Azərbaycan
Ukraynaya pul vermək fikrində deyil.
Moderator.az Gün.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan
Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin
müdiri Novruz Məmmədov deyib.
O qeyd edib
ki, Ukraynaya pul yardımı ilə əlaqədar heç kim və heç bir təşkilat Azərbaycana
müraciət etməyib.
“Bütün bu
xəbərlər spekulyativ xarakter daşıyır. Azəbaycan höküməti bu haqda heç bir
qərar qəbul etməyib”.
Xatılladaq
ki, ötən həftə mətbuatda ABŞ və Avropa İttifaqı, eləcə də Azərbaycan, Yaponiya
və Norveç Ukraynaya maliyyə yardımının göstərilməsi üçün beynəlxalq donor qrupu
yaradacağı barədə xəbər yayılıb.
Bu barədə
Avropa İttifaqının işlər üzrə Ali komissarı Ketrin Eştona istinadən EUobserver
xəbər yayıb.
Nəşr yazıb ki, maliyyə dəstəyi Aİ-nin Ukraynaya qarşı sanksiyalar tətbiq
etməsindən sonra göstəriləcək.