Eldar Həsənovun qardaşına qarşı əcaib ittiham
Oxunub: 4727
11 Feb 2014 | 14:26
Eldar Həsənovun qardaşına qarşı əcaib ittiham

Sabiq baş prokuror Eldar Həsənovun qardaşı Şahin Həsənova qarşı növbəti əsassız ittiham səslənir. Belə ki, virtualaz.org saytında Mərdanov Qardaşları küçəsi ev â„– 4, Mənzil â„–2 ünvanının keçmiş sahibi Çimnaz Cəfərovanın guya evindən məcburi çıxarılması barəsində müsahibəsi yayılıb. Yayılan materialda bildirilir ki, Şahin Həsənov guya Çimnaz Cəfərovanı məcbur edib ki, evini ona 5 min dollara satsın. Və iddialara əsasən, guya hətta bu pulu belə ala bilmədən Ç.Cəfərova evsiz qalıb. 

HADİSƏ YERİ FAKTLARI ORTAYA ÇIXARIR

Hadisələrin tamamilə başqa istiqamətdə inkişaf etdiyini elə adıçəkilən ünvandaca aydınlaşdırmaq mümkündür. 

Sözügedən ünvanda məhəllənin maşınlarına 17 ildir nəzarət edən Adil Səməndərovla danışdıq. Bu kişinin o məhəllədə tanımadığı kimsə yoxdur, necə deyərlər “məhəllənin inini də tanıyır, cinini də”. 

Ç.Cəfərovanı da yaxından tanıyan Adil əmi sözügedən evin Ş.Həsənovla heç bir əlaqəsinin olmadığını deyir: 

“Şahin müəllimi də yaxşı tanıyıram. Uzun müddət qonşumuz olub. Onun siz deyən mənzillə heç bir əlaqəsi yoxdur. Burada əvvəl Çimnaz adlı bir qadın yaşayırdı oğlu ilə birlikdə. Bir az psixoloji problemi olduğunu düşünürəm. Qonşularla da yola getmirdi. Öz qapı qonşusunu pis söyüşlərlə təhqir etmişdi. Bir dənə də it saxlayırdılar, onun nəcisini gətirib tökürdü qonşuların evinin qarşısına. Qapı qonşusu ilə ədavəti olduğu üçün hətta bir dəfə iti bağlamışdı qapının ağzına ki, qonşu evinə girə bilməsin. O qadın buranı satandan sonra təxminən 20 gün öncəyə qədər burada Sədrəddin adlı biri ailəsi ilə yaşadı. Həmin Sədrəddin də başqa birinə evi satıb. Şahin müəllim bu məhəllədə yaşayıb və o zaman da hamının hörmətini qazanıb. İndi də bütün qonşular üçün hörmətlidir”.

Ç.Cəfərovanın keçmiş qapı qonşusu və əsassız iddialarda adı hallanan Natavan İsakova ilə də görüşmək imkanımız oldu. O bizimlə söhbətində bildirdi ki, Ç.Cəfərova uzun müddətdir ki, insanlara qara yaxmaqla məşğuldur. Qeyd edək ki, müsahibədə Ç.Cəfərova Natəvan İsakovanın da adını çəkərək bildirir ki, Natəvan və anası Leyla onlardan dəfələrlə 39-cu polis bölməsinə şikayət ediblər. 

N.İsakova qeyd edir ki, sözügedən ünvanda tamamilə başqa adam yaşayıb ki, onun Ş.Həsənova dəxli yoxdur:

“Alqı-satqı müqaviləsinə də nəzər salsalar görərlər ki, Şahin Həsənovun məsələ ilə bağlı heç bir yerdə adı çəkilmir. Bu evdə əvvəllər Çimnaz, oğlu Hikmət və yoldaşı Elxan yaşayıb. Sonra onlar buranı 2002-ci ildə sənədli şəkildə Sədrəddinə satdılar. Çimnaz Cəfərova burada yaşadığı müddətdə bizim ailəyə xəsarətlər yetirib, pis söyüşlərlə təhqir etdiyi üçün onu polisə şikayət etmişik. Araşdırsanız polisdə bu sənədləri tapmaq olar. Onların psixoloji problemi olması əslində hamıya bəllidir. Səslənən fikirlər sadəcə şər və böhtandır. Daha bu qədər də ağ yalan olmaz. Təsəvvür edin ki, bu Çimnaz mənim anamın başın divara vurub. Anamın başında şiş əmələ gəlmişdi buna görə. Bütün dediklərim sənədli şəkildə məhkəmənin arxivində var. İndi bunun sözlərini necə ciddiyə alırlar?”.

N.İsakova vurğulayır ki, Çimnaz Cəfərovanın mətbuata verdiyi açıqlamaların heç bir əsası yoxdur:

“Onun evini alan şəxs Sədrəddin müəllim burada 12 ildir yaşayır. Bunu bütün qonşular bilir. Çimnazın hansısa saytda və ya kanalda bizim haqqımızda danışması əsassızdır. Həmin mətbuat orqanları özləri də gəlib məsələnin mahiyyətinə varsalar görəcəklər ki, yayımladıqları məlumat yalandan ibarətdir. Niyə gəlmirlər ki? İllərdir Sədrəddin kommunal xərcləri bizim gözümüzün qabağında özü ödəyir. Adi bu kimi sənədləri araşdırsalar görərlər ki, orada ödənişlər Sədrəddinin adına aparılıb. Çimnaz bizim üstümüzə it buraxırdı. Qarabağ əlili olan dayımın başını vurmuşdu həyətdəki kranta. Yəni o insanın ağılı yerində deyildi. İndi də hansısa məqsədi var, nə isə düşündüyü üçün belə böhtanlar danışır. Məhkəmə prosesində qonşular da bizimlə birlikdə şahid qismində iştirak edib. Onların da fikrini ala bilərsiz”.

Qonşu Marina Şükürova bildirir ki, Ş.Həsənov heç zaman 2 nömrəli mənzildə yaşamayıb. Çimnaz Cəfərovanı isə normal ağılda olan insan kimi tanımayıb:

“Mən bu evdə Şahin Həsənovun yaşadığını görməmişəm. Bu qədər də böhtan olmaz. Yadımdadır ki, burada Çimnaz adlı bir qadın oğlu ilə birlikdə yaşayırdı. Oğlu namaz qılan olsa da, heç kimlə normal yola getmirdilər. Dəfələrlə qonşularla sözləri düz gəlməyib. Mən onları normal ağılda biri kimi xatırlamıram”.

Marina Şükürovanın sözünü digər qonşular Lera Yakutofi və 70-dən yuxarı yaşı olan Nargilə Nəbiyeva da təsdiqləyir. Eyni zamanda, qonşu Rəfael Cəfərov da bildirir ki, Çimnaz Cəfərovanı çox gözəl tanıyır:


“Burada yaşayan Çimnaz deyilən xanım qonşular arasında Zema kimi tanınırdı. Onun iki adı vardı, kimi Zenfira deyirdi, kimi də Çimnaz deyərək çağırırdı. Yoldaşının da adı Elxan idi. Bu evdə oğlu Hikmət, Zema və Elxan birlikdə yaşayırdılar. Hikmət dəfələrlə qonşuların qızlarına sataşırdı. Özü namaz qılan olsa da, dinə uyğun hərəkətlər etmirdi. Şahin Həsənovun deyilən evə aidiyyəti yoxdur. Hər ikisi mənim qonşum olub. Haqq üçün söyləyim ki, Zema bir az əqli cəhətdən sağlam deyildi. Demək olar ki, heç kimlə yola getmirdi. Ümumiyyətlə nə danışdığını bilmirdi. Ancaq Ş.Həsənov burada yaşayan müddətdə böyükdən kiçiyə hamının hörmətin qazanmış adamdır. İndi başqa yerə köçsə də, yenə lazım olanda köməyimizə yetir. Hikmət bütün günü burda qışqırırdı, qonşu qıza deyirdi ki, sən evdə qalacaqsan, səni mən alacam. Yəni bir az əqli cəhətdən anormal idi. Və bunu da hamı bilir”.

Qonşuların hamısının eyni fikirdə olması əslində işin mahiyyətini açır. 

YENİ EV SAHİBİNİN ADI SƏHV SALINIR

Bu məsələdə adı hallanan Şahin Həsənovla da əlaqə saxlamışıq. Ş.Həsənov bildirir ki, səslənən bu iddialar onun üçün də qəribə gəlib: 

“Bu iddialar tamamilə yalandır. Çimnaz Cəfərova ilə indiyə qədər heç bir məsələ barəsində mübahisə etməmişik və ümumiyyətlə, bu şəxslə sadəcə bir zamanlar qonşu olmuşuq və onu qiyabi tanıyıram. Mən bu məhəllədən 1996-cı ildə ev almışam. Həmin mənzildə təxminən 14 il yaşadıqdan sonra buranı satıb başqa ünvana köçmüşəm. Yəni mənim Mərdanov Qardaşları küçəsində cəmi bir evim olub ki, bu da az öncə qeyd etdiyim mənzildir. Mənzil çox səsli-küylü yerdə olduğu üçün buranı satmaq qərarına gəldim. Mən buradan ev alan zaman məhəllədə 30-a yaxın ailə yaşayırdı. Hamısı da təsdiqləyə bilər ki, haqqımda mətbuata açıqlama verən Çimnaz adlı şəxslə mənim heç bir alqı-satqım olmayıb. Onun mənim haqqımda dedikləri də böhtandan başqa bir şey deyil”.

Ş.Həsənov vurğulayır ki, bəlkə də Çimnaz Cəfərova sadəcə adları səhv salıb:

“Bir qonşu kimi onu bu cür tanıyırdım ki, bir oğlu var idi. Səhv etmirəmsə, mənzildə ikisi yaşayırdı. Yəni o adamın həyat yoldaşını mən burada yaşadığım müddətdə görməmişəm. Mən hələ bu mənzildə yaşadığım vaxt eşitdim ki, Çimnaz adlı xanım bu mənzili Sədrəddin adlı kiməsə satıb. Qonşuların deməyinə görə, 2002-ci ildən bəri bu mənzildə Sədrəddin adlı həmin şəxs yaşayıb. Bəlkə də bu evi qadının yoldaşı satdığı üçün o, mənimlə Sədrəddinin adını səhv salıb. Çünki başqa cür ola bilməz, mən həmin insanı tanımıram. Bu illər ərzində işə gedib gələndə Sədrəddini görürdüm məhəllədə. Aramızda sadəcə salamımız var idi. Təxminən 20 gün olar eşitdim ki, Sədrəddin də bu evi başqa birisinə satıb. Mən burada yaşadığım müddətdə bütün qonşuların imkanım daxilində hər işinə kömək etmişəm. Məhəllədə yeri təmir etdirdim, uçuq yerləri düzəltdirmişəm. Yəni çalışdığım qədər ətrafımdakı insanlara yardım etməyə çalışmışam. Bunu qonşular da təsdiq edə bilərlər. Son olaraq demək istəyirəm ki, mənim bu məsələlərlə heç bir əlaqəm olmamış və bu gün də yoxdur. Adıçəkilən şəxslərdən heç birini demək olar ki, tanımıram”.

Araşdırmalardan məlum oldu ki, səslənən fikirlərin heç bir əsası yoxdur. Maraqlıdır bəs 2002-ci ildə başqa birisinə satılan evlə bağlı səslənən bu iddiaların nə qədər hüquqi əsası var? 

HÜQUQİ RƏY 

Məsələ ilə bağlı müraciət etdiyimiz Vəkillər Kollegiyasının üzvü, mülki işlər üzrə ən çox populyar olan vəkil Vidadi Mahmudov bildirdi ki, bu iddiaların heç bir hüquqi əsası ola bilməz. Hüquqşünasın qeydinə əsasən, başqa birisinin adına olan evlə bağlı digərini ittiham etmək yanlışdır və hətta 2002-ci ildə satılan evlə bağlı heç bir məhkəmə icraata iş almaz. 


Ən konkret açıqlama isə mənzil-istismar sahəsinin ərazi üzrə təyin edilmiş nümayəndəsi Xamis Qasımovdan gəldi. O bildirir ki, mübahisəli mənzil sənədli şəkildə Sədrəddinə satılıb və Şahin Həsənovun bu alqı-satqı ilə əlaqəsi yoxdur:

“Bəhs edilən mənzili Sədrəddin alıb, o da yaxın günlərdə başqa birisinə satıb. Mən başa düşmürəm ki, axı sənədli evi necə başqasının adına çıxa bilərlər? Söhbət evdən gedir, daha bazardan alma-armud almırsan ki? Bu evin sənədləşməsi üçün Forma-1B və Forma-2 sənədləri tələb olunur. Forma-2-ni biz vermişik, orada da Sədrəddinin adı yazılıb, Şahin Həsənovun adı qeyd edilməyib. Yəni Sədrəddin mənzili qanuni şəkildə alıb. Şahin Həsənovun isə bu mənzillə heç bir əlaqəsi yoxdur”.

Bütün bu araşdırmalardan sonra məlum olur ki, sözügedən iddialar yalnız şər və böhtandan ibarətdir və Ş.Həsənova qarayaxmadır. Evlə bağlı əldə etdiyimiz sənədlər, kommunal xərcləri göstərən qəbzlər də belə evin Ş.Həsənovla bağlı heç bir əlaqəsinin olmamasını göstərdi. 



Oxşar xəbərlər
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
06 May 2024 | 13:52
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 00:20
DİN valideynlərə müraciət etdi
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 00:20
DİN valideynlərə müraciət etdi
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA