Parlamentin ötən iclasında millət vəkili Qənirə Paşayeva binaların istismara qəbul edilməmsi səbəbindən orada yaşayan insanların qazın verilməməsinə görə çox böyük çətinliklərlə üzləşdiyi məsələsini qaldırdı. Bu məsələ spiker və Rövnəq Abdullayev tərəfindən cavablandırılanda deputat təkrar spikerə xitabən soruşdu ki, əgər hər hansı bir bina istismara qəbul olunmayıbsa o zaman həmin binalara işıq və suyun verilməsi qanunidirmi?
Məsələyə “Azərsu” tərəfindən bir az əvvəl cavab
verildi və qurum rəsmisi Moderator.az-a açıqlamasında şərtlərinin nədən ibarət
olduğuna aydınlıq gətirdi.
İndi siə “Bakıelektrikşəbəkə” məsələyə münasibət
bildirdi. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirdi ki,
hər şey qanun çərçivəsində tənzimlənir:
“Bilirsiniz bu məsələ necədir? Vətəndaş və ya
Mənzil Tikinti Kooperativi (MTK) özünə torpaq sahəsi alır və ilkin işlər aparmağa
başlayan andan ona elektrik enerjisi lazım olur. Ona görə də vətəndaş və ya
sahibkar tərəfindən elektrik enerjisindən istifadə qaydaları əsasında müvəqqəti
texniki şərt alınır. Yəni tikinti aparılan müddətdə ora sayğac qoyulur və həmin
tikintinin başa çatmasınadək o sayğac istehlak edilən elektrik enerjisi sərfiyyatını
göstərir.Bina istifadəyə veriləndən sonra orada neçə nəfər yaşayacaq, həmin
bina yaşayış və ya qeyri-yaşayış məqsədləri üçün istifadə olunacaq, bütün bu məsələlər
dəqiqləşdirildikdən sonra başqa yeni texniki şərt verilir. Həmin ev və ya bina “Bakıelektrikşəbəkə”
tərəfindən yüksək səviyyədə elektrik enerisi ilə təmin olunur, həmin binanı tikən
MTK və ya fərdi mənzilini tikən vətəndaş da bizim abonent olur.”