusiyadakı ukraynalılar hərəkətə gəlməyə məcbur olacaq. Benderlər hələ uzun müddət sovet hökumətini təhdid edən çox ciddi qüvvələrdən biri idi. Onlar latış atıcılarına bərabər qüvvələr kimi SSRİ məkanında tanınırdı. Rusiyanın bugünkü hərəkətləri təhdid xarakteri daşıyır. Amma hadisələr Rusiyanın da nəzarətindən çıxa bilər. Ciddi özbaşınalıqlar, çoxlu sayda insan qanının axıdılmasına səbəb olan olaylar baş verə bilər. Bundan üçüncü qüvvələr də istifadə edə bilər. Bu isə həm Ukraynanın, həm də Rusiyanın maraqlarına zidd olacaq.

 

- Sizcə niyə Rusiya belə bir müdaxiləni Yanukoviçin müxalifət tərəfindən ciddi şəkildə sıxışdırıldığı günlərdə və ya qaçışından dərhal sonra deyil, məhz indi reallaşdırdı?

 

- Ümumiyyətlə, qeyd edim ki, hadisələrin indiki kimi təhlükəli məcrada inkişaf etməsinin səbəblərindən biri Yanukoviçin ölkədən getməsinə şəraitin yaradılmasıdır. Lenin inqilab vaxtı çarın xəstə oğlunu belə öldürmüşdü. Çünki Lenin yaxşı başa düşürdü ki, əgər hakimiyyətdə olan bir qüvvə xaricə qaçarsa, beynəlxalq güclər həmin qüvvədən istifadə edib ölkəyə təzyiq edəcəklər. Yanukoviç özünü legitim sayır və Rusiyadan kömək istəyir. Bu, hüquqi baxımdan Rusiyaya müəyyən əsas verir. Məsələn, Rusiya iddia edir ki, Ukraynanın prezidenti onları köməyə çağırır. Ukrayna müxalifətinin ən böyük səhvlərindən biri Yanukoviçin ölkədən getməsinə imkan vermək oldu. Yanukoviç Ukrayna ali məhkəmə orqanlarının qarşısına çıxarılmalı və etdiyi əməllərə görə cavab verməli idi. Bu addımı kim atıbsa, Ukraynaya ən böyük ziyanı o vurub.

 

Seymur Əliyev


Oxşar xəbərlər
23:25, Bu gün
Günəşdə 10 güclü alışma baş verib
23:14, Bu gün
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
23:12, Bu gün
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
23:11, Bu gün
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
22:44, Bu gün
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
22:27, Bu gün
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
22:18, Bu gün
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
22:14, Bu gün
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
22:13, Bu gün
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
21:57, Bu gün
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
21:40, Bu gün
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
21:27, Bu gün
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
21:25, Bu gün
Təhsil İdarəsində yeni TƏYİNATLAR
21:24, Bu gün
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
21:23, Bu gün
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
21:21, Bu gün
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
20:55, Bu gün
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
20:15, Bu gün
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
19:48, Bu gün
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
19:23, Bu gün
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
19:11, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
19:05, Bu gün
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
18:59, Bu gün
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
18:55, Bu gün
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
18:25, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
18:20, Bu gün
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
18:16, Bu gün
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
18:12, Bu gün
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
18:08, Bu gün
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
18:08, Bu gün
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
18:05, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:03, Bu gün
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
18:00, Bu gün
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
17:59, Bu gün
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
17:55, Bu gün
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
17:50, Bu gün
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
17:45, Bu gün
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
17:40, Bu gün
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
17:35, Bu gün
27 yaşlı oğlan qəfil öldü - FOTO
17:30, Bu gün
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
17:26, Bu gün
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
17:23, Bu gün
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
17:20, Bu gün
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
17:15, Bu gün
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
17:12, Bu gün
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
17:10, Bu gün
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
17:05, Bu gün
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
17:00, Bu gün
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
16:55, Bu gün
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
16:50, Bu gün
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
16:45, Bu gün
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
16:40, Bu gün
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
16:35, Bu gün
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
16:30, Bu gün
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
16:27, Bu gün
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
16:25, Bu gün
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
16:22, Bu gün
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
16:20, Bu gün
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
16:16, Bu gün
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
16:12, Bu gün
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
16:09, Bu gün
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:09, Bu gün
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
16:05, Bu gün
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
16:03, Bu gün
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:00, Bu gün
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
15:57, Bu gün
Keçmiş baş nazir vəzifəsindən azad edildi
15:56, Bu gün
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
15:50, Bu gün
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
15:45, Bu gün
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
15:41, Bu gün
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
15:40, Bu gün
4 terrorçu zərərsizləşdirilib
15:36, Bu gün
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
15:32, Bu gün
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
15:28, Bu gün
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
15:25, Bu gün
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:21, Bu gün
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
15:19, Bu gün
UNEC-in professoru vəfat etdi - FOTO
15:15, Bu gün
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
15:12, Bu gün
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
15:10, Bu gün
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
15:08, Bu gün
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
15:05, Bu gün
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
15:04, Bu gün
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
14:59, Bu gün
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
14:55, Bu gün
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
14:53, Bu gün
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
14:52, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
14:50, Bu gün
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
14:47, Bu gün
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
14:45, Bu gün
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
14:43, Bu gün
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
14:40, Bu gün
Slovakiyanın Baş naziri: “Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq”
14:38, Bu gün
Azərbaycan COP29-un timsalında dünyaya yeni əxlaqi-siyasi mədəniyyət təqdim etdi
14:37, Bu gün
İlham Əliyev: “Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir”
14:34, Bu gün
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
14:31, Bu gün
Prezident: “Slovakiya və Azərbaycan suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”
14:28, Bu gün
İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib
14:26, Bu gün
Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bəyan etdi
14:24, Bu gün
Slovakiya Qərvənd kəndinin yenidən qurulmasında iştirak edəcək
14:20, Bu gün
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin ediləcək - FOTO
GÜNLÜK
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06:33, Bu gün
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
09:57, Bu gün
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
09:21, Bu gün
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
08:30, Bu gün
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07:30, Bu gün
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06:33, Bu gün
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
09:57, Bu gün
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
09:21, Bu gün
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
08:30, Bu gün
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07:30, Bu gün
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO