MÜHARİBƏ TEATRI: Bu, Putinin Ukrayna sərhədindəki sonuncu dramı deyil... - TƏHLİL
Oxunub: 4492
19 Feb 2022 | 12:44
MÜHARİBƏ TEATRI: Bu, Putinin Ukrayna sərhədindəki sonuncu dramı deyil... - TƏHLİL

Vladimir Putin həmişə Leninin düşmənin müdafiəsi mütləq sınaqdan keçirilməlidirvəsiyyətinə əməl edib

 

Vladimir Putin artıq bilir ki, Qərb Ukrayna üçün döyüşməyəcək. Britaniyalı jurnalistin fikrincə, son həftələrdə baş verənlər bunu göstərdi. Rusiya prezidenti qaçılmaz təhlükə hissi yaratmaqda mahir olduğunu göstərdi. Əsas məsələ müdaxilədən sonra Qərbin Rusiyanı hansı cəzaya məruz qoya biləcəyidir.

 

Moderator.az Böyük Britaniyanın The Spectator nəşrinin müəllifi Ceyms Forsaytın analitik məqaləsini oxucularına təqdim edir.

 

Vladimir Putin artıq bilir ki, Qərb Ukrayna üçün döyüşməyəcək. Bunu son həftələr baş verən hadisələr də göstərdi. Moskva istədiyi kimi hərəkət edə bilər. Rusiya qoşunları Kiyevə girə bilər, ya da sərhəddə qalaraq ölkə hökuməti devrilənə qədər Ukrayna iqtisadiyyatını sarsıda bilər. Putin döyüşmək istəsə, azından ilkin mərhələdə qalib gələcək. Heç bir Qərb qoşunu Rusiyanın sərhədi keçməsinə mane olmayacaq.

 

Əsas məsələ müdaxilədən sonra Qərbin Rusiyanı hansı cəzaya məruz qoya biləcəyidir. NATO üzvləri necə hərəkət edəcəkləri ilə bağlı razılığa gələ bilərlərmi? Alyans sıralarında ziddiyyətlər üzə çıxıb. Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan konqresdəki demokratlara şikayət etdi ki, Rusiyanın təcavüzünə qarşı sanksiyalara cavab vermək üçün Almaniyanı “daim dilə tutmalı olurlar”.

 

Soyuq müharibənin əvvəlində Sovet İttifaqına qarşı çıxmaq üçün yaradılmış NATO Rusiyanı hərbi güclə deyil, sanksiyalarla hədələməklə cilovlamağa çalışır. Bu sanksiyalar 2014-cü ildə Krımın ilhaqından sonra Rusiyaya qarşı tətbiq edilənlərdən qat-qat ağrılı olacaq. Moskva qlobal maliyyə sistemindən kəsiləcək, Rusiya qazını birbaşa Almaniyaya çatdırmaq üçün tikilən “Şimal axını-2” boru kəməri istifadəyə verilməyəcək. Bu, ictimai və proporsional cavab olacaq.

 

Putinin cavabı başqa cür olacaq. O, müstəqil fəaliyyət göstərən rus hakerlərinin xidmətlərindən istifadə edərək Qərb banklarına qarşı Moskvanın inkar edəcəyi kiberhücumlar həyata keçirə bilər. Putin dolayı yollarla zərər verə bilər. Putin artıq ammonium nitratın ixracını dayandırıb (Rusiya dünya tədarükünün təxminən üçdə ikisini təmin edir), bu da gübrələrin və ərzaqların bahalaşmasına səbəb olacaq. O, Qərb ölkələrinə xatırladacaq ki, onların əhalisinin yaşayış dəyərini əhəmiyyətli dərəcədə artırmağa və daxildə böhranlar yaratmağa qadirdir. Bayden seçicilərə Rusiyaya qarşı sanksiyaların Amerika üçün böyük xərclərə səbəb olacağını deyəndə haqlı idi. Avropa liderlərinə də eyni xəbərdarlıq edilməlidir. Əgər sanksiyalar Putini saxlamaq üçün kifayət edəcəksə, Qərb kifayət qədər uzun müddət davam edəcək bir çox ağrılı nəticələrə hazır olmalıdır.

 

Putin həmişə Leninin düşmənin müdafiəsi mütləq sınaqdan keçirilməlidir” vəsiyyətinə əməl edib: "Süngü ilə sınayın. Yumşaq nə görsəniz süngünü sancın. Poladla üzləşsəniz - geri çəkilin". İndi aydındır ki, Ukraynaya genişmiqyaslı müdaxilə Qərbin yalnız razılaşdırılmış cavabı zəmanət ola bilər. Əgər müdaxilə olmasa, Rusiya ilə ən yaxşı şəkildə necə davranmaq barədə yeni fikir ayrılıqları yaranacaq. Ukrayna böhranı üzrə qərb ekspertlərindən biri iddia edir ki, Putin indi kütləvi hücuma qarşıdır, çünki Moskvanınqarşı tərəfin birliyinə ehtiyacı yoxdur”.

 

Putin bu böhran zamanı Qərbin səsləndirdiyi yalan təşvişlərdən də faydalanır. Əgər o, qoşun qruplaşması yaradıb, sonra qəti addımlar atmaqdan imtina edibsə, növbəti dəfə NATO blokunun Qərbi bir araya gətirməsi xeyli çətinləşəcək. Fevral ayı döyüşsüz başa çatsa, hamı razılaşacaq ki, təhlükə blef idi və Vaşinqtonla London həddindən artıq reaksiya verməklə həddlərini aşıblar. Rusiya növbəti dəfə minlərlə əsgər qruplaşmasını sərhəddə yerləşdirdikdə, bir çox ölkələr müdaxilə ilə bağlı xəbərdarlıqları ciddi qəbul etməyəcəklər.

 

Putin isə təxribatları davam etdirə bilər. Bu həftə Duma onu Ukrayna Donbasındakı rusiyayönlü respublikaları tanımağa çağırıb. O, Donetski və Luqanskı tanıya bilər, sonra da onları “qorumaq” üçün rus qoşunlarını ora göndərə bilər. Qərb buna çətin ki, yekdil mövqedən reaksiya verə.

 

Putin həmçinin iddia edə bilər ki, Ukraynanın rusdilli əhalisinə təzyiqlər edilir və onları qorumaq üçün ora qoşun göndərmək məcburiyyətindədir. Bu həftə o, absurd bəyanatla çıxış edərək, Donbassda baş verənləri “soyqırım” adlandırıb. Harada yaşamalarından asılı olmayaraq Moskvanın rusdilli insanları qorumaq hüququna malik olduğuna inam XVIII əsrdən bəri Rusiyanın beynəlxalq məsələlərə yanaşmasının xarakterik xüsusiyyətidir. Əcdadları Qədim Rusiyadan olduqları üçün Putin rusları və ukraynalıları “vahid bütöv bir xalq” adlandırmağı xoşlayır və o, əgər uyğun bir bəhanə tapsa, bu xalqları yenidən bir araya gətirmək istərdi.

 

Qərb böhran zamanı kəşfiyyat məlumatlarından qeyri-adi şəkildə çox açıq istifadə edir. London iddia edir ki, Mİ6 Rusiyanın Kiyevdə hakimiyyətə marionet hökuməti gətirmək planlarını ifşa edib. ABŞ kəşfiyyat mənbələri həftə sonu Putinin çərşənbə günü hücum edəcəyini bildiriblər. Məqsəd Putinin planlarını alt-üst etmək, onun Ukraynanın rusdilli əhalisinin köməyinə gəlmək istədiyini deməsinə mane olmaq, “özgə bayraq altında” əməliyyatlarının qarşısını almaqdır.

 

Britaniya kəşfiyyatının bəzi nümayəndələri bu cür taktikaların süni olaraq səhnələşdirilməsindən narahatdırlar. Onlar bildirirlər ki, fəsadları kifayət qədər diqqətlə düşünülməyib. Geniş reklam olunan müdaxilə baş verməsə necə olacaq? Hadisələrin gedişatını dəyişmək üçün kəşfiyyat məlumatları açıqlanarsa, onların etibarlılığını nə sübut edəcək? Bu cür taktikaların müəllifləri etiraf edirlər ki, onlar heç bir halda hansısa irimiqyaslı strategiya deyil, vəziyyətin kəskinliyini rəhbər tuturlar. Bununla belə, onlar iddia edirlər ki, rusların nə düşündükləri barədə müttəfiqləri xəbərdar etmək mümkün olub: insanların gözlədiyinin əksinə olaraq, özgə bayrağı altında” əməliyyatı daha az effektivdir.

 

Qərb dünyası Putinin bundan sonra nə edəcəyini gözləyir. Putin artıq Rusiyanın əhəmiyyətini və vacibliyini nümayiş etdirməyi bacarıb. Bunu son günlər onun uzun masası arxasına oturmaq üçün xarici liderlərin Moskvaya axışdığı sübut edir.

 

Üstəlik Ukraynanı çətin vəziyyətə salmaq üçün onun hücuma keçməsinə ehtiyac yoxdur. Britaniya və ABŞ öz vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edərkən dünyaya bu ölkədə yaşamağın təhlükəli olduğu siqnalını verdilər. Bu səbəbdən şirkətlər işçilərini evakuasiya etməyə başlayıblar. Ukrayna prezidenti Vladimir Zelenski iş adamlarını geri qayıtmağa çalışır. Ukrayna ixracatçılarının sığortaya ehtiyacı var, lakin bir təhlili məlumata görə, orada normal fəaliyyət göstərən 60 siyasi riskdən sığorta firmasından yalnız üçü hazırda ölkədəki şirkətləri sığortalamağa hazırdır. Aviaşirkətlər fasilələrlə işləyir və Rusiya hərbi dəniz təlimləri isə ticarətə mane olur.

 

Putin sərhədi möhkəmləndirmə manevrini təkrar edərsə, o, Ukrayna iqtisadiyyatını çökdürə və ölkəni Moskvaya güzəştə getməyə məcbur edə bilər. Zelenski NATO-ya qoşulmağın qısamüddətli perspektiv deyil, sadəcə “arzu” olduğunu deyir. Almaniyanın yeni kansleri Olaf Şolts da açıq şəkildə bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü “gündəmdə deyil”.

 

Bundan əlavə, öz iştirakını inkar etməklə həmişə kiberhücumlar həyata keçirmək mümkündü. Bu həftə hakerlər Ukraynanın iki ən böyük dövlət bankına hücum etdilər ki, bu da bank kartları ilə ödənişlərə mənfi təsir etdi və s. Keçən ay hakerlər Ukrayna hökumətinin vebsaytlarını ələ keçirdilər. Bu, Ukraynanın onun iradəsinə boyun əyməyəcəyi təqdirdə Putinin təxribat müharibəsinin növbəti formasıdır.

 

Əgər eskalasiya olarsa və Qərb sərt sanksiyalar tətbiq edərsə, rus hakerləri öz fəaliyyətlərini gücləndirəcəklər. Lakin Britaniya da yeni yaradılmış milli kibernetik qüvvə ilə eyni şeyi edəcək. Onlar Rusiyanın ən mühüm sistemlərini bloklamağa çalışacaqlar, baxmayaraq ki, Qərb üçün bunu etmək daha çətindir, çünki o, qanunlardan asılıdır və Çin, Rusiya və Şimali Koreyadan fərqli olaraq çirkin oyunlar oynaya bilməz. Britaniya dövlətinin sifarişlərini yerinə yetirmək üçün mütəşəkkil cinayətkar qrupları yoxdur.

 

Putin həm də Rusiyanın iştirakını inkar etməklə təxribat təşkil edə bilər. Bu yaxınlarda Norveçdə bir neçə sualtı kabel sıradan çıxıb. Aydın idi ki, bu, insan tərəfindən törədilmiş məqsədyönlü hərəkətlərin nəticəsidi. Bu təxribatları kimin həyata keçirdiyini qəti şəkildə sübut etmək çətindir, amma bunun kimə sərfəli olduğu soruşulsa, cavab birmənalı olacaq. Artıq bu, NATO üçün problemdir. Təqsiri sübut etmək mümkün deyilsə, alyansa üzv ölkəyə qarşı bu cür hərəkətlərə necə cavab vermək olar?

 

Adamda Putini soyuq müharibənin bir növ qalığı adlandırmaq hissi yaranır, lakin o, çox müasir liderdir və bu da narahatlıq doğurur. Onun dövründə Rusiya heç vaxt olmadığı kimi düşməni çaşdırmaq və müharibə ilə sülh arasındakı sərhədi silmək üçün boz zona taktikasından istifadə etməyi öyrəndi. O, qaçılmaz təhlükə hissi yaratmaqda mahir olduğunu göstərdi. Bu, Putinin Ukrayna sərhədindəki sonuncu dramı deyil.

 

Tərcümə və təqdim etdi: Miraslan

 

Oxşar xəbərlər
20:15, Bu gün
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
19:48, Bu gün
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
19:23, Bu gün
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
19:11, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
19:05, Bu gün
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
18:59, Bu gün
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
18:55, Bu gün
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
18:25, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
18:20, Bu gün
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
18:16, Bu gün
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
18:12, Bu gün
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
18:08, Bu gün
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
18:05, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:03, Bu gün
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
18:00, Bu gün
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
17:59, Bu gün
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
17:55, Bu gün
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
17:50, Bu gün
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
17:45, Bu gün
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
17:40, Bu gün
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
17:35, Bu gün
27 yaşlı oğlan qəfil öldü - FOTO
17:30, Bu gün
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
17:26, Bu gün
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
17:23, Bu gün
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
17:20, Bu gün
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
17:15, Bu gün
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
17:12, Bu gün
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
17:10, Bu gün
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
17:05, Bu gün
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
17:00, Bu gün
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
16:55, Bu gün
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
16:50, Bu gün
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
16:45, Bu gün
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
16:40, Bu gün
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
16:35, Bu gün
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
16:30, Bu gün
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
16:27, Bu gün
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
16:25, Bu gün
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
16:22, Bu gün
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
16:20, Bu gün
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
16:16, Bu gün
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
16:12, Bu gün
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
16:09, Bu gün
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:09, Bu gün
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
16:05, Bu gün
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
16:03, Bu gün
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:00, Bu gün
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
15:57, Bu gün
Keçmiş baş nazir vəzifəsindən azad edildi
15:56, Bu gün
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
15:50, Bu gün
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
15:45, Bu gün
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
15:41, Bu gün
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
15:40, Bu gün
4 terrorçu zərərsizləşdirilib
15:36, Bu gün
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
15:32, Bu gün
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
15:28, Bu gün
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
15:25, Bu gün
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:21, Bu gün
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
15:19, Bu gün
UNEC-in professoru vəfat etdi - FOTO
15:15, Bu gün
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
15:12, Bu gün
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
15:10, Bu gün
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
15:08, Bu gün
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
15:05, Bu gün
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
15:04, Bu gün
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
14:59, Bu gün
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
14:55, Bu gün
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
14:53, Bu gün
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
14:52, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
14:50, Bu gün
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
14:47, Bu gün
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
14:45, Bu gün
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
14:43, Bu gün
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
14:40, Bu gün
Slovakiyanın Baş naziri: “Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq”
14:38, Bu gün
Azərbaycan COP29-un timsalında dünyaya yeni əxlaqi-siyasi mədəniyyət təqdim etdi
14:37, Bu gün
İlham Əliyev: “Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir”
14:34, Bu gün
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
14:31, Bu gün
Prezident: “Slovakiya və Azərbaycan suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”
14:28, Bu gün
İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib
14:26, Bu gün
Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bəyan etdi
14:24, Bu gün
Slovakiya Qərvənd kəndinin yenidən qurulmasında iştirak edəcək
14:20, Bu gün
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin ediləcək - FOTO
14:17, Bu gün
Tarixdə bu gün: 7 May Nasist Almaniyası təslim olur
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
14:15, Bu gün
"Rusiyalılar Putinin Ukraynadakı müharibəsi ilə barışıb" - "Bloomberg"
14:11, Bu gün
Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı AÇIQLANDI
14:08, Bu gün
Xərçəng xəstəsi olan Kral Çarlzın sağlamlıq vəziyyəti ilə bağlı yeni açıqlama
14:07, Bu gün
Azay Quliyev: "Dünyadakı həqiqəti söyləyən, cəsarətli dostlarımızı müdafiə etməliyik"
14:05, Bu gün
Türkiyə Rusiyadan aldığı “S-400” raketlərini harada yerləşdirəcək?
14:03, Bu gün
Prezident Slovakiyaya səfərə dəvət olundu
13:59, Bu gün
Bakıda daha bir qəza: Mərkəz istiqamətində sıxlıq yaranıb - YENİLƏNİB + FOTO
13:51, Bu gün
Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTO
13:48, Bu gün
Ailə zəminində başlanmış münaqişə ittihamla başa çatdı - “Formula 1”də MƏNİMSƏMƏ İŞİ
13:45, Bu gün
Şəhid Rauf Əliyevin qardaşı: “Düşündüm ki, bəlkə sağdır” - FOTO
13:43, Bu gün
Cavanşir Məmmədovun özünün də görmədiyi SON MÜSAHİBƏSİ - VİDEO
13:38, Bu gün
Birinci Qarabağ müharibəsi şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
13:31, Bu gün
Sabahın havası AÇIQLANDI
13:27, Bu gün
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
13:22, Bu gün
Uşaqlar arasında yayılan infeksiya: Ən çox ürəyə və böyrəyə... - Pediatrlardan XƏBƏRDARLIQ
13:21, Bu gün
Azərbaycan-Slovakiya sənədləri imzalandı - YENİLƏNİB
GÜNLÜK
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər