“Ermənilər artıq şələ-şülələrini yığıb Laçından gedirlər” - Deputatdan SENSASİON açıqlamalar
Oxunub: 935
05 Feb 2022 | 14:42
“Ermənilər artıq şələ-şülələrini yığıb Laçından gedirlər” - Deputatdan SENSASİON açıqlamalar

Son günlər ermənilərin Laçın şəhərini boşaltdığı barədə məlumatlar yayılır. Əslində bu, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın 6-cı bəndində əksini tapan razılaşmadır. Amma bu da var ki, ermənilər tarixən məkrli davranışları ilə yadda qalıblar. Elə müharibədən sonrakı dönəmdə işğalçılara torpaqlarımızı boşaltmaq üçün vaxt veriləndə də onlar vandallıqlarını davam etdirdilər, talayıb, dağıdıb getdilər digər ərazilərimizdən. Laçın mövzusunda deputat, 121 saylı Laçın Seçki Dairəsindən Milli Məclisin üzvü Mahir Abbaszadə ilə danışdıq.

- Mahir bəy, Laçınla bağlı xəbərlər gəlir. Sizdəki məlumatlar nədən ibarətdir? Ermənilər doğrudanmı tarixi torpağımızı boşaldırlar, yoxsa burda da bir məkr, hiylə var?

- 10 noyabr sazişindən sonra, kapitulyasiya sənədinə görə, müvafiq maddəyə uyğun olaraq ermənilər Laçın rayonunu da boşaltmalıdır. Laçın rayonunun şəhər mərkəzi və 5 km enində dəhlizdən başqa, kəndlərinin hamısı boşaldılıb, orada bir nəfər də olsun erməni yaşamır. Sadəcə şəhər mərkəzində, sülhməramlıların olduğu ərazidə bir neçə nəfər erməni var ki, Laçın şəhərində qalır, mən deyərdim ki, sülhməramlılara xidmət göstərirlər. Bizdə olan məlumatlara görə, artıq ermənilər həmin əraziləri də tərk etməyə başlayıblar.

Burada vacib bir məqam var. Xatırlayırsınızsa, 10 noyabr sazişinə əsasən, müvəqqəti olaraq Laçın rayonunun mərkəzindən ermənilərə dəhliz verilir, amma alternativ yol çəkildiyi təqdirdə, şəhər yenidən Azərbaycana qaytarılır və digər yolu sülhməramlılar qorumağa başlayır. Məndə olan məlumata görə, artıq o yolun çəkilişi tamamlanmaq üzrədir, dəqiq bilmirəm nə zaman bitəcək. Amma ermənilər artıq şələ-şülələrini yığıb gedirlər, çünki yeni yolun çəkilişindən sonra sülhməramlılar məhz həmin yolun mühafizəsi ilə məşğul olacaqlar, belə olan təqdirdə ermənilər əvvəlkitək sülhməramlıların qoltuğu altında yaşaya bilməyəcəklər.

- Laçında çəkilən alternativ yolun çəkilişi barədə də ziddiyyətli xəbərlər yayılır. Azərbaycan ərazisində həyata keçirilən bu layihənin icraçısı kimdir, sualına dəqiq cavabınız varmı?

- Məndə olan məlumata görə, o yolun çəkilişini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir. Xankəndidən qalxaraq, gəlib Şuşanın arxasından keçən hissəsindən ki, yol başlayacaq, gəlib digər yerdən keçəcək, bunun Şuşa tərəfdən tikintisini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi icra edirdi. Xatırlayırsınızsa, üçtərəfli müqavilədə bu prosesin 3 ilədək müddətdə həyata keçiriləcəyi əksini tapırdı. Biz müharibədə qələbə əldə etdikdən sonrakı müddətdə tikintini Azərbaycan həyata keçirirdi. Məndə digər hansısa tərəfin bu işi icra etməsi barədə hər hansı məlumat yoxdur.

- Həkəri çayı üzərindəki körpü də həmin yolun bir hissəsidir, eləmi?

- Bəli. Həmin yol Həkəri çayının üstündəki körpüdən keçərək Ermənistan ərazisinə daxil olacaq. Onu da nəzərinizə çatdırım ki, ermənilərin yaşadığı Xankəndi şəhəri ilə Ermənistanı birləşdirəcək ən yaxın məsafə oradan keçir.

- Amma belə məlumat var ki, ermənilərin yolu uzanacaq...

- Təbii, uzanacaq. Amma ümumilikdə biz Laçın şəhər mərkəzindən keçən yolu çıxsaq, ən yaxın yol çəkilən alternativ yol sayılır. Mən dəqiq bilmirəm, yol nə qədər uzanacaq, çünki orda relyefə uyğun olaraq, dolanbac ərazilər, döngələr var.

- Belə yanaşma var ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı ziddiyyətli mövqeyinə son qoymamış Laçın dəhlizi, yaxud alternativ yolla bağlı güzəşt tanımamalıyıq...

“Doğma Güləbirddəki ata ocağını bərpa edəcəyəm, Laçın şəhərində yaşayacağam”

- Fikrimcə, Zəngəzur dəhlizinin çəkilməməsi məsələsi ola bilməz, artıq bu məsələ bitmiş sayılmalıdır. Çünki cənab prezident də öz çıxışında deyib ki, ermənilər istəsə də, istəməsə də, Zəngəzur dəhlizi reallaşacaq və istifadəyə veriləcək. Artıq siyasi iradə ortadadır. Həmçinin möhtərəm prezidentin Brüsselə səfəri zamanı Avropa İttifaqı da bu layihəyə çox müsbət yanaşdı. Bu qurum hətta layihənin Ermənistan ərazisindən keçəcək hissəsinə maliyyə ayırmağı da üzərinə götürdü. Ona görə də dəhlizin çəkilməsilə bağlı şübhələr sadəcə, sözdən ibarətdir və dəhlizin reallaşması baş verəcək. 

- Siz ermənilərin yenə də hansısa məkrli hiylələr qura biləcəyindən narahat deyilsiniz ki? Konkretləşdirsək, ermənilər Azərbaycanın nəzarətindən kənardakı alternativ yolun imkanlarından istifadə edərək hansısa təxribatlar törədə bilərmi?

- İstəyir o yol Laçın şəhərinin mərkəzindən keçsin, istəyir başqa ərazidən, fərqi yoxdur, 10 noyabr sazişinə görə, o yolun mühafizəsini rus sülhməramlılar həyata keçirəcək. O yollardan ermənilərin sui-istifadə etməsinin qarşısını almaq və qayda-qanunu tənzimləmək birbaşa sülhməramlıların borcudur. Çünki bura onların məsuliyyət zonasıdır. Məhz onların məsuliyyət zonasında baş verən hadisələrə görə də onlar - sülhməramlılar cavabdehdirlər. Biz nəinki alternativ yolla bağlı, digər məsələlərdə də ermənilərə heç vaxt inanmamalıyıq. Təbii ki, bunlar tarixən Azərbaycana qarşı məkrli, hiyləgər davranış sərgiləyiblər. Vətən müharibəsində biz qələbə qazanmışıq deyə, indi bunların gözləri qırılıb, məğlubiyyətə uğradıqlarına görə hələ toparlana bilmirlər. Amma düşmən həmişə düşməndir. Odur ki, biz bütün zamanlarda ayıq-sayıq olmalıyıq.

- Mahir bəy, sülhməramlılardan bəhs etdiniz. Amma bu da var ki, bu hərbi kontingent ötən müddətdə vaxtaşırı Azərbaycan cəmiyyətində qıcıq doğuran davranışları ilə gündəmə gəldilər və eyni mənzərə davam edir. Elə bu günlərdə Kəlbəcərə gedən yük maşınlarımızın sülhməramlılar tərəfindən, özü də Qarabağdakı “erməni hərbi polisi” ilə birgə yoxlaması hiddət doğurub. Bu barədə nə deyə bilərsiniz?

- Bu fakt onu göstərir ki, 10 noyabr sazişinin müddəaları sülhməramlılar tərəfindən tam həyata keçirilməyib. Orda qeyd olunur ki, sülhməramlıların ermənilər yaşayan əraziyə daxil olması ilə paralel qaydada o ərazilərdən Ermənistan silahlı birləşmələri tamamilə çıxarılmalıdır. Amma sizin istinad etdiyiniz kadrlardan görürük ki, orda yenə silahlılar var və bunlar erməni silahlılarıdır. Rus sülhməramlıları erməni silahlılarını Qarabağdan çıxartmaq əvəzinə, bəzən yoxlanışlarda birgə hərəkət edilər. Bütün bunlar sülhməramlıların ordakı fəaliyyətilə bağlı bizdə narazılıq yaradır. Yadınızdadırsa, möhtərəm cənab prezident də mətbuata müsahibəsində onu qeyd etmişdi ki, bəzən sülhməramlılar tapşırıqları yerinə yetirə bilmirlər. Məsələn, əcnəbi vətəndaşların, konkret olaraq Fransa vətəndaşlarının Xankəndiyə gəlməsinə mane olmurlar. Axı, onlar Xankəndidə yaşayan ermənilər deyil. Amma əcnəbilər sülhməramlıların nəzarət etdiyi yerlərdən keçib-gedirlər və onlar da bu qanunsuzluğun qarşısını almırlar. Belə çıxır ki, sülhməramlılar özlərinin məsuliyyət zonasında hələ də öz vəzifələrini düzgün icra etmirlər.

- Bu, həm də onu deməyə əsas vermirmi ki, gələcəkdə Laçının mərkəzindən keçməyəcək yoldan ermənilər istənilən təxribatçıları Xankəndiyə aparıb-gətirə bilərlər, sülhməramlıların fəaliyyətsizliyi nəticəsində?

- Təbii. Məncə, bu yol çəkiləndən, rus sülhməramlılar həmin yolun nəzarətini öz üzərinə götürdükdən sonra onların davranışlarına diqqət artırılmalıdır. Onların fəaliyyətinə daha ciddi nəzarət olmalıdır ki, eyni qanunsuzluqlar davam etdirilməsin. Nə qədər ki, Xankəndidə erməni silahlı birləşmələri qalacaq, Ermənistandan, yaxud başqa ölkədən istənilən şəxs sərbəst şəkildə rus sülhməramlıların təsir zonasındakı ərazilərdə istədiklərini edəcəklər, təbii ki, burada davamlı və təhlükəsiz sülhə hər zaman təhdid olacaq. Bunun da qarşısını almağın əsas yollarından biri rus sülhməramlıların məsuliyyət zonasındakı fəaliyyətinə məsuliyyətli yanaşmasıdır. 

- Sülhməramlıların Azərbaycan əleyhinə, insanlarımızın heysiyyatına toxunan, hətta dövlət başçımızın etirazına səbəb olan davranışlarının davamlı xarakter alması bu kontingentin fəaliyyətinə daha erkən xitam verilməsinə gətirib çıxara bilərmi?

- Biz müharibədə qələbə əldə etmişik. Qələbənin məntiqi nəticəsi kimi, o ərazilərdə davamlı sülh və təhlükəsizlik təmin olunmalıdır. Bəzən sülhməramlılar təhlükəsizliyi təmin edə bilirlər, amma bəzən də gördüyünüz kimi, bizim heysiyyatımıza toxunan davranışlar həyata keçirirlər. Məncə, biz hələ ki, gözləməliyik, prosesləri qabaqlamamalıyıq. Hələ alternativ yol hazır deyil. Yol çəkilib başa çatdırılsın, ondan sonra bu məsələlərə çox ciddi nəzarət olmalıdır.

- Ermənilərə Kəlbəcəri boşaltmaq üçün vaxt veriləndən sonra məlum oldu ki, düşmən daşı daş üstə qoymayıb, o boyda şəhər və rayonu məhv edib, yandırıb. Laçın şəhərinin boşaldılması ərəfəsində ermənilərin eyni talanları həyata keçirib, evlərimizi yandırmaması, ağaclarımızı belə doğramaması üçün hansısa bir addım atıla, nəzarət mexanizmi tətbiq edilə bilərmi?

- O zaman Laçın rayonu ərazisindən də ermənilər çıxarkən Kəlbəcərdə etdiklərini Laçında da etmişdilər, evləri yandırmışdılar. Mən dəqiq bilirəm ki, tamamilə yandırılan evlər kimindir, vaxtilə biz Laçını tərk edəndə həmin evlər salamat qalmışdı. Təbii ki, erməni məkrlidir, ona qəti inanmaq olmaz. Laçın şəhərini də tərk edəndə onlar bu vandallıqlarını davam etdirəcəklər. Amma bu məsələ də rus sülhməramlıların vəzifəsidir, onlar nəzarət etməlidir ki, ermənilər bu cinayərtləri törətməsinlər. Mən düşünürəm ki, ermənilər Laçın şəhərindən çıxarkən və sülhməramlılar şəhəri tərk edərkən Azərbaycan ordusunun hissələri eyni vaxtda Laçın şəhərinə daxil olmalıdır ki, düşmən növbəti yanğınları törədə bilməsin.

- Bildiyimizə görə, siz Laçında, doğma kəndinizdə olmusunuz. Laçının təhvil verilən ərazilərində həyata keçirilən işlərlə bağlı məlumatınız varmı? Hava limanı və digər layihələrlə bağlı...

- Bəli, kəndimizdə bir dəfə olmuşam. Aeroport mənim doğulduğum kənd tərəfdə deyil, Laçının şimal hissəsində, Kəlbəcərlə sərhədində, Qorçu kəndi istiqamətindədir. Məndə olan məlumata görə, orada infrastruktur layihələri həyata keçirilir, aeroport ərazisində tikinti işləri davam etdirilir və 2023-cü ildə təhvil veriləcək. “Azərsu” tərəfindən Laçın rayonundan 22 hərbi hissəyə su çəkilib, həmçinin AAYDA yol çəkilişini həyata keçirib. Yəni digər rayonlardakı bütün abadlıq işləri, infrastruktur layihələr Laçında da həyata keçirilir. Rayonun cənub hissəsi, yəni Qubadlıya tərəf olan kəndlərdə də - bilirsiniz ki, möhtərəm cənab prezident orada Su Elektrik Stansiyasının açılışını həyata keçirdi - vacib layihələr həyata keçirir. Zəngilandan başlayaraq, Qubadlıdan keçib, Laçının kəndlərindən Kəlbəcərədək olan yolun tikintisi də sürətlə davam etdirilir.

- Mahir bəy, inşallah Laçına qayıtmaq, orda ev tikib, yaşamaq niyyətiniz varmı?

- Məmnuniyyətlə. Mən həm öz kəndimizdə, doğma Güləbird kəndində, ata ocağını bərpa edəcəyəm və özüm də şəhər mərkəzində, Laçında yaşayacağam. İnşallah bir gün də sizi qonaq dəvət edəcəyəm.

- İnşallah.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Oxşar xəbərlər
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər